Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-666/2025 14.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «zəbt edilmiş torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «zəbt edilmiş torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,06 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Göygöl rayonu Üçtəpə kəndində 0,0977 ha pay torpaq sahəsi var. İş üzrə cavabdeh ona məxsus torpağın təxminən 0,06 ha hissəsini zəbt etmişdir və ona məxsus torpağı zəbtdən azad etmir. Ona görədə məhkəmə qaydasında cavabdeh ona məxsus torpağın zəbt edilmiş 0,06 ha hissəsindən azad edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq bildirdi ki, məhkəmə tərəfindən ona göndərilmiş dövlət rüsumunun ödənilməsi barədə məktubu almışdır. Lakin, hazırda dövlət rüsumunun ödənilməsi barədə qəbzi təqdim edə bilmir. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclası barədə ona sms vasitəsilə gələn bildirişdə məlumatı olmuşdur. Hazırda işin baxılmamış saxlanılmasına etirazı yoxdur. Sədrlik edən iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumunun ödənilməsinə dair hər hansı sübutun əlavə edilməməsi, həmçinin ərizəyə qoşma kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin arayışının əlavə edilməsi göstərilsədə həmin arayışın ərizəyə əlavə edilməməsi müəyyən olunmuşdur. Qeyd edilən nöqsanlarla bağlı məhkəmə tərəfindən iddiaçıya məlumat verilmiş, göstərilən nöqsanların aradan qaldırılması təklif olunmuş, buna baxmayaraq iddiaçı tərəfindən həmin nöqsanlar aradan qaldırılmamışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Qanunun 1.4-cü maddəsinə əsasən “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin Qanunun 8.2-ci maddəsində qeyd edilmişdir ki, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12.-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 149.2.3.-ci maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.4.-ci maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi barədə qəbz məhkəməyə təqdim edilmədiyindən iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün deyildir və bu səbəbdən ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «zəbt edilmiş torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-666/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-666/2025
14.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver