Məhkəmə qərarları › İş №2(066)-736/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-736/2023

22.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-736/2023 22.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi Ərizəçi Kəsəmənli (Bayramova) Lala Lətif qızının iştirakı ilə Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinə Göygöl şəhərində 22 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Kəsəmənli (Bayramova) Lala Lətif qızı məhkəməyə müraciət edərək xx.xx.1967-ci ildə Ermənistan Respublikası Vardenis rayonunun Zod kəndində anadan olması barədə doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Kəsəmənli (Bayramova) Lala Lətif qızı məhkəmədə ərizəsini müdafiə edib göstərdi ki, atası X6 ilə anası X3 rəsmi nigahlarından xx xxxxxx 1967-ci ildə Ermənistan Respublikası Vardenis rayonunun Zod kəndində anadan olmuş və onun doğum şahadətnaməsi Ermənistan Respublikası Vardenis rayonunun Zod kənd soveti tərəfindən verilmişdir. Məlum hadisələrlə əlaqədar Ermənistan Respublikasını tərk edərkən doğum şəhadətnaməsi Ermənistan Respublikası Vardenis rayonunun Zod kəndində yaşadığı evdə qalmışdır. Hazırda bəzi sənədləşmə işlərini qaydasına salmaq üçüm ondan doğum şəhadətnaməsi tələb olunur. Onun doğum qeydi Ermənistan Respublikası Vardenis rayonunun Zod kənd sovetində aparıldığından doğum şəhadətnaməsini əldə etməsi imkan xaricindədir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx xxxxxx 1967-ci ildə Ermənistan Respublikası Vardenis rayonunun Zod kəndində anadan olması, atasının X6 anasının X8 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs məhkəməyə xx.xx.2023-cü il tarixli 3-16-5/8-xx-xx/2023 nömrəli məktub göndərərək işə onların iştirakı olmadan baxılıb ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Şahid qismində dindirilmiş X2 və X9 məhkəmə iclasında ifadə verərək ərizəçi Kəsəmənli (Bayramova) Lala Lətif qızının X6 ilə X3 rəsmi nigahlarından xx xxxxxx 1967-ci ildə Ermənistan Respublikası Vardenis rayonunun Zod kəndində anadan olması və onun doğum şahadətnaməsinin Ermənistan Respublikası Vardenis rayonunun Zod kənd soveti tərəfindən verilməsi faktını təsdiq etdilər. Mülki işə əlavə edilmiş AZE seriyalı, 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş, Göygöl rayonu Zurnabad kəndində qeydiyyatdadır. İşdə olan 8 illik təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, X14 1982-ci ildə Ermənistan Respublikası Vardenis rayonunun Zod kənd orta məktəbinin 8-ci sinifini bitirmişdir. İşdə olan İİ-SL seriyalı 406896 nömrəli nikah şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X11 ilə xx.xx.1967-ci il təvəllüdlü X7 nukahları xx.xx.1988-ci ildə Ermənistan Respublikası Vardenis rayonunun Zod kənd sovetində 26 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra kişiyə və qadına Kəsəmənli soyadı verilmişdir. İşdə olan İ-ZJ seriyalı 130001 nömrəli nikah şəhadətnaməsinin surətindən görünür ki, X6 ilə X4 nikahları xx.xx.1962-ci ildə Ermənistan Respublikası Vardenis rayonunun Zod kənd sovetində qeydə alınmışdır. Nikah bağlandıqdan sonra kişiyə Bayramov, qadına Bayramova soyadı verilmişdir. İşdə olan doğum şəhadətnamələrinin surətindən görünür ki, X12 xx.xx.1960-cı ildə, X13 1963-cü ildə Ermənistan Respublikası Basarkeçər (Vardenis) rayonu, Zod kəndində anadan olmuşlar. X1 anaları isə X5r. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16- 5/8-280/2023 saylı məktubda itmiş qeydlərin bərpası qeydiyyat orqanı tərəfindən mümkün olmadığından vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının məhkəmə qaydasında müəyyən edildiyi göstərilmiş və məhkməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında müəyyən olur ki, ərizəçi Bayramova (Kəsəmənli) Lala Lətif qızının xx xxxxxx 1967-ci ildə Ermənistan Respublikası Vardenis rayonunun Zod kəndində anadan olmuşdur.Onun atası X6 anası isə X5r. Bayramova (Kəsəmənli) Lala Lətif qızının doğum qeydi Ermənistan Respublikası Vardenis rayonunun Zod kənd sovetində aparılmışdır. Məhkəmə hesab edir ki, ərizəçi Bayramova (Kəsəmənli) Lala Lətif qızının xx xxxxxx 1967-ci ildə Ermənistan Respublikası Vardenis rayonunun Zod kəndində anadan olması, atasının X6 anasının X8 olması faktı müəyyən edilməli və Bayramova (Kəsəmənli) Lala Lətif qızının xx xxxxxx 1967-ci ildə Ermənistan Respublikası Vardenis rayonunun Zod kəndində anadan olması barədə doğum akt qeydi bərpa edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 230, 233, 237 və 311-ci maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Bayramova (Kəsəmənli) Lala Lətif qızının xx xxxxxx 1967-ci ildə Ermənistan Respublikası Vardenis rayonunun Zod kəndində anadan olması, atasının X6, anasının X8 olması faktı müəyyən edilsin. Bayramova (Kəsəmənli) Lala Lətif qızının 04 yanvar1967-ci ildə Ermənistan Respublikası Vardenis rayonunun Zod kəndində anadan olması barədə doğum akt qeydi bərpa edilsin. Qətnamənin surəti icra olunması üçün Maraqlı şəxsnə göndərilsin. Qətnamənin surəti təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar