Məhkəmə qərarları › İş №2(066)-756/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-756/2025

29.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-756/2025 29.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi, qanunsuz uçurulmuş çəpərin bərpa edilməsi, torpaq sahəsinə müdaxilə edilərək tikilmiş ayaq yolunun uçurulub kubiklərin götürülməsi, şiferlərin və su çəninin sahədən çıxarılması» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada məhkəmə binasında baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi, qanunsuz uçurulmuş çəpərin bərpa edilməsi, torpaq sahəsinə müdaxilə edilərək tikilmiş ayaq yolunun uçurulub kubiklərin götürülməsi, şferlərin və su çəninin sahədən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi, qanunsuz uçurulmuş çəpərin bərpa edilməsi, torpaq sahəsinə müdaxilə edilərək tikilmiş ayaq yolunun uçurulub kubiklərin götürülməsi, su çəninin və şferlərin həmin sahədən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli çıxarışı əsasında ünvan 1 ünvanda yerləşən 0.0486 ha torpaq sahəsi onun mülkiyyətindədir. Lakin, torpaq sahəsinə cavabdehlər girərək onun çəpərini söküb orada özləri üçün ayaq yolu tikib, su çəni qoymuşlar. Həmçinin xeyli şiferləridə onun tərəfiə töküblər. Cavabdehlərə dəfələrlə ona məxsus zəbt edilmiş torpaq sahəsinin, zəbtdən azad edilməsi, qanunsuz uçurulmuş çəpərin bərpa edilməsi, torpaq sahəsinə müdaxilə edilərək tikilmiş ayaq yolunun uçurulub kubiklərin götürülməsi, su çəninin və şiferlərin həmin sahədən çıxarılmasını tələb etsə də bunlara riayət edilməmişdir. Buna görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdehlər iddia tələbində göstərdiyi kimi torpaq sahəsini qanunsuz zəbt edərək orada öz bildikləri kimi ayaq yolu tikib, su çəni qoyub kubiklərinidə onun tərəfə səpələyiblər. Yəni öz sahəsində olan torpağın üzərində onun istifadəsini birmənalı məhdudlaşmışlar. Bundan başqa cavabdehlər onun mülkiyyət hüquqlarını kobud qaydada pozulmasına səbəb olmuşlar. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Bu səbəbdən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin dəlillərində və xahiş etdi hissəsində qeyri-müəyyənlik olmaqla tələb əsaslandırılmamış, cavabdehlərin hər birinə yönələn tələbi müəyyən etmək və cavabdehlərin dairəsini müəyyən etmək mümkün deyildir. Həmçinin cavabdehlərin şəxsiyyətlərini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) barədə sübut iddia ərizəsinə əlavə edilməmişdir. Bununla da müəyyən olunur ki, iddia ərizənin formasına və məzmununa dair tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-ci maddəsinin tələbinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4.-ci maddəsinin tələbinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.2-ci maddəsinin tələbinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Həmin Məcəllənin 151.1.-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi, qanunsuz uçurulmuş çəpərin bərpa edilməsi, torpaq sahəsinə müdaxilə edilərək tikilmiş ayaq yolunun uçurulub kubiklərin götürülməsi, şiferlərin və su çəninin sahədən çıxarılması» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev İş № 2(066)-756/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi, qanunsuz uçurulmuş çəpərin bərpa edilməsi, torpaq sahəsinə müdaxilə edilərək tikilmiş ayaq yolunun uçurulub kubiklərin götürülməsi, şiferlərin və su çəninin sahədən çıxarılması» tələbinə dair iddia ərizənin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxılır. Prosessual hərəkət saat 14:30-da başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin icraata qəbul edilmədən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 14:40-da başa çatdırdım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar