Məhkəmə qərarları › İş №2(066)-500/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-500/2023

02.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-500/2023 02.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, X9 iclas katibliyi, İddiaçı1 və İddiaçı2, cavabdedlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdedlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vərəsə tanınma, mirasın qəbul edilməsinin müəyyən edilməsi və miras qalmış əmlakın mülkiyyətə verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı1 və İddiaçı2 cavabdedlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəmədə iddia qaldırıb mərhum X7 vərəsəsi hesab edilmələri, ondan miras qalmış miras əmlaki faktiki qəbul etmələrinin müəyyən edilməsi, ondan qalmış miras əmlakı məcburi pay hissəsində ayrılıb hər birinin ayrıca mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddianın dəqiqləşdirilməsi və dəyişdirilməsi barədə ərizə təqdim edərək, ərizəsində göstərmişdir ki, iddia tələbində göstərdiyi “X4 miras qalmış əmlakı faktiki qəbul etmələrinin müəyyən edilməsi, ondan qalmış miras əmlakı məcburi pay hissəsində ayrılıb hər birinin ayrıca mülkiyyətinə verilməsi” hissəsinin “X7 vərəsəsi hesab edilmələri, ondan miras qalmış Göygöl rayonu Balçılı kəndində yerləşən JN-331A saylı ,KOD 50804018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə müəyyən edilmiş 0.12 ha torpaq sahəsinin və Göygöl rayonu Qırıxlı kəndində yerləşən JN-406A saylı, KOD 50804038 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə müəyyən edilmiş 0.24 ha torpaq sahəsinə miras əmlak kimi paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Qeyd olunanlara görə məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın dəqiqləşdirilməsi və dəyişdirilməsi barədə ərizələrini məqsədə uyğun hesab etdi. İddiaçı1 məhkəmə iclasında iddiasını müdafiə edərək göstərdi ki, 26 dekabr 1974cü il tarixdə anadan olmuş mərhum X2 Zərqələm Məhəmməd qızı ilə onun doğma oğludur. Oğlu Kamran 03 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra miras qalmış Göygöl rayonunun Balçılı kəndində yerləşən Torpağın Mülkiyyətə verilməsinə dair JN-331A kod 50804018 saylı şəhadətnamədə göstərilən 0,12 da torpaq sahəsini miras əmlak kimi həyat yoldaşı Zərqələm Məmmədova ilə birlikdə qəbul etmişlər. Həmin torpaq sahəsi Xanlar rayon Xalq Deputatları soveti Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli, 09 saylı qərarına əsasən oğlu Kamran Məmmədova verilmişdir. 1995-ci ildə torpaq sahəsində ev tikib hal-hazıra kimi həmin evdə yaşayırlar və torpaq sahəsindən istifadə edirlər. Bundan əlavə oğlu Kamranın adına Torpağın Mülkiyyətə verilməsinə dair JN-406A kod 50804038 saylı şəhadətnamədə göstərilən Göygöl rayonunun Qırıxlı kəndində yerləşən 0.24 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi var. Oğlunun ailəsi həmin evdə yaşayır. Onun və həyat yoldaşı İddiaçı2 mərhum oğlu X7 vərəsəsi hesab edilmələri, ondan miras qalmış Göygöl rayonu Balçılı kəndində yerləşən JN-331A saylı,KOD 50804018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə müəyyən edilmiş 0.12 ha torpaq sahəsinin və Göygöl rayonu Qırıxlı kəndində yerləşən JN-406A saylı, KOD 50804038 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə müəyyən edilmiş 0.24 ha torpaq sahəsinə miras əmlak kimi paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı2 eyni məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum həyat yoldaşı X7 valideyinləridir. Həyat yoldaşı X11 03 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Göygöl rayonunun Balçılı kəndində yerləşən Torpağın Mülkiyyətə verilməsinə dair JN-331A kod 50804018 saylı şəhadətnamədə göstərilən 0,12 da torpaq sahəsi və Torpağın Mülkiyyətə verilməsinə dair JN-406A kod 50804038 saylı şəhadətnamədə göstərilən 0.24 ha torpaq sahəsi mərhum Kamran Cəfərovun mülkiyyətinə verilmişdir. Balçılı kıəndində yerləşən 0.12 ha torpaq sahəsində həyat yoldaşı ev tikmişdir. Kamranın ölümündən iki il əvvəl qaynatası Nurəddin və qaynanası Zərqələm Kamrandan xahiş etdilər ki, Balçılı kəndində yerləşən evi torpaq sahəsində əkin əkmək üçün onlara versin. Kamran da müvəqqəti olaraq torpağında əkin əkmək üçün həmin yeri onlara verdi. Onlarda həmin torpaq sahəsini təxminən 2019-cu il tarixdən əkib-becərirlər. İddiaçılar Balçılı kəndində həyat yoldaşından miras qalmış evdə deyil özlərinə məxsus olan başqa evdə yaşamışdırlar. Həyat yoldaşının vəfat etməsindən istifadə edərək həmin 0,12 ha torpaq sahəsini və evi adlarına keçirmək istəyirlər. Onun iki övladı var həyat yoldaşından miras qalmış əmlakın iddiaçıların adına keçməsinə razı deyil, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, mərhum X11 onun atası iddiaçılar İddiaçı1 və İddiaçı2 isə atasının valideyinləridir. X3 03 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Göygöl rayonunun Balçılı kəndində yerləşən Torpağın Mülkiyyətə verilməsinə dair JN-331A kod 50804018 saylı şəhadətnamədə göstərilən 0,12 da torpaq sahəsi və Torpağın Mülkiyyətə verilməsinə dair JN-406A kod 50804038 saylı şəhadətnamədə göstərilən 0.24 ha torpaq sahəsi mərhum atası Kamran Cəfərovun mülkiyyətinə verilmişdir. Balçılı kıəndində yerləşən 0.12 ha torpaq sahəsində atası ev tikmişdir. Mərhum atası Kamranın ölümündən iki il əvvəl babası Nurəddin və nənəsi Zərqələm atasından xahiş etdilər ki, Balçılı kəndində yerləşən evi torpaq sahəsində əkin əkmək üçün müvəqqəti olaraq onlara versin. Atası da müvəqqəti olaraq torpağında əkin əkmək üçün həmin evi onlara verdi. İddiaçılar Balçılı kəndində yerləşən evlərində yaşayıb atasından miras qalmış həmin evin torpaq sahəsində əkin əkmişlər. Hazırda iddiaçılar atasının ölməsindən istifadə edərək həmın 0,12 ha torpaq sahəsini və evi adlarına keçirmək istəyirlər. Atasından miras qalmış əmlakın iddiaçıların adına keçməsinə razı deyil, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etməyərək eyni məzmunda izahat verib iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməli tərəflərin miras əmlakdan payları müəyyən edilməlidir. Belə ki, tərəflər İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mərhum X8 birinci dərəcəli vərəsələridirlər. Həmcinin tərəflər məhkəmə iclaslarında verdikləri ifadələrlə mərhum X8 ölümündən sonra ondan miras qalmış əmlaklardan istifadə etməkləri və mirası faktiki qəbul etmələri müəyyən edilir. Belə olan halda mərhum X5 miras qalmış Göygöl rayonunun Balçılı kəndində yerləşən Torpağın Mülkiyyətə verilməsinə dair JN-331A kod 50804018 saylı şəhadətnamədə göstərilən 0,12 da torpaq sahəsi və Torpağın Mülkiyyətə verilməsinə dair JN-406A kod 50804038 saylı şəhadətnamədə göstərilən 0.24 ha torpaq sahəsi vərəsələr İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinə 1/5 hissədə bərabər payda mülkiyyətinə veriməlidir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İş materiallarına əlavə edilmiş AZ 166919 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X6 xx.xx.1970-ci ildə Gülnaz Ağamirzə qızının nikahları 19 dekabr 1956-cı ildə Xanlar rayon Balçılı kənd sovetində 26 nömrə ilə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə “Cəfərov , arvada “Cəfərova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 184209 nömrəli ölüm şəhadətnaməsinin sutrətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1941-ci ildə Xanlar rayonunun Balçılı kəndində anadan olmuşdur və Göygöl rayonunun Balçılı kəndində qeydiyyatdadır. İşdə olan AZE seriyalı 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1952-ci ildə Xanlar rayonunun Qırıxlı kəndində anadan olmuşdur və Göygöl rayonunun Balçılı kəndində qeydiyyatdadır. İşdə olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-331A kod 50804018 saylı Şəhadətnamədə Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 06 avqust 2000-ci il tarixli 12 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,12 ha torpaq sahəsi X7 mülkiyyətinə verilmişdir. İşdə olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-406A kod 50804038 saylı Şəhadətnamədə Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli 2 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,24 ha torpaq sahəsi X7 mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-3896/2023 nömrəli məktubunda X7 mülkiyyətinə Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli 2 saylı qərarına əsasən 0.24 ha həyətyanı torpaq sahəsi verilməsi, adına Torpağın Mülkiyyətə verilməsinə dair JN-406A kod 50804038 saylı Şəhadətnamə və Xanlar rayon Aqrar İslahat Komissiyasının 06 avqust 2000-ci il tarixli 12 saylı qərarına əsasən 0.12 ha həyətyanı torpaq sahəsi verilməsi və adına Torpağın Mülkiyyətə verilməsinə dair JN-331A kod 50804018 saylı Şəhadətnamə verildiyi göstərilmişdir. Azərbaycan Respublikasının Konsitutisiyasını 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə və inzibati qaydada müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, ərizəçinin gətirdiyi dəlilləri həqiqətə uyğundur, tələb üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilərək, ərizəçinin hüquqlarının bərpa edilməsi baxımından ərizənin təmin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 230, 307-308, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum X7 vərəsələri hesab edilsinlər. X1 miras qalmış Göygöl rayonun Cümüşüdlü (Balcılı) kəndində yerləşən “Torpağın Mülkiyyətə verilməsinə dair” JN-331A kod 50804018 saylı şəhadətnamədə göstərilən 0,12 da torpaq sahəsi və Göygöl rayonu Qırıxlı kəndində yerləşən “Torpağın Mülkiyyətə verilməsinə dair” JN-406 A kod 50804038 saylı şəhadətnamədə göstərilən 0.24 ha torpaq sahəsi vərəsələr İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinə bərabər payda (1/5 hissədə) mülkiyyətlərinə verilsin. Qətnamədən alındığı (təqdim edildiyi) gündən 1 (bir) ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar