Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-711/2025 14.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Vəkil, maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs1, Maraqlı şəxs2 və YouTube kanalına qarşı “şərəf, ləyaqət və ya işgüzar nüfuzu ləkələyən məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılması” na dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs1, Maraqlı şəxs2 və YouTube kanalına qarşı “şərəf, ləyaqət və ya işgüzar nüfuzu ləkələyən məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılması” na dair ərizə ilə məhkəməyə müraciət edərək, https://www.youtube.com/watch?v=EyYlsXugdnQ- Goygolun icra bascisi Elvin Pasayev. Göygölün icra başçısı Ərizəçi vətəndaş qəbullarında yalan vədlər verməklə camaatı öz alicənablığına dolamağa davam edir. Rayon üçün bir iş görmür Gəncənin icra başçısı Niyazi Bayramov kimi gününü keçirdir, əmək kitabcası üçün staj toplayır ki himayədarı onu daha yaxşı vəzifəyə keçirdə bilsin. Gəncənin icra başçısı içməkdən başı açılmır, Göygöl icra başçısı otağında oturub burnunu qurcalamaqdan. Niyazi Bayramov necə ildir Gəncənin icra başçısıdır hələ Gəncə üçün iş görmək fikrinə düşmür, şəhərin yolları bərbad gündə, küçə ticarəti biabırçılıq həddində. Göygölün icra başçısıda Bayramova baxıb əl-ələ verib günlərini keçirdirlər. Ərizəçi icraya ASAN xidmətdən iki nəfər gətirib. Biri əsil ZOD-lu balasıdır, rayonda özünü Zodlulardan qoruya və onlara nəzrət edə bilməsi üçün gətirib, o bir də köməyə gəlib amma xidməti maşını Toyota 25AA004-lə Gəncədə elə qəza törədib ki, hazırda özünə kömək edən lazımdır. https://www.youtube.com/watch?v=U0RHw09SVHY- Göygöl Rayon İcra Hakimiyyəti benzin satır? Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Ərizəçi keçmişdə Kadrlar üzrə mütəxəssis kimi təcrübəyə malik olmasına baxmayaraq, niyə həmin İcra Hakimiyyətinə aid olan vakansiyaları gizlədir, digər İcra Hakimiyyətləri kimi X6 vasitəsilə elan etmir? Eləcə də, Ərizəçi özünə birinci müavin vəzifəsinə uyğun namizəd tapmaqda yaşadığı çətinliklər göz önündədir. Bir ilə yaxın müddətdir ki, birinci müavinsiz işləməsi lakin bu olmayan müavinin sürücüsünün və avtomobilinin yanacaq xərclərinin olması, onun dövlətin maliyyə resurslarını idarə etmə taktikası ilə bağlı suallar ortaya qoyur. İdarəetmə məsələlərində bu cür qeyri-adi durumlar, rəhbərliyin şəffaflığına və hesabatlılığına dair suallar yaradır. https://www.youtube .com/watch?v=lk4AOGua1v4-Ərizəçi-Göygöl Rayon İcra Hakimiyyəti. Gəncə şəhər 2 saylı ASAN xidmət mərkəzinin keçmiş rəhbəri Maraqlı şəxs1, hazırda Göygöl Rayon İcra Hakimiyyəti Başçısı Ərizəçi müavini kimi xidmət edir. Maraqlı şəxs1 həm qanuni, həm də şübhəli maliyyə əməliyyatlarında imzası olan şəxslərdən biridir, ümid edirik ki o, Ərizəçi qurbanlarından birinə çevrilməz. Hüquq mühafizə orqanlarının təftişi zamanı dəyər dəyməzinə satılmaz. Ərizəçi əvvəllər işlədiyi insanlara dəstək olacağını söyləyərək “narahat olma arxandayam” deyib daha sonra kənarda durduğu hallar az olmayıb, bu vəzifəyə gələnə kimi az evlər yıxmayıb, az mərdimazarçılıq etməyib, əksəriyyətinə də sözü “nə olsun mən dedim, sən imza atmazdın” deyərək badalaq gəlib. Göygöl rayonuna gəldikdən sonra idarə və hüquq mühafizə orqanlarının rəhbərləri də daxil olmaqla bəzilərini işdən çıxarmış, bəzilərini təqaüd bəhanəsi ilə göndərmiş, bəzilərini isə özlərinin istefa verməyə “təşəbbüs” etdirmiş, kimlərinsə xırda münaqişəsini daxildə həll etmək əvəzinə qəsdlə mediada şişirdilib üzdə arxeyin salıb, daha sonra Bakıya zəng edib “fürsətdir hər saat ələ düşmür hamısını rədd edin” söyləyib. Ola bilsin bu şəxslər arasında buna layiq olanlarda olub, layiq olmayanlarda, lakin məsələ onda deyil, məsələ Ərizəçi bunların hamısını icra başçısı kimi, yəni kişi kimidə edə bilərdi, bəs görəsən öz bildiyi kimi etməsinə onu vadar edən nədir? https://www.youtube.com/watch?v=eyr7r9bzOtg-Ərizəçi gizli keçirilən səyyar qəbulları. Göygöl Rayon İcra Hakimiyyətinin rəsmi saytında səyyar qəbulların aylıq cədvəli mövcud olsa da, bu qəbulların günü və saatı gizli qalmaqdadır. Vətəndaşlar bu məlumatları öyrənmək istədikləri zaman, onların özlərinin və müraciətlərinin üzərindən xüsusi seçim edilir və yalnız icra nümayəndəsinin təsdiqlədiyi şəxslərə gün və saat açıqlanır. Qəbullarda isə dövlət məmurlarının sayı vətəndaşlardan daha çox olur, burada iştirak edən vətəndaşların əksəriyyəti isə tədbirin fotosessiyası üçün məcburi gətirilmiş şəxslərdir. Diqqət çəkən digər məqam isə aprel ayında təşkil olunan ilk səyyar qəbulun məkanı olaraq şadlıq sarayı seçilməsidir. Ərizəçi bu orucluq ərəfəsində vətəndaşları şadlıq sarayında kabab tüstüsü ilə imtahan etməyin savab olacağını düşünməsidir. https://www. youtube.com/watch?v=ERmko35LX8c-Ərizəçi Göygöldə bələdiyyələrini əli ilə pul toplayır. Göygöl bələdiyyələri həyət yanı torpaqları su qiymətinə hərraca çıxararaq daha sonra vətəndaşlara yüksək qiymətlərlə satır. Bu qiymət fərqi ilə Ərizəçi üçün vəsait toplanır. Bildirilir ki, bu il keçiriləcək bələdiyyə seçkilərində hansı bələdiyyənin qalacağı, hansının isə uzaqlaşdırılacağı toplanan vəsaitin miqdarından asılı olacaq. Bu rayonun bütün bələdiyyələrinə deyil yalnız Ərizəçi seçdiyi “qocaq” bələdiyyələr üçün nəzərdə tutulub. Ərizəçi bu seçimi etməkdə bələdçisi, 100 saylı Göygöl-X1 Komissiyasının sədri olan, rayonda torpaq ticarəti və iş adamlığı ilə tanınan, əvvəllər Şəhriyar kənd bələdiyyəsinin sədri olmuş İftixar Hüseynovdur. https://www.youtube.com/watch?v=FribY3vpjsA&pp=0gcJCb8Ag7Wk3p_U Göygöl şəhərinin yolları niyə yarımçıq rənglənir? Ərizəçi buna niyə göz yumur? Göygöl şəhərinin yolları niyə yarımçıq rənglənir? Ərizəçi buna niyə göz yumur? Göygöl şəhərinin yolları yalnız kamera quraşdırılan ərazilər rənglənir. Bu seçmə qaydada yol rəngləmənin əsas məqsədi vətəndaşlara cərimə yazmaq və cibləri doldurmaqdır. Əgər burada yol təhlükəsizliyini artırmaq əsas məqsəd olsaydı, yolların tamamı rənglənərdi yalnız 20-30 metri deyil. Ərizəçi əsas məqsədi rəhbərlik və sosial şəbəkələr qarşısında yaxşı imic yaratmaq və bir qədər də cibini doldurmaqdır. Onun rayonda həyata keçirdiyi bütün tədbirləri "Üstü bəzək, altı təzək" deyiminə uyğun gəlir. Ərizəçi tərəfindən alınmış İSO 37001:2016 – “Antikorrupsiya idarəetmə sistemi” sertifikatı da bu bəzəklərin bir hissəsidir. Əgər həmin sertifikatı verən qurumun əməkdaşları Göygöldə bu yollardan keçsəydilər, korrupsiyanı qanuni çərçivədə və şəxsi maraqlarla idarə etməyin nümunəsini görmüş olardılar. https://www.youtube.com/watch?v=zDYrnNTyw4g-"Külək" effekti: Göygöl İcra Başçısı Ərizəçi 5 rübün hesabatı. Göygölün İcra Başçısı Ərizəçi ötən ilin hesabatını vermək məqsədi ilə keçirdiyi iclasda tamamilə yeni bir format tətbiq etdi. Hesabat vermək üçün yatıb qaldığı və 1-ci rüb yekunlaşdığı üçün, ənənəvi olmayan 5 rüblük bir hesabat iclası keçirildi. İclasda ötən bu 5 rüb ərzində rayonda görülmüş işlərlə bağlı icra başçısı möhkəm “küləklədiyi” bildirilir. O, rayonda gördüyü işləri şişirdib danışdıqca, tədbir iştirakçıları alqışları çoxaldırdılar. İclasdan sonra isə Ərizəçi şəhər bələdiyyəsinin sədri ilə maraqlı bir dialoq yaşadı. Soruşdu: "Camaat niyə bu qədər əl çalırdı?" Cavabı isə onu pərt elədi: "Cənab başçı bildiyiniz kimi son günlər havalar isti keçir, zal elə bürkü idi ki, siz küləklədikcə bir az sərinlik düşürdü, insanlar bürküdən çox küləyi xoşladıları, onun üçün əl çalırdılar." Bunu eşidəndən başçı sağolaşmadan gedib. Bu hesabatın mətni yayımlandıqda, icra başçısının nə qədər "küləklədiyi" daha aydın görünəcək. https://www.youtube.com/watch?v=rEqjwuHU3lY- Ərizəçi şəhid ailələrinə münasibətdə hörmətsizlik edib. Ərizəçi tərəfindən keçirilən hesabat yığıncağında şəhid ailələri də dəvət edilib, onlara tərif və təşəkkür edilməsi gözlənilirdi. Lakin, tədbir zamanı onlara verilmiş kiçik maliyyə yardımları 100, 40 və 50 manat kimi məbləğlər açıqlanaraq vurğulanıb. Şəhid ailələri bu cür kiçik yardımların ictimaiyyət qarşısında sadalanmasından utanıblar. Əgər bu büdcə xərclərinin hesabatı idisə Ərizəçi nə üçün öz şəxsi xərcləri üçün büdcə hesabına aldığı şalvarını və yeni xidməti avtomobilini hesabata daxil etmirdi? Onun öz rahatlığı üçün aldığı 50,000 manatlıq avtomobil niyə hesabatında yoxdur, amma şəhid ailələrinə verilən 50 manat yardım qürurla qeyd edilir? Bu, Ərizəçi şəxsi insani keyfiyyətinin göstəricisidir. Hesabatın mətni ictimaiyyətlə paylaşılmayaraq gizli saxlanılıb. https://www.youtube.com/watch?v=DeYn24VVews-Ərizəçi sosial şəbəkələrdə parlayan statistika illüziyası. Göygöl rayonunda kənd təsərrüfatı və digər sahələrdə olan geriləmələrə baxmayaraq, icra hakimiyyətinin veb saytında və sosial şəbəkələrində yalnız müsbət statistik məlumatlar yer alır. İcra başçısı Ərizəçi ilə rayon statistika şöbəsinin rəhbəri Rüzgar Həsənov əl bir olaraq rayonun iqtisadi göstəricilərini süni şəkildə artırıblar. Bunu etməklə kifayətlənməyərək artıra bilmədikləri göstəriciləri vizual vasitələrlə manipulyasiya edərək ictimaiyyəti aldatmağa çalışıblar. Ötən ilin yüksək inflyasiyasını nəzərə alsaq, həcm olaraq azalan bu göstəricilərin qiymət olaraq artması təbiidir. Müqayisələrin əksəriyyəti əvvəlki ilin müvafiq dövrindəki həcmlə deyil, manatla müqayisə verilir. Reallıqda azalan göstəricilər inflyasiyanın hesabına manat olaraq artmasını fürsət olaraq dəyərləndiriblər. Bu da həqiqəti əks etdirmir. Ötən il 207 yeni iş yeri açıldığı iddia edilsə də Ərizəçi ən böyük açılış Üçtəpə kəndindəki idman zalı olmuşdur ki, orada cəmi 3-5 nəfər işləyir. İddia olunan digər 200 dən çox yeni iş yerlərinin harada olduğu isə müəmma qalır. https://www.youtube.com/watch?v=uGuFuP2407M- Ərizəçi Toğana qonaqlığı. Ərizəçi ucqar kənddə yüksək bal toplayan bir şagirdlə görüş təşkil edib. Sanki bu kənd məktəbində dərslərdə davamiyyət çox yüksəkdir və uşaqlar imtahanlarda yüksək nəticə göstərməklə məktəbə borcludular, onların hazırlıqlarına pul tökən əziyyət çəkən valideynlərə deyil. Hüquq mühafizə orqanları ora gedərək məktəbi yoxlasalar, qanun pozuntusu tapmaq onların üçün sadə bir iş olardı. Lakin onlar yoxlamağa deyil Ərizəçi onlara çoxdan söz verdiyi qonaqlığa görə gediblər. İş vaxtı yeyib-içə bilmək üçün Toğana kənd məktəbində həmin bir şagird üçün hüquq-mühafizə orqanlarının rəhbərləri ilə formal tədbir təşkil etməli olublar. Hərçənd ki, qonaqlığı Ərizəçi vəd etsə də, qonaqlığın hesabını Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevə ödətdirib. Anar Qədiməliyev də ironiya ilə "Bir də bu yerlərə, ZİRT* gəldim" zümzüməsi ilə hesabı ödəyib. Ərizəçi isə öz alicənab hiyləgərliyindən əl çəkmir. Tədbirini sosial şəbəkələrdə paylaşmaq üçün təşkil edib, qonaqlığın xərcini isə başqasına ödətdirib. https://www.youtube.com/watch?v=g2qJLZC49Dc Göygöldə gizli oyunlar-Ərizəçi rüşvət mexanizmi. Təşkil edilən əmək yarmarkasında rüşvətsiz və heç bir tapşırıq olmadan işə düzəlmək üçün mövcud vakansiyalar yalnız ofisiant, xadimə, fəhlə və bağban kimi iş yerləri oldu. Lakin, daha cəlbedici iş yerləri əvvəlcədən pulunu aldıqları insanlara bu yarmarkada iştirak edərək işə düzəlmiş kimi görünmələri üçün təlimatlar verilirdi. Əslində, rüşvət verərək işə düzələnlər tədbir sayəsində iş tapmış kimi göstərildi ki, bu da çirkli pulların yuyulması mexanizminə bənzəyirdi. Əmək yarmarkasında ən çox gəlir götürən və Ərizəçi canfəşanlıqla alqışlayan isə Regional Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyev oldu. https://www.youtube.com/watch?v=Vr3TXZk7DX4- Göygölün icra başçısı Ərizəçi müsbətə doğru irəliləyiş. Göygöl Rayon İcra Hakimiyyətinə aid vakansiyaları gizlədib rüşvətlə işə götürən Ərizəçi müsbətə doğru irəliləyiş Əvvəllər vakansiyaları ictimaiyyətdən gizlədən Ərizəçi, iradlardan sonra vakansiyaları X5 təqdim etməyə başladı. İndi X3 saytında Göygöl İcra Hakimiyyətinə aid vakansiyalar barədə məlumat əldə etmək mümkündür. Maraqlıdır ki, X3 saytında 6 may tarixində yerləşdirilən vakansiyalar, Göygöl İcra Hakimiyyətinin saytında yalnız 21 mayda paylaşılmışdır. Ərizəçi müraciət edənlərin sayının çox olduğunu gördükdən sonra, özünə xal qazanmaq üçün İcra Hakimiyyətinin saytında da vakansiya məlumatlarını paylaşdı. İctimai nəzarət olduğu müddətdə bu cür qanunsuzluqların qarşısını almaq mümkündür. İmtahanda iştirak edəcək hər kəsə uğurlar! https://www.youtube.com/watch?v=Obi7ZaWoezc-Paşayevlərə simpatiyası olmayan Göygölün icra başçısı Ərizəçi. Paşayevlərə simpatiyası olmayan Göygölün icra başçısı Ərizəçi, Göygöl rayonunda keçirilən Mircəlal Paşayevin yaradıcılıq gecəsinə qatılmadı. Ərizəçi fikrincə, Mircəlal Paşayevin tədbiri rayonda əhəmiyyətli bir hadisə kimi görülmədiyi üçün onun iştirak etməsi vacib deyildi. Bu səbəbdən, tədbirə özü deyil, 3-cü və ya 4-cü dərəcəli bir tədbir kimi müavinini göndərdi. Lakin, Qərbi Azərbaycanla bağlı hər bir tədbirdə fəal iştirak edən və Aşıq Şəmşirin adını daşıyan musiqi məktəbinin yubileyində şəxsən iştirak edən Ərizəçi Mircəlal Paşayevin adına olan tədbirə qatılmaması, onun gözündə Mircəlal Paşayevin əhəmiyyətsiz bir şəxs olması ilə izah olunur. Hər adı Qəhrəman olanın qəhrəman olmadığı kimi, hər soyadı Paşayev olan da həqiqi Paşayev deyil. https://www.youtube.com/watch?v=zTWC_QNKeİ4- Göygölün icra başçısı Ərizəçi korrupsiyaya bulaşmış komandası. Göygölün icra başçısı Ərizəçi korrupsiyaya bulaşmış komandası Maraqlı şəxs1 – Başçının iqtisadi məsələlər üzrə müavini. Onun imzası olmadan başçı dövlətdən 5 manat alıb əvəzində 2 manatlıq işi həyata keçirə bilməz. Qocayev bu işlərdən uzaq durmağa çalışsa da, artıq karyerasını məhv etmək üçün kifayət qədər real olmayan sənədlərdə imzası var. Bir çox işləri və tədbirləri başçı ona yüklədiyi üçün başçının dəyərli kadrıdır. Maraqlı şəxs3 – Başçının humanitar məsələlər üzrə müavini. Əvvəllər Ərizəçi ona etibar etməsə də, zamanla başçının etibarını qazandı. Təhsil və səhiyyə sahəsindəki rüşvət və kadr məsələləri ilə yanaşı, tədbirlərdə başçı göz qoyduğu cavan qızlarla ünsiyyət yaradaraq başçının qucağına atması ilə başçının dəyərli kadrdır. Namiq Cəfərov – Başçının ərazi idarəetmə şöbəsinin müdiri. Ərizəçi adından istifadə edərək kənd icra nümayəndəliklərində adı işdə olub, işə gəlməyən “ölü işçilərin” əmək haqlarını toplayan bir şəxsdir və başçının dəyərli kadrlarından biridir. Gəncə şəhərində **-AA-*** xidməti avtomobili ilə ağır qəza törədən şəxsin Cəfərovun özü olduğu bildirilir. https://www.youtube.com/watch?v=vzunl-y5zZİ- Göygölün korrupsiya labirinti Ərizəçi və qara kassası Maraqlı şəxs2. Göygöl rayonunun icra başçısı Ərizəçi korrupsiya fəaliyyəti artıq hüquq-mühafizə orqanlarının, Bakının diqqətini çəkib. Abadlıq işləri üçün ayrılan büdcə vəsaitlərinin böyük hissəsinin təyin olunduğu yerlərə sərf edilməməsi və sənədlərdə keyfiyyətli göstərilən işlərin əslində çox keyfiyyətsiz olması rayon əhalisinin narazılığına səbəb olub. Ərizəçi "qara kassası" kimi tanınan Maraqlı şəxs2, qəbul şöbəsinin müdiri olmasına baxmayaraq, bütün günü küçələrdə pul toplamaqla məşğuldur və rüşvət yığmaq üçün istifadə olunur. Keçmişdə Gəncə şəhərində Məharət Mustafayevin funksiyasını Göygöldə icra edən Maraqlı şəxs2 da, Allahın izni ilə oxşar aqibəti yaşayacağı gözlənilir. Göygöl rayonunda baş verən korrupsiya halları, xüsusilə Ərizəçi "qara kassası" olan Maraqlı şəxs2 fəaliyyəti ilə bağlı düzgün məlumat təqdim etməyən hüquq-mühafizə orqanlarının rəhbərinə qarşı tədbir görüləcəyi bildirilir. Ərizəçi İSO 37001 “Antikorrupsiya idarəetmə sistemləri” sertifikatı alsa da, rayonda korrupsiyanın başında dayananlardan biridir. https://www.youtube.com/watch?v=WJVGPcL2Wx8- Ərizəçi Milli Yayalaq Festivalındakı missiyası. Göygöl Rayon İcra Hakimiyyətinin saytında və sosial şəbəkələrində 2024-cü ilin 5-7 iyul tarixlərində keçirdilən Milli Yaylaq Festivalı ilə bağlı məlumatlar geniş şəkildə paylaşıldı və Ərizəçi tədbirdə çox sayda şəkil çəkdirdi. Bu İcra Hakimiyyətinin festivalı təşkil etdiyi təəssüratını yaratdı. Əslində isə tədbirin təşkilatçılarının sözlərinə görə, Göygöl Rayon İcra Hakimiyyətinin yəni Ərizəçi festivalın təşkilatçılığında heç bir rolu olmayıb. Onun bu tədbirin təşkilində tək dəstəyi, ərazidə toplanan zibillərin daşınması və tualetlərin təmiz saxlanması ilə məhdudlaşıb. Ərizəçi festival ərəfəsi zibillərin daşınması və tualetlərin təmizliyinə cavabdehdir, amma özünü elə aparır ki, guya tədbirin sahibidir. "Böyük görünmək asandır, böyük olmaq çətindir.” https://www.youtube.com/watch?v=7NXw_0NmwkU- Ərizəçi - Bu yalnız bir portret deyil bu, bir millətin yaddaşı və şərəfidir. Göygöl rayonunun mərkəzində, İcra Hakimiyyətinin qarşısında yerləşən Ulu Öndərin portreti solğun, köhnəlmiş və baxımsız vəziyyətdədir. Bu portretin belə acınacaqlı bir durumda qalması, rayon rəhbərliyinin və YAP rayon təşkilatının məsuliyyətsizliyinin bariz göstəricisidir. Hər gün Ərizəçi bu solğun portretin yanından keçərək işə gedir. Görəsən, bunu necə görməməzlikdən gəlir? Bəlkə də onun üçün bu portretin indiki vəziyyəti heç bir əhəmiyyət daşımır. Bəs YAP rayon təşkilatının sədri Vüqar İsayev necə bu qədər biganə qala bilir? Yoxsa bu mənzərə onun üçün də sadəcə bir dekorasiyadan ibarətdir? Portretin rəngi o qədər solub ki artıq Ulu Öndərin siması belə çətin seçilir. Ərizəçi əqidəsindəki problemlər artıq hamıya bəllidir, onun sözləri ilə əməlləri çox vaxt uyğun gəlmir. Onun bütün işləri üstü bəzək altı təzəkdir. Bəs YAP rayon təşkilatının sədri Vüqar İsayev niyə bu vəziyyətə göz yumur? Ulu Öndərin adına layiq olmaq əvəzinə, onun portretini belə baxımsız qoyublar. Bu cür laqeydlik və məsuliyyətsizlik rayon rəhbərliyinin fəaliyyətinə ciddi zərbə vurur. Göygöl rayonundan deputatlığa namizəd Kamran Bayramovu bu məsələyə təcili olaraq müdaxilə etməyə çağırırıq. Rayon sakinləri adından ona müraciət edirik, Ərizəçi və Vüqar İsayev kimi şəxslərin bu laqeyd yanaşmaları cəzasız qalmamalıdır. Onlar sadəcə öz vəzifələrini yerinə yetirə bilmirlər, eyni zamanda Ulu Öndərin adına böyük hörmətsizlik göstərirlər. Ümid edirik ki, bu portret ən qısa zamanda yenilənəcək. Əgər bu cür simvolik məsələlərə biganə yanaşırıqsa, gələcəyimizə, tarixi irsimizə və liderlərimizə olan hörmətimizi də itirə bilərik. Bu yalnız bir portret deyil bu, bir millətin yaddaşı və şərəfidir. Və bu şərəfi qorumaq hər birimizin mənəvi borcudur. https://www.youtube.com/watch?v=8ywQlVA4mfU- Göygöldə moruq festivalı - Uğursuz planlama və hiyləgər idarəçilik. Göygöldə keçirilən Moruq festivalı, Ərizəçi rəhbər kimi tam yarıtmazlığını açıq şəkildə üzə çıxardı. Sentyabr ayında – moruq mövsümü bitdikdən və turistlər rayonu tərk etdikdən sonra belə bir tədbirin təşkil edilməsi məntiqsizdir. Bu nə festival, nə də turizmin inkişafına dəstəkdir, sadəcə təqvimə və məntiqə meydan oxumaqdır. Mövsümü keçmiş giləmeyvəni soyuducudan çıxarıb bayram etmək, üstəlik turist axını bitdikdən sonra belə bir tədbir keçirməyin nə anlamı var? Digər diqqət çəkən məqam isə festivalın məcburi iştirakçılarla doldurulması idi. Dövlət qurumlarından, məktəblilər və onlarla birlikdə gələn valideynlər festivala nə əlavə edə bilər? Yalnız rəqəmləri süni şəkildə artırmaq. Festival könüllü ziyarətçiləri və maraqlı qonaqları cəlb etməli idi, amma Ərizəçi bunu sadəcə rəsmi prosedura çevirdi. Bu cür yanaşma nəinki turizmi inkişaf etdirmir, əksinə regionun potensialını boğur. Təşkilati qarışıqlıqlar isə vəziyyəti daha da pisləşdirdi. X8 İdarəsi sosial mediada festivalın Göygöl rayon İcra Hakimiyyəti ilə birlikdə təşkil olunduğunu açıqlayarkən, İcra Hakimiyyəti isə tədbiri tamamilə öz adına çıxarır. Bu nədir, liderlikmi, yoxsa pərakəndəlik? Ərizəçi rəhbərliyi altında festival nəinki uğursuz oldu, hətta vaxt itkisi və rüsvayçılığa çevrildi. Bu tədbir, bir rəhbərin səriştəsizliyini nümayiş etdirməklə yadda qaldı. Ərizəçi əsas məqsədi isə sadəcə şou göstərib gündəmə gəlmək və dövlətdən əlavə subsidiya əldə etməkdir. "Hiylə ilə uzağa getmək olar, amma uğura çatmaq olmaz.” https://www.youtube.com/watch?v=Rİuunt0YLYg&pp=0gcJCb8Ag7Wk3p_U-Ərizəçi Göygöl rayonunda vətəndaşları həbs etdirmək ilə hədələyir. Göygöl rayonunun icra başçısı Ərizəçi vətəndaşları həbs etdirmək ilə hədələməsi məsələsinə toxunuruq. Hadisələr, vətəndaşların hüquqlarının pozulması, sosial gərginlik və cəmiyyətdəki narazılıq kimi mövzulara diqqət yetirilir. Ərizəçi bu davranışının cəmiyyətə təsiri və hüquq mühafizə orqanlarının rolu müzakirə olunur. https://www.youtube. com/watch?v=7Vn2NtUaNyU- Ərizəçi ikili standartları: Şəhid ailələrinə seçici yanaşma. Ərizəçi şəhid ailələrinə qarşı ədaləti unudulmuş bir dəyər kimi kənara qoyur. Vətən uğrunda canını fəda edən insanların ailələrinə dəstək olmaq əvəzinə, yardımları şəxsi istəklərinə və məqsədlərinə uyğun paylayır. Bir ailəyə az yardım edir, öz yerlilərinə və ondan şikayət etmə potensialı olanlara isə dəfələrlə artıq kömək göstərir. Hətta bəzi ailələrə torpaq və ya obyekt sahəsi ayrılması üçün bələdiyyəyə xüsusi tapşırıqlar verərək bunu özünün şəxsi hədiyyəsi kimi göstərir. Dövlətin təyin etdiyi yardımlarla kifayətlənməyib, sahibkarlardan əlavə vəsait tələb edir və bu yardımları şəxsən öz adı ilə təqdim edir. Rayona yeni təyin olunduğu zaman şəhid ailələri ilə şəkil çəkdirməyə can atan Ərizəçi, indi isə həmin ailələrdən qaçır, onların qarşısına çıxmamaq üçün görüşləri işçilərinə həvalə edir. Sözdə bir, əməldə isə başqa cür davranan Göygölün icra başçısı Ərizəçi, bu yanaşması ilə şəhid ailələri arasında yersiz ayrı-seçkilik, ədalətsizlik yaradır və insanların ürəyində narazılıq toxumu səpir. https://www.youtube.com/watch?v=dTs1_qxwxLM-Ərizəçi yeyintiləri, Göygöldə şikayətlər artır. Göygölün icra başçısı Ərizəçi idarəçiliyi altında baş verən hadisələr sakinlərin narazılığını hər gün daha da artırır. Küçələrin asfaltlanması və binalarda aparılan "abadlıq" işləri barədə nə icra hakimiyyətinin rəsmi saytında, nə də sosial şəbəkələrdə məlumat verilmir. Bu işlərin işıqlandırılmaması, Ərizəçi bu sahələrdəki yeyinti hallarının diqqət cəməsini istəmədiyi üçün etdiyi bildirilir. Onun bu maliyyəni şəxsi məqsədlərə yönəltməsi barədə iddialar isə getdikcə daha çox insan tərəfindən səsləndirilir. Sakinlər haqlı olaraq soruşurlar: niyə onların ödədiyi vergilər şəffaflıqdan uzaq şəkildə xərclənir? Niyə dövlətin təmizlik və abadlıq üçün ayrılmış pulları Ərizəçi cibinə axır, əvəzində isə onların həyat şəraiti daha da pisləşir? Gecələr qaranlıqda qalan küçələrdə illərlə dəyişdirilməyən, işləməyən lampalar sakinlərin təhlükəsizliyini təhlükə altında qoyur. Halbuki, bu kimi infrastruktur işləri üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin yetərli olduğu bildirilir. Bu suallar Göygöldə yaşayan insanların dilindədir, cavab isə təəssüf ki, hələ də tapılmır. https://www.youtube.com/watch?v=xEn4b8yUHrs-İnam Kərimovun kölgəsi altında Göygöldə korrupsiya və təhdidlər. Ərizəçi qanunsuz əməllərini araşdırmağa çalışan Göygöl rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Ali Məhkəmənin sədri İnam Kərimovun adı ilə dolayı şəkildə təhdid ediliblər. Göygöl rayon İcra Hakimiyyətində şöbə müdiri Maraqlı şəxs2 rüşvət faktları və başçının müavini Maraqlı şəxs1 abadlıq işləri adı altında həyata keçirdiyi maliyyə mənimsəmə halları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən məlumat toplamağa cəhd edilsə də, bu cəhdlər “məxməri xəbərdarlıqlar" və mədəni şəkildə verilən göz dağı ilə boğulub. Hüquq-mühafizə orqanlarının rəhbərləri başa düşüblər ki, əgər özlərinə problem yaratmaq istəmirlərsə, Ali Məhkəmənin sədri İnam Kərimovun dəstəyi ilə fəaliyyət göstərən Ərizəçi qanunsuz işlərinə göz yummalıdırlar. X7 dəstəyini arxasında hiss edən Ərizəçi rahatlıqla öz korrupsiya əməllərinə davam edir və heç bir maneə ilə üzləşmir. https://www.youtube.com/watch?v=oNi9UzHgpoA-Göygöldə Ərizəçi rəhbərliyi altında bələdiyyə seçkiləri yanvara qalmadı. Göygöldə Ərizəçi rəhbərliyi altında bələdiyyə seçkiləri yanvara qalmadı, adət üzrə dekabr ayında yekunlaşdı Yeni il ərəfəsində rayonumuzda bu seçkilər əsas müzakirə mövzusuna çevrilib. İcra başçısı Ərizəçi isə bələdiyyə seçkiləri ilə bağlı yaranan mübahisələrin mərkəzində dayanır. Artıq seçkidən əvvəl bələdiyyə sədri seçilən namizədlərə Ərizəçi tərəfindən təyinat xəbərləri çatdırılıb. Xəbərlər, onun üslubuna uyğun olaraq əvvəlcə yüksək təriflərlə müşayiət olunub “Başçı səni seçibsə, deməli sən möhtəşəmsən. Əgər belə olmasaydın, Elvin müəllim sənə etimad göstərməzdi.” Bunun ardınca isə qeyri-rəsmi şəkildə namizədlərə müəyyən maddi dəstəklərin göstərilməsinin vacibliyi xatırladılıb “Təşəkkür etməyi unutma. Bilirsən ki, yeni il yaxınlaşır başçı da Bakıdakı rəhbərliyə öz diqqətini göstərməlidir.” Xüsusilə, Üçtəpə bələdiyyəsinin sədri olan və biznes fəaliyyəti ilə tanınan Alik firmasının rəhbəri diqqət mərkəzində olub. Onun yenidən bələdiyyə sədri seçilməsi üçün ciddi maliyyə xərclərinə qatlandığı, tələb olunan maddi öhdəliklərin bir hissəsini əvvəlcədən ödədiyi, qalanını isə seçkilərdən sonra ödəməyi öhdəsinə götürdüyü iddia edilir. https://www.youtube.com/watch?v=McD8AqSrsLA- Ərizəçi - Medal almanın asan yolu. Bəziləri döyüş meydanında canını ortaya qoyub medal qazanır, bəziləri isə kresloda rahatca oturub, heç nə görmədən, heç nə demədən… və yenə medal! Göygölün icra başçısı Ərizəçi ANAMA sədri Vüqar Süleymanov tərəfindən təltif edilib. Səbəb? Göygöldə ANAMA-nın tikdiyi binanın hasarı piyada yolunu daraldıb, şəhidlər xiyabanına gedən yolu bərbad hala salıb, amma başçı bir kəlmə də deməyib. O desəydi, tələb etsəydi bəlkə də bu mükafatdan məhrum qalardı. Odur ki, ağıllı seçim edib – susmaq qızıldır, bəzən də… medaldır! Yolunuz çuxurludur? Əhəmiyyətli deyil! Piyada keçidiniz daralıb? Xırda detal! Əsas odur ki, başçı rahatdır, mükafatlar yerindədir. Deməli, ölkəmizdə iki medal var: biri fədakarlıq üçün, digəri isə göz yummaq, susmaq və razılaşmaq üçün və budur, əsas sual: hansı daha sərfəlidir? https://www.youtube.com/watch?v=trpNF6z7h4E- Ərizəçi - Göygöldə asfalt altında gizlənən pullar. Son günlər Göygöl rayonunda asfaltlanma işləri gedir. Küçələrə yeni yol örtüyü çəkilir, görüntü də pis deyil. Amma bir az diqqətlə baxanda, bu görüntünün altında başqa bir reallıq yatır. Rayonun büdcəsi – yəni sənin, mənim, hər birimizin cibindən çıxan vergilərlə formalaşır. Amma bu vəsaitin bir hissəsi hələ ev tikilməmiş boş sahələrin ətrafına asfalt döşəməyə, digər hissəsi isə Ərizəçi kimi bəzi məmurların şəxsi ciblərini “bərkitməyə” gedir. Bu gün asfalt çəkilən küçələr sabah tikinti texnikalarının keçidi üçün istifadə olunacaq. Beton, daş, qum daşınacaq, evlər tikiləcək. Yeni çəkilmiş yollar bir neçə aya dağılacaq. Nə olacaq? Yenə təmir, yenə tender, yenə büdcədən pul. Bu, sadəcə məsuliyyətsizlik deyil. Bu, dövlətin pulu ilə şəxsi maraqları təmin etməkdir. Yəni, açıq-aşkar korrupsiya! Təəssüf ki, belə hallara artıq öyrəşmişik. “Onsuz da belədir” deyib keçirik. Amma bir şeyi unutmamalıyıq: bu cür idarəçilik təkcə qanunsuzluq deyil, gələcək nəsillərin haqqına girməkdir. Bir gün gələcək – bu davranışlar sadəcə “qüsur” kimi yox, vətənə xəyanət kimi qiymətləndiriləcək. https://www.youtube.com/watch?v=İvLSCwR0vyk öz hesabat iclasında alqışlanmayan Göygölün icra başçısı - ƏrizəçiGöygöl rayonunun mədəni həyatında gözlənilən böyük hadisə baş verdi – illərin tamaşası “Hesabat müşavirə” yenidən səhnəyə qayıtdı! Janr: absurd komediya, lakin bəzi tənqidçilər “müasir faciə” də deyirlər. Baş rolda – məşhur aktyor, Ərizəçi. Əlavə rollarda: müavinlər, idarə rəhbərləri və daimi səssiz qalmaqla fəxri tamaşaçı statusu qazanmış tədbir iştirakçıları. İlk çıxışı müavin başlayır. Danışır, danışır, sanki kasset ilişib. Bitirən kimi ikinci müavin çıxır – eyni mövzu, eyni tərz, sadəcə səsi bir az baməzə. Biri “ağ quş”, o biri “qara quş”, amma hər ikisi eyni qəfəslə uçur. Ardınca idarə rəhbəri səhnəyə çıxır və əvvəlki iki quşun nəğməsini bir daha təkrarlayır – bu dəfə sanki eyni mahnının “remiks” versiyası. Zal isə... zalda isə vəziyyət dramatikdir. Üç saatdır söz seli, amma bir dənə su yox. Tamaşaçılar dili damağında, gözləri qapıda, könülləri kənarda. Bəziləri artıq “biz nəyə baxırıq?” sualına belə cavab verə bilmir və budur, söz verilir Göygölün icra başçısı Ərizəçi – sinəsində özünü tərifləmə medalı. Əxlaqdan danışsa da, hazırda zalda oturanlar üçün o, "yezid" obrazını xatırladırdı. Bir ağsaqqal isə pıçıltı ilə: “Sanki yezid kürsüyə çıxıb mərifətdən moizə oxuyur – bir əli suda, o biri camaatın cibində.” Ərizəçi çıxışı bitirəndən sonra nə bir tərpəniş, nə bir alqış eşidildi. O, təriflə özünü zirvəyə qaldırmaq istədi, amma camaat alqışdan imtina edərək onu yerə endirdi. Elə bil zal özü deyir: Sən danışdın, biz cavabımızı verdik. Ərizəçi bu səssiz mesajdan sonra, pərt olduğu bildrilir. Bəzən bir barmaq tərpənməyəndə bir sistem silkələnir. Linklərdə paylaşılan onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatların həqiqətə uyğun olmayan sayılması faktı təsdiq edilməsini xahiş etmişdir.
2. Ərizəni onunla əsaslandırılmışdır ki, bildirir ki, “goygolnews” YouTube kanalı Şərəf, ləyaqət və işgüzar nüfuzumu ləkələyən, doğru olmayan məlumatları yaymışdır. Belə ki, “goygolnews” YouTube kanalı 2024-cü ilin aprel ayından etibarən indiyə qədər müxtəlif başlıqlar altında hər kəs üçün əlçatan və ictimaiyyətə açıq olan 26 video paylaşaraq onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir. Paylaşılan videolarda fotoşəkillərindən istifadə olunaraq tutduğu vəzifə ilə bir araya sığmayan yalan məlumatlar paylaşılmışdır. Youtube kanalında məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildir. Ona görə də hesab edir ki, kanalda paylaşılmış həmin məlumatlar həqiqətə uyğun olmayan məlumatlar sayılmalıdır. Həmin videoların https://www.youtube.com/watch?v=EyYlsXugdnQ https://www.youtube.com/watch?v=U0RHw09SVHY https://www.youtube.com/watch?v=lk4AOGua1v4 https://www.youtube.com/watch?v=eyr7r9bzOtg https://www.youtube.com/watch?v=ERmko35LX8c https://www.youtube.com/watch?v=FribY3vpjsA&pp=0gcJCb8Ag7Wk3p_U https://www.youtube.com/watch?v=zDYrnNTyw4g https://www.youtube.com/watch?v=rEqjwuHU3lY https://www.youtube.com/watch?v=DeYn24VVews https://www.youtube.com/watch?v=uGuFuP2407M https://www.youtube.com/watch?v=g2qJLZC49Dc https://www.youtube.com/watch?v=Vr3TXZk7DX4 https://www.youtube.com/watch?v=Obi7ZaWoezc https://www.youtube.com/watch?v=zTWC_QNKeİ4 https://www.youtube.com/watch?v=vzunl-y5zZİ https://www.youtube.com/watch?v=WJVGPcL2Wx8 https://www.youtube.com/watch?v=7NXw_0NmwkU https://www.youtube.com/watch?v=8ywQlVA4mfU https://www.youtube.com/watch?v=Rİuunt0YLYg&pp=0gcJCb8Ag7Wk3p_U https://www.youtube.com/watch?v=7Vn2NtUaNyU https://www.youtube.com/watch?v=dTs1_qxwxLM https://www.youtube.com/watch?v=xEn4b8yUHrs https://www.youtube.com/watch?v=oNi9UzHgpoA https://www.youtube.com/watch?v=McD8AqSrsLA https://www.youtube.com/watch?v=trpNF6z7h4E https://www.youtube.com/watch?v=İvLSCwR0vyk linkləridir. Paylaşılan videolarda aşağıdakı məzmunda onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar qeyd edilmişdir. 1.Goygolun icra bascisi Elvin Pasayev- Göygölün icra başçısı Ərizəçi vətəndaş qəbullarında yalan vədlər verməklə camaatı öz alicənablığına dolamağa davam edir. Rayon üçün bir iş görmür Gəncənin icra başçısı Niyazi Bayramov kimi gününü keçirdir, əmək kitabçası üçün staj toplayır ki himayədarı onu daha yaxşı vəzifəyə keçirdə bilsin. Gəncənin icra başçısı içməkdən başı açılmır, Göygöl icra başçısı otağında oturub burnunu qurcalamaqdan. Niyazi Bayramov neçə ildir Gəncənin icra başçısıdır hələ Gəncə üçün iş görmək fikrinə düşmür, şəhərin yolları bərbad gündə, küçə ticarəti biabırçılıq həddində. Göygölün icra başçısıda Bayramova baxıb əl-ələ verib günlərini keçirdirlər. Ərizəçi icraya ASAN xidmətdən iki nəfər gətirib. Biri əsil ZOD-lu balasıdır, rayonda özünü Zodlulardan qoruya və onlara nəzrət edə bilməsi üçün gətirib, o bir də köməyə gəlib amma xidməti maşını Toyota 25AA004-lə Gəncədə elə qəza törədib ki, hazırda özünə kömək edən lazımdır.-Paylaşılan bu yazıda qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı onun və birlikdə işlədiyi şəxslərin işgüzar nüfuzunu zədələmişdir. 2. Göygöl Rayon İcra Hakimiyyəti benzin satır?-Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Ərizəçi keçmişdə Kadrlar üzrə mütəxəssis kimi təcrübəyə malik olmasına baxmayaraq, niyə həmin İcra Hakimiyyətinə aid olan vakansiyaları gizlədir, digər İcra Hakimiyyətləri kimi X6 vasitəsilə elan etmir? eləcə də, Ərizəçi özünə birinci müavin vəzifəsinə uyğun namizəd tapmaqda yaşadığı çətinliklər göz önündədir. Bir ilə yaxın müddətdir ki, birinci müavinsiz işləməsi lakin bu olmayan müavinin sürücüsünün və avtomobilinin yanacaq xərclərinin olması, onun dövlətin maliyyə resurslarını idarə etmə taktikası ilə bağlı suallar ortaya qoyur. İdarəetmə məsələlərində bu cür qeyri-adi durumlar, rəhbərliyin şəffaflığına və hesabatlılığına dair suallar yaradır. -Paylaşılan bu yazıda qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı vətəndaşlar arasında ona və işlədiyi quruma inamsızlıq formalaşdırmağa yönələrək, onun mənim şərəf, ləyaqət və işgüzar nüfuzumu ləkələmişdir. 3. Ərizəçi-Göygöl Rayon İcra Hakimiyyəti-Gəncə şəhər 2 saylı ASAN xidmət mərkəzinin keçmiş rəhbəri Maraqlı şəxs1, hazırda Göygöl Rayon İcra Hakimiyyəti Başçısı Ərizəçi müavini kimi xidmət edir. Maraqlı şəxs1 həm qanuni, həm də şübhəli maliyyə əməliyyatlarında imzası olan şəxslərdən biridir, ümid edirik ki o, Ərizəçi qurbanlarından birinə çevrilməz. Hüquq mühafizə orqanlarının təftişi zamanı dəyər dəyməzinə satılmaz. Ərizəçi əvvəllər işlədiyi insanlara dəstək olacağını söyləyərək “narahat olma arxandayam” deyib daha sonra kənarda durduğu hallar az olmayıb, bu vəzifəyə gələnə kimi az evlər yıxmayıb, az mərdimazarçılıq etməyib, əksəriyyətinə də sözü “nə olsun mən dedim, sən imza atmazdın” deyərək badalaq gəlib. Göygöl rayonuna gəldikdən sonra idarə və hüquq mühafizə orqanlarının rəhbərləri də daxil olmaqla bəzilərini işdən çıxarmış, bəzilərini təqaüd bəhanəsi ilə göndərmiş, bəzilərini isə özlərinin istefa verməyə “təşəbbüs” etdirmiş, kimlərinsə xırda münaqişəsini daxildə həll etmək əvəzinə qəsdlə mediada şişirdilib üzdə arxeyin salıb, daha sonra Bakıya zəng edib “fürsətdir hər saat ələ düşmür hamısını rədd edin” söyləyib. Ola bilsin bu şəxslər arasında buna layiq olanlarda olub, layiq olmayanlarda, lakin məsələ onda deyil, məsələ Ərizəçi bunların hamısını icra başçısı kimi, yəni kişi kimidə edə bilərdi, bəs görəsən öz bildiyi kimi etməsinə onu vadar edən nədir? -Paylaşılan bu yazıda qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı onun və işlədiyi işçilərin onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir. 4.Ərizəçi gizli keçirilən səyyar qəbulları-Göygöl Rayon İcra Hakimiyyətinin rəsmi saytında səyyar qəbulların aylıq cədvəli mövcud olsa da, bu qəbulların günü və saatı gizli qalmaqdadır. Vətəndaşlar bu məlumatları öyrənmək istədikləri zaman, onların özlərinin və müraciətlərinin üzərindən xüsusi seçim edilir və yalnız icra nümayəndəsinin təsdiqlədiyi şəxslərə gün və saat açıqlanır. Qəbullarda isə dövlət məmurlarının sayı vətəndaşlardan daha çox olur, burada iştirak edən vətəndaşların əksəriyyəti isə tədbirin fotosessiyası üçün məcburi gətirilmiş şəxslərdir. Diqqət çəkən digər məqam isə aprel ayında təşkil olunan ilk səyyar qəbulun məkanı olaraq şadlıq sarayı seçilməsidir. Ərizəçi bu orucluq ərəfəsində vətəndaşları şadlıq sarayında kabab tüstüsü ilə imtahan etməyin savab olacağını düşünməsidir. -Paylaşılan bu yazıda qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı işlədiyi orqanın adından istifadə edilmiş və onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir. 5. Ərizəçi Göygöldə bələdiyyələrini əli ilə pul toplayır- Göygöl bələdiyyələri həyət yanı torpaqları su qiymətinə hərraca çıxararaq daha sonra vətəndaşlara yüksək qiymətlərlə satır. Bu qiymət fərqi ilə Ərizəçi üçün vəsait toplanır. Bildirilir ki, bu il keçiriləcək bələdiyyə seçkilərində hansı bələdiyyənin qalacağı, hansının isə uzaqlaşdırılacağı toplanan vəsaitin miqdarından asılı olacaq. Bu rayonun bütün bələdiyyələrinə deyil yalnız Ərizəçi seçdiyi “qocaq” bələdiyyələr üçün nəzərdə tutulub. Ərizəçi bu seçimi etməkdə bələdçisi, 100 saylı Göygöl-X1 Komissiyasının sədri olan, rayonda torpaq ticarəti və iş adamlığı ilə tanınan, əvvəllər Şəhriyar kənd bələdiyyəsinin sədri olmuş İftixar Hüseynovdur. -Paylaşılan bu yazıda qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı mənim şərəf, ləyaqət və işgüzar nüfuzumu ləkələmişdir. 6. Göygöl şəhərinin yolları niyə yarımçıq rənglənir? Ərizəçi buna niyə göz yumur?-Göygöl şəhərinin yolları niyə yarımçıq rənglənir? Ərizəçi buna niyə göz yumur? Göygöl şəhərinin yolları yalnız kamera quraşdırılan ərazilər rənglənir. Bu seçmə qaydada yol rəngləmənin əsas məqsədi vətəndaşlara cərimə yazmaq və cibləri doldurmaqdır. Əgər burada yol təhlükəsizliyini artırmaq əsas məqsəd olsaydı, yolların tamamı rənglənərdi yalnız 20-30 metri deyil. Ərizəçi əsas məqsədi rəhbərlik və sosial şəbəkələr qarşısında yaxşı imic yaratmaq və bir qədər də cibini doldurmaqdır. Onun rayonda həyata keçirdiyi bütün tədbirləri "Üstü bəzək, altı təzək" deyiminə uyğun gəlir. Ərizəçi tərəfindən alınmış İSO 37001:2016 – “Antikorrupsiya idarəetmə sistemi” sertifikatı da bu bəzəklərin bir hissəsidir. Əgər həmin sertifikatı verən qurumun əməkdaşları Göygöldə bu yollardan keçsəydilər, korrupsiyanı qanuni çərçivədə və şəxsi maraqlarla idarə etməyin nümunəsini görmüş olardılar. -Paylaşılan bu yazıda qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir. 7. "Külək" effekti: Göygöl İcra Başçısı Ərizəçi 5 rübün hesabatı-Göygölün İcra Başçısı Ərizəçi ötən ilin hesabatını vermək məqsədi ilə keçirdiyi iclasda tamamilə yeni bir format tətbiq etdi. Hesabat vermək üçün yatıb qaldığı və 1-ci rüb yekunlaşdığı üçün, ənənəvi olmayan 5 rüblük bir hesabat iclası keçirildi. İclasda ötən bu 5 rüb ərzində rayonda görülmüş işlərlə bağlı icra başçısı möhkəm “küləklədiyi” bildirilir. O, rayonda gördüyü işləri şişirdib danışdıqca, tədbir iştirakçıları alqışları çoxaldırdılar. İclasdan sonra isə Ərizəçi şəhər bələdiyyəsinin sədri ilə maraqlı bir dialoq yaşadı. Soruşdu: “Camaat niyə bu qədər əl çalırdı?” Cavabı isə onu pərt elədi: “Cənab başçı bildiyiniz kimi son günlər havalar isti keçir, zal elə bürkü idi ki, siz küləklədikcə bir az sərinlik düşürdü, insanlar bürküdən çox küləyi xoşladıları, onun üçün əl çalırdılar. “Bunu eşidəndən başçı sağolaşmadan gedib. Bu hesabatın mətni yayımlandıqda, icra başçısının nə qədər “küləklədiyi” daha aydın görünəcək.-Paylaşılan bu yazıda qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir. 8. Ərizəçi şəhid ailələrinə münasibətdə hörmətsizlik edib-Ərizəçi tərəfindən keçirilən hesabat yığıncağında şəhid ailələri də dəvət edilib, onlara tərif və təşəkkür edilməsi gözlənilirdi. Lakin, tədbir zamanı onlara verilmiş kiçik maliyyə yardımları 100, 40 və 50 manat kimi məbləğlər açıqlanaraq vurğulanıb. Şəhid ailələri bu cür kiçik yardımların ictimaiyyət qarşısında sadalanmasından utanıblar. Əgər bu büdcə xərclərinin hesabatı idisə Ərizəçi nə üçün öz şəxsi xərcləri üçün büdcə hesabına aldığı şalvarını və yeni xidməti avtomobilini hesabata daxil etmirdi? Onun öz rahatlığı üçün aldığı 50,000 manatlıq avtomobil niyə hesabatında yoxdur, amma şəhid ailələrinə verilən 50 manat yardım qürurla qeyd edilir? Bu, Ərizəçi şəxsi insani keyfiyyətinin göstəricisidir. Hesabatın mətni ictimaiyyətlə paylaşılmayaraq gizli saxlanılıb.-Paylaşılan bu yazıda qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir. 9. Ərizəçi sosial şəbəkələrdə parlayan statistika illüziyası-Göygöl rayonunda kənd təsərrüfatı və digər sahələrdə olan geriləmələrə baxmayaraq, icra hakimiyyətinin veb saytında və sosial şəbəkələrində yalnız müsbət statistik məlumatlar yer alır. İcra başçısı Ərizəçi ilə rayon statistika şöbəsinin rəhbəri Rüzgar Həsənov əl bir olaraq rayonun iqtisadi göstəricilərini süni şəkildə artırıblar. Bunu etməklə kifayətlənməyərək artıra bilmədikləri göstəriciləri vizual vasitələrlə manipulyasiya edərək ictimaiyyəti aldatmağa çalışıblar. Ötən ilin yüksək inflyasiyasını nəzərə alsaq, həcm olaraq azalan bu göstəricilərin qiymət olaraq artması təbiidir. Müqayisələrin əksəriyyəti əvvəlki ilin müvafiq dövrindəki həcmlə deyil, manatla müqayisə verilir. Reallıqda azalan göstəricilər inflyasiyanın hesabına manat olaraq artmasını fürsət olaraq dəyərləndiriblər. Bu da həqiqəti əks etdirmir. Ötən il 207 yeni iş yeri açıldığı iddia edilsə də Ərizəçi ən böyük açılış Üçtəpə kəndindəki idman zalı olmuşdur ki, orada cəmi 3-5 nəfər işləyir. İddia olunan digər 200 dən çox yeni iş yerlərinin harada olduğu isə müəmma qalır.-Paylaşılan bu yazıda qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir. 10. Ərizəçi Toğana qonaqlığı-Ərizəçi ucqar kənddə yüksək bal toplayan bir şagirdlə görüş təşkil edib. Sanki bu kənd məktəbində dərslərdə davamiyyət çox yüksəkdir və uşaqlar imtahanlarda yüksək nəticə göstərməklə məktəbə borcludular, onların hazırlıqlarına pul tökən əziyyət çəkən valideynlərə deyil. Hüquq mühafizə orqanları ora gedərək məktəbi yoxlasalar, qanun pozuntusu tapmaq onların üçün sadə bir iş olardı. Lakin onlar yoxlamağa deyil Ərizəçi onlara çoxdan söz verdiyi qonaqlığa görə gediblər. İş vaxtı yeyib-içə bilmək üçün Toğana kənd məktəbində həmin bir şagird üçün hüquqmühafizə orqanlarının rəhbərləri ilə formal tədbir təşkil etməli olublar. Hərçənd ki, qonaqlığı Ərizəçi vəd etsə də, qonaqlığın hesabını Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevə ödətdirib. Anar Qədiməliyev də ironiya ilə “Bir də bu yerlərə, ZİRT* gəldim” zümzüməsi ilə hesabı ödəyib. Ərizəçi isə öz alicənab hiyləgərliyindən əl çəkmir. Tədbirini sosial şəbəkələrdə paylaşmaq üçün təşkil edib, qonaqlığın xərcini isə başqasına ödətdirib.-Paylaşılan bu yazıda qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir. 11. Göygöldə gizli oyunlar - Ərizəçi rüşvət mexanizmi-Təşkil edilən əmək yarmarkasında rüşvətsiz və heç bir tapşırıq olmadan işə düzəlmək üçün mövcud vakansiyalar yalnız ofisiant, xadimə, fəhlə və bağban kimi iş yerləri oldu. Lakin, daha cəlbedici iş yerləri əvvəlcədən pulunu aldıqları insanlara bu yarmarkada iştirak edərək işə düzəlmiş kimi görünmələri üçün təlimatlar verilirdi. Əslində, rüşvət verərək işə düzələnlər tədbir sayəsində iş tapmış kimi göstərildi ki, bu da çirkli pulların yuyulması mexanizminə bənzəyirdi. Əmək yarmarkasında ən çox gəlir götürən və Ərizəçi canfəşanlıqla alqışlayan isə Regional Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyev oldu.-Paylaşılan bu yazıda qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir. 12. Göygölün icra başçısı Ərizəçi müsbətə doğru irəliləyiş-Göygöl Rayon İcra Hakimiyyətinə aid vakansiyaları gizlədib rüşvətlə işə götürən Ərizəçi müsbətə doğru irəliləyiş Əvvəllər vakansiyaları ictimaiyyətdən gizlədən Ərizəçi, iradlardan sonra vakansiyaları X5 təqdim etməyə başladı. İndi X3 saytında Göygöl İcra Hakimiyyətinə aid vakansiyalar barədə məlumat əldə etmək mümkündür. Maraqlıdır ki, X3 saytında 6 may tarixində yerləşdirilən vakansiyalar, Göygöl İcra Hakimiyyətinin saytında yalnız 21 mayda paylaşılmışdır. Ərizəçi müraciət edənlərin sayının çox olduğunu gördükdən sonra, özünə xal qazanmaq üçün İcra Hakimiyyətinin saytında da vakansiya məlumatlarını paylaşdı. İctimai nəzarət olduğu müddətdə bu cür qanunsuzluqların qarşısını almaq mümkündür. İmtahanda iştirak edəcək hər kəsə uğurlar!-Paylaşılan bu yazıda qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir. 13. Paşayevlərə simpatiyası olmayan Göygölün icra başçısı Ərizəçi-Paşayevlərə simpatiyası olmayan Göygölün icra başçısı Ərizəçi, Göygöl rayonunda keçirilən Mircəlal Paşayevin yaradıcılıq gecəsinə qatılmadı. Ərizəçi fikrincə, Mircəlal Paşayevin tədbiri rayonda əhəmiyyətli bir hadisə kimi görülmədiyi üçün onun iştirak etməsi vacib deyildi. Bu səbəbdən, tədbirə özü deyil, 3-cü və ya 4-cü dərəcəli bir tədbir kimi müavinini göndərdi. Lakin, Qərbi Azərbaycanla bağlı hər bir tədbirdə fəal iştirak edən və Aşıq Şəmşirin adını daşıyan musiqi məktəbinin yubileyində şəxsən iştirak edən Ərizəçi Mircəlal Paşayevin adına olan tədbirə qatılmaması, onun gözündə Mircəlal Paşayevin əhəmiyyətsiz bir şəxs olması ilə izah olunur. Hər adı Qəhrəman olanın qəhrəman olmadığı kimi, hər soyadı Paşayev olan da həqiqi Paşayev deyil.-Paylaşılan bu yazıda qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir. 14. Göygölün icra başçısı Ərizəçi korrupsiyaya bulaşmış komandası-Göygölün icra başçısı Ərizəçi korrupsiyaya bulaşmış komandası Maraqlı şəxs1 – Başçının iqtisadi məsələlər üzrə müavini. Onun imzası olmadan başçı dövlətdən 5 manat alıb əvəzində 2 manatlıq işi həyata keçirə bilməz. Qocayev bu işlərdən uzaq durmağa çalışsa da, artıq karyerasını məhv etmək üçün kifayət qədər real olmayan sənədlərdə imzası var. Bir çox işləri və tədbirləri başçı ona yüklədiyi üçün başçının dəyərli kadrıdır. Maraqlı şəxs3 – Başçının humanitar məsələlər üzrə müavini. Əvvəllər Ərizəçi ona etibar etməsə də, zamanla başçının etibarını qazandı. Təhsil və səhiyyə sahəsindəki rüşvət və kadr məsələləri ilə yanaşı, tədbirlərdə başçı göz qoyduğu cavan qızlarla ünsiyyət yaradaraq başçının qucağına atması ilə başçının dəyərli kadrdır. Namiq Cəfərov – Başçının ərazi idarəetmə şöbəsinin müdiri. Ərizəçi adından istifadə edərək kənd icra nümayəndəliklərində adı işdə olub, işə gəlməyən “ölü işçilərin” əmək haqlarını toplayan bir şəxsdir və başçının dəyərli kadrlarından biridir. Gəncə şəhərində **-AA-*** xidməti avtomobili ilə ağır qəza törədən şəxsin Cəfərovun özü olduğu bildirilir. -Paylaşılan bu yazıda qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir. 15. Göygölün korrupsiya labirinti Ərizəçi və qara kassası Maraqlı şəxs2-Göygöl rayonunun icra başçısı Ərizəçi korrupsiya fəaliyyəti artıq hüquqmühafizə orqanlarının, Bakının diqqətini çəkib. Abadlıq işləri üçün ayrılan büdcə vəsaitlərinin böyük hissəsinin təyin olunduğu yerlərə sərf edilməməsi və sənədlərdə keyfiyyətli göstərilən işlərin əslində çox keyfiyyətsiz olması rayon əhalisinin narazılığına səbəb olub. Ərizəçi "qara kassası" kimi tanınan Maraqlı şəxs2, qəbul şöbəsinin müdiri olmasına baxmayaraq, bütün günü küçələrdə pul toplamaqla məşğuldur və rüşvət yığmaq üçün istifadə olunur. Keçmişdə Gəncə şəhərində Məharət Mustafayevin funksiyasını Göygöldə icra edən Maraqlı şəxs2 da, Allahın izni ilə oxşar aqibəti yaşayacağı gözlənilir. Göygöl rayonunda baş verən korrupsiya halları, xüsusilə Ərizəçi “qara kassası” olan Maraqlı şəxs2 fəaliyyəti ilə bağlı düzgün məlumat təqdim etməyən hüquq-mühafizə orqanlarının rəhbərinə qarşı tədbir görüləcəyi bildirilir. Ərizəçi İSO 37001 “Antikorrupsiya idarəetmə sistemləri” sertifikatı alsa da, rayonda korrupsiyanın başında dayananlardan biridir.-Paylaşılan bu yazıda qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir. 16. Ərizəçi Milli Yayalaq Festivalındakı missiyası-Göygöl Rayon İcra Hakimiyyətinin saytında və sosial şəbəkələrində 2024-cü ilin 5-7 iyul tarixlərində keçirdilən Milli Yaylaq Festivalı ilə bağlı məlumatlar geniş şəkildə paylaşıldı və Ərizəçi tədbirdə çox sayda şəkil çəkdirdi. Bu İcra Hakimiyyətinin festivalı təşkil etdiyi təəssüratını yaratdı. Əslində isə tədbirin təşkilatçılarının sözlərinə görə, Göygöl Rayon İcra Hakimiyyətinin yəni Ərizəçi festivalın təşkilatçılığında heç bir rolu olmayıb. Onun bu tədbirin təşkilində tək dəstəyi, ərazidə toplanan zibillərin daşınması və tualetlərin təmiz saxlanması ilə məhdudlaşıb. Ərizəçi festival ərəfəsi zibillərin daşınması və tualetlərin təmizliyinə cavabdehdir, amma özünü elə aparır ki, guya tədbirin sahibidir. “Böyük görünmək asandır, böyük olmaq çətindir.”- Paylaşılan bu yazıda qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir. 17. Ərizəçi - Bu yalnız bir portret deyil bu, bir millətin yaddaşı və şərəfidir-Göygöl rayonunun mərkəzində, İcra Hakimiyyətinin qarşısında yerləşən Ulu Öndərin portreti solğun, köhnəlmiş və baxımsız vəziyyətdədir. Bu portretin belə acınacaqlı bir durumda qalması, rayon rəhbərliyinin və YAP rayon təşkilatının məsuliyyətsizliyinin bariz göstəricisidir. Hər gün Ərizəçi bu solğun portretin yanından keçərək işə gedir. Görəsən, bunu necə görməməzlikdən gəlir? Bəlkə də onun üçün bu portretin indiki vəziyyəti heç bir əhəmiyyət daşımır. Bəs YAP rayon təşkilatının sədri Vüqar İsayev necə bu qədər biganə qala bilir? Yoxsa bu mənzərə onun üçün də sadəcə bir dekorasiyadan ibarətdir? Portretin rəngi o qədər solub ki artıq Ulu Öndərin siması belə çətin seçilir. Ərizəçi əqidəsindəki problemlər artıq hamıya bəllidir, onun sözləri ilə əməlləri çox vaxt uyğun gəlmir. Onun bütün işləri üstü bəzək altı təzəkdir. Bəs YAP rayon təşkilatının sədri Vüqar İsayev niyə bu vəziyyətə göz yumur? Ulu Öndərin adına layiq olmaq əvəzinə, onun portretini belə baxımsız qoyublar. Bu cür laqeydlik və məsuliyyətsizlik rayon rəhbərliyinin fəaliyyətinə ciddi zərbə vurur. Göygöl rayonundan deputatlığa namizəd Kamran Bayramovu bu məsələyə təcili olaraq müdaxilə etməyə çağırırıq. Rayon sakinləri adından ona müraciət edirik, Ərizəçi və Vüqar İsayev kimi şəxslərin bu laqeyd yanaşmaları cəzasız qalmamalıdır. Onlar sadəcə öz vəzifələrini yerinə yetirə bilmirlər, eyni zamanda Ulu Öndərin adına böyük hörmətsizlik göstərirlər. Ümid edirik ki, bu portret ən qısa zamanda yenilənəcək. Əgər bu cür simvolik məsələlərə biganə yanaşırıqsa, gələcəyimizə, tarixi irsimizə və liderlərimizə olan hörmətimizi də itirə bilərik. Bu yalnız bir portret deyil bu, bir millətin yaddaşı və şərəfidir. Və bu şərəfi qorumaq hər birimizin mənəvi borcudur. -Paylaşılan bu yazıda qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir. 18. Göygöldə moruq festivalı - Uğursuz planlama və hiyləgər idarəçilik-Göygöldə keçirilən Moruq festivalı, Ərizəçi rəhbər kimi tam yarıtmazlığını açıq şəkildə üzə çıxardı. Sentyabr ayında – moruq mövsümü bitdikdən və turistlər rayonu tərk etdikdən sonra belə bir tədbirin təşkil edilməsi məntiqsizdir. Bu nə festival, nə də turizmin inkişafına dəstəkdir, sadəcə təqvimə və məntiqə meydan oxumaqdır. Mövsümü keçmiş giləmeyvəni soyuducudan çıxarıb bayram etmək, üstəlik turist axını bitdikdən sonra belə bir tədbir keçirməyin nə anlamı var? Digər diqqət çəkən məqam isə festivalın məcburi iştirakçılarla doldurulması idi. Dövlət qurumlarından, məktəblilər və onlarla birlikdə gələn valideynlər festivala nə əlavə edə bilər? Yalnız rəqəmləri süni şəkildə artırmaq. Festival könüllü ziyarətçiləri və maraqlı qonaqları cəlb etməli idi, amma Ərizəçi bunu sadəcə rəsmi prosedura çevirdi. Bu cür yanaşma nəinki turizmi inkişaf etdirmir, əksinə regionun potensialını boğur. Təşkilati qarışıqlıqlar isə vəziyyəti daha da pisləşdirdi. X8 İdarəsi sosial mediada festivalın Göygöl rayon İcra Hakimiyyəti ilə birlikdə təşkil olunduğunu açıqlayarkən, İcra Hakimiyyəti isə tədbiri tamamilə öz adına çıxarır. Bu nədir, liderlikmi, yoxsa pərakəndəlik? Ərizəçi rəhbərliyi altında festival nəinki uğursuz oldu, hətta vaxt itkisi və rüsvayçılığa çevrildi. Bu tədbir, bir rəhbərin səriştəsizliyini nümayiş etdirməklə yadda qaldı. Ərizəçi əsas məqsədi isə sadəcə şou göstərib gündəmə gəlmək və dövlətdən əlavə subsidiya əldə etməkdir. “Hiylə ilə uzağa getmək olar, amma uğura çatmaq olmaz.” -Paylaşılan bu yazıda qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir. 19. Ərizəçi Göygöl rayonunda vətəndaşları həbs etdirmək ilə hədələyir-Göygöl rayonunun icra başçısı Ərizəçi vətəndaşları həbs etdirmək ilə hədələməsi məsələsinə toxunuruq. Hadisələr, vətəndaşların hüquqlarının pozulması, sosial gərginlik və cəmiyyətdəki narazılıq kimi mövzulara diqqət yetirilir. Ərizəçi bu davranışının cəmiyyətə təsiri və hüquq mühafizə orqanlarının rolu müzakirə olunur.- Paylaşılan bu yazıda qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir. 20. Ərizəçi ikili standartları: Şəhid ailələrinə seçici yanaşma-Ərizəçi şəhid ailələrinə qarşı ədaləti unudulmuş bir dəyər kimi kənara qoyur. Vətən uğrunda canını fəda edən insanların ailələrinə dəstək olmaq əvəzinə, yardımları şəxsi istəklərinə və məqsədlərinə uyğun paylayır. Bir ailəyə az yardım edir, öz yerlilərinə və ondan şikayət etmə potensialı olanlara isə dəfələrlə artıq kömək göstərir. Hətta bəzi ailələrə torpaq və ya obyekt sahəsi ayrılması üçün bələdiyyəyə xüsusi tapşırıqlar verərək bunu özünün şəxsi hədiyyəsi kimi göstərir. Dövlətin təyin etdiyi yardımlarla kifayətlənməyib, sahibkarlardan əlavə vəsait tələb edir və bu yardımları şəxsən öz adı ilə təqdim edir. Rayona yeni təyin olunduğu zaman şəhid ailələri ilə şəkil çəkdirməyə can atan Ərizəçi, indi isə həmin ailələrdən qaçır, onların qarşısına çıxmamaq üçün görüşləri işçilərinə həvalə edir. Sözdə bir, əməldə isə başqa cür davranan Göygölün icra başçısı Ərizəçi, bu yanaşması ilə şəhid ailələri arasında yersiz ayrı-seçkilik, ədalətsizlik yaradır və insanların ürəyində narazılıq toxumu səpir.-Paylaşılan bu yazıda qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir. 21. Ərizəçi yeyintiləri, Göygöldə şikayətlər artır-Göygölün icra başçısı Ərizəçi idarəçiliyi altında baş verən hadisələr sakinlərin narazılığını hər gün daha da artırır. Küçələrin asfaltlanması və binalarda aparılan “abadlıq” işləri barədə nə icra hakimiyyətinin rəsmi saytında, nə də sosial şəbəkələrdə məlumat verilmir. Bu işlərin işıqlandırılmaması, Ərizəçi bu sahələrdəki yeyinti hallarının diqqət cəməsini istəmədiyi üçün etdiyi bildirilir. Onun bu maliyyəni şəxsi məqsədlərə yönəltməsi barədə iddialar isə getdikcə daha çox insan tərəfindən səsləndirilir. Sakinlər haqlı olaraq soruşurlar: niyə onların ödədiyi vergilər şəffaflıqdan uzaq şəkildə xərclənir? Niyə dövlətin təmizlik və abadlıq üçün ayrılmış pulları Ərizəçi cibinə axır, əvəzində isə onların həyat şəraiti daha da pisləşir? Gecələr qaranlıqda qalan küçələrdə illərlə dəyişdirilməyən, işləməyən lampalar sakinlərin təhlükəsizliyini təhlükə altında qoyur. Halbuki, bu kimi infrastruktur işləri üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin yetərli olduğu bildirilir. Bu suallar Göygöldə yaşayan insanların dilindədir, cavab isə təəssüf ki, hələ də tapılmır.-Paylaşılan bu yazıda qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir. 22. İnam Kərimovun kölgəsi altında Göygöldə korrupsiya və təhdidlər-Ərizəçi qanunsuz əməllərini araşdırmağa çalışan Göygöl rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Ali Məhkəmənin sədri İnam Kərimovun adı ilə dolayı şəkildə təhdid ediliblər. Göygöl rayon İcra Hakimiyyətində şöbə müdiri Maraqlı şəxs2 rüşvət faktları və başçının müavini Maraqlı şəxs1 abadlıq işləri adı altında həyata keçirdiyi maliyyə mənimsəmə halları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən məlumat toplamağa cəhd edilsə də, bu cəhdlər “məxməri xəbərdarlıqlar” və mədəni şəkildə verilən göz dağı ilə boğulub. Hüquq-mühafizə orqanlarının rəhbərləri başa düşüblər ki, əgər özlərinə problem yaratmaq istəmirlərsə, Ali Məhkəmənin sədri İnam Kərimovun dəstəyi ilə fəaliyyət göstərən Ərizəçi qanunsuz işlərinə göz yummalıdırlar. X7 dəstəyini arxasında hiss edən Ərizəçi rahatlıqla öz korrupsiya əməllərinə davam edir və heç bir maneə ilə üzləşmir.-Paylaşılan bu yazıda qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir. 23. Göygöldə Ərizəçi rəhbərliyi altında bələdiyyə seçkiləri yanvara qalmadı-Göygöldə Ərizəçi rəhbərliyi altında bələdiyyə seçkiləri yanvara qalmadı, adət üzrə dekabr ayında yekunlaşdı Yeni il ərəfəsində rayonumuzda bu seçkilər əsas müzakirə mövzusuna çevrilib. İcra başçısı Ərizəçi isə bələdiyyə seçkiləri ilə bağlı yaranan mübahisələrin mərkəzində dayanır. Artıq seçkidən əvvəl bələdiyyə sədri seçilən namizədlərə Ərizəçi tərəfindən təyinat xəbərləri çatdırılıb. Xəbərlər, onun üslubuna uyğun olaraq əvvəlcə yüksək təriflərlə müşayiət olunub “Başçı səni seçibsə, deməli sən möhtəşəmsən. Əgər belə olmasaydın, Elvin müəllim sənə etimad göstərməzdi.” Bunun ardınca isə qeyri-rəsmi şəkildə namizədlərə müəyyən maddi dəstəklərin göstərilməsinin vacibliyi xatırladılıb “Təşəkkür etməyi unutma. Bilirsən ki, yeni il yaxınlaşır başçı da Bakıdakı rəhbərliyə öz diqqətini göstərməlidir.” Xüsusilə, Üçtəpə bələdiyyəsinin sədri olan və biznes fəaliyyəti ilə tanınan Alik firmasının rəhbəri diqqət mərkəzində olub. Onun yenidən bələdiyyə sədri seçilməsi üçün ciddi maliyyə xərclərinə qatlandığı, tələb olunan maddi öhdəliklərin bir hissəsini əvvəlcədən ödədiyi, qalanını isə seçkilərdən sonra ödəməyi öhdəsinə götürdüyü iddia edilir.-Paylaşılan bu yazıda qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir.
24. Ərizəçi - Medal almanın asan yolu-Bəziləri döyüş meydanında canını ortaya qoyub medal qazanır, bəziləri isə kresloda rahatca oturub, heç nə görmədən, heç nə demədən… və yenə medal! Göygölün icra başçısı Ərizəçi ANAMA sədri Vüqar Süleymanov tərəfindən təltif edilib. Səbəb? Göygöldə ANAMA-nın tikdiyi binanın hasarı piyada yolunu daraldıb, şəhidlər xiyabanına gedən yolu bərbad hala salıb, amma başçı bir kəlmə də deməyib. O desəydi, tələb etsəydi bəlkə də bu mükafatdan məhrum qalardı. Odur ki, ağıllı seçim edib – susmaq qızıldır, bəzən də… medaldır! Yolunuz çuxurludur? Əhəmiyyətli deyil! Piyada keçidiniz daralıb? Xırda detal! Əsas odur ki, başçı rahatdır, mükafatlar yerindədir. Deməli, ölkəmizdə iki medal var: biri fədakarlıq üçün, digəri isə göz yummaq, susmaq və razılaşmaq üçün. Və budur, əsas sual: hansı daha sərfəlidir?-Paylaşılan bu yazıda qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir. 25. Ərizəçi - Göygöldə asfalt altında gizlənən pullar-son günlər Göygöl rayonunda asfaltlanma işləri gedir. Küçələrə yeni yol örtüyü çəkilir, görüntü də pis deyil. Amma bir az diqqətlə baxanda, bu görüntünün altında başqa bir reallıq yatır. Rayonun büdcəsi – yəni sənin, mənim, hər birimizin cibindən çıxan vergilərlə formalaşır. Amma bu vəsaitin bir hissəsi hələ ev tikilməmiş boş sahələrin ətrafına asfalt döşəməyə, digər hissəsi isə Ərizəçi kimi bəzi məmurların şəxsi ciblərini “bərkitməyə” gedir. Bu gün asfalt çəkilən küçələr sabah tikinti texnikalarının keçidi üçün istifadə olunacaq. Beton, daş, qum daşınacaq, evlər tikiləcək. Yeni çəkilmiş yollar bir neçə aya dağılacaq. Nə olacaq? Yenə təmir, yenə tender, yenə büdcədən pul. Bu, sadəcə məsuliyyətsizlik deyil. Bu, dövlətin pulu ilə şəxsi maraqları təmin etməkdir. Yəni, açıq-aşkar korrupsiya! Təəssüf ki, belə hallara artıq öyrəşmişik. “Onsuz da belədir” deyib keçirik. Amma bir şeyi unutmamalıyıq: bu cür idarəçilik təkcə qanunsuzluq deyil, gələcək nəsillərin haqqına girməkdir. Bir gün gələcək – bu davranışlar sadəcə “qüsur” kimi yox, vətənə xəyanət kimi qiymətləndiriləcək.-Paylaşılan bu yazıda qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir. 26. Öz hesabat iclasınd alqışlanmayan Göygölün icra başçısı - Ərizəçi-Göygöl rayonunun mədəni həyatında gözlənilən böyük hadisə baş verdi – illərin tamaşası “Hesabat müşavirə” yenidən səhnəyə qayıtdı! Janr: absurd komediya, lakin bəzi tənqidçilər “müasir faciə” də deyirlər. Baş rolda – məşhur aktyor, Ərizəçi. Əlavə rollarda: müavinlər, idarə rəhbərləri və daimi səssiz qalmaqla fəxri tamaşaçı statusu qazanmış tədbir iştirakçıları. İlk çıxışı müavin başlayır. Danışır, danışır, sanki kasset ilişib. Bitirən kimi ikinci müavin çıxır – eyni mövzu, eyni tərz, sadəcə səsi bir az baməzə. Biri “ağ quş”, o biri “qara quş”, amma hər ikisi eyni qəfəslə uçur. Ardınca idarə rəhbəri səhnəyə çıxır və əvvəlki iki quşun nəğməsini bir daha təkrarlayır – bu dəfə sanki eyni mahnının “remiks” versiyası. Zal isə... zalda isə vəziyyət dramatikdir. Üç saatdır söz seli, amma bir dənə su yox. Tamaşaçılar dili damağında, gözləri qapıda, könülləri kənarda. Bəziləri artıq “biz nəyə baxırıq?” sualına belə cavab verə bilmir.Və budur, söz verilir Göygölün icra başçısı Ərizəçi – sinəsində özünü tərifləmə medalı. Əxlaqdan danışsa da, hazırda zalda oturanlar üçün o, “yezid” obrazını xatırladırdı. Bir ağsaqqal isə pıçıltı ilə: “Sanki yezid kürsüyə çıxıb mərifətdən moizə oxuyur – bir əli suda, o biri camaatın cibində.” Ərizəçi çıxışı bitirəndən sonra nə bir tərpəniş, nə bir alqış eşidildi. O, təriflə özünü zirvəyə qaldırmaq istədi, amma camaat alqışdan imtina edərək onu yerə endirdi. Elə bil zal özü deyir: Sən danışdın, biz cavabımızı verdik. Ərizəçi bu səssiz mesajdan sonra, pərt olduğu bildrilir. Bəzən bir barmaq tərpənməyəndə bir sistem silkələnir.-Paylaşılan bu yazıda qeyd edilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir. Göstərilən məlumatlar həqiqətə uyğun deyil, çünki “goygolnews” YouTube kanalı onu və tutduğu vəzifə ilə əlaqədar Göygöl Rayon İcra Hakimiyyətini cəmiyyətdə, əhali arasında nüfuzdan salmağa, inamsızlıq formalaşdırmağa çalışır. “goygolnews” YouTube kanalının hərəkətlərinin qarşısının alınması və onun cəmiyyətdə nüfuzunu bərpa etmək üçün iddia tələbi irəli sürülür. Göründüyü kimi “goygolnews” YouTube kanalı tərəfindən barəsində həqiqətə uyğun olmayan məlumatlar 2024-cü ilin aprel ayından başlayaraq bu günə qədər 24 video olmaqla ictimaiyyətə açıq bir şəkildə yaymış, yayılmış ifadələr doğru olmadığı halda əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir və təkzib edilməlidir. “goygolnews” YouTube kanalının paylaşdığı videolarda göstərilən başlıqlar və yazılan məlumatlar birbaşa onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyir, həmçinin tutduğu vəzifə ilə bağlı cəmiyyət arasında dövlət orqanına qarşı mənfi münasibət formalaşdırmağa dəlalət edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək və onun məzmununa uyğun izahat verərək göstərdi ki, youtube platformasında “goygolnews” adlı kanal tərtib edilmiş və həmin kanal vasitəsi ilə ərizəçi və maraqlı şəxslər barəsində həqiqətə uyğun olmayan video roliklər düzəldilərək yerləşdirilmişdir. Həmin video roliklərin həqiqətə uyğun olmaması həm oradakı mövzularla həm də şahid ifadələri ilə öz təsdiqini tapır. Əvvəlki məhkəmə hazırlıq iclasında da bildirdikləri kimi əgər onlar “goygolnews”-un təsisçisini bilsələr idi onlar həmin şəxsə qarşı bir başa istər xüsusi ittiham qaydasında, istərsə də şərəf və ləyaqətin müdafiəsi haqqında iddia qaldıra bilər, iddialarını müdafiə edərdilər və onların da iddiaları əsaslı olardı. Hər kəsə məlum olduğu kimi youtube platformasında olan kanallar barədə Azərbaycan ölkəsinə hər hansı məlumat verilmir və kanallarla bağlı rekvizitlər görsənmir, bu səbəbdən çətinliklər yaranmış, onlar həmin şəxsi tapmaqda çətinliklə üzləşmişlər. Lakin qanunvericilik onlara imkan verir ki, onlar bu növ iddia ilə həmin həqiqətə uyğun olmayan video roliklərin silməsinə nail ola bilərlər. Həmin kanalda 26 video rolik vardır ki, həmin video roliklərdə müxtəlif həqiqətə uyğun olmayan sözlər və ifadələr işlədilmişdir. Onlar əvvəlki məhkəmə iclasında məhkəməyə vəsatət vermiş və bildirmişlər ki, həmin video roliklərin həqiqətə uyğun olmayan olması ilə bağlı kifayət qədər şahidlər vardır və vəsatətdə göstərilmiş şahidlərin məhkəmə iclasında dindirilməsini və həmin məlumatların həqiqətə uyğun olmayan olmasının müəyyən edilməsini xahiş edirlər. Əlavə olaraq bildirdi ki, həmin məlumatların hər birini ərizələrində göstərmişlər. Belə ki, 26 video rolikdə olan hansı ifadələrin həqiqətə uyğun olmayan olması onlar tərəfindən konkret göstərilmişdir. Onların şahidlərinin həmin məlumatların həqiqətə uyğun olmayan olması ilə bağlı verəcəkləri ifadələr ilə öz təsdiqini tapacaqdır. Onların ərizəsi ilə bağlı keçirilmiş məhkəmə iclaslarında kifayət qədər araşdırmalar aparılmış və həmin araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, youtube platformasında olan “goygolnews” adlı kanalda verilmiş informasiyalar başdan-başa cəfəngiyatdır. Belə ki, həmin “goygolnews” adlı kanalda olan video roliklərə baxıldıqda tam müəyyən edilir ki, orada yer almış ifadələr və ifadələrin mənasının heç bir əsası yoxdur. Əgər həmin “goygolnews” adlı kanal həqiqətə uyğun informasiyalar versə idi həmin kanalı yaratmış şəxs özünü gizlətməzdi və özünü biruzə verərdi. Azərbaycan Konstitusiyasında söz azadlığı deyilən bir müddəa vardır ki, həmin müddəaya əsasən hər kəs tənqidi fikirlərlə çıxış edə bilər. “goygolnews” adlı kanalı yaradan şəxs verdiyi məlumatların həqiqətə uyğun olduğunu hesab etsə idi öz adından verərdi və altından da imzasını atardı. Həmin video roliklərin gizli verilməsindən görünür kü burda təkcə bir yox bir neçə şəxslərin marağı vardır. Həmin marağ isə ondan ibarətdir ki, həmin video roliklərdə İcra Hakimiyyətinin rəhbərinin və İcra Hakimiyyətinin vəzifəli şəxslərin ləkələnməsi xarakteri daşıyır. Düzdü qeyd olunan informasiyalarla şərəfli şəxslərin nüfuzuna heç bir xələl gəlmir və gələdə bilməz. Belə ki, əhali və ictimaiyyət həmin adı keçən şəxsləri tanıyır və onlara rəğbət bəsləyir. Ərizəçini və maraqlı şəxsləri şəxsən onun özü də tanıyır və onun həmin şəxslərə qarşı böyük rəğbəti vardır. Ona görə ki, ərizəçi və maraqlı şəxslər tam dürüst insanlardır və onların şəffaflığına heç vaxt onun da şübhəsi olmamışdır. Onlar bu gün həmin video rolikləri hazırlayan şəxslər barəsində xüsusi ittiham qaydasında da məhkəməyə müraciət edə bilərlər və bu onların konstitusion hüququdur. Onlar əmindirlər ki, həmin şəxsə qarşı xüsusi ittiham qaydasında məhkəməyə ərizə ilə müraciət edərlərsə həmin şəxs cəzasını alacaqdır. Lakin onların məhkəməyə xüsusi ittiham qaydasında müraciət edə bilməmələrinin səbəbi həmin şəxsin özünü və şəxsiyyətini gizlətməsi və onların tərəfindən həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsinin mümkün olmamasıdır. Onlar həmin hüquqlarını qoruyur və gələcəkdə həmin şəxsin kimliyini müəyyən edərlərsə onun barəsində ciddi tədbirlər görəsidilər. Təhqiqat nəticəsində ərizədə göstərilmiş 26 video rolikdə göstərilmiş məlumatlar öz təsdiqini tapmamışdır. Belə ki, həmin video roliklərdə göstərilmişdir ki, guya ki Göygöldə Təhsil idarəsinin və Səhiyyə idarəsinin rəhbər şəxsləri ilə Maraqlı şəxs3 qeyri-prosessual hərəkətləri olması, onlar arasında korrupsiya faktlarının olması, vəzifə səlahiyyətlərinin aşması və Kəmalə xanımın onlara qanunsuz təsir etmə göstərilmişdir. Lakin məhkəmə iclasında iştirak edən şahidlər iltizama imza etməklə və cinayət məsuliyyəti barədə xəbardalıq edilməklə dinlənilmiş və həmin orqanların rəhbər şəxsləri onların İcra Hakimiyyətindən heç bir asıllıqlarının olmamasını və onların özlərinin mərkəzləşdirilməklə, özlərinin əsasnamələrinin olmasını və qanunvericiliklə onların tabe olduqları orqanların olmasını və həmin orqanlardan lazımı göstərişlər almalarını bildirmişlər. İcra Hakimiyyəti istəsə belə onlara təsir edə bilməz. Sadəcə tövsiyyə xarakterli və ya vətandaşların müraciətləri əsasında onların problemlərinin həll edilməsi üçün diqqət və qayğı göstərilməsi xahiş edilə bilər. Bu isə o demək deyil ki, bu kimi hallar video rolikdə göstərilən qaydada təhrif olunmuş şəkildə reklam edilsin və ya qiymətləndirilsin. Həmçinin video roliklərdə göstərilmişdir ki, guya ki icra başçısının müavini maraqlı şəxslər olan Arzu müəllim və qəbul şöbəsinin rəhbəri Ariz müəllim orada şübhəli maliyyə maxinasiyaları edir və yaxud rüşvətlə bağlı vətandaşlarla qeyri prosessual hərəkətlərə daxil olur. Əgər icra başçısının müavini Arzu müəllimdə şübhəli maliyyə hərəkətləri olmuşdursa həmin video rolikləri hazırlayan şəxs niyə həmin fikirlərlə bağlı dəlil və sübut qoymadan sadəcə sözlərlə səsləndirir? Qanunvericiliyin normasına əsasən vəzifəli şəxslərin üzərinə vəzifələr qoyulur, Arzu müəllimin vəzifə öhdəliyində maliyyə əməliyyatlarının aparılması ilə bağlı vəzifə funksiyası yoxdur. Belə ki, Arzu müəllim Maliyyə Xidmətinin rəisi deyil, sərəncam verən şəxs deyil həmçinin həmin maliyyə əməliyyatlarında iştirak edən şəxs deyildir. Həmin əməliyyatlar bir başa İqtisadiyyat Nazirliyinin nəzarəti ilə tender vasitəsi ilə səhibkarlar tərəfindən görülən işlərdən ibarətdir və həmin görülən işlərlə Arzu müəllimin heç bir əlaqəsi yoxdur. Həmçinin video rolikdə icra başçısının müavini Ariz müəllim barədə göstərilmiş “qara kassa” kimi xoşagəlməz sözlərin işlədilməsi ağır ittihamlar olmaqla, böhtandır. Belə ki, Ariz müəllimin rüşvət alması barədə sözlər deyilmişsə bu zaman ora hər hansı səs yazısı və yaxud hər hansı vətandaşın adı göstərilərək Ariz müəllimə hansı məbləğdə rüşvət verməsi yaxud digər məslələrlə bağlı sübut qoyulmalı idi. Digər tərəfdən isə əgər video rolikləri hazırlayan şəxsin bu faktlarla bağlı məlumatı vardırsa niyə hüquq mühafizə orqanlarına müraciət etmədən bu kimi mənasız video roliklər paylaşır. Bu sual yaradır və sualın cavabı isə ondan ibarətdir ki, göstərilən məsələlərin heç birinin əsası yoxdur. Sadəcə nüfuza xələl gətirmək üçün dolayısı ilə atılmış addımlardır. Bələdiyyənin məhkəmə iclasında ifadəsi alınarkən o, nəinki İcra Hakimiyyətinin onlara göstəriş verməsi, İcra Hakimiyyətinin heç onlara nəzarət mexaniziminin olmamasını bildirmişdir. Ona görə ki, Bələdiyyələrə nəzarət mexanizimini Ədliyyə Nazirliyi həyata keçirir və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş üzrə baş idarəsi vardır. Həmçinin Ədliyyə Nazirliyinin regional qurumları vardır ki, bələdiyyələrin istər torpaq satışı, istərsə də hər hansı qanuna zidd hərəkətləri Ədliyyə Nazirliyinin regional qurumları tərəfindən ciddi nəzarət edilir. Əgər bir bələdiyyə sədri qanuna zidd hərəkət edərsə artıq Ədliyyə orqanı tərəfindən müəyyən edilir. Belə ki, Bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlar dərhal Ədliyyə Orqanlarına göndərilir. Onlar həmin qərarların qanuna zidd və ya qanuni olmasına baxaraq ona uyğun tədbirlər görürlər. Əgər video rolikləri hazırlayan şəxsin bələdiyyələrlə bağlı bir iddiası vardırsa bu İcra Hakimiyyətinə deyil, Regional Ədliyyə Orqanlarına qarşı yönəldilməli idi. Bu isə edilənlərin çirkin oyunlardan biri olmasını bir daha təsdiq edir. Çünki İcra Hakimiyyətinin əsasnaməsində də, İcra Hakimiyyətinin yaranması ilə bağlı cənab Prezidentin fərmanında da İcra Hakimiyyətinin bələdiyyələrlə bağlı hər hansı nəzarət mexaniziminin olmaması tam öz əksini tapır. Ona görə də həmin video roliklərin olmasının bir daha qərəzli olmasını təsdiq edilir. Bundan başqa həmin video roliklərdə göstərilmişdir ki, guya ki ərizəçi Göygöl rayonu, Toğanalı kəndində yüksək nəticə göstərmiş sinif şagirdləri ilə qəbul keçirmiş və guya ki, həmin qəbul zamanı regional təhsilin müdirinin yemək içmək təşkil etməsini və hesabın onun tərəfindən verilməsi göstərilsə də, həmin hallar maraqlı şəxslərlə dəqiqləşdirilən zaman nəinki hesabın verilməsi heç orada yemek içməyin olmamasını göstərmişlər. Bu bir daha həmin video roliklərin qərəzli olaraq hazırlanmasını göstərir. Onlar hazırkı ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl həmin video roliklərə baxış keçirmişlər və baxış zamanı görmüşlər ki, həmin video roliklərin hazırlanmasına səbəb olan əsas hissə İcra Hakimiyyətinin gündəlik keçirmiş olduğu tədbirlər barədə öz rəsmi səhifələrində həmin tədbirləri elan etmələrindən istifadə edilməklə həmin tədbirlərdə olan foto şəkillər və informasiyalar götürülməklə və həmin informasiyaların tərsinə olan məlumatlarla dəyişdirilməklə bu qaydada cəmiyyətdə pis imic yaratmaq üçün youtube kanalı vasitəsi ilə yayımlayırlar. Məhkəmə araşdırması zamanı vətandaşlar da dindirilmiş və həmin vətandaşlar İcra Hakimiyyətinin səyyar qəbulunda iştirak etmələrini və onları narahat edən problemlər barədə müraciət etmələrini və cənab başçı tərəfindən həmin problemlərin həll edilməsini bildirmişlər. Onlar məhkəməyə Göygöl şəhərindən minlərlə şahid gətirə bilərlər ki, İcra Hakimiyyətinin fəaliyyətini bəyənirlər, həmçinin cəmiyyət içərisinə çıxıb sorğu keçirilərsə bu zaman hər bir vətandaş İcra Hakimiyyətinin fəaliyyəti ilə bağlı müsbət fikir bildirəcəkədir. Kimlərinsə hər hansısa bir şər kompaniyası üzrə video roliklərin hazırlaması şərəfli şəxslərin nüfuzuna xələl gətirməməlidir. Odur ki, hesab edirlər ki, youtube platformasında “goygolnews” adlı kanalda paylaşılmış 26 video rolikdə yer almış məlumatlar əsassız hesab edilərək, təkzib edilməlidir. Məhkəmədən ərizələrinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs3 izahatında göstərdi ki, hazırda Göygöl Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində işləyir. Ərizə ilə tanış olmuş, youtube platformasında “goygolnews” adlı kanalda onun şərəf və ləyaqətini alçaldan, vəzifə nüfuzunu pərdə salan yazılar yazılır ki, bu da çox narazılığa və narahatçılığa səbəb olur. Günahkarın tapılmasını və cəzalandırılmasını xahiş edir. Əlavə olaraq bildirdi ki, “goygolnews” adlı kanalda yayılan məlumatlar heç biri öz təsdiqini tapmır, həmin məlumatların hər biri kiminsə xülyası olmaqla, uydurma, şər və böhtandır. Göygöl Rayon İcra Hakimiyyətinin balansında **-AA-*** dövlət qeydiyyat nişanlı, “Toyota” markalı avtomobil vardır və onun həmin avtomobilin qəza törətməsi ilə bağlı məlumatı yoxdur. Bələdiyyələrdən vəsaitlərin toplanması barədə məlumatlar həqiqətə uyğun deyil, şər və böhtandır. “goygolnews” adlı kanalda olan 26 video ilə tanış olmuş, həmçinin hazırkı ərizə ilə də tanış olmuş və göstərilən məlumatların hər biri yalandır və həqiqətə uyğun deyildir. Şəhid ailələrinə vəsait sərəncam əsasında verilir və hər bir şəhid ailəsi gedib bank hesablarından vəsaitləri götürürlər. İstər 1-ci, istər 2-ci Qarabağ müharibəsi şəhid ailələrinə vəsaitələrin köçürülməsi İcra Hakimiyyəti tərəfindən təyin olunmuş sərəncamlar əsasında bank vasitəsi ilə həyata keçirilir. Əmək yarmarkaları keçirilən zaman onlara işlə bağlı müraciət etmiş şəxslərə özləri qabaqcadan əmək yarmarkalarında iştirak etmələri barədə xəbardarlıq edirlər ki, həmin şəxslər yarmarkalar da iştirak etsinlər, təqdim olunmuş vakansiyalarla tanış olsunlar və işlə təmin olunsunlar. Vakansiya barədə DİM-dən mütamadi olaraq sorğular verilir və vakant vəzifələr barədə DİM-ə rəsmi məlumatlar verilir. Vakant vəzifələr imtahana çıxarılır və müsahibə əsasında ən çox yüksək nəticə toplayan şəxslər işlə təmin olunur. Belə ki, hər hansı vakant vəzifənin onlar tərəfindən gizlədilməsi mümkün deyildir. Onlara səhiyyə və təhsillə bağlı şikayətlər daxil olur. Belə ki, Təhsillə bağlı şikayətlətr dərs saatının az olması və ya hər hansı valideyinin uşağına düzgün qiymət verilməməsi, Səhiyyə ilə bağlı isə vətandaşa hər hansı dərmanın vaxtında verilməməsi üzrə olur. Korrupsiya ilə bağlı isə bildirmək istəyir ki, onun qeyd olunan Təhsil və Səhiyyə orqanlarının daxili işlərinə göstəriş verilməsi səlahiyyətləri yoxdur. Belə ki, qeyd olunan idarələrin regionları vardır. Təhsil orqanın tabe olduğu region idarəsi, həmçinin Səhiyyə orqanın işləri isə bir başa TƏBİB tərəfindən tənzimlənir. Onların vəzifə funksiyalarında yerli təhsil şöbəsinə və ya səhiyyə şöbəsinə hər hansı təsir mexanizimi və ya göstəriş verilməsi nəzərdə tutulmamışdır. Onlar qeyd olunan idarələrə yalnız vətandaş müraciəti əsasında vətandaşların narazı qalmaması üçün tövsiyələr verirlər. Şəhərdə aparılmış abadlıq işləri ilə bağlı tender elan edilir və tenderdə qalib gəlmiş şirkət gəlib abadlıq işlərini aparır. İcra Hakimiyyətinin həmin prosesə müdaxilə etməsi, təyziq göstərməsi və ya hər hansı kənar müdaxilə etməsi mümkün deyildir. İcra Hakimiyyəti tərəfindən keçirilən vətandaş qəbullarında şəxsən iştirak edir. Vətandaşlar yazılı və şifahi qaydada onlara müraciət edə bilirlər. Şifahi müraciət edilən zaman müvafiq qeydlər aparılmaqla, həmin müraciətlərin aidiyyati sturukturlara bağlı həlli mümkün olmadıqda, vətandaşlara qabaqcadan qəbulun saatı və yeri barədə məlumat verilməklə, onlar qəbula dəvət olunur. Həmin qəbullarda İcra Hakimiyyətinin rəhbəri, vəzifəli şəxsləri və digər qurumların rəhbər şəxsləri iştirak edir və qəbullarda video qeydlər aparılır. Bələdiyyə seçkilərinin onlara, yəni İcra Hakimiyyətinə heç bir aidiyyatı yoxdur. Onun Bələdiyyə sədrlərinin seçilməsində ərizəçinin və ya hər hansı İcra Hakimiyyəti işçisinin funksiyası olması və ya həmin seçkilərə qeyri qanuni təsirinin olması barədə məlumat yoxdur və ya bu barədə eşitməmişdir. Onların, yəni İcra Hakimiyyətinin seçki ilə bağlı işləri ondan ibarətdir ki, seçkidən əvvəl seçici siyahılarının dəqiqləşdirilməsi işi yerli İƏD-lər ilə həyata keçirilir və seçki məntəqələri hazırlıq vəziyyətə gətirilir. Qeyd olunan məsələ qanunvericiliklə onların səlahiyyətlərinə aitdir və qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Seçkilərlər bağlı bundan başqa məsələlər isə X4 səlahiyyətlərinə aitdir. Göygöl rayonu, Toğanalı kəndində keçirilən qəbul zamanı şəxsən o da iştirak etmişdir. Həmin qəbul zamanı yeyib-içmək söhbəti olamamışdır. Məktəb şagirdi Türkan adlı tələbə respublika üzrə olimpiyadanın qalibi olmuş, həmin tələbə kasıb bir ailənin üzvü olduğuna görə regionun müdiri və icra hakimiyyəti başçısı, həmçinin onlar həmin tələbəyə xoş olması üçün onu kollektivdə təbrik etmişlər, həmin vaxt müəllimlər günü ərəfəsi olduğundan onlar başqa məktəblərədə getməli olmuşlar və Göygöl rayonu, Toğanalı kəndində təbrikdən sonra heç dayanmadan geri qayıtmışlar. Göygöl Rayonu Statistika Komitəsinin rəhbəri Rüzgar Həsənovdur. Rüzgar Həsənovun işi ilə İcra Hakimiyyətinin heç bir əlaqəsi yoxdur. İşsizliklə bağlı statistikaya Rüzgar Həsənov istəsə belə heç bir dəyişiklik apara bilməz. Şəhid ailələrinə İcra Hakimiyyəti tərəfindən mütamadi olaraq yardımlar göstərilir. Həmin yardımların məbləği vəsaitə uyğun olaraq bölgü aparılmaqla, şəhid ailə üzvlərinin hər birinin təmin olunması üçün bölgü qaydasında həyata keçirilir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 izahatında göstərdi ki, hazırda Göygöl Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində işləyir. Hazırkı ərizə ilə tanış olmuşdur. Qeyd etmək istəyir ki, ərizədə göstərilən youtube platformasında yaradılmış “goygolnews” adlı kanalda təxminən 1 ildən artıq müddətdə onların barələrində həqiqətə uyğun olmayan, şərəf və ləyaqətə xələl gətirən, eyni zamanda dövlət qulluqçusunun şəxsi nüfuzuna və qulluq funkisyalarına ləkə yaxan bu xarakterli yalnış, həqiqəti əks etdirməyən məlumatların yayılması baş verir və bu proseslər davam etməkdədir. Qeyd etmək istəyir ki, bu kimi proseslər heç bir həqiqəti əks etdirməməklə, məqsədli şəkildə onların iş fəaliyyətlərinə mənfi təsir etmək və insanlara psixloji olaraq təsir etməkdən ibarətdir. Onlar bu kimi şəxslərin aşkar olunmasını və bu kimi məlumatların həqiqətə uyğun olmadığından silinməsini xahiş edirlər. Ərizədə göstərilənlərə bağlı bildirir ki, onun barəsində yayınlanmış video roliklərdə büdcə ilə bağlı məlumatlar savadsız şəkildə göstərilmişdir. Belə ki, qeyd olunan məsələlər dövlət büdcəsindən ayrılmış vəsaitlərdir və həmin vəsaitlərin idarə olunması qanunvericiliyə uyğun həyata keçirilir. Hər hansı bir adablıq və quruculuq işləri ilə bağlı olan proseslər qanunvericiliyin tələbinə uyğun olaraq elektron qaydada olmaqla elanlar verilir və qalib şirkətlər tərəfindən işlər icra edilir. Bu proseslər tam olaraq qanunvericiliyin qaydaları gözlənməklə icra edilir və bütün işlər tam şəffaflıqla həyata keçirilir. Həmçinin bu kimi səpkidə yayılmış onun əvvəlki işi ilə bağlı, hansı sahədən gəlməsi və hazırda hansı işlərlə məşğul olması barədə əlaqəsiz məlumatların yayılması və mütamadi olaraq bu kimi yalan məlumatların tirajlanması onlara mənfi təsir göstərir, ərizədə qeyd olunan məsələlərin həqiqətəndə heç biri həqiqətə uyğun deyil, bütün məsələlər qanunvericiliyin tələbinə uyğun olaraq həyata keçirilir. İcra Hakimiyyətinin balansında **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobilin qəza törətməsi barədə onda heç bir məlumat yoxdur. Həmin avtomobil hazırda istifadə edilmir. İcra Hakimiyyətində 1-ci müavin vəzifəsinin boş saxlanması ilə bağlı qeyd edir ki, vəzifəyə təyin və vəzifədən azad olma müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilir və İcra Hakimiyyətinin səlahiyyətində deyildir. Belə ki, uyğun vakant vəzifə saytda göstərilməklə, müvafiq dövlət qurumuna bu haqqda məlumatlar vaxtında verilir. İcra Hakimiyyətində bərpa və quruculuq işləri əvvəlcədən proqnazlaşdırılmaqla dövlət büdcəsinə həmin işlər təqdim olunur və bununla bağlı xərc maddəsi ayrılmaqla, qanunvericiliyin tələbinə uyğun olaraq elektron tender keçirilir və tenderdə qalib gələn şirkət həmin işləri görür, hər hansı şirkət qalib gəlməzsə isə məbləğ dövlət büdcəsinə geri qaytarılır. İqtisadiyyat Naziriliyinin tabeliyində olan X9 Bazarına Nəzarət Qurumu burada olan bütün əməliyyatlara bir başa nəzarət edir və orada baxış zamanı bütün hallar müəyyən edilir, qeyri-qanuni bir şey olarsa bu zaman nəticə ləğv edilir. Göygöl Rayon İcra Hakimiyyətinin keçirdiyi səyyar qəbullar bir ay əvvəldən müəyyən edilməklə, müvafiq cədvəllər hazırlanmaqla İcra Hakimiyyətinin sosial şəbəkə hesablarında yerləşdirilməkə qəbulların yeri və vaxtı barədə vətandaşlara məlumat verilir. Həmçinin İcra Hakimiyyətində qəbullarla bağlı məlumat lövhəsində vətandaşların görə biləcəyi yerlərdə məlumatlar yerləşdirilir. Digər cəhətdən isə vətandaşların qəbulla bağlı əl çatanlığını təmin etmək üçün demək olar ki, bütün sosial şəbəkələrdə qəbullarla bağlı məlumatlar yerləşdirilir. Bələdiyyələrin torpaqları hansı qiymətə satması barədə İcra Hakimiyyətinin heç bir müdaxiləsi yoxdur. Bildirmək istəyir ki, İcra Hakimiyyəti “Bələdiyyələr haqqında” qanunun tələbləri gözlənilməklə bələdiyyələrlə işini təşkil edir və orada olan hər hansı müdaxilə ilə bağlı ancaq qanunvericiliyin tələbləri gözlənilməklə addımlar atılır. Bələdiyyələrin özünün nəzarət mexanizimi var və qanunvericiliklə tənzimlənir, İcra Hakimiyyəti istəsə belə Bələdiyyələrə müdaxilə edə bilməz. Bələdiyyə sədrlərinin seçilməsi əhalinin səs verməsi yolu ilə şəfaf qaydada keçirilir. Həmin seçkilərin keçirilməsində İcra Hakimiyyətinin heç bir əlaqəsi olmaması qanunvericiliklə də təsbit edilmiş, həmçinin İcra Hakimiyyəti tərəfindən də həmin qanunvericiliyin tələblərinə əməl edilir. Yollara asfalt örtüyünün çəkilməsi ilə bağlı sifarişli təşkilat həmin işlərin kefiyyətlə həyata keçirilməsinə nəzarəti həyata keçirir, asfaltın altında nə vurulması, onun qalınlığı və.s kimi işlər əvvəlcədən müəyyən edilmiş qüsur aktına uyğun olaraq həyata keçirilməklə, yekunda yoxlanılmaqla təhvil alınır və buna uyğun olaraq ödənişlər həyata keçirilir. Həmin proseslər dövlət standartlarına uyğun olaraq həyata keçirilir. Statistik göstəricilərlə bağlı bütün məsələlər və rəqəmlər Dövlət Statistika Komitəsinin tələbləri əsasında toplanılmaqla və müəyyənləşdirilməklə, xüsusi qaydalar və düsturlarla hesablanır və həmin proseslərə hər hansı insanın müdaxiləsi qeyri mümkündür. Belə ki, orada olan bütün proseslər qanunvericiliyin tələbinə uyğun olaraq və qanunvericiliyə uyğun müddətdə bütün müəssələr tərəfindən təqdim olunur və həmin göstəricilərə müdaxilə mümkün deyildir. İcra Hakimiyyətinin İƏD-lərində olan əməkdaşlar dövlət qulluqçuları sayılırlar və onlar dövlət qulluquğu vəzifəsi daşıdıqları üçün və dövlət qulluğu vəzifəsinin tələbləri olduğundan onlar mütamadi olaraq öz qulluq funksiyalarını icra etməlidirlər. Onlar öz qulluq funksiyalarını kefiyyyətli icra etdikləri zaman onların barəsində həvəsləndirmə, kefiyyətli icra etmədikləri zaman isə tənbeh tədbirləri görülür. Bu isə onu göstərir ki, həmin şəxslər mütamadi olaraq daşıdıqları vəzifəyə görə işlər görürlər. Bu səbəbdən onların vaxtı-vaxtında işdə olmamaları qeyri mümkündür. Ariz Eyzaov İcra Hakimiyyətinin əməkdaşıdır. Onun hər hansı şəxsə və yaxud hər hansı hüquq mühafizə orqanı əməkdaşına korrupsiya halına yol verməsi barədə hər hansı müraciət olmamış və bu haqqda heç bir məlumat yoxdur. Belə ki, Göygöl Rayon İcra Hakimiyyəti Respublikada ilk dəfə olaraq, korrupsiya qarşı mübarizə üzrə İSO sertifaktını almış qurumdur və burada İSO 9001 kefiyyət standartları qorunur və bu isə o deməkdir ki, burada korrupsiyadan söhbət gedə bilməz. Eyni zamanda aidiyyatı dövlət qurumlarına təsir edilə bilməz, belə ki müvafiq orqanlara bu haqqda müraciət olunduğu zaman və əsaslı şübhələr olarsa onlar öz qulluq funksiyalarını icra etmiş olacaqlar. Maraqlı şəxs3 Təhsil və Səhiyyə orqanlarına təsir etməsi, həmin qurumlarda hər hansı şəxslərin işə götürülməsi və ya işdən azad edilməsi ilə bağlı onda hər hansı məlumat yoxdur və həmin məlumatlar həqiqəti əks etdirmir. Ərizədə qeyd olunan video roliklərin hazırlanması və yayılması şəxsi nüfuza xələl gətirmək, görülən işlərə kölgə salmaq, anti reklam olmaqla, böhtan-şər, əsasən şərəf və ləyaqəti alçaltmaq, gözdən salmaq və kariyera inkişafına mane olmaq və görülən inkişafa xələl gətirməsinə yönəlmişdir. Məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 izahatında göstərdi ki, hazırda Göygöl Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində işləyir. Hazırkı ərizə ilə tanış olmuşdur. Qeyd etmək istəyir ki, ərizəçinin vəkilinin də bildirdiyi kimi video roliklərdə olan həqiqətə uyğun olmayan məlumatları yayan şəxsin müəyyən olunmadığından hazırkı ərizə ilə müraciət edilərək videoların silinməsi barədə tam razıdır. Belə ki, qeyd olunan video roliklərdə olan məlumatların hər biri şər-böhtan olmaqla, görülən işlərə kölgə salmaqdan ibarətdir. Onun barəsində qeyd olunanlar da şər-böhtan olmaqla, təsdiqini tapmayan məlumatlardır. Belə ki, Göygöl Rayon İcra Hakimiyyətinin qəbulları əvvəlcədən müəyyən edilmiş cədvəl üzrə admistrasiya ilə razılaşdırılmış formada həyata keçirilir. Həmçinin “Müraciətlər haqqında” qanunda göstərilmiş imtiyazlı şəxslər və yaxud, müəyyən müracitələrin dərhal baxılması lazım olduqda cənab başçı elə hallar olduqda dərhal həmin şəxsləri qəbul edərək onları dinləyir. Ümumilikdə müəyyən olunmuş qəbul günlərində isə vətandaşlar əvvəlcədən gələrək, qəbula düşür və onlar qəbul edilir. Həmçinin əvvəlcədən qəbula düşməyən, lakin qəbul günü gələn vətandaşlar da qəbula yazılmaqla qəbul edilir. Səyyar qəbullar isə kütləvi informasiya vasitələrində əvvəlcədən elan edilməklə, müəyyən edilmiş cədvəl üzrə admistrasiya ilə razılaşdırılmış formada həyata keçirilir. Qəbullar barədə sosial şəbəkələrdə səyyar qəbulun keçirilməsi vaxtı və yeri barədə məlumatlar yerləşdirilir. Göygöl Rayon İcra Hakimiyyətinin keçirdiyi səyyar qəbullar zamanı kənd ərazisində yaşayan hər bir vətandaş orada iştirak edə bilir və qəbul zamanı hər hansı məhdudiyyətlər yoxdur. Vətandaşlar dinlənir, mümkün olan müraciətlər yerində həll edilir, yerində həlli mümkün olmadıqda isə müvafiq qeydlər aparılmaqla həmin məslələr sonradan araşdırılır və aidiyyəti qurum qarşısında vəsatət qaldırılır. İcra Hakimiyyətində vakansiyalarla bağlı onlara DİM-dən rəsmi məlumat daxil olur və onlar vakant vəzifələr barədə həmin sorğuya rəsmi cavab verirlər. Vakansiyalar DİM tərəfindən çıxarılır. Dövlət Büdcəsindən ayrılmış vəsait sərəncam vasitəsi ilə olur və həmin vəsaiti komissiya təsdiq edir. Onun işlədiyi şöbə kargüzarlıqla bağlı olduğundan o bilir ki, həmin məsələlərlə bağlı İcra Hakimiyyəti tərəfindən hər hansı müdaxilə edilə bilməz. Belə ki, əvvəlcədən müəyyən edilmiş işlər üzrə qüsur aktı çıxarılır və İqtisadiyyat Nazirliyi tərəfindən tenderə çıxarılır. Bütün tender məsələləri İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir və tenderin qalibi kim olarsa gəlib işlərini gördükdən sonra işin yekunu olaraq onların arxitekturu və aidiyyəti əməkdaşlarının iştirakı ilə təhvil təslim həyata keçirilir. Tender də hər hansı vəsaitin açıq şəkildə olması mümkün deyildir. Onun hazırkı vəzifəyə təyin olunduğu gündən bu günədək onun barəsində hər hansı hüquq mühafizə orqanına müraciət və şikayət edilməmişdir. O, hazırkı ərizə ilə tam razıdır və ərizədə göstərilən həqiqətə uyğun olmayan yazıların hər biri öz təsdiqini tapmayan məsələlərdir. Yerli İcra Nümayəndələrinin şöbələri Ərazi X11sa da, onun vəzifə təlimatına uyğun olaraq onun tərəfindən də bəzən qəfil yoxlamalar həyata keçirilir və elə bir hal olmamışdır ki, yoxlamalar zamanı hər hansı işçi yerində olmasın və dövlətdən məvacib alsın. Bələdiyyələrin hərracla satdıqları torpağın qiymətinə onlar tərəfindən, yəni İcra Hakimiyyəti tərəfindən hər hansı nəzarət yoxdur və bu İcra Hakimiyyətinin səlahiyyətləri daxilində deyil. Bələdiyyə seçkiləri ilə bağlı isə İcra Hakimiyyəti sadəcə İcra Hakimiyyətinin əsasnaməsinə uyğun olaraq seçicilərin siyahıya alınması və Seçki Məcəlləsinin 46-cı maddəsində də qeyd olunduğu kimi əvvəlcədən siyahının tərtib olunmasında və dəqiqləşdirilməsində iştirak edirlər. Onun rəhbəri olduğu şöbəyə bu günədək Maraqlı şəxs3 rüşvət alması və kadr təyini barədə hər hansı yazılı və şifahi müraciət daxil olmamış, həmçinin o, bu barədə heç bir şey eşitməmişdir. Maraqlı şəxs3 kadr təyini ilə bağlı vəzifə səlahiyyəti yoxdur. **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəza törətməsi barədə onda heç bir məlumat yoxdur. Məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2009-cu ildən Göygöl RMX PHŞ-də həkim cərrah kimi çalışmış, 2020-ci ildən isə həmin xəstəxanda direktor vəzifəsində çalışmağa başlamışdır. Ərizəçi və maraqlı şəxslərlə hər hansı qohumluq əlaqələri, ədavəti və düşmənçəliyi yoxdur. Mahiyyəti üzrə sulları cavablandıraraq bildirir ki, Göygöl RMX PHŞ TƏBİB-ə tabedir və göstərişləri də ancaq TƏBİB-dən alır. Onların Göygöl Rayon İcra Hakimiyyətinə heç bir tabeçilikləri yoxdur. O, direktor işlədiyi müddətdə Maraqlı şəxs3 onlara hər hansı göstəriş verməsi və ya hər hansı bir şey tələb etməsi mümkün deyildir. İcra Hakimiyyəti tərəfindən yalnız vətandaşlar İcra Hakimiyyətinə səhəti ilə bağlı müraciət edən zaman ona bir xəstəxana direktoru kimi vətandaşların müalicə və müayinəsi ilə bağlı yönləndirmə olmuşdur. O, İcra Hakimiyyətinin səyyar qəbullarının əksərində iştirak etmiş, cəmi bir ya iki dəfə səhəti ilə bağlı iştirak edə bilməmiş, iştirak etdiyi səyyar qəbullarda ən azı 50-60 vətandaş qəbul edilmişdir. Vətandaş qəbulunda səsləndirilmiş problemlər də həll edilmişdir. Belə ki, eyni istiqamətdə keçirilmiş növbəti səyyar qəbullar da vətandaşlar gələrək əvvəlcə onlar tərəfindən qaldırılmış problemlərinin həll edilməsini bildirərək öz təşəkkürlərini bildirmişlər. 2009-cu ildən həkim fəaliyyəti ilə məşğul olur, cəmiyyətlə aktiv olaraq işləyir. Ərizəçi və maraqlı şəxslər barəsində rüşvət almaları və ya digər mənfi işlərin görülməsi barədə heç nə eşitməmişdir. Onun özü böyük bir müəssənin rəhbəri olmaqla, tabeliyində 700 nəfər işçisi vardır ki, həmin işçilər cəmiyyətin ictimai siyası həyatında böyük rol oynayan tibb işçiləridir və son dövürlərdə Göygöl rayonunda çox sürətlə inkişafın getməsini o öz işçilərindən, cəmiyyətdən və əhalidən eşidir. Son bir neçə ildir ki, Göygöl rayonunun əhalisinin sosial problemləri həll edilmişdir. O, Göygöl Rayon İcra Hakimiyyəti barədə cəmiyyətdən daim xoş şeylər eşitməklə, Göygöl şəhərində görülən işlərlə bağlı hər hansı narazılıq, görülən işlərdə hər hansı qüsurun olmasını eşitməmişdir. Göygöl Rayonunun rəhbər heyəti arasında Göygöl Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən onların işinə maneçəlik törədilməsi və ya hər hansı təyziq-təsir göstərilməsi barədə narazılıq eşitməmiş, əksinə olaraq son dövürlərdə onlar öz işlərini rahat olaraq görürlər və İcra Hakimiyyəti başçısı tərəfindən onlara hər hansı təyziq, təsir və ya tələb qoyulmamışdır. Vətən müharibəsindən sonrakı dövürdə onun rəhbərlik elədiyi tibb müəsissəsinə 16-17 nəfər şəhid ailə üzvü işə qəbul edilmiş, həmçinin onlar tərəfindən mütamadi olaraq şəhid ailə üzvlərinə tibbi aksiyalar təşkil edilir və onlar şəhid ailə üzvləri ilə çox təmasda olurlar. O, mütamadi olaraq şəhid ailə üzvlərindən Rayon İcra Hakimiyyəti rəhbərliyi barədə xoş şeylər eşitmiş və şəhid ailə üzvləri Rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən onlara daim qayğı diqqət göstərilməsini bildirmişlər. Həmçinin bayram günləri ərəfəsində onun rəhbərlik etdiyi qurumda işləyən şəhid ailə üzvü olan işçilər Rayon rəhbərliyinin onları ziyarət etməsi ilə bağlı ondan icazə almışlar.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, O, 2022-ci ilin avqust ayından hazırkı vaxtadək Göygöl rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışır. Ərizəçi və maraqlı şəxslərlə hər hansı qohumluq əlaqələri, ədavəti və düşmənçəliyi yoxdur. Mahiyyəti üzrə sulları cavablandıraraq bildirir ki, təhsil sektorunun müdiri vəzifəsində çalışdığı bu müddət ərzində Göygöl Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri və ya rəhbəri tərəfindən ona hər hansı işçinin işə qəbul edilməsi və ya vəzifəyə təyin barədə təsir, təyziq və tələb olmamışdır. Belə ki, Regional Təhsil İdarəsi yarandığı vaxtdan Təhsil Şöbəsinin İcra Hakimiyyətindən heç bir əlaqəsi və asılılığı yoxdur. İşçilərin işə qəbulu isə mərkəzləşdirilmiş şəkildə həyata keçirilir ki, kimsə istəsə belə həmin prosesə təsir edə bilməz. Onlar, Təhsil Şöbəsi olaraq, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə tabedirlər və onlara əmir və göstərişlər yalnız həmin idarədən gəlir. Göygöl Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən ona hər hansı məsələ ilə əlaqədar göstəriş, əmr və ya xahiş olunmamışdır. O, tabeliyində olan müəllimlərdən, hər hansı işçilərindən Rayon ətrafı yerlərdə olan icra nümayəndəliyi işçilərinin işə gəlməyərək, maaş alması barədə heç nə eşitməmişdir. Onun tabeliyində təhsil idarəsində 2000-dən artıq əməkdaş işləyir. O, tabeçiliyində olan şəxslərdən Göygöl İcra Hakimiyyəti barəsində rayon ərazisində görülən işlər və ya görülən işlərin qüsurlu olması barədə narazılıq eşitməmişdir. Əksinə olaraq İcra Hakimiyyəti tərəfindən təhsil işçilərinə daim yüksək diqqət və qayğı göstərilmişdir ki, bu da təhsil işçiləri tərəfindən daim çox yüksək qiymətləndirilmişdir. Belə ki, sertifikasiyada yüksək nəticə göstərmiş müəllimlərlə şəxsən rayon rəhbərinin görüşü olmuşdur ki, belə hadisə Respublikada bəlkə də ilk dəfə Göygöl rayonunda baş tutmuşdur. Bu kimi hallar isə həm şəxsi adına həm də kollektivi adından böyük rəğbətlə qarşılanmışdır ki, bir Rayon İcra Hakimiyyətinin başçısı müəllimlərə belə diqqət və qayğı göstərir. Yüksək nəticə göstərmiş şagirdlərlə fərdi qaydada Rayon İcra Hakimiyyətinin başçısı görüşmüşdür ki, bu həm valideyinlər, həm müəllimlər tərəfindən yüksək qiymətləndirilmişdir. Həmçinin olimpiada da yüksək nəticə göstərmiş şagirdlə həm Rayon İcra Hakimiyyətinin başçısı, həm rayon rəhbərliyi tərəfindən gedib görüş təşkil edilmişdir ki, bu şagirdlər üçün bir stimul olsun. Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlərlə bağlı bildirmək istəyir ki, müəllimlər ona səyyar qəbullar keçirilən vaxtlar müəllimlərin qış vaxtı işə gedib-gəlməsi ilə bağlı problemlər tərəflərindən rayon rəhbərinə bildirilmiş və rayon rəhbəri onlara bu haqqda dəstək olması barədə söz vermiş və həqiqətəndə həmin problemlərin aradan qaldırılmış və onların rahat işə gedib-gəlmələrinin təmin edilmişdir. Ümumi olaraq təhsil işçiləri və rayonda yaşayan vətandaşlar tərəfindən daim Göygöl Rayon İcra Hakimiyyəti və onun rəhbər şəxsləri barədə müsbət sözlər eşitmiş, heç bir mənfi və xoşa gəlməz sözlər eşitməmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, O, Üçtəpə Bələdiyyəsi yaranan vaxtdan həmin bələdiyyənin üzvü olmuş və 2010-cu ildən Üçtəpə Bələdiyyəsinin sədri kimi fəaliyyət göstərir. Ərizəçi və maraqlı şəxslərlə hər hansı qohumluq əlaqələri, ədavəti və düşmənçəliyi yoxdur. Mahiyyəti üzrə sulları cavablandıraraq bildirir ki, bələdiyyə sədri olaraq hərracda torpaq satmışdır. Hərracda satılan torpaqların qiymətləri onlardan qabaq satılmış hərrac qiymətlərindən aşağı olamayaraq, ilkin olaraq hərrac addımı müəyyənləşdirilir, bu barədə digər işlər isə Müsabiqə Hərrac Komissiyası tərəfindən təşkil olunur və hərracda bələdiyyə olaraq onlar iştirak etmir. Yalnız hərracın nəticələri barədə vətandaş tərəfindən şəhadətnamə gətirildikdən sonra onlar torpağın hansı qiymətə satılmasını bilirlər. Güzəştli ailələrə və ya hər hansı simsar şəxslərə onlar istəsələr belə bələdiyyə olaraq torpağı hərracdan aşağı qiymətə sata bilməzlər, belə ki qanun buna imkan vermir. Onlara bələdiyyə olaraq nəzarət mexanizmini Ədliyyə Nazirliyi həyata keçirir. İcra Hakimiyyəti onlara hər hansı nəzarəti həyata keçirmir, İcra Hakimiyyəti tərəfindən yalnız onlara tövsiyyə xarakterli məktublar göndərirlər. Onların hər hansı səhfində onları tənbeh edən və onları inzibati qaydada cəlb edən Ədliyyə Orqanıdır. Hərracda torpaqların satılma qiymətlərinə nəzarəti Ədliyyə Orqanı həyata keçirir. İcra Hakimiyyətinin hər hansı vəzifəli şəxsi və ya əməkdaşı tərəfindən o, Bələdiyyə sədri olduğu vaxtdan ona torpaqların aşağı və ya yuxarı qiyməti satılması barədə hər hansı göstəriş verilməmişdir. Bələdiyyə seçkilərində onun bələdiyyə sədri olmasında İcra Hakimiyyətinin yüksək vəzifəli şəxslərinin hər hansı rolu yoxdur. Belə ki, bələdiyyələrin seçilməsi sakinlərin səs verməsi ilə həyata keçirilir. Göygöl Rayonu Yeni Qızılca və Üçtəpə kəndində keçirilən səyyar qəbullarda o da bələdiyyə sədri olaraq iştirak etmişdir. Həmin səyyar qəbullarda vətandaşlar iştirak etməklə, onları narahat edən məsələləri gündəmə gətirirlər. İcra Hakimiyyəti tərəfindən bütün qəbullarda vətandaşların bildirdiyi tələblər qeyd edilir və araşdırılır, həmçinin həmin tələblər barədə onlara da müvafiq sorğular verilir. Səyyar qəbullarda daha çox vətandaşlara torpaq ayrılması, yolların düzəldilməsi və vətandaşların işlə təmin olunmaları barədə müraciətlər olunur. İftixar Hüseynovu tanıyır, onun hazırda hər hansı torpaq satışında iştirak edib-etməməsi barədə onun məlumatı yoxdur. Uzun illərdir Bələdiyyə sədri vəzifəsində işləyir və cəmiyyətin içindədir. O, Göygöl Rayon İcra Hakimiyyəti, onun rəhbəri və müavinləri barədə yalnız xoş şeylər eşitmiş, heç bir mənfi fikir eşitməmişdir. İcra Hakimiyyətinin başçısı daim səyyar qəbullarda və digər iclaslarda ancaq vətandaşlar üçün işləmək lazım olmasını və onların rifahlarının daha da yaxşılaşdırılması üçün çalışmaq lazım olmasını bildirmişdir. Rayonda görülən abadlıq və quruculuq işləri barədə vətandaşlar arasında həmin işlərin kefiyyətli olmaması və yaxşı aparılmaması barədə bir narazılıq eşitməmişdir. Vətandaşlar arasında İcra Hakimiyyətinin fəaliyyəti, onun rəhbəri və müavinləri barədə hər hansı bir narazılıq eşitməmişdir.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, O, Göygöl Rayon Mollacəlilli kəndində yaşıyır. Ərizəçi və maraqlı şəxslərlə hər hansı qohumluq əlaqələri, ədavəti və düşmənçəliyi yoxdur. Mahiyyəti üzrə sulları cavablandıraraq bildirir ki, o İcra Hakimiyyətinin keçirdiyi səyyar qəbullarda su problemi ilə bağlı iştirak etmiş, həmin qəbulda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı da iştirak etmiş və onlar öz problemlərini bildirmişlər və bunun nəticəsində onların su problemi tez bir zamanda obyektiv olaraq həll edilmişdir. O, İcra Hakimiyyətinin qəbullarını sosial şəbəkədən izləmiş, həmçinin bir dəfə başçının qəbuluna Allahşükür müəllimin vasitəsi ilə yazılmış və onlara 15-20 gün əvvəldən zəng vuraraq, qəbulun vaxtı barədə məlumat verilmiş, onlar şəxsi qəbul zamanı da öz problemlərini cənab icra başçısına söyləmişlər və cənab başçının göstərişi əsasında həmin problem tez bir zamanda aradan qalxmışdır. Mollacəlilli kəndinin əhalisinin Göygöl Rayon İcra Hakimiyyətinin rəhbərinə və əməkdaşlarına qarşı mövqeləri çox yaxşıdır. Belə ki, cənab başçı gələn vaxtdan vətandaşlar öz problemlərini rahat şəkildə çatdıra bilirlər və həmin problemlər vaxtında aradan qaldırılır. Hal-hazırda onun yaşadığı Mollacəlilli kəndində hər hansı qlobal bir problem yoxdur və əhali Göygöl Rayon İcra Hakimiyyətindən çox razıdır. Bələdiyyələrin hərracda torpaqların aşağı və yuxarı qiymətdə satması barədə onun bir məlumatı yoxdur. O, Göygöl Rayonunda təxminən 15 ildir yaşayır və bu müddət ərzində Göygöl Rayon İcra Hakimiyyəti Başçısı, onun müavinləri barədə heç bir narazılıqları olmamış və bu haqqda narazılıq da eşitməmişdir. Həmçinin Göygöl Rayon İcra Hakimiyyətinin fəaliyyəti ilə bağlı heç bir narazılıq eşitməmişdir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, O, Göygöl Rayon Üçtəpə kəndində yaşıyır. Ərizəçi və maraqlı şəxslərlə hər hansı qohumluq əlaqələri, ədavəti və düşmənçəliyi yoxdur. Mahiyyəti üzrə sulları cavablandıraraq bildirir ki, o Göygöl Rayon İcra Hakimiyyətinin keçirdiyi səyyar qəbullarda 2-3 dəfə iştirak etmişdir. Göygöl rayonu Üçtəpə kəndində keçirilən səyyar qəbula rəhbərliyi Göygöl Rayon İcra Hakimiyyəti Başçısı Ərizəçi həyata keçirmiş, qəbul zamanı onlar öz məsələlərini dilə gətirmiş və həmin məsələ tez bir zamanda öz həllini tapmışdır. Göygöl Rayon İcra Hakimiyyəti Başçısı, onun müavinləri barədə Üçtəpə kənd sakinlərinin heç bir narazılıqları olmamış və bu haqqda narazılıq da eşitməmişdir. O cənab Başçının qəbuluna sağlamlıq imkanları məhdud olan bacısına torpaq sahəsi ayrılması barədə müraciət etmiş və bundan sonra onların bu problemi öz həllini tapmışdır. Onların su problemi də olmuş və bu haqqda Göygöl Rayon İcra Hakimiyyətinə bildirdikdə həmin problem də tez bir zamanda öz həllini tapmışdır. O təxminən 15 ildir ki, Göygöl Rayon Üçtəpə kəndində yaşıyır və bu müddət ərzində Göygöl Rayon İcra Hakimiyyəti Başçısı, onun müavinləri barədə heç bir narazılıqları olmamış və bu haqqda narazılıq da eşitməmişdir. Həmçinin Göygöl Rayon İcra Hakimiyyətinin fəaliyyəti ilə bağlı heç bir narazılıq eşitməmişdir. Hətda bir dəfə kəntdə internet xətdi qırılmış o, Göygöl Rayon İcra Hakimiyyəti Başçısının müavini Ariz müəllimi tanıdığı üçün ona yaxınlaşmış və bu haqqda bildirmiş, Ariz müəllim Aztelekomun işçilərini göndərmiş bundan sonra onların internet xətti bərpa edilmişdir. Ramazan bayramı ərəfəsində Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən onlara müxtəlif tələbat malları (ət, un, yağ və.s)dolu olaraq ərzaq payı göndərilmişdir.
12. Maraqlı şəxs You Tube kanalına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işəYou Tube kanalının iştirakı olmadan baxılmasını mümkün hesab edir.
III. Məhkəmə baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 305.1.16.-ci maddəsinə əsasən yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında xüsusi icraat qaydasında işlərə məhkəmədə baxılır. - 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. -306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. -307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlara məhkəmədə baxılır. -355-20.1. Müvafiq icra hakimiyyəti orqanı internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə, yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir. -355-20.2. Yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yer üzrə verilir.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. İş materiallarına əlavə edilmiş; - Göygöl Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-47-10/2-24-149/2025 saylı arayışdan görünür ki, Ərizəçi halhazırda ünvan 1 ünvanında yaşayır.
15. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir.
16. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hər bir cəmiyyətin müəyyən olunmuş birgə yaşayış qaydaları və bu qaydaları təmin edən hüquq normaları mövcuddur. Azərbaycan Respublikasının vətəndaşı Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə qanunlara riayət etməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Çünki hər kəsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqlarının başladığı yerə qədərdir. Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz.
17. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir.
18. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir.
19. Konstitusiyanın 24-cü maddəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.
20. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir; - 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir; - 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Şərəf və ləyaqət şəxsi xarakterli qeyri-əmlak hüquqları hesab edilir. Onlar səlahiyyəti şəxsin, yəni həmin hüquq sahibinin, hüquq daşıyıcısının şəxsiyyətini fərqləndirməyə yönəlir.
22. Bununla yanaşı, «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı Qərarının 3-cü bəndinə əsasən, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni, yalan olması anlaşılır.
23. Qeyd edilən Qərarın 3-cü bəndində həmçinin göstərilmişdir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsulla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.
24. Şərəf və ləyaqət vətəndaşın yaşadığı cəmiyyətin ona verdiyi obyektiv qiyməti və onun özü-özünə verdiyi qiyməti əks etdirən, bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli və birbirini tamamlayan anlayışlardır. Praktiki cəhətdən şərəf və ləyaqətin müdafiəsi müəyyən məlumatların yayılma faktının və yayan subyektin, onların ləkələyici xarakterinin müəyyən olunmasından tutmuş, ləkələyici məlumatların həqiqətə uyğun olmaması prezumpsiyasının təkzibinə, məlumatların özünün təkzibinə və onları yayan şəxslərin cəzalandırılmasına qədər məntiqi baxımdan əsaslandırılmış model üzərində qurulmalıdır.
25. Şərəf və ləyaqət hüquqları, bir qayda olaraq, onunla xarakterizə olunur ki, həmin hüquqlar şəxsiyyətin özündən ayrılmaz olur, özgənikiləşdirilmir. Şərəf dedikdəşəxsə verilən müəyyən ictimai (sosial) qiymət başa düşülür. Burada söhbət müsbət ictimai qiymətdən gedir. Deməli, şərəf şəxsiyyətə verilən müsbət ictimai qiyməti ifadə edir və şərəf, şəxsin obyektiv ictimai xüsusiyyətidir. O, cəmiyyətin şəxsə olan münasibətini müəyyənləşdirir. Şəxsin ictimai-mənəvi və ictimai-əxlaqi statusu məhz onunla müəyyən edilir. Şərəf şəxsə olan obyektiv ictimai münasibəti əks etdirir. O, hər bir halda şəxsin cəmiyyətdə tutduğu mövqeyə təsir göstərir.
26. Ləyaqət isə şəxsin özünün öz ictimai keyfiyyətlərinə (mənəvi-əxlaqi, digər ictimai keyfiyyətlərinə) verdiyi qiymət başa düşülür. Ləyaqət, şərəflə sıx surətdə bağlı olan kateqoriyadır. Əgər şərəf şəxsiyyətin obyektiv, ictimai və xarici meyarıdırsa, ləyaqət onun subyektiv, fərdi və daxili meyarıdır. Onların hər ikisi şəxsiyyətin vacib mənəvi keyfiyyətləridir. Şərəf və ləyaqət biri-biri ilə qarşılıqlı bağlı olan elə meyarlardır ki, bu meyarlar əsasında şəxsin şəxsiyyətinə mənəvi qiymət verilir. Fərq yalnız ondadır ki, şərəf mənəvi qiymətləndirmənin xarici, ləyaqət isə daxili meyarlarını özündə ehtiva edir.
27. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində şəxsiyyətin şərəf və ləyaqətinin dövlət tərəfindən qorunmasına dair ümumi norma vardır və həmin normaya görə heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Yəni, hər bir şəxsin şərəf və ləyaqət hüquqlarını, əgər həmin hüquqlar pozularsa, müdafiə etmək hüququ vardır. Müdafiə hüququ dedikdə- hüquq sahibinə (hüquq daşıyıcısına, səlahiyyətli şəxsə) öz pozulmuş şərəf və ləyaqət hüquqlarını bərpa etmək məqsədilə hüquqqoruyucu xarakterli tədbirlər tətbiq olunması üçün verilən imkan başa düşülür.
28. Azərbaycan Respublikası Mülki Məcəllənin 23-cü maddəsində şərəf və ləyaqət hüquqlarının müdafiəsinin aşağıdakı üsulların köməyi ilə qorunması və müdafiə olunması nəzərdə tutulub: zərərin əvəzinin ödənilməsi; mənəvi zərərin kompensasiyası; hüquqları pozan hərəkətlərin qarşısının alınması; təkzibetmə; yayılmış məlumatların məhkəmə tərəfindən yalan məlumat kimi tanınması; cavabı dərc etmə və sair. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarı).
29. Ərizəçi tərəfindən onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna toxunulduğu iddia edilən söz və ifadələrin şəxsiyyəti və kimliyi müəyyən ediləbilinməyən şəxs tərəfindən youtube platformasında yaradılmış “goygolnews” adlı kanalda yayılması müəyyən edildiyindən məhkəmə qeyd edir ki, şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir:
1. məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi;
2. həmin məlumatların doğru olmaması;
3. bu məlumatların yayılması.
30. Məhkəmə qeyd edir ki, şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi barədə iddialara baxılarkən ilk növbədə müəyyənləşdirməlidir ki, yayılmış məlumatlar şəxsin şərəf və ləyaqətini, işgüzar nüfuzun ləkələyirmi və yayılmış məlumatlar ləkələyici xarakterə malikdirmi. Ləkələyici məlumatlar dedikdə-məlumatı yaymış şəxs tərəfindən qüvvədə olan qanunvericiliyin və ya əxlaqi- mənəvi prinsiplərin pozulması barədə elə informasiya başa düşülür ki, həmin informasiya şəxsin şərəf və ləyaqətini alçaldır, şəxsi nüfuzdan salır.
31. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş cd diskdə olan video roliklər, maraqlı şəxslərin ifadələri və şahid ifadələri maraqlı şəxs youtube platformasında yaradılmış “goygolnews” adlı kanalın yayımladığı söz və ifadələrin ərizəçinin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələdiyi müəyyən edilmişdir. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumat hesab edilir.
32. Məhkəmə onu da qeyd edir ki, maraqlı şəxs youtube platformasında yaradılmış “goygolnews” adlı kanal tərəfindən ərizəçi və digər maraqlı şəxslər barəsində işlədilmiş ifadələr həmin məlumatların yayılması iş materialları ilə öz təsdiqini tapır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir.
33. Beləliklə, iş materiallarında olan sübutlarla (izahatlar, araşdırma materialları və s.) müəyyən olunur ki, maraqlı şəxs youtube platformasında yaradılmış “goygolnews” adlı kanal tərəfindən ərizəçiyə və digər maraqlı şəxslərə qarşı sonuncunun şərəf və ləyaqətinin alçaldılması, işgüzar nüfuzun istiqamətində yuxarıda qeyd edilən müvafiq hərəkətlər həyata keçirilmişdir.
34. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli qərarında izah edilir ki, vətəndaşlar onların şərəf və ləyaqətlərini ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini məhkəmə yolu ilə tələb edə bilərlər. Şərəf və ləyaqətin müdafiəsi üçün nəinki barələrində həqiqətə uyğun olmayan məlumatlar yayılmış şəxslər, habelə həmin məlumatların təkzib edilməsində öz maraqları olan digər şəxslər (vərəsələr, ailə üzvləri, qohumlar, şərik müəlliflər və s.) də məhkəmədə iddia qaddıra bilərlər. Həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır.
35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə uyğun olaraq, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.
36. Məhkəmə yuxarıda qeyd olunanlarla bərabər eyni zamanda maraqlı şəxsin öz düşüncələrini azad ifadə etmək hüququnun olmasını qəbul edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. “İnsan hüquqlarının” Avropa Konvensiyasının 10-cu maddəsinə əsasən, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir.
38. Demokratik cəmiyyətdə əhəmiyyətinə baxmayaraq, 10-cu maddə ilə qorunan hüquq mütləq deyil, ona bəzi məhdudiyyətlər qoyulmasına yol verilir. Şəxsin ifadə azadlığına qanuni məhdudiyyətlərin hansı hallarda qoyulması 10-cu maddənin 2-ci bəndində tam sadalanır.
39. Bu azadlıqların həyata keçirilməsi aşağıdakı hallarda qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər:milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqlan naminə; iğtişaşın və ya cinayətin qarşısını almaq üçün; sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün; digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün; gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün; ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün.
40. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, fikir ifadə etmək azadlığı vətəndaşların şərəf və ləyaqətinin, işgüzar nüfuzunun alçaldılmasına bəraət qazandırmır.
41. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.
42. Qanunun mənasından aydın olur ki, şəxs barəsində yayılmış məlumatların onun şərəf, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsi və cavabdeh tərəfindən bu məlumatların həqiqətə uyğun olmasını sübuta yetirməməsi halında iddiaçının cavabdehdən bu məlumatları təkzib etməsini tələb etmək hüququ yaranır.
43. Hazırki halda da məhkəmə araşdırması zamanı ərizəçi barəsində youtube platformasında şəxsiyyəti və kimliyi məlum olmayan şəxs tərəfindən yaradılmış “goygolnews” adlı kanal məlumatların ərizəçinin şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməsi, bu məlumatların həqiqətə uyğun olmaması və yayılması halları sübuta yetirildiyindən ərizəçinin youtube platformasında yaradılmış “goygolnews” adlı kanaldan bu məlumatlarının təkzib edilməsi üçün qanuni əsaslar mövcuddur.
44. “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 14.1.7-ci və 14.1.9-cu bəndlərinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiyada şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir, böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir.
45. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.
46. Məhkəmə işdə olan və məhkəmə iclasında tətqiq edilmiş sübutlara və yuxarıda istinad edilmiş beynəlxalq və milli hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, şəxsiyyəti və kimliyi məlum olmayan şəxs tərəfindən youtube platformasında yaradılmış “goygolnews” adlı kanala yerləşdirilmiş www.youtube.com/watch?v=EyYlsXugdnQ, ww.youtube.com/watch?v=U0RHw09SVHY, www.youtube.com/watch?v=lk4AOGua1v4, www.youtube.com/watch?v=WJVGPcL2Wx8, www.youtube.com/watch?v=eyr7r9bzOtg, www.youtube.com/watch?v=ERmko35LX8c, www.youtube.com/watch?v=trpNF6z7h4E, www.youtube.com/watch?v=uGuFuP2407M, www.youtube.com/watch?v=zDYrnNTyw4g, www.youtube.com/watch?v=rEqjwuHU3lY, www.youtube.com/watch?v=DeYn24VVews, www.youtube.com/watch?v=g2qJLZC49Dc, www.youtube.com/watch?v=Vr3TXZk7DX4, www.youtube.com/watch?v=Obi7ZaWoezc, www.youtube.com/watch?v=zTWC_QNKeİ4, www.youtube.com/watch?v=vzunl-y5zZİ, www.youtube.com/watch?v=7NXw_0NmwkU, www.youtube.com/watch?v=8ywQlVA4mfU, www.youtube.com/watch?v=7Vn2NtUaNyU, www.youtube.com/watch?v=dTs1_qxwxLM, www.youtube.com/watch?v=xEn4b8yUHrs, www.youtube.com/watch?v=oNi9UzHgpoA, www.youtube.com/watch?v=McD8AqSrsLA, www.youtube.com/watch?v=FribY3vpjsA&pp=0gcJCb8Ag7Wk3pU, www.youtube.com/ watch?v=İvLSCwR0vyk, www.youtube.com/watch?v=Rİuunt0YLYg&pp=0gcJCb8Ag7W k3p_U, linklərdə olan videolarda olan fikir ifadələri məhkəmə iclasında tədqiq edilmiş sübutlarla həqiqətə uyğun olmayan məlumat olması öz təsdiqini tapır, ərizəçi barədə işlədilən ifadələrin əxlaqi prinsiplərə zidd olan, etik normalardan kənar ifadələr olmaqla yanaşı, ərizəçinin şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar hesab edilməli, yalan məlumatlar “goygolnews” Youtube kanalında təkzib edilməklə həmin məlumatlar silinməlidir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə ərizəçi 100 (bir yüz) manat dövlət rüsumu ödəməsi və həmin xərcin tələb edilməməsi nəzərə alınmalı, ərizəçinin özünə aid edilməlidir.
V. Nəticə:
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə
qət etdi: Ərizə təmin edilsin. Ərizəçi barəsində “Youtube” platformasında şəxsiyyəti və kimliyi məlum olmayan şəxs tərəfindən yaradılmış “goygolnews” adlı kanala “https://www.youtube.com/watch?v=EyYlsXugdnQ; https://www.youtube.com/watch?v= U0R-Hw09SVHY; https://www.youtube.com/watch?v=lk4AOGua1v4; https://www.youtube. com/watch?v=eyr7r 9bzOtg; https://www.youtube.com/watch?v=ERmko35LX8c; https:// www.youtube.com/watch?v=FribY3vpjsA&pp=0gcJCb8Ag7Wk3p_U; https://www.youtube. com/watch?v=zDYrnNTyw4g;https://www.youtube.com/watch?v=rEqjwuHU3lY;https://www .youtube. com/watch?v=DeYn24Vvews;https://www.youtube.com/watch?v=uGuFuP2407M; https://www.youtube.com/watch?v=g2qJLZC49Dc; https://www.youtube.com/watch?v= Vr3TXZk7DX4;https://www.youtube.com/watch?v=Obi7ZaWoezc;https://www.youtube.com /watch? v=zTWC_QNKeİ4; https://www.youtube.com/watch?v=vzunl-y5zZİ;https://www. youtube.com/watch?v=WJVGPcL2Wx8; https://www.youtube.com/watch?v=7NXw_0Nm wkU; https://www.youtube.com/watch?v=8ywQlVA4mfU; https://www.youtube.com/ watch?v=Rİuunt0YLYg&pp=0gcJCb8Ag7Wk3p_U; https://www.youtube.com/watch?v= 7Vn2NtUaNyU;https://www.youtube.com/watch?v=dTs1_qxwxLM; https://www.youtube .com/watch?v=xEn4b8yUHrs; https://www.youtube.com/watch?v=oNi9UzHgpoA; https://www.youtube.com/watch?v=McD8AqSrsLA; https://www.youtube.com/watch? v=trpNF6z7h4E; https://www. youtube.com/watch?v=İvLSCwR0vyk”-linklərdə paylaşılmış videolarda olan ifadələr həqiqətə uyğun olmayan, şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuzu ləkələyən yalan məlumatlar olması hesab edilsin. Bu qətnamə, ərizəçinin şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən məlumatların “goygolnews” Youtube kanalında təkzib edilməsi və həmin məlumatların silinməsi üçün əsasdır. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Rəşad Mustafayev