Məhkəmə qərarları › İş №2(066)-53/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-53/2024

07.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-53/2024 07.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X4 Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “miras mülkə vərəsələrin tanınması, mülkiyyət hüququnun verilməsi, mülkün naturada vərəsələr arasında bölünməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “Miras mülkə vərəsələrin tanınması, mülkiyyət hüququnun verilməsi, mülkün naturada vərəsələr arasında bölünməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X1 adına olan Göygöl rayonunun Balçılı kəndində yerləşən miras mülkə vərəsələrin tanınması, mülkiyyət hüququnun verilməsi və mülkün naturadan vərəsələr arasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onları iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.06, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı “miras mülkə vərəsələrin tanınması, mülkiyyət hüququnun verilməsi, mülkün naturada vərəsələr arasında bölünməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar