Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-528/2025 27.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynov Nicat Mübariz oğlunun katibliyi, ərizəçi X10 iştirakı ilə, Ərizəçi X10 maraqlı şəxs Göygöl Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktı”na dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi X20 maraqlı şəxs Göygöl Rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktı” na dair ərizə ilə müraciət edərək, mərhum anası X13 ünvan 1 ünvanında 0,0928 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 83,5 kvm ümumi 57,4 kvm yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli miras mənzilin qanun üzrə qəbul etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 57,4 kvm yaşayış sahəsi mərhum anası X17 mülkiyyətindədir. Mərhum anası X26 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, göstərilən yaşayış sahəsi miras qalmışdır. Hal-hazırda mirası qanun üzrə qəbul edərək heç bir maneə olmadan istifadə və sahiblik hüquqlarını həyata keçirir. Anasının başqa 1-ci növbəli vərəsəsi yoxdur. Göygöl Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 13 yanvar 2025-ci il tarixli, 115 nömrəli arayışında X3 birinci növbəli vərəsəsi ancaq onun olması təsdiq olunur. Mərhum anası X13 ünvan 2 ünvanda yerləşən mirasın qəbulu üçün Göygöl Notariat Ofisinə müraciət edərək vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, notarius məhkəməyə müraciət etməsini bildirmişdir. Odur ki, mirasın qanun üzrə qəbul etməsi məhkəmə qaydasında həll olunmalıdır. İşə məhkəmədə baxılarkən ərizəçi X20 bildirdi ki, anası X26 Ermənistan Respublikasında anadan olub, böyüyüb boya başa çatmışdır. Daha sonra onun X1 ilə ailə quraraq Xanlar (Göygöl) rayonuna gəlib Hummel küçəsi 47B nömrəli evdə yaşamışlar. O və bacısı həmin evdə böyümüşlər. 1999-cu ildə aliə quraraq köçmüşdür. 2001-ci ildə X1 vəfat etmişdir. Həmin evdə bacısı və anası yaşamışlar. Hər gün gəlib anasına bacısına baş çəkmişdir. Sonra bacısı Zulfiyə xəstəliyi ilə əlaqədar 2024-cü ildə vəfat etmişdir. Bacısı vəfat etdikdən üç ay sonra da anası vəfat etmişdir. Varis kimi evi qəbul edib öz adına keçirtmək istəyir. Hazırda ev boş qalmasın deyə gəlib həmin evdə yaşayır. Nənə babasının həmin evə aidiyyatı yoxdur. Onlar ermənistanda yaşayıblar. Ev atasının adına olmuşdur. Atası vəfat etdikdən sonra anasının adına keçmişdir. Başqa qardaş bacısı yoxdur. X9 1965-ci ildə Ermənistanda vəfat edib. X2 1988-ci ildə Azərbaycana gəlmiş və özünə ayrıca ev alıb orda yaşamış və 1992-ci ildə öz evində vəfat etmişdir. Ev 3 otaqdan ibarətdir. Evin bütün kommunal xərclərini özü ödəyir. Mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, ərizəçi Venera onun xalası qızı və onun anası X26 isə onun xalasıdır. Onlar 5 bacı 2 qardaş olublar. Analarının adı Cəmafər atalarının adı isə Həsən olmuşdur. Babasını heç görməmişdir o Göyçədə vəfat etmişdir. Ancaq nənəsini görmüşdür. Xalası Qələmin yoldaşının adı Qardaşxan olmuşdur. Xalasının 2 qızı olmuşdur Venera və Zulfiyə. Zulfiyə xəstəliyi ilə əlaqədar 2024-cü ildə vəfat etmişdir. Zulfiyə vəfat etdikdən üç ay sonrada xalası Qələm vəfat etmişdir. Təkcə Venera qalmışdır. Xalasından Hummel küçəsində yerləşən bir ev qalmışdır. Hazırda evdə Venera yaşayır. Həmin evlə bağlı heç bir mübahisə yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Göygöl Rayon Notariat Ofisinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2001-ci ildə vəfat etmiş X4 miras qalmış ünvan 1-də yerləşən mənzilə dair X21 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* nömrəli MH seriyalı, xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Göygöl şəhəri, Hummel küçəsində istifadədə olan 0.0928 ha torpaq sahəsində yerləşən 47-B nömrəli, 1 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində, 83.5 kvm ümumi, 57.4 kvm yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X17 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 118 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Göygöl Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1942-ci il təvəllüdlü xx.xx.2024-cü ildə vəfat etmiş X17 ailə tərkibi xx.xx.1932-ci il təvəllüdlü xx.xx.2001-ci ildə vəfat etmiş əri X4, xx.xx.1975-ci il təvəllüdlü X6 və xx.xx.1977-ci il təvəllüdlü xx.xx.2024-cü ildə vəfat etmiş X5 ibarət olmuşdur. İş materiallarında olan, Göygöl Rayon Notariat ofisinin 26 fevral 2025-ci il tarixli, 94 nömrəli məktubundan görünür ki, Ərizəçi müraciətinə baxılmış və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair miras qoyanın doğum haqqında akt qeydində anasının adında və anasının ata adında uyğunsuzluq olduğundan, miras qoyanın atasının ölüm haqqında şəhadətnaməsini və həmçinin ata anasının nikah haqqında şəhadətnaməsinin təqdim edilməməsi əsas gətirilərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. İşdə olan Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 115 nömrəli arayışdan görünür ki, X10 mərhum anası X26 26 sentyabr 2024-cü ildə ölmüşdür və ölən günədək ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. X3 1975-ci il təvəllüdlü Ərizəçi adlı ailə üzvü var. Mərhumun valideynlərindən sağ qalanı yoxdur. İşdə olan Göygöl Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 45 nömrəli arayışdan görünür ki, X26 03 fevral 1942-ci ildə Kəlbəcər rayonu Seyidlər kəndində anadan olmuşdur. bu barədə 15 may 1942-ci ildə Kəlbəcər rayon Seyidlər İN-də 06 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X12 anası X14 qeyd edilmişdir. İşdə olan Göygöl Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X22 və X7 nikah haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Gəncə Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil X15 mülkiyyətindədir. İşdə olan İİİ-ЖГ 471673 nömrəli, xx.xx.1976-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1975-ci ildə Xanlar rayonunda doğulmuşdur. X1, anası X23r. İş materiallarında olan, AZ-İİ 442589 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2024-cü ildə Göygöl rayonunda vəfat etmişdir. İş materiallarında olan AZ 004676 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2001-ci ildə Gəncə şəhərində vəfat etmişdir. İş materiallarında olan AZ-İİ 212098 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2024-cü ildə Göygöl rayonunda vəfat etmişdir. İş materiallarında olan İV-ЖГ 356362 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1991-ci il tarixdə Göygöl rayonunda vəfat etmişdir. İş materiallarında olan İ-ЖГ 300512 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 və X26 24 oktyabr 1974-cü ildə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 108 nömrəli qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada isə Cahangirova soyadı verilmişdir. İşdə olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci ildə Xanlar (Göygöl) rayonunda doğulmuş və Göygöl şəhəri, A.Hacıyev küçəsi ev 126-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (MPM. mad. 307.2.9). Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci məaddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (MM. mad. 1151.2.) Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə şəxs öldükdən sonra onun əmlakı birmənalı olaraq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri formal olmaqla iki üsulunu müəyyənləşdirmişdir. Formal üsul vərəsəliyin qəbul edilməsi üçün vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, qeyri formal üsul isə vərəsənin mirası faktiki surətdə idarə etməyə başlaması və mirasa yiyələnməsi, eləcə də miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zamanda qanunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmasını şərtləndirir. Yuxarıda qeyd olunan normaların hazırkı mülki iş üzrə tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlilindən belə nəticəyə gəlmək olur ki, məhkəmə iclasında dindirilmiş ərizəçinin, şahidin ifadəsindən görünür ki, həmin ünvan 6 ünvanında yerləşən ev ərizəçinin mərhum anası X13 miras qalmasını və evlə bağlı heç bir mübahisə olmadığını bildirmişlər. Bu baxımdan məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1255-ci maddəsinə uyğun olaraq X17 öldüyü andan, yəni mirasın açıldığı vaxtdan etibarən ünvan 6 ünvanında yerləşən ev onun vərəsəsi olan qızı Ərizəçi tərəfindən qəbul edilmişdir. Qeyd olunanlar iş üzrə dindirilmiş ərizəçinin və şahidin ifadəsi ilə öz təsdiqini tapmışdır. Buna görə də ərizə təmin edilməli və Göygöl (Xanlar) şəhəri Hummel keçəsində istifadədə olan 0.0928 ha torpaq sahəsində yerləşən 47-B nömrəli, 1 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 83.5 kv.m ümumi, 57.4 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında xx.xx.2007-ci il tarixli, MH ******* nömrəli, reyestr nömrəsi **********41-05101-093001 olan, qeydiyyat nömrəsi ********* olan çıxarışla tam mülkiyyət hüququ ilə X3 adına qeydə alınmış miras əmlakın birinci növbə vərəsə X20 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Göygöl (Xanlar) şəhəri Hummel keçəsində istifadədə olan 0.0928 ha torpaq sahəsində yerləşən 47-B nömrəli, 1 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 83.5 kv.m ümumi, 57.4 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında xx.xx.2007-ci il tarixli, MH ******* nömrəli, reyestr nömrəsi **********41-05101-093001 olan, qeydiyyat nömrəsi ********* olan çıxarışla tam mülkiyyət hüququ ilə X3 adına qeydə alınmış miras əmlakın birinci növbə vərəsə X20 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-528/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-528/2025
27.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver