Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-54/2024 10.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 onun nümayəndəsi və vəkili X2 ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Mülkiyyətdə olan yaşayış evinə aid olan 20,4 kvadrat metr köməkçi sahənin azad edilməsi” tələbi üzrə ilkin iddiaya, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “Ümumi istifadə olunan torpaq sahəsində inşa edilən qanunsuz tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Mülkiyyətdə olan yaşayış evinə aid olan 20,4 kvadrat metr köməkçi sahənin azad edilməsi” tələbi üzrə ilkin iddia iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 evin, 02 saylı mənzilinin zəbt edilmiş 20,4 kvadrat metr köməkçi sahənin azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “Ümumi istifadə olunan torpaq sahəsində inşa edilən qanunsuz tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanda yerləşən çoxmənzilli yaşayış sahəsinin yerləşdiyi həyətyanı torpaq sahəsində qanunsuz inşa edilən tikililərin onun öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək, izahat verərək bildirdi ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********64-05101-093002, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 16 sentyabr 2022-ci il olan Çıxarışa əsasən ünvan 1 evin, ümumi sahəsi 55,6 kvadrat metr olan, 02 otaqlı, 02 saylı mənzili onun mülkiyyətindədir. Həmin mənzilin 35,4 kvadrat metr hissəsi yaşayış sahəsi, 20,4 kvadrat metr köməkçi sahədən ibarətdir. İlkin iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan həmin 20,4 kvadrat metr köməkçi sahəni zəbt etmişlər, dəfələrlə bildirməsinə baxmayaraq oradan çıxmırlar. Qarşılıqlı iddia üzrə o, ünvan 1 ünvanda yerləşən çoxmənzilli yaşayış sahəsinin yerləşdiyi həyətyanı torpaq sahəsində qanunsuz tikililər inşa etməmişdir. Ona görə də, o, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi və vəkili Vəkil da eyni məzmunlu izahat verməklə ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edib, izahat verərək bildirdi ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********64-05101-093001, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 07 avqust 2023-ci il olan Çıxarışa əsasən ünvan 1 evin, ümumi sahəsi 56,5 kvadrat metr olan, 01 saylı mənzili onun mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən çoxmənzilli yaşayış sahəsinin yerləşdiyi həyətyanı torpaq sahəsini qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı zəbt edərək orada qanunsuz tikililər inşa etmişdirş Bu isə onun mülkiyyət hüququnu pozur. İlkin iddia üzrə isə bildirir ki, o, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan 20,4 kvadrat metr köməkçi sahəni zəbt etməmişdir. Ona görə də, o, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh1 iddia tələbini qəbul etmədi və məhkəmə iclasında göstərdi ki, o, İddiaçı mülkiyyətində olan 20,4 kvadrat metr köməkçi sahəni zəbt etməmişdir. Ona görə də, o, ilkin iddianın rədd edilməsi, barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh2 iddia tələbini qəbul etmədi və məhkəmə iclasında göstərdi ki, o, İddiaçı mülkiyyətində olan 20,4 kvadrat metr köməkçi sahəni zəbt etməmişdir. Ona görə də, o, ilkin iddianın rədd edilməsi, barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, ilkin iddia iddia təmin olunmalı, qarşılıqlı iddia isə rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətindən və arayışdan məlum olur ki, İddiaçı 22 iyul 1995-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********64-05101-093002, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 16 sentyabr 2022-ci il olan Çıxarışdan məlum olur ki, ünvan 1 evin, ümumi sahəsi 55,6 kvadrat metr olan, 02 otaqlı, 02 saylı mənzili İddiaçı oğlunun mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********64-05101-093001, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 07 avqust 2023-ci il olan Çıxarışdan məlum olur ki, ünvan 1 evin, ümumi sahəsi 56,5 kvadrat metr olan, 01 saylı mənzili Cavabdeh3 mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 22 aprel 2024-cü il tarixli, 3- 16-16/2-10/1759 saylı saylı rəyindən məlum olur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********64-05101-093002, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 16 sentyabr 2022-ci il olan çıxarışda qeyd edilən İddiaçı mülkiyyətlərində olan ünvan 1 evin, ümumi sahəsi 55,6 kvadrat metr olan, 02 otaqlı, 02 saylı mənzilin sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********64-05101-093001, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 07 avqust 2023-ci il olan çıxarışda qeyd edilən Cavabdeh3 mülkiyyətində olan ünvan 1 evin, ümumi sahəsi 56,5 kvadrat metr olan, 01 saylı mənzilin sahələrinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********64-05101-093002, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 16 sentyabr 2022-ci il olan çıxarışda qeyd edilən İddiaçı mülkiyyətlərində olan ünvan 1 evin, ümumi sahəsi 55,6 kvadrat metr olan, 02 otaqlı, 02 saylı mənzilin, 20,4 kvadrat metr köməkçi hissəsinin Cavabdeh3 faktiki istifadəsində olması müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********64-05101-093001, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 07 avqust 2023-ci il olan çıxarışda qeyd edilən Cavabdeh3 mülkiyyətində olan ünvan 1 evin, 01 saylı mənzilinin 56,5 kvadrat metr olan ümumi sahəsinə İddiaçı tərəfindən müdaxilə hal aşkarlanmamışdır. Mülki işəəlavə edilmişödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manatməbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 evin, ümumi sahəsi 55,6 kvadrat metr olan, 02 otaqlı, 02 saylı mənzilin 20,4 kvadrat metr köməkçi hissəsinin Cavabdeh3 tərəfindən tutulması, eyni zamanda Cavabdeh3 mülkiyyətində olan ünvan 1 evin, 01 saylı mənzilinin 56,5 kvadrat metr olan ümumi sahəsinə İddiaçı tərəfindən müdaxilə edilməməsi məlum olmuşdur. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 22 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1759 saylı rəyinə əsasən də təsdiq edilmişdir. Ona görə də Məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir.
1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödədiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 115-ci maddəsinə əsasən ekspertiza xərci məhkəmə xərclərinə aiddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan RespublikasıMPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə
QƏT ETDİ:
İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Mülkiyyətdə olan yaşayış evinə aid olan 20,4 kvadrat metr köməkçi sahənin azad edilməsi” tələbi üzrə ilkin iddiası təmin edilsin.
1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********64-05101- 093002, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 16 sentyabr 2022-ci il olan çıxarışda qeyd edilən İddiaçı mülkiyyətlərində olan ünvan 1 evin, ümumi sahəsi 55,6 kvadrat metr olan, 02 otaqlı, 02 saylı mənzilin 20,4 kvadrat metr köməkçi sahəndən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 çıxarılsınlar.
2. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “Ümumi istifadə olunan torpaq sahəsində inşa edilən qanunsuz tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddiası əsassız olmasına təmin edilməsin.
3. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat pul alınıb, İddiaçı verilsin.
4. Ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə - Az MEM VÖEN **********, AZ34 CTRE ******************** X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Mübariz Məmmədov.