Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-67/2023 22.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi barədə ərizəyə baxaraq məhkəmə m üə y y ə n e t d i : İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq Cavabdeh ona məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,12 ha totpaq sahəsindən çıxarılması və torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək torpaq sahəsindən yığışdırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək göstərdi ki, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehin ona məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,12 ha totpaq sahəsindən çıxarılması və torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək torpaq sahəsindən yığışdırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hazirda İddiaçı iddia tələbinə baxılmasını istəmir. Odur ki, həmin mülki iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasınının yeri və vaxtı barədə Cavabdeh xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi üzrə Gəncə İnzibati Məhkəmədə sözügedən işə baxılması və iddianın təmin edilməsi səbəbi ilə iddiaçı tərəfindən iş üzrə icraata xitam verilməsi barədə ərizə verildiyindən mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 262, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı ona məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,12 ha totpaq sahəsindən çıxarılması və torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək torpaq sahəsindən yığışdırılması tələbinə dair iddia ərizəsi üzrə başlanmış mülki işin icraatına xitam verilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Göygöl rayon məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, qəbul edildiyi gündən on gün keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-67/2023
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-67/2023
22.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver