Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-814/2024 29.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair» ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasınada baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair» ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək X4ndan miras qalmış ünvan 1 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsini miras əmlak kimi qəbul edilməsi faktının müəyyən olunması, həmin miras əmlakı mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, o, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. X4 ilə anası X6 birgə nikahlarından bacıları 26 dekabr 1973-cü il təvəllüdlü X8, 11 may 1975-ci il təvəllüdlü X9 və xx xxx 1979cu il tarixdə o, anadan olmuşdur. Valideyinləri 01 dekabr 1992-ci il tarixdə ayrılmışlar. Onun X4nun mülkiyyətinə Xanlar Rayon Aqrar İslahat Komissiyasınmın 07 fevral 2003-cü il tarixli 01 saylı qərarına əsasən ünvan 1 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. X4 10 mart 2018-ci il tarixdə ölmüşdür. Atası öldükdən sonra ondan miras qalmış torpaq sahəsini o, miras əmlak kimi qəbul etmiş və idarə etmişdir. Belə ki bacıları 26 dekabr 1973-cü il təvəllüdlü X8, 11 may 1975-ci il təvəllüdlü X3 Federasiyasında yaşayırlar. O miras qəbulu ilə bağlı notariat orqanlarına müraciət etmiş olsa da ona müddətin keçməsi ilə əlaqədar imtina verilmişdir. Odur ki, o, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını хащиш еdir. Maraqlı şəxs Göygöl rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.6-cı maddəsinin tələbinə görə, mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X10 ifadəsində göstərdi ki, o, ərizəçinin bibisi oğludur. Ərizəçi X4 10 mart 2018-ci il tarixdə öldükdən sonra ondan miras qalmış Sətta Bəhlulzadə küçəsi 62 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsini Ərizəçi faktiki olaraq qəbul etmiş və idarə etmişdir. Onun bacıları 26 dekabr 1973cü il təvəllüdlü X8, 11 may 1975-ci il təvəllüdlü X3 Federasiyasında yaşayırlar. Onlar atalarının dəfninədə gəlməmişlər. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadələrini dinləyib iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanıb hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin, “Doğum haqqında şəhadətnamə”-nin surətindən və 1 saylı Gəncə “Asan Xitməti” Mərkəzinin Ədliyyə Nizirliyinin Qeydiyyat şöbəsinin 21 fevral 2024-cü il tarixli arayışından məlum olur ki, X8 26 dekabr 1973-cü il tarixdə, X9 11 may 1975-ci il tarixdə və Ərizəçi xx xxx 1979-cu il tarixdə anadan olmuşdur. Onaların ataları kimi, X12, anaları kimi isə X13 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş “Nikahın pozulması haqqında şəhadətnamə”-nin surətindən məlum olur ki, X12 ilə X13 arasında nikah 01 dekabr 1992-ci il tarixdə pozulmuşdur. Mülki işə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-245A (KOD:********) nömrəli şəhadətnamədən məlum olur ki, X7 mülkiyyətinə Xanlar Rayon Aqrar İslahat Komissiyasınmın 07 fevral 2003-cü il tarixli 01 saylı qərarına əsasən Xanlar (hazırkı Göygöl) şəhəri ərazisində 0,06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”-nin surətindən görünür ki, X12 10 mart 2018-ci il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş Göygöl rayon Mənzil Kommunal Təsərrüfatı İB-nin tərəfindən verilmiş 19 fevral 2024-cü il tarixli arayışdan görünür ki, X12 10 mart 2018-ci il tarixdə ölmüşdür. X1 və ölən vaxata kimi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində oğlu Ərizəçi ilə birlikdə yaşamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası təmamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbni üzrlü sayarsa, uzada bilər.Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən edir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq qardaşı qızı ərizəçi X14 onun birinci növbəli vərəsəsi kimi галмышдыр. Azərbaycan Respublikası MM-in 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması ilə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Beləliklə, məhkəmə hesab edir ki, X2 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi Ərizəçi tərəfindən qəbul edilmə faktı müəyyən edilməli, onun həmin əmlaka mülkiyyət hüquqları tanınmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-cı maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDИ: Ərizəçi «mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair» ərizəsi təmin edilsin. X2 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinin, onun vərəsəsi Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Həmin torpaq sahəsinə Ərizəçi vərəsəlik və mülkiyyət hüquqları tanınsın. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(066)-814/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-814/2024
29.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver