Məhkəmə qərarları › İş №2(066)-812/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-812/2025

30.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-812/2025 30.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, cavabdeh (digər iş üzrə iddiaçı) Cavabdeh1 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və İddiaçı2 qarşı “evdən çıxarılma” tələbinə və iddiaçılar İddiaçı2 və Cavabdeh1 cavabdehlər İddiaçı1, X3 və İddiaçı3 qarşı «pul» tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmə baxış iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 cavabdehlər Cavabdeh1 və İddiaçı2 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-095A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətində olan Göygöl rayonu Çaylı kəndində yerləşən 0.07 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən yaşayış evindən Cavabdeh1 çıxarılması, eyni zamanda da dövlət rüsumuna görə ödədiyi 100 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı2 və Cavabdeh1 cavabdeh İddiaçı1, X3 və İddiaçı3 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı1, X2 və İddiaçı3 öhdəlikdən irəli gələn 15000 (on beş min) manat pul məbləğinin müştərək qaydada tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Göygöl Rayon Məhkəməsinin 2(066)-812/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı1 Cavabdeh1 və İddiaçı2 qarşı “evdən çıxarılma” tələbinə və iddiaçılar İddiaçı2 və Cavabdeh1 cavabdehlər İddiaçı1, X3 və İddiaçı3 qarşı «pul» tələbinə dair mülki iş üzrə müstəqil qiymətləndirici təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Bundan sonra İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə ərizə göndərərək mübahisə üzrə tərəflərin öz aralarında razılığa gəlməsini, ona görə də işin icraatının təzələnməklə hər iki iddianın baxılmadan iddia ərizəsini və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Həmçinin cavabdehlər (digər iş üzrə iddiaçılar) Cavabdeh1 və İddiaçı2 məhkəməyə ərizə ilə müraciət edərək, mübahisə üzrə tərəflərin ilikn iddiaçı ilə öz aralarında razılığa gəlməklə mübahisəni məhkəmədən kənar həll etmələrini, ona görə də işin icraatının təzələnməklə hər iki iddianın baxılmadan iddia ərizəsini və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Məhkəmə icalsında iştirak edən cavabdeh (digər iş üzrə iddiaçı) Cavabdeh1 tərəflərindən verilmiş ərizəni müdafiə edərək, iddianın baxılmadan iddia ərizəsini və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə ki, İddiaçı1 və İddiaçı2 məhkəmə iclasına gəlmədiyindən, onların razılığını almaq mümkün olmadığı kimi, onların iradəsi ərizəsinin qaytarılması istiqamətində olduğundan məhkəmə hesab edir ki, buna zərurət də mövcud deyildir. Məhkəmə hesab edir ki, ərizəsi baxılmamış saxlanılmalı, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, həmçinin iddia ərizələri verilərkən ödənilmiş dövlət rüsumları tərəflərə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 cavabdehlər Cavabdeh1 və İddiaçı2 qarşı “evdən çıxarılma” tələbinə və iddiaçılar İddiaçı2 və Cavabdeh1 cavabdehlər İddiaçı1, X3 və İddiaçı3 qarşı «pul» tələbinə dair iddia ərizələri baxılmamış saxlanılsın. İş üzrə "xxxx"ASC vasitəsi ilə xx.xx.2025-ci il tarixli, əməliyyat İD 895348256, qəbzin nömrəsi 18201, terminal nömrəsi K0183011, büdcə səviyyə kodu 142213, GPP qəbzin nömrəsi **********, məhkəmənin hesabına ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi Göygöl Rayon Maliyyə şöbəsi tərəfindən İddiaçı1 geri qaytarılsın. İş üzrə "xxxx"ASC vasitəsi ilə xx.xx.2025-ci il tarixli, əməliyyat İD 795464893, qəbzin nömrəsi 30243, terminal nömrəsi K0100961, büdcə səviyyə kodu 142211, GPP qəbzin nömrəsi **********, məhkəmənin hesabına ödənilmiş 135 (bir yüz otuz beş) manat dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi Göygöl Rayon Maliyyə şöbəsi tərəfindən İddiaçı2 geri qaytarılsın. Ərizə və ona əlavə edilmiş sənədlər iş üzrə tərəflərə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar