Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-542/2023 23.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, X7 iclas katibliyi, Ərizəçi vəkili və etibarnamə üzrə nümayəndəsi X11, Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi vərəsəliyin açilması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında ərizəyə baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edib mərhum nənəsi X9 3-cü növbə qanun üzrə vərəsəsi olmaqla Göygöl rayonu, Toğanalı kəndində yerləşən JN-278A, KOD 50810018 seriyalı şəhadətnamə asasında 0,06 ha torpaq sahəsinə dair mirası faktiki olaraq qəbul etməsi və vərəsəliyin açılması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Maraqlı şəxs Göygöl Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Göygöl Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi vəkili və etibarnamə üzrə nümayəndəsi X16 məhkəmə iclasında ərizəsini müdafiə edərək göstərdi ki, Göygöl rayonunun Toğana kəndində yerləşən yaşayış evı Ərizəçi məxsusdur. Yaşayış evinin onun nülkiyyəti olmasını təsdiq edən hüquqmüəyyənedici sənəd olan qeydiyyat vəsiqəsi var.Həmin yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsi mərhum nənəsi X9 adına olmaqla torpağa dair JN-278A,KOD 50810018 seriyalı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamə vardır.X19 xx.xx.1981-ci ildə vəfat etmişdir.Nənəsinin vəfatından sonra miras torpaq sahəsini 3-cü növbə vərəsə kimi faktiki olaraq qəbul etmiş və hal-hazırda da onun sahibliyində və istifadəsindədir. 1-ci və 2-ci növbə vərəsələrdən heç kim nə faktiki olaraq nə də notariat orqanına müraciət edərək qəbul etməmişlər.Ərizəçi 0,06 ha torpaq sahəsini miras əmlak kimi qəbul etmiş, həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirir. Vərəsəlik şəhadətnaməsi alıb mırası adına rəsmələşdirmək üçün Göygöl rayon Notariat Ofisinə müraciət etsədə miras qoyanla qohumluq münasibətini subut edən sənədlər təqdim edə bilmədiyindən həmçinin mirası qəbul etmə müddətini ötürdüyündən ona vərəsəlik şəhadətnaməsi verılməsindən imtina edilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum nənəsi X9 3-cü növbə qanun üzrə vərəsəsi olmaqla Göygöl rayonu, Toğanalı kəndində yerləşən JN-278A, KOD 50810018 seriyalı şəhadətnamə asasında 0,06 ha torpaq sahəsinə dair mirası faktiki olaraq qəbul etməsi və vərəsəliyin açılması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X10 məhkəmə iclasında izahat verərək göstərdi ki, nümayəndəsi olduğu Maraqlı şəxs onun anası Ərizəçi anası Minayənin qardaşı qızıdır. Göygöl rayonunun Toğana kəndində yerləşən yaşayış evı Ərizəçi və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi isə mərhum nənəsi X12 məxsusdur. X19 xx.xx.1981-ci ildə vəfat etdikdən sonra 0.06 ha miras torpaq sahəsini Ərizəçi faktiki olaraq qəbul etmiş və hal-hazırda da onun sahibliyində və istifadəsindədir. Onun anası Maraqlı şəxs mirası nə faktiki olaraq nə də notariat orqanına müraciət edərək qəbul etməmişdir. Anası Maraqlı şəxs anasından miras qalmış həmin torpaq sahəsinin Ərizəçi mülkiyyətinə keçməsinə heç bir etirazı yoxdur. X5 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Ərizəçi onun babasının qardaşı qızıdır. Göygöl rayonunun Toğana kəndində yerləşən yaşayış evı Ərizəçi və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi isə mərhum X12 məxsusdur. Gövhər Qurbanova xx.xx.1981-ci ildə vəfat etdikdən sonra 0.06 ha miras torpaq sahəsini Ərizəçi faktiki olaraq qəbul etmiş və hal-hazırda da onun sahibliyində və istifadəsindədir. X2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Ərizəçi ilə qonşudur. Göygöl rayonunun Toğana kəndində yerləşən 0,06 ha torpaq sahəsi mərhum X12 və həmin torpağın üzərində yerləşən yaşayış evı Ərizəçi məxsusdur. Gövhər Qurbanova vəfat etdikdən sonra 0.06 ha miras torpaq sahəsini Ərizəçi faktiki olaraq qəbul etmiş və hal-hazırda da onun sahibliyində və istifadəsindədir. İş materialında olan; - Torpağın Mülkiyyətə verilməsinə dair JN-278A kod 50810018 saylı Şəhadətnamədə Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarına əsasən Qurbanova Gövhər H.qızının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,06 ha torpaq sahəsi verilməsi göstərilmişdir. - Qətnamənin surətindən görünür ki, Göygöl rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)-1029/2022 saylı qətnaməsi ilə Torpağın Mülkiyyətə verilməsinə dair JN-278A kod 50810018 saylı X1 məxsus olması faktı müəyyən edilmişdir. - Qeydiyyat vəsiqəsindən və fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Göygöl (Xanlar) rayonunun Toğana kəndində yerləşən 1 (bir) yaşayış otağı yaşayış sahəsi 16,5 kvm-dən ibarət yaşayış evi şəxsi mükkiyyət hüququ əsasında Xanlar rayon notariat kontorunun 4ə-1-118 reyestr nömrəli xx.xx.2004-cü il tarixli alqı satqı müqaviləsi əsasında Ərizəçi adına qeydə alınmışdır. - xx.xx.2022-ci il tarixli AZ-İİ seriyalı ******* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1981-ci il tarixdə vəfat etmişdir. - Göygöl rayon İHB-nın Toğanalı kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-47-26/3-2-99 nömrəli arayışda Göygöl rayonunun Toğana kəndində Ərizəçi məxsus yaşayış evi olduğu həmin yaşayış evinin mərhum nənəsi X9 adına olan 0.06 ha torpaq sahəsində yerləşdiyi, X9 xx.xx.1981-ci il tarixdə vəfat etdiyi onun vəfatından sonra birinci növbə vərəsəsi X4 qaldığı, X8 miras qalmış 0.06 ha torpaq sahəsini faktiki olaraq nəvəsi Ərizəçi qəbul edərək idarə etdiyi göstərilmişdir. - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci ildə ünvan 1 ünvanda qeydiyyatdadır. - Göygöl rayon Notariat ofisinin Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli 87 saylı məktubda miras qoyanla qohumluq münasibətlətlərını subut edən sənədlər təqdim edilmədiyindən həmçinin mirası qəbul etmə müddəti ötürüldüyündən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı göstərilmişdir. Məhkəmə iş üzrə ərizəçinin, maraqlı şəxsin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Konsitutisiyasını 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə və inzibati qaydada müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Mülki Məcəllənin 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4 və 4.1-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, ərizəçinin gətirdiyi dəlilləri həqiqətə uyğundur, tələb üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilərək, ərizəçinin hüquqlarının bərpa edilməsi baxımından ərizənin təmin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cü maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerini müəyyən edə bilər. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə mıhkəmə hesab edir ki, Ərizəçi mərhum nənəsi X9 3-cü növbə qanun üzrə vərəsəsi tanınmalı, Göygöl rayonu, Toğanalı kəndində yerləşən JN-278A, KOD 50810018 seriyalı şəhadətnamə asasında 0,06 ha torpaq sahəsinə dair mirası faktiki olaraq qəbul etməsi və vərəsəliyin açılması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 100 (yüz ) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 230, 307-308, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum nənəsi X9 3-cü növbə qanun üzrə vərəsəsi tanınsın. Ərizəçi Göygöl rayonu, Toğanalı kəndində yerləşən JN-278A, KOD 50810018 seriyalı şəhadətnamə asasında 0,06 ha torpaq sahəsinə dair mirası faktiki olaraq qəbul etməsi və vərəsəliyin açılması faktı müəyyən edilsin Qətnamədən alındığı (təqdim edildiyi) gündən 1 (bir) ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-542/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-542/2023
23.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver