Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-650/2023 24.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs3 Anatoli oğlunun iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair mülki işə 24 may 2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək özünün, yəni Ərizəçi X1 miras qalmış Göygöl şəhəri R.Nəsibov məhəlləsi bina 7, mənzil 05-də yerləşən 2 otaqlı yaşayış evinə dair mirası qəbul etməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 238.1-ci maddəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs4 məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbi barədə məlumat vermədikdə, ərizəçi buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası MPM-in 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Ərizəçi tərəfindən məhkəməyə 24 may 2023-cü il tarixdə ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Mərhum həyat yoldaşı X7 xx.xx.2015-ci il tarixdə vəfat etdikdən sonra həmin evdə özü yaşamış və mirası faktiki olaraq özü qəbul etmişdir. Oğulluğu Maraqlı şəxs4 Anatoliyeviç hal-hazırda ölkə xaricindədir və 15 ildən çoxdur ki, harada olduğu barədə məlumatı yoxdur. Odur ki, mülki işə qiyabi icraat qaydasında baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzində notariat Ofisinin notariusu Nidayət Rzayev tərəfindən 05 aprel 2023-cü il tarixli, 879 saylı məktubu məhkəməyə daxil olmuşdur. Həmin məktubda Göygöl Rayon Məhkəməsində xx.xx.2023-cü il tarixdə saat 10:00-da baxılacaq 2(066)-650/2023 nömrəli mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş və bildirmişdir ki, məhkəmə tərəfindən qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazı yoxdur. Ərizəçi məhkəməyə verdiyi izahatında iddianı müdafiə edərək göstərdi ki, özü mərhum X7 ilə 18 aprel 2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onlar ailə qurandan sonra Anatolinin adına Göygöl şəhəri, R.Nəsibov məhəlləsi, ev 07, mənzil 05-də 2 otaqlı yaşyış evi almışlar və o, vəfat edənə kimi həmin evdə yaşamışlar. Həyat yoldaşı Anatoliy xx.xx.2015-ci il tarixdə ürək çatışmamazlığından vəfat edib, o, vəfat edəndən sonra özü mirasın qəbul olunması ilə bağlı notariat orqanına müraciət edə bilməmiş, ona görə də hazırda mirasın qəbul edilməsi üçün müəyyən olunmuş müddəti ötürmüşdür. Ancaq həyat yoldaşı vəfat edəndən sonra mirası faktiki olaraq özü qəbul etmiş və bu gündə mirası özü idarə edir. Qeyd etdiyi kimi əri Anatoliydən miras qalmış yaşayış evini onlar birgə nikah dövründə əldə etmişlər. Mirasın Anatoliyə aid hissəsini də faktiki olaraq özü qəbul etmişdir. Hazırda mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etsə də, uzun müddət keçdiyi üçün, həmçinin vərəsələrdən Maraqlı şəxs4 Anatoleviç notariat orqanına gəlmədiyi üçün vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Ona görə məcbur olub ərizə ilə məhkəməyə müraciət edir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən maraqlı şəxs Quliyeva (Əliyeva) Elina Anatoli qızı izahatında göstərdi ki, ərizəçinin qızıdır. X16 24 oktyabr 2015-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra Göygöl şəhəri R,Nəsibov məhəlləsi, 7 nömrəli binada yerləşən 5 nömrəli mənzil miras qalmışdır. Özü həmin evdə qeydiyyatda olmasına baxmayaraq miras qəbul etməsi barədə notariat ofisinə ərizə ilə müraciət etməmiş və mirasa nə sahibilik nədə ki, mirası idarə etməmişdir. 2015-ci ildə ailə qurub miras qalmış evdən köçüb getmişdir. Mirasdan ona çatası payı qəbul etməməsinə görə miras əmlaka dair heç bir iddiası və təlbi yoxdur. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs3 Anatoli oğlu izahatında ərizəçinin oğlu olmasını, atasından miras evin qalmasını, X16in vəfatından sonra özünün həmin miras əmlakdan çıxıb getməsini, mirasdan ona çatası payı qəbul etməməsini və gələcəkdə də mirasa dair ötürülmüş müddətin bərpasına görə məhkəməyə müraciət etməyəcəyini bildirdi və ərizənin qanunauyğun həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 izahatında ərizəçi ilə qonşu olmasını, Ərizəçi həyat yoldaşının rəhmətə gedəndən sonra həmin miras qalmış evdə ərizəçinin və onun oğlu Orxanın yaşamasını, Eduard adlı şəxsi tanımamasını, ərizəçinin qızı Elinanın isə atası rəhmətə getməmişdən əvvəl ailə qurub köçməsini bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 və X4 izahatlarında şahid X10 ilə eyni məzmunda izahat verərək onun ifadəsini təsdiq etdilər. Məhkəmə iş üzrə tərəflərin və şahidlərin izahatını dinləyib və iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Xanlar (Göygöl) şəhəri R.Nəsibov məhəlləsində istifadədə olan 0.066 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində, 54.4 kv.m ümumi, 30.5 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 5 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 98 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan 18 aprel 2006-cı il tarixdə verilmiş AZ-İ 228481 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə Ərizəçi nikahları 18 aprel 2006-cı ildə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadları verilmişdir. İş materiallarında olan Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 768706 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 24 oktyabr 2015-ci il tarixdə ölmüşdür. İşdə olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1960-cı ildə Gürcüstan Respublikası Bolnisi rayonunun Darbaz kəndində anadan olmuş, Göygöl şəhəri R.Nəsibov məhəlləsi, ev 07, mənzil 05 ünvanında qeydiyyatdadır. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx xxxx 1992-ci ildə Xanlar (ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs3 Anatoli oğlu xx xxxx 1993-cü ildə Xanlar (ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Göygöl rayonu İcra Hakimiyyəti Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 10 mart 2023-cü il tarixdə Ərizəçi verilmiş arayışdan görünür ki, həqiqətən onun mərhum əri X7 24 oktyabr 2015-ci il tarixdə ölmüşdür və ölən günədək Göygöl (keçmiş Xanlar) şəhəri Rövşən Nəsibov məhəlləsi ev 7, mənzil 5-də qeydiyyatda olmaqla yaşamışdır. Ərizəçi təqdim etdiyi sənədlərə və özünün verdiyi məlumata əsasən mərhum əri X5 1960-cı il təvəllüdlü həyat yoldaşı Ərizəçi, 1992-ci il təvəllüdlü Maraqlı şəxs2y qızı, 1993-cü il təvəllüdlü oğlu Maraqlı şəxs3 və 1974-cü il təvəllüdlü oğlu Maraqlı şəxs4 Anatoleviç adlı ailə üzvləri vardır. Maraqlı şəxs4 Anatoleviçin şəxsiyyətini təsdiq edən sənəd təqdim olunmadı. X2 ölən günədək ailəsi ilə birgə Göygöl (keçmiş Xanlar) şəhəri Rövşən Nəsibov məhəlləsi ev 7, mənzil 5-də yaşamışdır. Mərhumun valideynlərindən sağ qalanı yoxdur. QEYD: Ərizəçi ərinin sağlığında və ölümündən sonra hal-hazıra kimi Göygöl (keçmiş Xanlar) şəhəri Rövşən Nəsibov məhəlləsi ev 7, mənzil 5-də yaşayış qeydiyyatında olmaqla yaşayır. (vərəsələrin sayı barədə müraciət edən şəxs tərəfindən bildirilmişdir, gələcəkdə hər hansı hüquqi nəticələrə səbəb olacağı təqdirdə Göygöl Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi heç bir məsuliyyət daşımır.). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional ASAN Xidməti Mərkəzində notariat ofisinin 03 mart 2023-cü il tarixli Maraqlı şəxs3 ünvanlanmış məktubdan görünür ki, müraciətə cavab olaraq ona bildirilmişdir ki, təqdim edilmiş sənədlərdən müəyyən olundu ki, qardaşınız orada qeydiyyatdadır və mirası faktiki qəbul etmişdir. Sizin ərizənizdən görsənir ki, qardaşınız vəfat etmişdir. Lakin onun ölüm haqqında şəhadətnaməsini təqdim edə bilmirsiniz. Ona görə də qardaşınızın ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İşdə olan Göygöl rayon Notariat ofisinə ünvanlanmış və təsdiq edilmiş Maraqlı şəxs3 Anatoli oğlunun və Quliyeva (Əliyeva) Elina Anatoli qızının ərizələrindən görünür ki, ataları X5 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mərhuma məxsus olan bütün miras əmlakdan özlərinə çatası miras payı qanunla müəyyən edilmiş müddət ərzində bilərəkdən qəbul etməmişlər və indidə etmirlər. Gələcəkdə müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcəklər. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı bütün diqqətəlayiq hallara aydınlıq gətirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, MH seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli çıxarış əsasında verilmiş Göygöl (keçmiş Xanlar) şəhəri R.Nəsibov məhəlləsi ev 7, mənzil 5 X5 adına daşınmaz əmlakın dövlət reyestrində 01 nömrəli reyestr kitabının 98 nömrəli vərəqində qeydiyyata alınmışdır. Ərizəçinın mərhum əri X7 24 oktyabr 2015-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra ərizəçi və maraqlı şəxslər onun vərəsələri qalmışdır. Maraqlı şəxslər miras açılandan sonra nə qanunla müəyyən edilmiş müddətdə mərhum A.Əliyevdən qalan mirasın qəbulu ilə bağlı notariusa müraciət etməmişlər nə də ki, miras əmlakdan istifadə etməmişlər. Ərizəçi mülkiyyət hüququnun əmələ gəldiyi andan mərhum həyat yoldaşı A.Əliyevdən miras qalmış 0.066 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 54.4 kv.m olan 2 otaqlı mənzilə sahiblik edir. Maraqlı şəxslər Maraqlı şəxs3 Anatoli oğlunun və Quliyeva (Əliyeva) Elina Anatoli qızının notariat ofisinə yazdığı ərizələrdən də aydın olur ki, onlar mərhum ataları X6 məxsus olan bütün miras qalmış əmlakdan onlara çatası payı bilərəkdən qəbul etməmişlər və gələcəkdə də müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcəklər. Odur ki, Ərizəçi mərhum əri X3 miras qalmış mənzilə dair mirası qəbul etməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağırılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar yaranan münasibətlər vərəsəlik münasibətləridir. Mirasın açılması (vərəsəlik hüquq münasibətinin yaranması) iki məsələ - mirasın açıldığı vaxt və mirasın açıldığı yerlə bağlıdır. Mirasın açıldığı vaxt vərəsələrin dairəsinin, vərəsələrin fəaliyyət qabiliyyətinin, miras əmlakın tərkibinin (həcminin), məcburi payın müəyyənləşdirilməsi, iddia müddətinin axımının keçməsi və bu kimi bir çox məsələlərin həlli üçün zəruridir. Bundan əlavə, mirası qəbul etmək və ondan imtina etmək üçün nəzərdə tutulan müddət mirasın açıldığı vaxtdan asılı olaraq müəyyən edilir. Həmçinin miras açıldığı vaxtdan qəbul edilmiş miras vərəsəyə məxsus hesab olunur, yəni vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin müəyyənləşdirilməsi də mirasın açıldığı vaxta bağlıdır (Mülki Məcəllənin 1322-ci maddəsi). Mülki qanunvericilik mirasın açıldığı yerin tənzimlənməsinə xüsusi diqqət yetirmişdir. Mülki Məcəllənin 1147-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159.1-ci maddəsində isə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrin dairəsi müəyyən edilmişdir. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq ola bilərlər (Mülki Məcəllənin 1134.2-ci maddəsi). Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Qarşılıqlı razılıq əsasında mirasın bölgüsü ümumi qayda olmaqla vərəsələr arasında birgə sazişə uyğun notariat və ya məhkəmənin iştirakı olmadan miras əmlakın bölüşdürülməsidir. Miras əmlakın bölgüsü barədə vərəsələr arasında mübahisə olmadığı təqdirdə qarşılıqlı razılaşma əsasında miras bölgüsü həyata keçirilir. Mirasın vərəsələr arasında miras qoyan tərəfindən bölüşdürülməsi də mümkündür. Bu halda miras hələ miras qoyanın sağlığında qoyulmuş vəsiyyətnamə üzrə vərəsələr arasında bölüşdürülür. Belə ki, Mülki Məcəllənin 1275‐ci maddəsinə əsasən, miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər. Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyrimümkün olsun. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X1 miras qalmış MH seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli çıxarış əsasında verilmiş Göygöl (keçmiş Xanlar) şəhəri R.Nəsibov məhəlləsi ev 7, mənzil 5-də yerləşən 2 otaqlı yaşayış evinə dair mirası Ərizəçi qəbul etməsi və vərəsəliyin açılması faktı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X1 miras qalmış MH seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli çıxarış əsasında verilmiş Göygöl (keçmiş Xanlar) şəhəri R.Nəsibov məhəlləsi ev 7, mənzil 5-də yerləşən 2 otaqlı yaşayış evinə dair mirası Ərizəçi qəbul etməsi və vərəsəliyin açılması faktı müəyyən edilsin. Bu qətnamə hüquqların qeydiyyata alınması üçün əsas hesab edilsin. Maraqlı şəxs4 qiyabi qətnaməni aldıqdan sonra, 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Göygöl Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamənin ləğv etmə müddəti bitdikdən sonra, tərəflər 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-650/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-650/2023
24.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver