Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-71/2025 15.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, iddiaçı 10 saylı X8 Mərkəzinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı 10 saylı X8 Mərkəzinin Cavabdeh qarşı «özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılaraq təhvil verilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı 10 saylı X8 Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl şəhəri H.Əliyev prospekti 42 ünvanda yaşayan Cavabdeh Hacıkənd Meşəbəyliyinin 2 saylı dolayının 1-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 0.55 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılaraq 10 saylı X8 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 10 saylı X8 Mərkəzinin əməkdaşları tərəfindən Hacıkənd meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Göygöl şəhəri H.Əliyev pr 42 də yaşayan X7 tərəfindən Hacıkənd meşəbəyliyinin 2 saylı dolayının 1-ci kvartalında 0.55 ha torpaq sahəsində qeyriqanuni olaraq turizm-rekreasiya obyektlərinin tikilərək istifadə edilməsi faktı müəyyən edilmişdir. Həmin fakt əsasında Mərkəzin əməkdaşlarının iştirakları ilə tel:12.08.2024xx.xx.2024-cü il tarixdə müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. Mərkəz tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adı çəkilən sahədə tikilən tikililərin sökülməsi və ərazinin könüllü boşaldılaraq təhvil verilməsi barədə ünvanına sonuncu dəfə tel:30.08.2024xx.xx.2024-cü il tarixli 3-14-27-11/2-173/2024 nömrəli məktubun göndərilməsinə baxmayaraq, X11 aid torpaq sahəsi hazırki vaxta kimi boşaldılmamışdır. Məhkəmə iclasında iddiaçı 10 saylı X8 Mərkəzinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlə aralarında barışıq əldə etmişlər. Belə ki, barışıq sazişinin şərtlərinə əsasən Cavabdeh söz vermişdir ki, 3 ay ərzində zəbt etdiyi torpaq sahəsində olan tikililəri söküb torpağı əvvəlki vəziyyətinə qaytarmaqla X11 təhvil verəcəkdir. Onlarda cavabdehin həmin sözünə inanıblar və əmindirlər ki, iddiaçı tərəfindən 3 ay müddətində həmin ərazi boşaldılıb Meşə Fonduna təhvil veriləcəkdir. Onlar tərəfindən də Cavabdeh qarşı zəbt edilmiş torpaqdan istifadə ilə bağlı yaranmış hər hansı iddia tələbi irəli sürməyəcəklər. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, iddiaçı ilə aralarında olan barışıq razılığına görə o, 3 ay müddətinə, yəni mart ayına qədər zəbt etdiyi torpaq sahəsində olan tikililəri söküb torpağı əvvəlki vəziyyətinə qaytarmaqla Meşə Fonduna təhvil verəcəkdir, Meşə Fondu tərəfindən zəbt edilmiş torpaqdan istifadə ilə bağlı ona qarşı hər hansı iddia tələbi irəli sürməyəcəkdir. Məhkəmə iclasında iddiaçı 10 saylı X2 və Cavabdeh hər biri ayrılıqda çıxış edərək bildirdilər ki, iş üzrə tərəflər arasında razılaşma əldə edilmişdir və mübahisəni barışıq yolu ilə həll etmişlər. İş üzrə tərəflər arasında barışıq sazişini məhkəməyə təqdim edərək onun şərtləri ilə razı olduqlarını, mübahisəni barışıqla yekunlaşdırmaq istədiklərini, barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iş üzrə tərəfləri dinləyib, iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb hesab edir ki, iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Tərəflərin məhkəməyə təqdim etdiyi 15 yanvar 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır: İddiaçı 10 saylı X8 Mərkəzinin Cavabdeh qarşı «özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılaraq təhvil verilməsi tələbi barədə iddiaya dair 2(066)-71/2025 saylı mülki iş üzrə, 10 saylı X8 Mərkəzinin nümayəndəsi Nümayəndə Göygöl rayon Məhkəməsinin icraatında aşağıdakı razılığa gəlmişlər; 1)Cavabdeh saziş imzalandıqdan sonra 3 ay müddətinə zəbt etdiyi ərazini boşaltmaqla, həmin ərazidə yerləşən ona məxsus tikililəri öz hesabına sökməli, ərazini əvvəlki vəziyyətinə qaytarmalı və DMF-na təhvil verməlidir. 2) İddiaçı 10 saylı RMTM Cavabdeh qarşı zəbt edilmiş torpaqdan istifadə ilə bağlı yaranmış hər hansı iddia tələbi irəli sürməyəcək. 3) Tərəflər razılığa gəlir ki, barışıq sazişinin şərtlərinə əməl edəcəklər. Biz barışıq sazişi bağlayan zaman bizə Azərbaycan Respubliksı MPM-nin 191, 261.0.2-ci, 261.0.5 və 262.4-cü maddələrinin tələbləri bizə izah olundu. Barışıq sazişini biz tərəflər olaraq öz imzalarımızla təsdiq etdik. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Göygöl rayon Məhkəməsinin icraatında olan iddiaçı 10 saylı X1 Cavabdeh qarşı «özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılaraq təhvil verilməsi» tələbi barədə iddiaya dair mülki iş üzrə 15 yanvar 2025-ci il tarixli tərəflər arasında bağlanmış: 1) Cavabdeh saziş imzalandıqdan sonra 3 ay müddətinə zəbt etdiyi ərazini boşaltmaqla, həmin ərazidə yerləşən ona məxsus tikililəri öz hesabına sökməli, ərazini əvvəlki vəziyyətinə qaytarmalı və DMF-na təhvil verməlidir. 2) İddiaçı 10 saylı RMTM Cavabdeh qarşı zəbt edilmiş torpaqdan istifadə ilə bağlı yaranmış hər hansı iddia tələbi irəli sürməyəcəkdir. Mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-71/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-71/2025
15.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver