Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-639/2024 02.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X17 iclas katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X14 və maraqlı şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X35 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X7rşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 arasında bağlanmış 09 iyun 1996-cı il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edillməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 238.1-ci maddəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh X20 məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbi barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası MPM-in 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mülki iş üzrə cavabdeh X11 mülkiyyətində olan Göygöl rayon, Hacıməlik qəsəbəsində yerləşən 6/62 ünvanda olan evi və evin yerləşdiyi torapaq sahəsini 1996-cı il tarixdə satdığını bilmişdir. Cavabdehlə evin qiymətini 3840000 manata (800 ABŞ dollarına) razılaşmışlar. Həmin dövrdə onun evinin sənədləri qaydasında deyildi. O, evi ona satdığına görə 03 iyul 1996-cı il tarixdə evinə və torpaq sahəsinə sənəd düzəltdirmişdir. 09 iyul 1996-cı il tarixdə cavabdeh X14 3840000 manat pul verərək ona məxsus Göygöl rayon, Hacıməlik qəsəbəsində yerləşən 6/62 ünvanda olan evini və həmin evin 0.06 ha torpaq sahəsini almışdır. Onlar aralarında evin ona satılmasını təsdiq edən müqavilənamə tərtib edərək alqı-satqını rəsmiləşdirmişlər. Bundan əlavə cavabdeh X20 evi ona satması üçün Xanlar rayon notariat kontoruna gedərək ona 09 iyul 1996-cı il tarixdə etibarnamə vermişdir. Həmin etibarnamənin məzmunundan da görünür ki, etibarnamə Göygöl rayon, Hacıməlik qəsəbəsində yerləşən 6/62 ünvanda olan ev və həmin evin 0.06 ha torpaq sahəsi onun tərəfindən istənilən şəxsə satıla bilər və notariat kontorunda onun nümayəndəsi ola bilər. Cavabdeh X20 notariat kontoruna getdikdə, mülkün yerləşdiyi nümayəndəlikdən orda qeydiyyatda olan ailə üzvləri ilə bağlı arayış alaraq notariat kontoruna təqdim etmişdir. Cavabdeh X11 yaxın ailə üzvləri Xanlar notariat kontorunda 09 iyul 1996-cı il tarixdə evlərinin satılmasına razılıq vermişlər. Bundan başqa cavabdeh X11 evin satılmasını təsdiq etmək üçün özünə məxsus nikah şəhadətnaməsinin əslini də ona vermişdir. Bundan başqa cavabdeh alqı-satqıdan sonra Göygöl rayon, Hacıməlik qəsəbəsində yerləşən 6/62 ünvanda olan evini və həmin evin 0.06 ha torpaq sahəsinə dair sənədlərin əsillərini ona təqdim etmişdir. Məhkəmənin nəzərinə catdırır ki, 1996-ci il tarixdən həmin evə dair sənədlər ondadır və iddia ərizəsinə əlavə edir. Cavabdeh evi və evin yerləşdiyi torpaq sahəsini ona satandan dərhal sonra həmin qəsəbəni tərk etmişdir. Onlarla 1996-cı ildən indiki dövrə qədər əlaqə saxlaya bilmir. Ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, məhkəmənin icraatında olan mülki iş üzrə cavabdeh X2 arasında bağlanmış 09 iyun 1996cı il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hal-hazırda iddia ərizəsinin dəqiqləşdirilməsinə ehtiyac vardır. Belə ki, iddia tələbində alqı-satqı müqaviləsinin bağlanmasının hesab edilməsi qoyulsa da lakin, hansı əmlak üzrə alqı-satqı müqaviləsinin bağlanması yazılmamışdır. Odur ki, X2 arasında Göygöl rayon Hacıməlik (Əzizbəyov) qəsəbəsi 6/62 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə (JN 608 saylı şəhadətnamə ilə müəyyən edilmiş 0.06 ha torpaq sahəsi) dair bağlanmış 09 iyun 1996-cı il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Qeyd olunanlara görə məhkəmə iddiaçının nümayəndəsinin iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəsini məqsədə uyğun hesab etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, 1996-cı ildə qeyd olunan evi X8 800 ABŞ dollarına satın almışdır. Evi aldıqdan sonra cavabdeh çıxıb ölkədən getmişdir. Sonra cavabdeh ailə üzvləri Azərbaycana gəlib onu axtarmışlar ki, yenidən ona etibarnamə versinlər, lakin onu tapmamışlar. Bundan sonra özü onları nə qədər axtarsa da, tapmamışdır. Alqı-satqı olan vaxt cavabdehin ailə üzvləri əmlakın satılmasına notariusda razılıq vermişlər. Həmin evdə 1996-cı ildən indiyə qədər özü yaşayır. Mülkü evnən bir yerdə 6 sot torpaq sahəsi vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Əlavə olaraq göstərdi ki, iddiaçı 1996-cı ildə ev almaq istəyəndə ona məlum olmuşdur ki, qəsəbədə türklər var və onlar evini satıb Türkiyəyə getmək istəyirlər. Bundan sonra iddiaçı ilə cavabdeh X20 arasında sövdələşmə olmuşdur. Sövdələşmənin əsas səbəbi o olmuşdur ki, cavabdeh o vaxtkı Əzizbəyov indiki Hacıməlik qəsəbəsində olan evini və torpaq sahəsini ******* manata, yəni 860 ABŞ dollarına satır. Evin sənədləri qaydasında olmadığına görə alqı-satqıdan 1 ay əvvəl onların arasında danışıq olmuş və iddiaçı 200 ABŞ dolları cavabdehə beh vermişdir ki, evin sənədlərini düzəldib ona təqdim etsin. Bundan sonra cavabdeh İcra nümayəndəsinə və əvvəlki Qəbələ İdarəsinə müraciət edərək evin sənədlərini 03 iyul 1996-cı ildə düzəltmişdir. Bundan 6 gün sonra isə, yəni 09 iyul 1996-cı ildə onların arasında alqı-satqı baş tutmuşdur. Müqavilənamədə alqı-satqının şərtləri və hansı qaydada bağlanması açıqlanmış və şahidlərin iştirakı ilə müqavilənamə imzalanmışdır. Həmin vaxt cavabdehin anası, həyat yoldaşı və azyaşlı uşaqları notariat orqanına razılıq ərizəsi vermək üçün müraciət etmişlər. Uşaqlar azyaşlı olduğundan notariusda ərizə vermələri uyğun olmamış, lakin cavabdehin anası və həyat yoldaşı 09 iyul 1996-cı il tarixdə əmlakın iddiaçıya satılmasına razılıq vermələrinə dair notarial qaydada ərizə vermişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2004-cü ildən 2015-ci ilə kimi Göygöl rayonu Hacıməlik qəsəbəsinin İcra nümayəndəsinin müavini, 2015-ci ildən hal-hazıra qədər isə həmin qəsəbənin İcra nümayəndəsi vəzifəsində işləyir. İddiaçı uzun müddətdir ki, Hacıməlik qəsəbəsində 6-cı küçədə yerləşən 62 ünvanında ailə üzvləri ilə birgə yaşayır. Onlarda olan məlumata görə 1996-cı ildən hal-hazıra qədər Müzadil həmin evdə yaşayır və evin bütün kommunal xərclərini ödəyir. İşlədiyi dövrdə cavabdehi və onun ailə üzvlərini qəsəbədə görməmişdir. Odiljon adlı adamı tanımır. Qeyd olunan əmlakla bağlı heç bir mübahisə yoxdur. Həmin ev İddiaçı məxsusdur. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, iddiaçı ilə qonşudur. Müzadil 1996-cı ildən qəsəbədə yaşayır. Həmin ev 800 ABŞ dollarına cavabdeh X20 tərəfindən iddiaçıya satılmış və bu barədə onlar notariusada gedib ərizə vermişlər. Alqı-satqı onun yanında bağlanmışdır. Alqı-satqıdan sonra onun yanında İddiaçı türkə 200 ABŞ dolları beh də vermişdir. Evi satandan 3-4 gün sonra cavabdeh çıxıb ölkədən getmişdir. Müqavilənamədə qeyd olunan imza onun özünə məxsusdur. Evin İddiaçı satılmasını təsdiq edir. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 1994-cü ildə İddiaçılə ailə qurmuşdur. Birgə nikahlarından Məleykə adında 1 qız övladları olmuşdur. 2002-ci ildən hal-hazıra qədər Hacıməlik qəsəbəsinə gəlib qeyd olunan evdə İddiaçılə birlikdə yaşayır. Alqı-satqının bağlanmasından məlumatı vardır. Odiljon evi Müzadilə satandan sonra köçüb ailəsi ilə birlikdə Türkiyəyə getmişdir. Müqavilənamədə onun adının qarşısında olan imzasının ona məxsus olmasını təsdiq edir. Məhkəmə, iddiaçını, onun nümayəndəsinin izahatını və şahidlərin ifadəsini dinləyərək və iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09 iyul 1996-cı il tarixli Əzizbəyov qəsəbəsində bağlanmış müqavilənamədən görünür ki, həqiqtən X20 Əzizbəyov qəsəbəsində 6/62 ünvanında olan evini və 6 sot torpaq sahəsini Şahid2, X12 və X22 iştirakı ilə İddiaçı ******* manata satmış və alqı-satqının olmasını imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Hacıməlik qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanlanmış 05 iyun 2024-cü il tarixli arayışından görünür ki, X11 və onun ailə üzvlərinin axırıncı yaşayış yeri Göygöl rayon Hacıməlik qəsəbəsi olmuşdur. Əlavə olaraq bildirilmişdir ki, onun Göygöl rayon Hacıməlik qəsəbəsindən 1996-cı il tarixdə köçməsinin səbəbi, ona məxsus olmuş Göygöl rayon Hacıməlik qəsəbəsində yerləşən 6/62 ünvanında olan evini və torpaq sahəsini İddiaçı 09 iyul 1996-cı il tarixdə satmasıdır. İş materiallarında olan ünvan 4 notariat ofisində təsdiq edilmiş ərizədən görünür ki, X1 Odiljon Niyazoviçə Xanlar rayonu Əzizbəyov kəndi 6/62 ünvanında yerləşən evi satmağa razılıq vermişdir. İş materiallarında olan ünvan 4 notariat ofisində təsdiq edilmiş ərizədən görünür ki, X24 Xanlar rayonu Əzizbekova 6/62 kəndində yerləşən nikahları zamanı əldə etdikləri əmlakın həyat yoldaşı Cavabdeh satılmasına razılıq vermişdir. İş materiallarında olan 09 iyul 1996-cı il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh özünə məxsus olan Əzizbəyov qəsəbəsi 6/62 ünvanında olan evini satmağa, TİB-də və notariat kontorunda nümayəndə olmağa, ona çatası pulu və sənədləri almağa və imzalamağa 3 il müddətinə İddiaçı vəkalət etmişdir. İş materiallarında olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Hacıməlik qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 15 aprel 2024-cü il tarixli, 266 nömrəli arayışından görünür ki, Hacıməlik qəsəbə sakini İddiaçı həqiqətən xx.xx.1996-cı il tarixli etibarnaməyə əsasən Hacıməlik qəsəbəsi 6/62 saylı ev ona məxsusdur və hal-hazırda həmin evdə yaşayır. İş materiallarında olan xx.xx.1996-cı il tarixli arayışdan görünür ki, Cavabdeh ailə tərkibi - həyat yoldaşı 1965-ci il təvəllüdlü X24, anası 1928-ci il təvəllüdlü Yusma Süleyman qızı, oğlu 1987-ci il təvəllüdlü Aydınbek Odiloviç, oğlu 1989-cu il təvəllüdlü Süleyman Odil oğlu və oğlu 1991-ci il təvəllüdlü Said Adil oğludur. İş materiallarında olan Xanlar rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin xx.xx.2004-cü il tarixli arayışından görünür ki, Xanlar rayon Hacıməlik qəsəbəsi 6-cı küçə 62 saylı mülk vətəndaş Cavabdeh adınadır. Mülk bir mərtəbəli olmaqla, kubikdən tikilmiş, ümumi sahəsi 58,8 kvm, o cümlədən 2 (iki) yaşayış otağı, yaşayış sahəsi 45,6 kvm, mətbəx 13,2 kvm-dir. Mülkün həyətyanı torpaq sahəsi 600.0 kvm-dir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X35 3 saylı Gəncə Ərazi İdarəsinin daşınmaz əmlakın olub-olmamasına dair arayışın verilməsi barədə xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən yaşayış evi 03 iyul 1996-cı il tarixli, 68 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh adınadır. Yaşayış evi 1 mərtəbəli, iki otaqlı, ümumi sahəsi 58.8 kv.m-dən ibarət olmuşdur. İş materiallarında olan 304477 nömrəli, xx.xx.1986-cı il tarixli evlənmə haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X28 xx.xx.1986-cı il tarixdə nikahlarını bağlamışlar. Nikahın bağlanması haqqında akt qeydləri kitabında 1986-cı ilin sentyabr ayının 19-cu günündə 990 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Qvaramadze, arvada Qvaramadze soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqli surətlərindən görünür ki, X15, X9 və X23 ataları Cavabdeh, anaları X16. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə Goranboy rayonunun Qaradağlı kəndində anadan olmuş, Göygöl rayonu Hacıməlik qəsəbəsində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X35 3 saylı Gəncə Ərazi İdarəsinin məhkəməyə ünvanladığı məktubdan və ona əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-608A, KOD ********* saylı şəhadətnamədən görünür ki, Xanlar rayon X25 xx.xx.1997-ci il tarixli qərarı ilə X13, X18, X5, X6 və X19 paylı mülkiyyətdə olan Xanlar rayonu, Hacıməlik qəsəbəsində 0.06 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə baxışında müəyyən edildi ki, cavabdeh X20 ailə üzvlərinin razılığı ilə mülkiyyətində olan Göygöl rayon Hacıməlik (Əzizbəyov) qəsəbəsi 6/62 ünvanında yerləşən fərdi yaşayış evini və torpağın mülkiyyətə verilməsinə dair JN-608A, KOD ********* saylı şəhadətnamə ilə 0.06 ha torpaq sahəsini xx.xx.1996-cı ildə ******* manata İddiaçı satmış, bu barədə öz aralarında yazılı qaydada müqavilənamə bağlamış və onun iştirakçıları tərəfindən imzalanmışdır. Müqavilə bağlananda Cavabdeh anası və həyat yoldaşı əmlakın satılmasına razılıq vermələrinə dair notariat kontorunda ərizə vermişlər və həmin vaxtdan fərdi yaşayış evi və torpaq sahəsi iddiaçının istifadəsindədir. Buna baxmayaraq iddiaçı hal-hazıra qədər müqavilənamə əsasında aldığı fərdi yaşayış evini və 0.06 ha torpaq sahəsini öz adına rəsmiləşdirə bilməmişdir. Bu səbəbdən iddiaçı məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-cı maddəsinə əsasən daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1 noyabr 2005-ci il tarixədək qüvvədə olan və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiq edilməsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikasının Qanununa və həmin Qanunla təsdiq edilmiş «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə Mülki Məcəllənin mətnindən çıxarılmış 335.2-ci maddəsinin müddəalarına əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiq edilməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Oxşar münasibətləri tənzimləyən İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə, iş üzrə tərəflərin alqı-satqı müqaviləsinin mühüm şərtləri barədə razılığa gəlməsini və bununla bağlı özlərinin azad iradə ifadələrini yazılı formada tərtib edilmiş sənəddə əks etdirməsini, həmin vaxtdan sonra razılaşmanın cavabdehin təqsiri üzündən notariat qaydasında rəsmiləşdirilməsinin mümkün olmamasını, sonradan isə bu razılaşmanın cavabdehin ölkə ərazisində olmaması səbəbindən notarial qaydada təsdiq edilməməsini, həmçinin mübahisəli fərdi yaşayış evin və onun yerləşdiyi torpaq sahəsi üzrə alqı-satqısına dair və pulun verilməsinə dair yazılı sənədin imzalanmasını və bu halları təsdiq edən sübutların məhkəməyə təqdim edilməsini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 77.1-ci mаddəsinə görə iddiaçı öz tələblərinin əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq nəticəyə gəlir ki, məhkəmə iclasında müəyyən olunmuş hallar əsas götürülməli, iddia tələbi təmin edilməli və İddiaçı ilə cavabdeh X20 arasında Göygöl rayon Hacıməlik (Əzizbəyov) qəsəbəsi 6/62 ünvanda yerləşən fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə (JN 608 saylı şəhadətnamə ilə müəyyən edilmiş 0.06 ha torpaq sahəsi) dair bağlanmış xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh X20 arasında Göygöl rayon Hacıməlik (Əzizbəyov) qəsəbəsi 6/62 ünvanda yerləşən fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə (JN 608 saylı şəhadətnamə ilə müəyyən edilmiş 0.06 ha torpaq sahəsi) dair bağlanmış xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Göygöl Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra, qətnamənin verildiyi vaxtdan 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev Əsli ilə düzdür: Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-639/2024
Göygöl Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(066)-639/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver