Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-765/2024 03.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «Doğum faktının müəyyənedilməsi barədə» ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «Doğum faktının müəyyənedilməsi barədə» ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 ilə birgə faktiki nikahlarından 30 avqust 2020-ci il tarixdə Göygöl şəhərində anadan olmuş X5 doğum faktının müəyyən olmasına, atası Ərizəçi, anası X1 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Ərizəçi X4 məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, o, X1 ilə 2019-cu ildə faktiki nikah münasibətinə girməklə evlənmişlər. Onların birgə nikahlarından 30 avqust 2020-ci il tarixdə Göygöl şəhərində Elcan adlı uşaqları anadan olmuşdur. Uşaq ev şəraitində doğulmuşdur. Onların rəsmi nikahları olmamasına və vaxtında müraciət etməmələrinə görə ona doğum haqqında şəhadətnamə verilməmişdir. Ona görə də, uşağın doğumunun qeyd edilməsi faktının bərpa edilməsi haqqında qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, o, Ərizəçi onun qonşusudur. Ərizəçi X1 ilə 2019-cu ildə faktiki nikah münasibətinə girməklə evlənmişlər. Onların birgə nikahlarından 30 avqust 2020-ci il tarixdə Göygöl şəhərində Elcan adlı uşaqları anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X6 da şahid X9 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Ərizəçi xx xxxxx 1989-cu il tarixdə, X1 01 iyul 1997-ci il tarixdə anadan olmuşlar. Mülki işə əlavə edilmiş “Nikah haqqında şəhadətnamənin” surətindən məlum olur ki, Ərizəçi ilə X1 arasında nikah 07 sentyabr 2023-cü il tarixdə 755 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, ərizəçi Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, Ərizəçi ilə X1 ilə 2019-cu ildə faktiki nikah münasibətinə girməklə evlənmişlər. Onların birgə nikahlarından 30 avqust 2020-ci il tarixdə Göygöl şəhərində Elcan adlı uşaqları anadan olmuşdur. Uşaq ev şəraitində doğulmuşdur. Onlar vaxtında müraciət etməmələrinə görə ona doğum haqqında şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Sadalanan qanunvericilik aktı normalarını hazırki mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 30 avqust 2020-ci il təvəllüdlü Elcan adlı uşağa doğum haqqında şəhadətnaməsi başqa qaydada alına bilmədiyindən onun barəsində doğum akt qeydi müəyyən edilməli və doğum akt qeydində Elcan adlı uşağın doğum tarixi 30 avqust 2020-ci il, doğum yeri Göygöl şəhəri qeyd edilməklə, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Elcan adlı uşağın doğum tarixi 30 avqust 2020-ci il, doğum yeri Göygöl şəhərində anadan olması, soyadı «Qurbanov», atasının adı «Ərizəçi», anasının adı «X1» olması müəyyən edilsin. X8 adlı uşağın doğum tarixi 30 avqust 2020-ci il, doğum yeri Göygöl şəhərində qeyd edilməklə, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(066)-765/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-765/2024
03.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver