Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-61/2023 10.01.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X12 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi və Göygöl rayon notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” tələbinə dаir iddiası üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi və Göygöl rayon notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X5ndan miras qalmış Göygöl rayon Yeni Qızılca kəndində yerləşən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında olan 0.1169 ha və xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında olan 0.2469 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mirası qəbul etməsi və vərəsəliyin açılması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum X5ndan Göygöl rayon Yeni Qızılca kəndi ərazisində miras torpaq sahəsi qalmışdır. İddiaçının atası 05 noyabr 2011-ci il tarixdə vəfat etmişdir. Vəfat edəndən sonra atasından miras qalmış əmlakı iddiaçı qəbul edərək idarə etmişdir. Hazırda da iddiaçının sahibliyində və istifadəsindədir. Həmçinin iddiaçının atası Mirdamət sağlığında ona vəsiyyətnamə verərək bütün əmlakını iddiaçıya vəsiyyət etmişdir. Eyni zamanda da digər vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. Hazırda da həmin vəsiyyətnamə qüvvədədir. İddiaçının bacısı Liliana 2016-cı ildə ona qarşı atalarından miras qalmış əmlaka payların bölünməsi tələbinə dair Göygöl Rayon Məhkəməsində iddia qaldırmışdır. Liliananın iddiası təmin edilməmiş və o Ali Məhkəməyə qədər şikayət vermişdir. Lakin şikayəti də təmin edilməmişdir. İddiaçı atası Mirdamətdən miras qalmış əmlakı həm vəsiyyət üzrə, həm də qanun üzrə birinci növbə vərəsə kimi qəbul etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, məhkəmə iclası barədə bildirişlər Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin və Göygöl rayon notariat ofisinin ünvanına göndərilmişdir. Buna baxmayaraq cavabdeh və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.3-cü maddəsinə əsasən, işdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı məhkəməyə təqdim etdiyi ərizədən müəyyən edilir ki, o, məhkəmədən işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxslər Göygöl rayon notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh və üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını və həmçinin şahidləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Göygöl rayonu, Yeni Qızılca kəndində qeydiyyatdadır. Bakı şəhər VVAQ şöbəsi tərəfindən verilmiş İJ seriyalı, 181150 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı (X5, anası X18) xx.xx.1954-cü ildə Bakı şəhərində doğulmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1954-cü ilin aprel ayının 21-ci günündə 552 nömrə ilə qeyd edilmişdir. Göygöl rayon Yeni Qızılca kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 372854 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 05 noyabr 2011-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2011-ci ilin 11-ci ayının 10-cu günündə 02 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 369039 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 31 oktyabr 2008-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2008-ci ilin 11-ci ayının 06cı günündə 797 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 iyul 2009-cu il tarixli, 660 nömrəli arayışın surətindən görünür ki, X14 ilə X10 nikahı haqqında 19 noyabr 1953cü ildə 805 saylı aktın qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Seyidov, arvada Seyidova soyadı verilmişdir. Göygöl rayon dövlət notariat kontoru tərəfindən verilmiş 08 fevral 2010-cu il tarixli, 2V-1- 32 nömrəli vəsiyyətnamənin surətindən görünür ki, Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan X1 rayonu Yeni Qızılca kəndində yerləşən 0.06 ha torpaq sahəsi, Bakı şəhəri, Buzovna qəsəbəsində “Plyaj” stansiyasında yerləşən 19 saylı yaylaq evini, bütün şəxsi sənədləri, kitabları, orden, medalları və digər əşyalarını, banklarda olan əmanətlərini, Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan qızı İddiaçı vəsiyyət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Qızılca kəndində yerləşən xüsusi mülkiyyət növlü 0.2469 ha torpaq sahəsi X8 adına daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Qızılca kəndində yerləşən xüsusi mülkiyyət növlü 0.1169 ha torpaq sahəsi X8 adına daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göygöl Rayon Məhkəməsinin 2(066)-173/2016 nömrəli, 02 sentyabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı Mirdamat qızına və Göygöl rayon Notariat kontoruna qarşı atası X9 vəsiyyətnamədə qeyd etdiyi Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən 0,06 ha torpaq sahəsi, Bakı şəhəri Buzovna qəsəbəsində “Plyaj” stansiyasında yerləşən 19 saylı yaylaq evinin, banklardakı əmanətlər və bəzi əşyalardan ona qanuni pay üzrə müəyyən edilib ayrılması, vəsiyyətnamədə göstərilməyən Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0,36 ha əkin pay torpağının bölünməsi və bütün bunlara hüququn yaranması üçün Göygöl rayon Notariat kontorundan vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4332/2017 nömrəli, 05 iyun 2017-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi və Gəncə Apelyasiya Məhkəməsinin MK-nın iş üzrə 31 yanvar 2017-ci il tarixli qətanaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 izahatında göstərdi ki, iddiaçının atası ilə onun atası əmi uşaqlarıdır. İddiaçının 1 bacısı və 1 qardaşı olmuşdur. Qardaşı Artur 1988-ci il tarixdən Azərbaycan Respublikasında yaşamamışdır. 2004-cü ildə iddiaçının qardaşını zəhərləyib öldürmüşlər. İddiaçının qardaşı Azərbaycan Respublikasının vətəndaşı olmamışdır. İddiaçının bacısı Liliana isə 2008-ci ildə anası öləndən sonra Azərbaycan Respublikasından getmişdir. Həmçinin Liliana Azərbaycan Respublikası vətəndaşı deyildir. O, xarici ölkələrin birində yaşayır. İddiaçının atasının Bakı şəhərində və Göygöl rayonunda çoxlu mülkiyyətləri olmuşdur. Bütün mülkiyyətlərini qızı Cənnətə vəsiyyət etməsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında göstərdi ki, iddiaçının atası ilə onun atası əmi uşaqlarıdır. İddiaçının 1 bacısı və 1 qardaşı qardaşı olmuşdur. Qardaşı Artur 1988-ci il tarixdən Azərbaycan Respublikasında yaşamamışdır. 2004-cü ildə iddiaçının qardaşını zəhərləyib öldürmüşlər. İddiaçının qardaşı Azərbaycan Respublikasının vətəndaşı olmamışdır. İddiaçının bacısı Liliana isə 2008-ci ildə anası öləndən sonra Azərbaycan Respublikasından getmişdir. Həmçinin Liliana Azərbaycan Respublikası vətəndaşı deyildir. O, xarici ölkələrin birində yaşayır. İddiaçının atasının Bakı şəhərində və Göygöl rayonunda çoxlu mülkiyyətləri olmuşdur. Bütün mülkiyyətlərini qızı Cənnətə vəsiyyət etməsini təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi və Göygöl rayon notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mərhum X5ndan Göygöl rayon Yeni Qızılca kəndi ərazisində miras torpaq sahəsi qalmışdır. İddiaçının atası 05 noyabr 2011-ci il tarixdə vəfat etmişdir. Vəfat edəndən sonra atasından miras qalmış əmlakı iddiaçı qəbul edərək idarə etmişdir. Hazırda da iddiaçının sahibliyində və istifadəsindədir. Həmçinin iddiaçının atası Mirdamət sağlığında ona vəsiyyətnamə verərək bütün əmlakını iddiaçıya vəsiyyət etmişdir. Eyni zamanda da digər vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. Hazırda da həmin vəsiyyətnamə qüvvədədir. İddiaçının bacısı Liliana 2016-cı ildə ona qarşı atalarından miras qalmış əmlaka payların bölünməsi tələbinə dair Göygöl Rayon Məhkəməsində iddia qaldırmışdır. Liliananın iddiası təmin edilməmiş və o Ali Məhkəməyə qədər şikayət vermişdir. Lakin şikayəti də təmin edilməmişdir. İddiaçı atası Mirdamətdən miras qalmış əmlakı həm vəsiyyət üzrə, həm də qanun üzrə birinci növbə vərəsə kimi qəbul etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra Konstitusiya) 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi deyilir”. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bundаn bаşqа, mirаs qаnunun tələbinə əsаsən qəbul оlunmuşsа, lаkin vərəsəlik şəhаdətnаməsi vаxtındа rəsmiləşdirilməmişsə, bu mirаsа qаrşı hüququn itirilməsi üçün əsаs hesаb edilə bilməz. Vərəsə mirаsа sаhiblik, оndаn istifаdə və оnа sərəncаm verməsi sаhəsində müvаfiq işlər görmüşsə-binаnın təmiri, həyətyаnı tоrpаq sаhəsini becərmək, məhsulu yığmаq və s. yаxud sığоrtа tədiyəsini və ev üçün vergini ödəmişsə, kirаyənişinlərdən mənzil pulunu yığmışsа və b. hаllаr vərəsənin mirаsı fаktiki surətdə idаrə etməyə bаşlаmаsını və mirаsа yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. İşin faktiki hallarından müəyyən olunur ki: X2 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Mərhum X19 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. X9 və X11 ölümündən sonra onların birinci növbə vərəsələri olan – İddiaçı və Cavabdeh qalmışdır. X15 və X19 vəfat etdikdən sonra onların hal-hazırda vərəsəsi olaraq qalmış - İddiaçı miras qalan əmlakda yaşayır və onu faktiki olaraq idarə edir. X3 tərəfindən qızı İddiaçı vəsiyyətnamə qoyulmuşdur. Məhkəmə ilk növbədə iddianın düzgün həll edilməsi üçün miras toplusuna daxil olan əmlakların dairəsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki‚ miras toplusuna – X7 miras qalan Göygöl rayon Yeni Qızılca kəndində yerləşən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında olan 0.1169 ha və xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında olan 0.2469 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri - daxildir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. İşdən müəyyən edilir ki, hazırki iş üzrə İddiaçı Midamət qızı X5ndan miras qalmış əmlaka sahiblik etməyə, onu idarə etməyə faktik başlamış, bununla da ondan miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Hazırki işdən isə müəyyən edilir ki, iddiaçı miras əmlakı faktiki olaraq qəbul etmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü təsbit etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Göründüyü kimi, vərəsəlik institutu ailə və əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur. Qanunvericilikdə mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Miras istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur:
1. miras əmlaka faktiki sahiblik etmək;
2. miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. İşdən daha sonra isə müəyyən edilir ki, digər birinci növbəli vərəsələr miras əmlakı qanunla müəyyən edilmiş müddətdə nə qanun üzrə nə də faktiki olaraq qəbul etməmişlər. Belə ki, onlar uzun illərdir həmin evdən köçüb getmişlər. Bundan başqa, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər (Mülki Məcəllə 1194 maddəsi). Eyni zamanda qeyd edilməlidir ki, məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması da mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. (Mülki Məcəllə 1202 maddəsi). Yəni, məcburi pay almaq istəyən vərəsələrdə qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etməlidirlər. Lakin, mərhumun digər digər birinci növbədə olan vərəsləri miras əmlakı nə faktiki, nədə ki qanun üzrə qəbul etməmişlər. Belə olan halda, onlar mərhumun vərəsəsi sayıla bilməzlər. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-nin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. X7 miras qalmış - Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında olan 0.1169 ha və xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında olan 0.2469 ha torpaq sahəsinin - İddiaçı tərəfindən mirası əmlak olaraq qəbul etməsi və vərəsəliyin açılması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Göygöl Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qətnаmədən şikаyət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Əyyub Kərimov.