Məhkəmə qərarları › İş №2(066)-786/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-786/2023

22.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-786/2023 22.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək özünün, xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunun Qoşabulaq kəndində doğumunun qeydə alınması, doğum haqqında şəhadətnaməsinin valideynlər qrafasında atasının X6, anasının X3 yazılması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Maraqlı şəxs tərəfindən məhkəməyə 05 may 2023-cü il tarixli məktub təqdim edilmişdir. Həmin məktubda göstərilmişdir ki, Ərizəçi doğumun qeyd edilmə faktı tələbinə dair işinə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə verdiyi izahatında ərizəni müdafiə etdiyini, özünün xx.xx.1966-ci il tarixdə Ermənistanın Vardenis rayonu, Qoşabulaq kəndində doğulmasını, atasının X6, anasının isə X3 olmasını, özünün doğulduqdan sonra ona doğum haqqında şəhadətnamə alınmasını, qeyd olunan şəhadətnamə əsasında orta məktəbi oxumasını, pasport almasını, məlum hadisələr vaxtı, yəni 1988-ci ildə Ermənistandan qovulan vaxt özünə məxsus doğum şəhadətnaməsinin orada qalmasını, özünün Ermənistanın Vardenis rayonu Qoşabulaq kəndində doğulmasını, doğum şəhadətnaməsinin orada alınmasını və doğum akt qeydinin orada aparılmasını, doğum akt qeydinin bərpası barədə Maraqlı şəxsnə müraciət etməsini, doğum akt qeydinin Ermənistanın Vardenis rayonunda aparıldığı və arxiv sənədləri orada qaldığı üçün bərpa olunmasından imtina edilməsini bildirdi və göstərilənlərin nəzərə alınıb ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında ərizəçi ilə eyni kənddən olmasını, ərizəçini və onun ailəsini yaxından tanımasını, ərizəçinin xx xxxxxx 1966-cı ildə Ermənisan Respublikasının Vardenis rayonunun Qoşabulaq kəndində rayonunda anadan olmasını bildirdi və ərizədə yazılanları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 və X8 izahatlarında şahid X4 ilə eyni məzmunda izahat verərək onun ifadəsini təsdiq etdilər. Məhkəmə iş üzrə ərizəçinin və məhkəməyə dəvət edilmiş şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ASAN-GƏNCƏ tərəfindən verilmiş AZE seriyalı, ******** nömrəli, xx.xx.2016-cı il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan, Vardenis rayonunda anadan olmuş və Göygöl rayonu Göyçəkənd kəndində qeydiyyatdadır. İşdə olan Maraqlı şəxs Ərizəçi ünvanlamış 13 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə baxılmış, bununla əlaqədar bildirilmiş ki, itmiş qeydlərin bərpası qeydiyyat orqanı tərəfindən mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, kifayət qədər əsaslar olmadığına görə doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi ona tövsiyyə olunmuşdur. İşdə olan Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Göyçəkənd kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 aprel 2023-cü il tarixli arayışdan görünür ki, X9 hal-hazırda Göygöl rayonunun Göyçəkənd kəndində qeydiyyatdadır və yaşayır. Atası mərhum X6, anası mərhum X1r. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5 16 aprel 2010-cu ildə, X6 isə 05 iyul 2019-cu ildə vəfat etmişlər. Konstitusiyanın 60-cı maddəsinin l-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında Ərizəçi izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi xx.xx.1966-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunun Qoşabulaq kəndində anadan olmuş, atası X6, anası X2r. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1966-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunun Qoşabulaq kəndində anadan olması, atasının X6, anasının X3 olması faktı müəyyən edilməli və doğum akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1966-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunun Qoşabulaq kəndində anadan olması, doğum şəhadətnaməsinin valideynlər qrafasında atasının X6, anasının X3 olması faktı müəyyən edilsin və doğum akt qeydi bərpa edilsin. Qətnamənin surəti icra olunması üçün Maraqlı şəxsnə göndərilsin. Ərizə üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar