Məhkəmə qərarları › İş №2(066)-611/2023

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-611/2023

17.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-611/2023 17.03.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X3 iclas kаtibliyi ilə, İddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı “miras əmlakdan payın müəyyən edilməsi və vərəsə kimi tanınaraq mülkiyyət hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı “miras əmlakdan payın müəyyən edilməsi və vərəsə kimi tanınaraq mülkiyyət hüququnun verilməsi” tələbinə dair iddia qaldıraraq ataları X2 miras qalmış Göygöl rayon Tülallar kəndində yerləşən fərdi yaşayış evindən, mitras əmlakdan onlara çatan payın müəyyən edilməsi və vərəsə kimi tanınaraq mülkiyyət hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki işdən isə görünür ki, iddiaçı miras əmlakda payların müəyyən edilməsi üçün notariat konturuna müraciət etməli, Notariat Konturu tərəfindən mübahisənin həll edilməsindən imtina edilməsini təsdiq edən heç bir sübutu ərizəsinə əlavə etməmişdir. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi yuxarıda qeyd edilən nöqsanlara yol verilərəl məhkəməyə təqdim edildiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı “miras əmlakdan payın müəyyən edilməsi və vərəsə kimi tanınaraq mülkiyyət hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Əyyub Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar