Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-706/2025 16.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı X1 Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma, yolun açılması və vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: İddiaçı X2 Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma, yolun açılması və vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Göygöl rayonunun Mollacəlilli kəndində yerləşən 1.6549 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxarılması, cavabdeh tərəfindən tutulmuş torpaq sahəsinə gələn yolun açılmasına və cavabdehin toyuqlarını onun torpaq sahəsinə salması ilə əlaqədar 3 ildə ona vurduğu 5000 manat maddi zərərin, həmçinin iddia ərizəsini vermək üçün ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1–ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin dəlillərində və xahiş etdi hissəsində qeyri-müəyyənlik, tələbin dəqiq olmaması mövcuddur. Belə ki, iddia ərizəsində iddiaçı cavabdehin zəbt etdiyi ona məxsus torpaq sahəsindən çıxarılmasını və yolun açılmasını xahiş etsə də, cavabdehin torpaq sahəsinin hansı hissədə və ölçüdə zəbt etdiyənə dair iddia ərizəsinə heç bir sənəd əlavə etməmiş, istinad etdiyi fakt və halları və bunu təsdiq edən sübutları göstərməmişdir. Həmçinin cavadehin toyuqlarını onun torpaq sahəsinə salması ilə əlaqədar 3 ildə ona 5000 manat məbləğində zərərin dəyməsini bildirsə də ərizəsini əsaslandırmamış, dəymiş ziyanla bağlı və zəbt edilmiş torpaq sahələri ilə bağlı iddia ərizəsinə heç bir sənəd əlavə etməmişdir. Hesab edirəm ki, iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayət etmədən iddiaçı qeyri-müəyyən formal mülahizələrlə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilməlidir. Həmin Məcəllənin 149.2.3–cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.2.5–ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Həmin Məcəllənin 152.1.1–ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149–cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1–ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4–cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah olunmalıdır ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263–264 və 268–269–cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı X1 Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma, yolun açılması və vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Rəşad Mustafayev İş № 2(066)-706/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan iddiaçı X1 Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma, yolun açılması və vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizənin məhkəmə icrааtının mümkünlüyünə dair məsələyə baxılır. Prosessual hərəkət saat 16:20-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin icraata qəbul edilmədən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 16:30-da başa çatdırdım. Hakim:Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-706/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-706/2025
16.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver