Məhkəmə qərarları › İş №2(066)-710/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-710/2024

06.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-710/2024 06.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Kənt Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi - Tədqiqatt İnistitunun drektoru X10 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Kənt Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi- Tədqiqatt İnistitunun drektoru X10 cavabdehlər X6, Cavabdeh2 və X7 qarşı “Zəbt edilmiş kənt təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları, tikililərin sökülməsi və torpaq sahəsinin aytarılması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi- Tədqiqatt İnistitunun drektoru X10 cavabdehlər X6, Cavabdeh2 və X7 qarşı “Zəbt edilmiş kənt təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları, tikililərin sökülməsi və torpaq sahəsinin qaytarılması tələbi barədə” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərin 1116-QK6-0029 nömrəli çıxarış əsasında Azərbaycan Respublikası Kənt Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqatt İnistitunun mülkiyyətində olan Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən kənt təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları, tikililərin sökülməsi və torpaq sahəsinin qaytarılması barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqatt İnistitunun drektoru X10 nümayəndəsi X8 iddianı müdafiə edib izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 Reyesterindən qeydiyyat nömrəsi 1116-QK6-0029, qeydiyyat tarixi 03 mart 2016-cı il olan çıxarışına əsasında Azərbaycan Respublikası Kənt Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqatt İnistitunun mülkiyyətinə 2114 hektar kənt təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin 2114 hektar kənt təsərrüfatı təyinatlı torpaq sahəsinin Göygöl rayonu Üçtəpə kəndi ərazisində yerləşən hissəsindən 0,04 hektar hissəsini cavabdeh X9, 0,10 hektar hissəsini cavabdeh X11 və 0,06 hektar hissəsini cavabdeh X12 tutmuşdur. Onlar zəbt etdikləri həmin kənt təsərrüfatı təyinatlı torpaq sahəsində qanusuz olaraq tikililər tikmişlər. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdehlər zəbt etdikləri kənt təsərrüfatı təyinatlı torpaq sahəsini azad etməmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Mülki iş üzrə cavabdehlər X6, Cavabdeh2 və X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx xxxx 1992-ci ildə daşkəsən rayonu Qabaqtəpə kəndində, X12 xx xxxxxx 1967-ci ildə Göygöl rayonu Üçtəpə kəndində anadan olmuşlar. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqatt İnistitunun qeydiyyat nömrəsi 1116-QK6-0029, qeydiyyat tarixi 03 mart 2016-cı il olan Nizamnaməsindən məlum olur ki, həmin İnistitun əsas məqsədi heyvandarlıq sahəsində fundamental və innovasiya xarakterli elmi-tədqiqat işlərini həyata keçirtməkdən ibarətdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 Reyesterindən qeydiyyat nömrəsi 1116-QK6-0029, qeydiyyat tarixi 03 mart 2016-cı il olan çıxarışdan məlum olur ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqatt İnistitu qeyri-kommersiya hüquqi şəxsdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyri- Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamədən məlum olur ki, həmin şəhadətnamə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqatt İnistituna məxsusdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 03 saylı Gəncə Ərazi İdarəsiniı 21 avqust 2023-cü il tarixli, 3-21-3-33/2-7496/2023 saylı mətubundan məlum olur ki, Heyvandarlıq X2 Təcrübə Təsərrüfatının istifadəsində olan torpaq sahəsinin aidiyyəti qrumlar tərəfindən dürüstləşdirmə işləri yekunlaşdırılır. Bu işlər tamamlandıqdan sonra elektron məlumat bazasında müvafiq dəyişikliklər aparlacaqdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 25 sentyabr 2023-cü il tarixli 3-21-3-02/2-11450/2023 saylı mətubundan məlum olur ki, Heyvandarlıq X2 Təcrübə Təsərrüfatına aid torpaq sahələrinin yerqurluşu planın hazırlanması ilə bağlı "xxxx" MMC-də müvafiq işlər aparılmaqdadır. Beləliklə, məhkəmə baxışı iclasında tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olundu ki, iddiaçı Azərbaycan Respublikası Kənt Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqatt İnistitu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 Reyesterindən qeydiyyat nömrəsi 1116-QK6-0029, qeydiyyat tarixi 03 mart 2016-cı il olan çıxarışına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyri-Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinə əsasən qeyri-kommersiya hüquqi şəxsdir. Ancaq həmin hüquqi şəxsə aid torpaq sahəsi aidiyyəti qrumlar tərəfindən dürüstləşdirməmişdir. Qeyd edilən qeydiyyat nömrəsi 1116-QK6-0029, qeydiyyat tarixi 03 mart 2016-cı il olan çıxarışda isə iddiaçının mülkiyyətində torpaq sahəsinin olması göstərilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Məhkəmə iddia tələbinin “qanunsuz tutulmuş (zəbt edilmiş) torpaq sahəsinin azad edilməsi” hissəsini rədd edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir.

1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

6. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

7. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 124.2-cimaddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə

QƏT ETDİ:

İddiaçı Azərbaycan Respublikası Kənt Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi- Tədqiqatt İnistitunun drektoru X10 cavabdehlər X6, Cavabdeh2 və X7 qarşı “Zəbt edilmiş kənt təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları, tikililərin sökülməsi və torpaq sahəsinin aytarılması tələbi barədə” iddiası əsassız olmasına görə rədd olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar