Məhkəmə qərarları › İş №2(066)-728/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-728/2024

14.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-728/2024 14.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənizadə İlham İbadət oğlunun katibliyi və İddiaçı1 nümayəndəsi və vəkili İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 Cavabdeh qarşı «Mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbi barədə» iddia ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh qarşı «Mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbi barədə» iddia qaldıraraq, Cavabdeh mülkiyyətində olan Göygöl şəhəri S.Hacıyev küşəsi 101 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili İddiaçı2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı1 Cavabdeh ilə 1994-cü il tarixdə faktiki qaydada evlənmişlər və 12 aprel 1995-ci il tarixdə rəsmi nikah münasibətinə girməklə evlənmişlər. Bu nikahlarından onların 1995-ci il tarixdə Rasim, 1996-cı il tarixdə isə rüstəm adlı iki uşaqları doğulmuşdur. Onlar evləndikdən sonra ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. Aralarındakı narazılıqlara görə Göygöl Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 2(066)-327/2024 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh isə son vaxtlar İddiaçı1 1994-cü il tarixdə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə buraxmır. Həmin 13 sentyabr 2011-ci il tarixdə isə Cavabdeh mülkiyyətindədir. İddiaçı1 hal-hazırda başqa yerdə yaşamağa imkanı olmadığında Göygöl şəhərində kirayə mənzildə yaşayırlar. Kirayə pulunu ödəməyə isə maddi imkanları yoxdur. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar təkrar olaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən İddiaçı1 nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və arayışdan məlum olur ki, İddiaçı1 xx xxxxx 1972-ci il tarixdə anadan olmuşdur və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********94-05101-103001, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 13 sentyabr 2011-ci il olan, MN seiyalı ******* nömrəli Çıxarışdan məlum olur ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 186,1 kvadrat metr, yaşayış sahəsi 72,9 kvadrat metr və yardımçı sahəsi 113,2 kvadrat metr olan 03 otaqlı fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 2(066)- 327/2024 nömrəli qətnaməsindən məlum olur ki, Cavabdeh ilə İddiaçı1 arasında 12 aprel 1995-ci il tarixdə Göygöl rayonu Qeydiyyat şöbəsində 33 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı1 Cavabdeh ilə 12 aprel 1995-ci il tarixdə rəsmi nikah münasibətinə girməklə evlənmişlər. Onlar evləndikdən sonra İddiaçı1 Cavabdeh ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Onları 2 uşaqları da həmin evdə anadan olmuş yetkinlik yaşına çatmışlar. Həmin fərdi yaşayış evi onların birgə yaşadıqları müddət ərzində, 13 sentyabr 2011-ci il tarixdən Cavabdeh mülkiyyətindədir. Onlar son vaxtlara kimi həmin evdə yaşamışlar. Onlar arasındakı nikah 11 iyun 2024-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Qeyd olunur ki, qanunverici mülki-hüquq münasibətlərini tənzimləyən yeni normativhüquqi akt qəbul etməklə, əvvəl yaranmış hüquq münasibətlərinin davamlılığı və sabitliyinə xələl gətirməmək üçün belə aktın hüquqi qüvvəsini onun qəbul edilməsindən sonra yaranan hüquq münasibətlərinə şamil edir. Bu hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1-ci maddəsində öz əksini tapmışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir”. Mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş), Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd olunduğu kimi, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qeyd olunur ki, qanunverici mülki-hüquq münasibətlərini tənzimləyən yeni normativhüquqi akt qəbul etməklə, əvvəl yaranmış hüquq münasibətlərinin davamlılığı və sabitliyinə xələl gətirməmək üçün belə aktın hüquqi qüvvəsini onun qəbul edilməsindən sonra yaranan hüquq münasibətlərinə şamil edir. Bu hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1-ci maddəsində öz əksini tapmışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 53-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 53-cü maddəsinin 4-cü hissəsinə əsasən bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar). Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Məhkəmə hesab edir ki, İddiaçı1 Cavabdeh ailə üzvü kimi qəbul edilməsi və ümumi təsərrüfatı idarə etməsi işin mübahisəsiz halıdır və hazırki mülki iş materialları ilə tam sübut olunur. Cavabdeh mübahisəli evi onunla birgə nikahda olduqları müddət ərzində əldə etmişdir. Belə ki, ailə üzvlərinin birgə yaşadığı və mənzil şəraitində yaşamalarına imkanı təmin edən yaşayış sahəsi əksər hallarda ailə üzvləri arasında olan münasibətlərə xitam verildiyi hallarda onların və uşaqlarının yaşaması üçün bir təminat olaraq qəbul edilməkdədir. Ailə həyatı bu məkanda yaşanır, tərəflər birgə yaşamaqla təsərrüfatı birgə idarə edir və ailə həyatından irəli gələn hüquq və vəzifələr əldə edirlər. Məsələyə bu konteksdən yanaşıldıqda aydın olur ki, hazırki mülki mübahisənin predmeti baxımından iddiaçı Cavabdeh arvadı olmaqla onunla birgə təsərrüfatı idarə etməklə yaşamışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna və iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan qanun normalarının tələblərinə uyğun obyektiv və qərəzsiz qiymət verib belə nəticəyə gəlir ki, İddiaçı1 cavabdehə qarşı iddiası əsaslıdır və təmin olunmalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, 4 saylı Qərarının 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan Məcəllənin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddiaçılar 51 (əlli bir) manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödədiyi üçün həmin rüsum cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 Cavabdeh qarşı «Mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbi barədə» iddiası təmin edilsin. İddiaçı1 Cavabdeh mülkiyyətində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********94-05101-103001, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 13 sentyabr 2011-ci il olan, MN seiyalı ******* nömrəli Çıxarışda qeyd edilən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 186,1 kvadrat metr, yaşayış sahəsi 72,9 kvadrat metr və yardımçı sahəsi 113,2 kvadrat metr olan 03 otaqlı fərdi yaşayış evinə istifadfə hüququ tanınmaqla, köçürülsün. Mülki iş üzrə ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində pul Cavabdeh, alınaraq İddiaçı1 verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar