Məhkəmə qərarları › İş №2(066)-652/2023

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-652/2023

19.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-652/2023 19.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və cavabdehlərin digər mülkiyyətində olan tikililərdən və torpaq sahəsindən istifadə hüququna qadağa qoyulması tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmdə Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və cavabdehlərin digər mülkiyyətində olan tikililərdən və torpaq sahəsindən istifadə hüququna qadağa qoyulması tələbinə dair iddia qaldıraraq Göygöl rayonunun Üçtəpə kəndində xüsusi nülkiyyətində olan 1 otaqlıevə köçürülməsi və **********13-10301 reyestr nömrəli,********** nömrəli qeydlə Seriya RX ******* nömrəli xx.xx.2019-cu il tarixli çıxarış və xx.xx.2019-cu il tarixli **********13-10301 nömrəli reyestrlə fərdi yaşayış evinin Texniki pasportunda qeyd edilən digər tikililərdən və torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı iclası 19 iyun 2023-cü il tarixə, saat 10:00-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər göstərilən tarixdə məhkəmə iclasına heç bir üzürlü səbəb göstərmədən gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, onlar məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263- 264 -ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və cavabdehlərin digər mülkiyyətində olan tikililərdən və torpaq sahəsindən istifadə hüququna qadağa qoyulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Göygöl rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar