Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-654/2025 13.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “mülkiyyətində olan yaşayış evindən və yardımçı tikililərdən istifadəyə yaradılan maneənin qadağan olunması” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı “mülkiyyətində olan yaşayış evindən və yardımçı tikililərdən istifadəyə yaradılan maneənin qadağan olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında 7/8 payla mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100.9 kv.m olan yaşayış evinə aid mətbəxdən, zirzəmidən, həyətdə olan yardımçı tikilidən və su çənlərindən istifadəyə cavabdehlər tərəfindən yaradılan maneənin qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə hazırlıq iclasında baxılarkən İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1 qarşı “mülkiyyətində olan yaşayış evindən və yardımçı tikililərdən istifadəyə yaradılan maneənin qadağan olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-654/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-654/2025
13.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver