Məhkəmə qərarları › İş №2(066)-803/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-803/2023

05.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-803/2023 05.06.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X2 iclas kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili X9, cavabdehlər Cavabdeh2, Cavabdeh1, onun vəkili X1 iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması və evə köçürülmə” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması və evə köçürülmə” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, onun və azyaşlı övladları 04 iyun 2010-cu il təvəllüdlü X10 və 24 sentyabr 2013-cü il təvəllüdlü X11 Göygöl rayonu, Üçtəpə kəndində 0.0686 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77.8 kvm-dən ibarət fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən maneələrin aradan qaldırılması və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxx 1992-ci il tarixdə Göygöl rayonu, Üçtəpə kəndində anadan olmuşdur. Anadan olan gündən son zamanlara kimi iddiaçının atası X7 məxsus olan Göygöl rayonu, Üçtəpə kəndində 0.0686 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77.8 kvm-dən ibarət fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla yaşamışdır. İddiaçının atası bu yaxınlarda həmin evi Cavabdeh1 aldığı borc pul müqabilində girov kimi onun adına keçirmişdir. Alğı-satqı müqaviləsi imzalanan zaman iddiaçı evdə qeydiyyatda olmağına baxmayaraq, onun razılıq ərizəsi alınmamışdır. Onların razılaşmalarına əsasən iddiaçının atası cavabdehə hər ay pul ödəməli, borcunu ödəyib qurtarandan sonra isə evi yenidən atasının adına keçirilməsi razılaşdırılmışdır. Lakin iddiaçının atası bir müddət ödəmələri vaxtlı-vaxtında etsə də cavabdeh razılaşmalarından daha çox pul tələb etmiş, əks təqdirdə isə onları evdən çıxaracağı ilə hədələmişdir. Bundan sonra iddiaçının atası ilə cavabdeh arasında mübahisə yaranmışdır. Daha sonra isə cavabdeh iddiaçının atasının evdən çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmənin qətnaməsinə əsasən iddiaçının atasının evdən çıxarılması qət edilmişdir. Lakin həmin məhkəmə qətnaməsinin yalnız iddiaçının atasına münasibtdə çıxarılmasına baxmayaraq, cavabdeh evin açarlarını dəyişərək iddiaçını və azyaşlı uşaqlarını da evə buraxmamışdır. Hələ bu azmış kimi, Cavabdeh1 sonradan sözügedən evə dair digər Cavabdeh2 ilə formal alğı-satqı müqaviləsi də başlamışdır. Ona görə də iddiaçı onların hər ikisini də cavabdeh qismində göstərmişdir. İddiaçı bir daha da qeyd etmək istəyir ki, o, xx xxx 1992-ci il tarixdə Göygöl rayonu, Üçtəpə kəndində anadan olmuş və anadan olan gündən son zamanlara kimi atası X7 məxsus olan Göygöl rayonu, Üçtəpə kəndində 0.0686 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77.8 kvm-dən ibarət fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla yaşamışdır. Yəni sözügedən evin yaşayış sahəsinə iddiaçının istifadə hüququ vardır. Buna baxmayaraq, cavabdeh evin açarlarını dəyişərək iddiaçını və azyaşlı uşaqlarını evə buraxmır. Lakin iddiaçının yaşamağa başqa yeri yoxdur. Bu səbəbdən də iddiaçı 1992-ci ildən bəri yaşadığı Göygöl rayonu, Üçtəpə kəndində 0.0686 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77.8 kvm-dən ibarət fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması və həmin evə köçürülməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X9 iddia tələbini müdafiə edərək məhkəmədən təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının köçmək istədiyi ev ona yox, digər cavabdeh Aygünə məxsusdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili X3 iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri və şahidləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildə Xanlar rayonu, Üçtəpə kəndində doğulmuşdur. Göygöl rayonu, Üçtəpə kəndində qeydiyyatdadır. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8-70-İ-2070/2023 nömrəli, 15 may 2023-cü il tarixli arayışdan görünür ki, X16 və İddiaçı nikahı haqqında xx.xx.2009-cu il tarixdə 468 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Gəncə şəhər Qeydiyyat şöbəsi kimi qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsayev, arvada İsayeva soyadı verilmişdir. Göygöl RİHB-nın Üçtəpə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 oktyabr 2013-cü il tarixli, AZ-İİİ seriyalı, 108442 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 (X5, anası İddiaçı) 24 sentyabr 2013-cü il tarixdə Gəncə şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2013-cü ilin 10-cu ayının 12-ci günündə 10 nömrə ilə qeyd edilmişdir. Göygöl RİHB-nın Üçtəpə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 avqust 2010-cu il tarixli, AZ-İİ seriyalı, 398991 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 (X5, anası İddiaçı) 04 iyul 2010-cu il tarixdə Gəncə şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2010-cu ilin 08-ci ayının 12-ci günündə 17 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı ünvan 1 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-2279/2023 nömrəli məktubun surətindən görünür ki, Gəncə şəhər 3 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-141 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi X12 tərəfindən Cavabdeh1 satılmışdır və sonuncunun adına xx.xx.2021-ci il tarixli, **********35- 10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 (tam hissə, 77,8 kv/m fərdi yaşayış evini və 0,0686 ha torpaq sahəsini) alıcı Cavabdeh2 satmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeyddiyyat nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən xüsusi mülkiyyət növlü 77.80 kvadratmetr fərdi yaşayış evi Cavabdeh2 adına qeydiyyata alınmışdır. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X4 izahat verərək bildirdi ki, 30 ildir Nuranəni tanıyır, qonşusudur. Nuranə həmişə atası evində yaşayıb. Hətta ərə getdikdən sonra da qayıdaraq hazırki mübahisəli evdə yaşamışdır. O, ər evinə hərdənbir gedirdi. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X6 izahat verərək bildirdi ki, Nuranən onun gəlinidir. Nuranə onun oğlu ilə 2009-cu ildə evlənsə də o həmişə atası evində yaşayıb. Oğlum Nuranəni məndən icazəsiz alıb. 2017-ci ildən sonra da Nuranə atası evində yaşayıb. Nuranə onların evinə heç bir cehiz əmlak gətirməyib. Nuranə onların evinə hərdənbir gəlirdi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması və evə köçürülmə” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, İddiaçı xx xxx 1992-ci il tarixdə Göygöl rayonu, Üçtəpə kəndində anadan olmuşdur. Anadan olan gündən son zamanlara kimi iddiaçının atası X7 məxsus olan Göygöl rayonu, Üçtəpə kəndində 0.0686 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77.8 kvm-dən ibarət fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla yaşamışdır. İddiaçının atası bu yaxınlarda həmin evi Cavabdeh1 aldığı borc pul müqabilində girov kimi onun adına keçirmişdir. Alğı-satqı müqaviləsi imzalanan zaman iddiaçı evdə qeydiyyatda olmağına baxmayaraq, onun razılıq ərizəsi alınmamışdır. Onların razılaşmalarına əsasən iddiaçının atası cavabdehə hər ay pul ödəməli, borcunu ödəyib qurtarandan sonra isə evi yenidən atasının adına keçirilməsi razılaşdırılmışdır. Lakin iddiaçının atası bir müddət ödəmələri vaxtlı-vaxtında etsə də cavabdeh razılaşmalarından daha çox pul tələb etmiş, əks təqdirdə isə onları evdən çıxaracağı ilə hədələmişdir. Bundan sonra iddiaçının atası ilə cavabdeh arasında mübahisə yaranmışdır. Daha sonra isə cavabdeh iddiaçının atasının evdən çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmənin qətnaməsinə əsasən iddiaçının atasının evdən çıxarılması qət edilmişdir. Lakin həmin məhkəmə qətnaməsinin yalnız iddiaçının atasına münasibtdə çıxarılmasına baxmayaraq, cavabdeh evin açarlarını dəyişərək iddiaçını və azyaşlı uşaqlarını da evə buraxmamışdır. Hələ bu azmış kimi, Cavabdeh1 sonradan sözügedən evə dair digər Cavabdeh2 ilə formal alğı-satqı müqaviləsi də başlamışdır. Ona görə də iddiaçı onların hər ikisini də cavabdeh qismində göstərmişdir. İddiaçı bir daha da qeyd etmək istəyir ki, o, xx xxx 1992-ci il tarixdə Göygöl rayonu, Üçtəpə kəndində anadan olmuş və anadan olan gündən son zamanlara kimi atası X7 məxsus olan Göygöl rayonu, Üçtəpə kəndində 0.0686 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77.8 kvm-dən ibarət fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla yaşamışdır. Yəni sözügedən evin yaşayış sahəsinə iddiaçının istifadə hüququ vardır. Buna baxmayaraq, cavabdeh evin açarlarını dəyişərək iddiaçını və azyaşlı uşaqlarını evə buraxmır. Lakin iddiaçının yaşamağa başqa yeri yoxdur. Bu səbəbdən də iddiaçı 1992-ci ildən bəri yaşadığı Göygöl rayonu, Üçtəpə kəndində 0.0686 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77.8 kvm-dən ibarət fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması və həmin evə köçürülməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra Konstitusiya) 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Mülkiyyət hüququ əsas insan hüquq və azadlıqları sistemində, xüsusən də İnsan hüquqları haqqında ümumi Bəyannamənin 17-ci maddəsində və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya (Avropa Konvensiyasına) Əlavə (1 saylı) protokolun 1-ci maddəsində təsbit edilmiş hüquqlar sırasında mühüm yer tutur. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. İş materiallarından və məhkəmə iclasında dindirilmiş şahid ifadələrindən müəyyən edilir ki, hazırki mübahisəli ev iddiaçının atası Gəray tərəfindən alğı-satqı əsasında Cavabdeh1 satılmışdır. İş materiallarından daha sonra müəyyən edilir ki, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən mübahisəli ev alğı-satqı əsasında Cavabdeh2 satılmışdır. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahidlərin ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, iddiaçı 2009-cu ildə ailə həyatı qurmuşdur və bugünədək rəsmi nakahdadır. Belə olan halda iddiaçının evləndikdən sonra daimi olaraq ata evində yaşaması inandırıcı hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının müəyyən vaxtlarda valideynlərinin yanına gəlib-getməsi və hərdən orada qalması ona mübahisəli mənzilə sitifadə hüququnun yaranması üçün əsas vermir. Bundan başqa məhkəmə iddiaçının mübahisəli evdə qeydiyyatda olmasına münasibət bildirərək qeyd edir ki, “Ü.Rəhimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 17 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2009-cu il tarixli qərarında Konstitusiya Məhkəməsi şəxsin mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsinə, həmin mənzilə qeydiyyata düşməsinə əsaslanaraq mənzilə istifadə hüququ əldə etməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi qənaəti Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarına zidd hesab etmiş və bu halın mülkiyyətçinin Konstitusiyanın 13 və 29-cu maddələrində, Mülki Məcəllənin 152.1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirmişdir. Eyni hüquqi mövqe, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında da göstərilmişdir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Eyni zamanda hazırki işdən daha sonra müəyyən edilir ki, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən mübahisəli ev ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətindədir. “Akimovanın Azərbaycana qarşı” işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, iddiaçının mübahisəli mənzildə qanunsuz yaşaması cavabdehin bir mülkiyyətçi kimi Konstitusiya və qanunlarla təminat verilmiş mülkiyyət hüquqlarını pozur. Belə ki, iddiaçının müvafiq mənzildə yaşamaları üçün hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” işdə Məhkəmə həmçinin göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə mülkiyyət hüququ əsasında məxsus olan evdən istifadə etməsi cavabdehin sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyrisabit” xarakter almasına dəlalət edir. İddiaçının qanunsuz müdaxiləsi nəticəsində cavabdehə mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Bundan başqa məhkəmə daşınmaz əmlakın hazırkı mülkiyyətçisinin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsinə münasibətdə (vicdanlı alıcı olubolmaması) barədə qeyd edir ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, yuxarıda qeyd olunduğu kimi, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur. (Konstitusiya Məhkəməsi Plenumunun S.Məmmədovanın şikayəti üzrə 27 oktyabr 2004cü il tarixli Qərarı). Həmçinin, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli qərarında qeyd edilmişdir ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Paduraru Rumıniyaya qarşı” işində daşınmaz əmlakın alqı-satqısında vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmasına dair yerli qanunvericiliyinin mövcudluğuna əsaslanaraq, həmin işdə ərizəçinin geri tələb edilən əmlakının ona qaytarılmasını mümkün olmadığını qeyd edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Bundan başqa, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə, isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Bu konteksdə məhkəmə hesab edir ki, iddianın təmin olunması qanuni olmamaqla yanaşı, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğun ola bilməz. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. MPM-nin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması və evə köçürülmə” tələbinə dаir iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnаmənin surəti rəsmi qаydаdа verildiyi gündən 1 (bir) аy müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov. № 2(066)-803/2023 AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN QƏTNAMƏDƏNÇİXARİŞ Göygöl Rayon Məhkəməsi 05 iyun 2023-cü il Göygöl şəhəri. Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X2 iclas kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili X9, cavabdehlər Cavabdeh2, Cavabdeh1, onun vəkili X1 iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması və evə köçürülmə” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması və evə köçürülmə” tələbinə dаir iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnаmənin surəti rəsmi qаydаdа verildiyi gündən 1 (bir) аy müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar