Məhkəmə qərarları › İş №2(066)-778/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-778/2023

10.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-778/2023 10.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Cavabdehı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan Göygöl rayonu, Çaykənd kəndində yerləşən 0,08 ha torpaq sahəsində yerləşən yaşayış evindən və torpaq sahəsindən Cavabdeh əşyaları ilə birlikdə məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Göygöl rayonu Çaykənd kəndində 0.08 ha torpaq sahəsində ümumi sahəsi 32 kv.m-dən ibarət 2 otaqlı yaşayış evi var və həmin evin yerləşdiyi torpağa dair xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış var. İddiaçının mülkiyyətində olan evə bütün kommunallar çəkilib və iddiaçının adınadır. Hazırki cavabdeh ondan xahiş edib ki, bir müddət ona məxsus evdə müvəqqəti yaşasın. İddiaçı da razılıq vermişdir. Hazırda isə cavabdeh ona məxsus evdən çıxmaqdan imtina edir. Qeyd edir ki, özü şəhid ailəsidir. Oğlu Qarabağ döyüşlərində şəhid olub, özünün qayğıya ehtiyacı var. Buna baxmayaraq cavabdeh qanunsuz olaraq iddiaçıya məxsus evi zəbt edib və çıxmaqdan imtina edir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil izahatında iddianı müdafiə etdiyini, İddiaçı mülkiyyətində Göygöl rayonu Çaykənd kəndində 0.08 ha torpaq sahəsi olmasını və həmin torpaqda iddiaçının 2 otaqlı yaşayış evi tikərək orada yaşamasını, Cavabdeh isə dəfələrlə iddiaçı tərəfindən xəbərdarlıq olmasına baxmayaraq iddiaçıya məxsus evi zəbt edərək evdən çıxmaqdan imtina etməsini, ona görə də iddiaçının məcburiyyət qarşısında qalıb məhkəmədə iddia qaldırmasını bildirdi və odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etməyərək göstərdi ki, iddiada qeyd olunan yaşayış evi sənəddə iddiaçının adına olsa da, onun özünə məxsusdur. Həmin ev satılaraq bərabər şəkildə bölünməlidir. Ondan sonra özü o evdən çıxa bilər. Öz haqqını istəyir. Belə ki, sözügedən evi iddiaçı ilə birlikdə tikmişdir. Tikintidə özünün xeyli köməyi olmuşdur. 44 yaşından iddiaçı ilə evlidir. Lakin nikahları yoxdur. İddiaçı əvvəl başqa qadına evli olub. İlk vaxtlar Yusiflə ailə quran vaxt Şabran rayonunda onunla birgə yaşamışlar. Sonradan Çaykənd kəndində olan evi tikib ora köçmüşləlr. 2016cı ildə iddiaçı onun adına kredit pul götürmüş və mübahisəli evi birgə tikmişlər. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını və çıxışını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Göygöl rayonu Çaykənd kəndində yerləşən 0.08 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Çaykənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 14 aprel 2023-cü il tarixli arayışından görünür ki, Göygöl rayonunun Çaykənd kənd sakini Muradov X1 yerləşən özünə məxsus həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1959-cu ildə Ermənistan, Yeğeqnadzor rayonunda anadan olmuş, Göygöl rayonu Çaykənd kənd 5-ci məhəllə, ev 45 də qeydiyyatdadır. İş materiallarında olan 012438 saylı şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Bundan əlavə, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, «X4rşı» iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bununla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla təsdiq olundu ki, Göygöl rayonu Çaykənd kəndində yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bu isə, onu deməyə əsas verir ki, Cavabdeh Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit olunmuş başqasının, yəni iddiaçının mülkiyyət hüquqlarından sərbəst və səmərəli istifadə etmək istəyi tam əsassızdır. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ müdafiə olunmalı və mükiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətində olan Göygöl rayonu, Çaykənd kəndində yerləşən 0,08 ha torpaq sahəsində yerləşən yaşayış evindən və torpaq sahəsindən Cavabdeh əşyaları ilə birlikdə çıxarılmalıdır. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında İddiaçı mülkiyyətində olan Göygöl rayonu, Çaykənd kəndində 0,08 ha torpaq sahəsində yerləşən yaşayış evindən və torpaq sahəsindən Cavabdeh əşyaları ilə birlikdə çıxarılsın. Qətnamədən alındığı (təqdim edildiyi) gündən 1 (bir) ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar