Məhkəmə qərarları › İş №2(066)-799/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-799/2024

20.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-799/2024 20.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı, cavabdeh Göygöl rayon Notariat Ofisinə qarşı «hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi, vərəsəlik və mülkiyyət hüquqlarının tanınması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasınada baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh Göygöl rayon Notariat Ofisinə qarşı «hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi, vərəsəlik və mülkiyyət hüquqlarının tanınması tələbinə dair» iddia ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək babası X2 miras qalmış, Göygöl rayonu Tülallar kəndində yerləşən 0,24 hektar torpaq sahəsini onun ölümündən sonra anası X14 tərəfindən qəbul edillməsi, X5 01 iyun 1958-ci il tarixdə ölməsindən sonra isə vərəsəliyin onun tərəfindən qəbul edilməsi və onun həmin mülk üzrə vərəsəlik və mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək babası X3 30 oktyabr 1973-cü il tarixdə ölməsindən sonra ondan miras qalmış, Göygöl rayonu Tülallar kəndində yerləşən 0,24 hektar torpaq sahəsini onun qəbul etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi X15 izahat verərək bildirdi ki, İddiaçı babası X3 1927-ci ildə Əliqulu, 1930-cu ildə Zəhra, 1934-cü ildə Əsli və 1935-ci ildə Xanım adında uşaqları olmuşdur. İddiaçı xx xxxxxx 1956-cı il tarixdə X5 Bağırov Qurbanın nikahlarından anadan olmuşdur. X5 01 iyun 1958-ci il tarixdə, X3 30 oktyabr 1973-cü il tarixdə ölmüşdür. İddiaçı babası X3 30 oktyabr 1973-cü il tarixdə öldükdən sonra usə ondan miras qalmış Göygöl rayonu Tülallar kəndində yerləşən 0,24 hektar torpaq sahəsi İddiaçı tərəfindən miras əmlak kimi qəbul edimiş və idarə edilmişdir. Odur ki, o, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını хащиш еdir. Cavabdeh Göygöl rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.6-cı maddəsinin tələbinə görə, mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X11 ifadəsində göstərdi ki, o, İddiaçı babası X6 tanımışdır. İddiaçı babası X12 ilə birlikdə yaşamışdır. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X7 şahid X11 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanıb hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçıxx xxxxxx 1956-cı il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Arxiv Arayışlarından məlum olur ki, X9 1927-ci ildə, X13 1930-cu ildə, X16 1934-cü ildə və X16 1935-ci ildə anadan olmaqla onların atası X12, anaları Verdiyeva Pərnisə M.alı qızı olmuşdur. X9 18 mart 1952-ci ildə ölmüşdür. X3 və Verdiyeva Pərnisə M.alı qızının ər-atvad olmaları məlum olmuşdur. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”-nin surətindən görünür ki, X12 30 oktyabr 1973-cü il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş 21 oktyabr 2021-ci il tarixli 97 nömrəli Arxiv Arayışından məlum olur ki, X3 istifadəsində 0,24 hektar torpaq sahəsi vardır. Mülki işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri PHŞ-in 3 saylı ərazi İdarəsinin qeydiyyat tarixu 30 aprel 2024-cü il olan arayışından məlum olur ki, X3 mülkiyyətində Göygöl rayonu Tülallar kəndi ərazisində 0,12 hektar torpaq sahəsi vardır. Mülki işə əlavə edilmiş Göygöl rayonu İH başçısının Tülallar kənd İƏD üzrə nümayəndəsinin 18 oktyabr 2021-ci il tarixli arayışından məlum olur ki, X12 30 oktyabr 1973-cü il tarixdə ölmüş və o, ölən günə kimi nəvəsi İddiaçı ilə birlikdə yaşamışdır. Beləliklə məhkəmə iclasında aydın oldu ki, İddiaçı babası X8 məxsus Göygöl rayonu Tülallar kəndi ərazisində 0,12 hektar torpaq sahəsi vardır. X3 arvadı Verdiyeva Pərnisə M.alı qızı ilə birgə nikahlarından 4 nəfər uşaqları olmuşdur. İddiaçı Bağırov X10 Əkbər Hüseyn oğlu ilə birlikdə yaşamışdır. X12 30 oktyabr 1973-cü il tarixdə ölmüşdür. Onun ölümündən sonra ondan miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi və idarə edilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, həmin vaxtı İddiaçı 16 yaşı olmaqla tam fəaliyyət qabliyyətli şəxs olmamışdır. X1 ilə birlikdə yaşayan arvadı Verdiyeva Pərnisə M.alı qızının həmin vaxtı sağ olub, olmamasına dair hər hansı bir subut mülki işə əlavə edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmasına görə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Qeyd olunur ki, qanunverici mülki-hüquq münasibətlərini tənzimləyən yeni normativ-hüquqi akt qəbul etməklə, əvvəl yaranmış hüquq münasibətlərinin davamlılığı və sabitliyinə xələl gətirməmək üçün belə aktın hüquqi qüvvəsini onun qəbul edilməsindən sonra yaranan hüquq münasibətlərinə şamil edir. Bu hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1-ci maddəsində öz əksini tapmışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir”. 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsində qeyd edilmişdir ki, miras əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına vərəsəliyin qəbul edilmək barədə ərizə verdikdə miras qəbul edilmiş hesab olunur. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən edir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Beləliklə, məhkəmə hesab edir ki, mərhum X2 miras qalmış Göygöl rayonu Tülallar kəndi ərazisində yaşayış məntəqələrinin torpaqları koteqoriyasına aid olan 0,12 hektar torpaq sahəsinin İddiaçı tərəfindən qəbul edilmə faktı müəyyən edilməli, onun həmin əmlaka mülkiyyət hüquqları tanınmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-cı maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı, cavabdeh Göygöl rayon Notariat Ofisinə qarşı «hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi, vərəsəlik və mülkiyyət hüquqlarının tanınması tələbinə dair» iddiası təmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar