Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-798/2023 17.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, X1 iclas katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında ərizəyə baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi etibarnamə üzrə nümayəndəsi X13 məhkəməyə ərizə ilə müraciət edib Ərizəçi mərhum X5 miras qalmış Göygöl rayonu, Qarabulaq kəndində yerləşən JN-0049, KOD 50808028 saylı Torpağa Mülkiyyət Hüququna dair dövlət aktı əsasında 1.15 ha kənd təsərrüfatı təyinatlı , JN-040F, KOD 50808028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamə əsasında 0,07 ha həyətyanı və JN-040G, KOD 50808028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamə əsasında 0,04 ha həyətyanı torpaq sahəsinə aid birinci növbə vərəsə olaraq mirası qəbul etməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Maraqlı şəxs Gəncə Regional Maraqlı şəxs4ndə Notariat Ofisi məhkəməyə xx.xx.2023-cü il tarixli 1337 nömrəli məktub göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmışdir. Məhkəmə işə maraqlı şəxs Gəncə Regional Maraqlı şəxs4ndə Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi X13 məhkəmə iclasında ərizəsini müdafiə edərək göstərdi ki, nümayəndəsi olduğu atası Ərizəçi anası X15 19 yanvar 2010-cu il tarixdə vəfat etmişdir.Gözəl Əhmədova vəfat etdiyi günə kimi oğlu Ərizəçila birlikdə yaşamışdır.Ərizəçi anası X8 ölümündən sonra ondan Göygöl rayonu, Qarabulaq kəndində yerləşən JN-0049, KOD 50808028 saylı Torpağa Mülkiyyət Hüququna dair dövlət aktı əsasında 1.15 ha kənd təsərrüfatı təyinatlı , JN-040F, KOD 50808028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamə əsasında 0,07 ha həyətyanı və JN-040G, KOD 50808028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamə əsasında 0,04 ha həyətyanı torpaq sahəsinı miras qalmışdır. Ərizəçi anasının vəfatından sonra ondan mıras qalmış həmin torpaq sahələrini miras əmlak kimi faktiki olaraq qəbul etmiş və hal-hazırda da onun sahibliyində və istifadəsindədir. Digər vərəsələrdən heç kim nə faktiki olaraq nə də notariat orqanına müraciət edərək mirası qəbul etməmişlər. Ərizəçi anasının ölümündən sonra ondan miras qalmış Göygöl rayonu, Qarabulaq kəndində yerləşən JN- 0049, KOD 50808028 saylı Torpağa Mülkiyyət Hüququna dair dövlət aktı əsasında 1.15 ha kənd təsərrüfatı təyinatlı , JN-040F, KOD 50808028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamə əsasında 0,07 ha həyətyanı və JN-040G, KOD 50808028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamə əsasında 0,04 ha həyətyanı torpaq sahəsini miras əmlak kimi qəbul etmiş, həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirir. Vərəsəlik şəhadətnaməsi alıb mırası adına rəsmələşdirmək üçün Gəncə Regional Maraqlı şəxs4ndə Notariat Ofisinə müraciət etsə də anasının ölümündən uzun müddət keçdiyi üçün notariat ofisi mirası qəbul etmə müddətini ötürməsi səbəbindən ona vərəsəlik şəhadətnaməsi verılməsindən imtina etmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi mərhum anası X5 miras qalmış Göygöl rayonu, Qarabulaq kəndində yerləşən JN-0049, KOD 50808028 saylı Torpağa Mülkiyyət Hüququna dair dövlət aktı əsasında 1.15 ha kənd təsərrüfatı təyinatlı , JN-040F, KOD 50808028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamə əsasında 0,07 ha həyətyanı və JN-040G, KOD 50808028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamə əsasında 0,04 ha həyətyanı torpaq sahəsinə aid birinci növbə vərəsə olaraq mirası qəbul etməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs1 Ziyat qızı məhkəmə iclasında izahat verərək göstərdi ki, onun anası X15 19 yanvar 2010-cu il tarixdə vəfat etmişdir.Anası vəfat etdiyi günə kimi oğlu yəni onun qardaşı Ərizəçila birlikdə yaşamışdır.Anasının ölümündən sonra Göygöl rayonu, Qarabulaq kəndində yerləşən JN-0049, KOD 50808028 saylı Torpağa Mülkiyyət Hüququna dair dövlət aktı əsasında 1.15 ha kənd təsərrüfatı təyinatlı , JN-040F, KOD 50808028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamə əsasında 0,07 ha həyətyanı və JN-040G, KOD 50808028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamə əsasında 0,04 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Anasının vəfatından sonra ondan mıras qalmış həmin torpaq sahələrini vərəsələrdən yalnız qardaşı İsmayıl miras əmlak kimi faktiki olaraq qəbul etmiş və hal-hazırda da onun sahibliyində və istifadəsindədir. Onun özü və eləcədə digər vərəsələrdən heç kim nə faktiki olaraq nə də notariat orqanına müraciət edərək mirası qəbul etməmişlər. Onun Bərdə rayonunda evi var və həmin evdə yaşayır. Miras əmlakdan payını istəmir. Anasından miras qalmış həmin torpaq sahələrinin ərizəçi (qardaşı) Ərizəçi mülkiyyətinə keçməsinə heç bir etirazı yoxdur. Maraqlı şəxs X16 məhkəmə iclasında izahat verərək göstərdi ki, Ərizəçi onun doğma qardaşı X15 isə anasıdır.Anası 19 yanvar 2010-cu il tarixdə vəfat etmişdir.Anası vəfat etdiyi günə kimi oğlu yəni onun qardaşı Ərizəçila birlikdə yaşamışdır.Onun ölümündən sonra Göygöl rayonu, Qarabulaq kəndində yerləşən JN-0049, KOD 50808028 saylı Torpağa Mülkiyyət Hüququna dair dövlət aktı əsasında 1.15 ha kənd təsərrüfatı təyinatlı , JN-040F, KOD 50808028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamə əsasında 0,07 ha həyətyanı və JN-040G, KOD 50808028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamə əsasında 0,04 ha həyətyanı torpaq sahələri miras qalmışdır. Anasının vəfatından sonra ondan mıras qalmış həmin torpaq sahələrini vərəsələrdən yalnız qardaşı İsmayıl miras əmlak kimi faktiki olaraq qəbul etmiş və halhazırda da onun sahibliyində və istifadəsindədir. Onun özü və eləcədə digər vərəsələr nə faktiki olaraq nə də notariat orqanına müraciət edərək mirası qəbul etməmişlər. Onun Quşçu kəndində evi var və həmin evdə yaşayır. Miras əmlakdan pay istəmir. Anasından miras qalmış həmin torpaq sahələrinin ərizəçi (qardaşı) Ərizəçi mülkiyyətinə keçməsinə heç bir etirazı yoxdur. Maraqlı şəxs X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, mərhum X15 onun anası, Ərizəçi isə doğma qardaşıdır. Anası Gözəl 19 yanvar 2010-cu il tarixdə vəfat etmiş və ölən günə kimi kimi qardaşı Ərizəçila birlikdə yaşamışdır.Onun ölümündən sonra Göygöl rayonu, Qarabulaq kəndində yerləşən 1.15 ha kənd təsərrüfatı təyinatlı , 0,07 və 0,04 ha həyətyanı torpaq sahələri miras qalmışdır. Anasının vəfatından sonra həmin torpaq sahələrini vərəsələrdən yalnız qardaşı İsmayıl miras əmlak kimi faktiki olaraq qəbul etmiş və həmin torpaqlar hal-hazırda da onun sahibliyində və istifadəsindədir. Onun özü və eləcə də digər vərəsələr nə faktiki olaraq nə də notariat orqanına müraciət edərək mirası qəbul etməmişlər. Onun Quşçu kəndində evi var və həmin evdə yaşayır. Miras əmlakdan pay istəmir. Anasından miras qalmış həmin torpaq sahələrinin ərizəçi (qardaşı) Ərizəçi mülkiyyətinə keçməsinə heç bir etirazı yoxdur. Maraqlı şəxs X17 məhkəmə iclasında eyni məzmunda izahat verərək anasının vəfatından sonra həmin torpaq sahələrini vərəsələrdən yalnız qardaşı İsmayıl miras əmlak kimi faktiki olaraq qəbul etmiş və hal-hazırda da onun sahibliyində və istifadəsindədir. Onun özü və digər vərəsələr mirası qəbul etməmişlər. X36 kəndində evi var və həmin evdə yaşayır. Miras əmlakdan pay istəmir. Anasından miras qalmış həmin torpaq sahələrinin ərizəçi (qardaşı) Ərizəçi mülkiyyətinə keçməsinə heç bir etirazı yoxdur. Maraqlı şəxs2 məhkəməyə ərizə göndərərək Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair tələbini qəbul etdiyini ,mirasdan heç bir tələbi olmadığını, qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən anasından qalan mirası qəbul etmədiyini, indi də etmədiyini, vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmədiyini və işi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə Maraqlı şəxs2 iştirakı olmadan baxılmasını mümkün hesab etmışdır. X4 məhkəmə iclasında ifadə verərək göstərdi ki, mərhum X15 ölən günə kimi oğlu Ərizəçi ilə birlikdə yaşamışdır.Gözəlin ölümündən sonra Göygöl rayonu, Qarabulaq kəndində yerləşən 1.15 ha kənd təsərrüfatı təyinatlı , 0,07 və 0,04 ha həyətyanı torpaq sahələri miras qalmışdır. Onun vəfatından sonra həmin torpaq sahələrini vərəsələrdən yalnız oğlu İsmayıl miras əmlak kimi faktiki olaraq qəbul etmiş və hal-hazırda da onun sahibliyində və istifadəsindədir. İş materialında olan; - Torpağa Mülkiyyət hüququna dair JN-0049, KOD 50808028 saylı Dövlət aktında Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarına əsasən X9 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1,15 ha torpaq sahəsi verilməsi göstərilmişdir. - Torpağın Mülkiyyətə verilməsinə dair JN-040F kod 50808028 saylı Şəhadətnamədə Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarına əsasən X9 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,07 ha torpaq sahəsi verilməsi göstərilmişdir. - Torpağın Mülkiyyətə verilməsinə dair JN-040G kod 50808028 saylı Şəhadətnamədə Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarına əsasən X9 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,04 ha torpaq sahəsi verilməsi göstərilmişdir. -Doğum şəhadətnamələrinin surətindən xx.xx.1949-cu ildə anadan olmuş X3,xx.xx.1952-ci ildə anadan olmuş X10, xx.xx.1958-ci ildə anadan olmuş Ərizəçi Ziyat oğlunun xx.xx.1961-ci ildə anadan olmuş X11 anaları X14r. - İİİ-JQ seriyalı 367314 nömrəli, AZ-İ seriyalı 735672 nömrəli,AZ-İ seriyalı 372694 nömrəli, İV-JQ seriyalı 356498 nömrəli, AZ-İİ seriyalı 212178 nömrəli ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X12 xx.xx.1986-cı ildə, X18 xx.xx.1992-ci ildə, X15 xx.xx.2010-cu ildə, X19xx.xx.2015-ci ildə və X20 xx.xx.2022-ci ildə vəfat etmişlər. - Göygöl rayon İHB-nın Qarabulaq kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2023cü il tarixli 5-47-22/3-2-46 nömrəli arayışda Ərizəçi Quşçu kəndində yaşadığı və anası X8 ölən bir günə kimi (xx.xx.2010) Göygöl rayonunun Quşçu kəndində onunla birlikdə yaşadığı, Qarabulaq kəndində yerləşən mərhum anasının mülkiyyətində olan torpaq sahələrini onun idarə etdiyi göstərilmişdir. -İşdə olan ərizələrdən görünür ki, Maraqlı şəxs3, Maraqlı şəxs1 Ziyat qızı, Maraqlı şəxs2 ərizələrində göstərmişlər ki, anaları X5 miras qalmış əmlakdan onlara çatası payı müəyyən olunmuş müddətdə bilərəkdən qəbul etməmişlər, indi də etmirlər və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmirlər. - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə anadan olmuş və Göygöl rayonu Quşçu kəndində qeydiyyatdadır. - Gəncə Regional Maraqlı şəxs4ndə Notariat Ofisinin Ərizəçi nümayəndəsi X7 ünvanladığı xx.xx.2023-cü il tarixli 1125 saylı məktubda mirası qəbul etmə müddəti ötürüldüyündən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı göstərilmişdir. Məhkəmə iş üzrə ərizəçinin, maraqlı şəxsin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Konsitutisiyasını 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə və inzibati qaydada müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Mülki Məcəllənin 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, ərizəçinin gətirdiyi dəlilləri həqiqətə uyğundur, tələb üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilərək, ərizəçinin hüquqlarının bərpa edilməsi baxımından ərizənin təmin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cü maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerini müəyyən edə bilər. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə mıhkəmə hesab edir ki, Ərizəçi mərhum X5 miras qalmış Göygöl rayonu, Qarabulaq kəndində yerləşən JN-0049, KOD 50808028 saylı Torpağa Mülkiyyət Hüququna dair dövlət aktı əsasında 1.15 ha kənd təsərrüfatı təyinatlı , JN-040F, KOD 50808028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamə əsasında 0,07 ha həyətyanı və JN-040G, KOD 50808028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamə əsasında 0,04 ha həyətyanı torpaq sahəsinə aid birinci növbə vərəsə olaraq mirası qəbul etməsi faktı və vərəsəliyin açılma yeri müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda 100 (yüz ) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 230, 307-308, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum anası X5 miras qalmış Göygöl rayonu, Qarabulaq kəndində yerləşən JN- 0049, KOD 50808028 saylı Torpağa Mülkiyyət Hüququna dair dövlət aktı əsasında 1.15 ha kənd təsərrüfatı təyinatlı , JN-040F, KOD 50808028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamə əsasında 0,07 ha həyətyanı və JN-040G, KOD 50808028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamə əsasında 0,04 ha həyətyanı torpaq sahəsinə dair birinci növbə vərəsə olaraq mirası qəbul etməsi faktı və vərəsəliyin açılma yeri müəyyən edilsin. Qətnamədən alındığı (təqdim edildiyi) gündən 1 (bir) ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-798/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-798/2023
17.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver