Məhkəmə qərarları › İş №2(066)-82/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-82/2025

12.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-82/2025 12.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynov Nicat Mübariz oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Göyüşova (Həmzəyeva) Nazilə Cəbrayıl qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Göyüşova (Həmzəyeva) Nazilə Cəbrayıl qızına qarşı «vərəsə tanınma, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras üzrə payın müəyyən edilməsi» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Göyüşova (Həmzəyeva) Nazilə Cəbrayıl qızına qarşı «vərəsə tanınma, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras üzrə payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun, yəni İddiaçı 25 may 2022-ci il tarixdə vəfat etmiş mərhum X3nun və 02 iyul 2006-cı il tarixdə vəfat etmiş mərhum anası X9 vərəsəsi tanınmağı, 25 may 2022-ci il tarixdə vəfat etmiş mərhum X3ndan və 02 iyul 2006-cı il tarixdə vəfat etmiş mərhum anası X7 miras qalmış Göygöl rayonu Topalhəsənli kəndində yerləşən (Torpağın Mülkiyyətə Verilməsinə dair JN-091A KOD 50800038 saylı Şəhadətnamədə göstərilən) 0,04 ha və (Torpağın Mülkiyyətə Verilməsinə dair JN-091F KOD 508000338 saylı Şəhadətnamədə göstərilən) 0,17 ha torpaq sahələrini və mərhum X3ndan miras qalmış Göygöl rayonu Topalhəsənli kəndində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi onun faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsi, mərhum X3ndan və mərhum anası X7 miras qalmış Göygöl rayonu Topalhəsənli kəndində yerləşən (Torpağın Mülkiyyətə Verilməsinə dair JN-091A KOD 50800038 saylı Şəhadətnamədə göstərilən) 0,04 ha və (Torpağın Mülkiyyətə Verilməsinə dair JN-091F KOD 508000338 saylı Şəhadətnamədə göstərilən) 0,17 ha torpaq sahələrinə və mərhum X3ndan miras qalmış Göygöl rayonu Topalhəsənli kəndində yerləşən fərdi yaşayış evinə onun tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X3 ilə mərhum anası X9 rəsmi nigahlarından tel:15.10.1958xx.xx.1958-ci ildə Cavabdeh1, tel:11.01.1961xx.xx.1961-ci ildə Cavabdeh2, tel:14.12.1963xx.xx.1963-cü ildə Cavabdeh3, tel:09.08.1966xx.xx.1966-cı ildə özü İddiaçı və tel:26.07.1970xx.xx.1970-ci ildə X10 adlı uşaqları doğulmuşdur. X3 02 iyul 2006-cı ildə, anası X19 isə 25 may 2022-ci il tarixdə vəfat etmişlər. Mərhum X3ndan Göygöl rayonu Topalhəsənli kəndində yerləşən fərdi yaşayış evi, mərhum X3ndan və mərhum anası X7 (Torpağın Mülkiyyətə Verilməsinə dair JN-091A KOD 50800038 saylı Şəhadətnaməyə əsasən) 0,04 ha və (Torpağın Mülkiyyətə Verilməsinə dair JN-091F KOD 508000338 saylı Şəhadətnaməyə əsasən) 0,17 ha torpaq sahəsi miras qalmışdır. Belə ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli 16 nömrəli qərarına əsasən mərhum X3nun və mərhum anası X9 mülkiyyətlərinə (Torpağın Mülkiyyətə Verilməsinə dair JN-091A KOD 50800038 saylı Şəhadətnaməyə əsasən) 0,04 ha və (Torpağın Mülkiyyətə Verilməsinə dair JN-091F KOD 508000338 saylı Şəhadətnaməyə əsasən) 0,17 ha torpaq sahəsi verilmişdir. Atasının mülkiyyətində olan yaşayış evi həmin 0.17 ha torpaq sahəsində yerləşir. Valideyinlərinin vafatından sonra onlardan miras qalmış əmlakları vərəsələrdən yalnız ozü qəbul edib istifadə edir. Valideyinlərinin sağlığında və eləcə də onların vəfatından sonra mübahisəli evdə yaşamış və valideyinləri vəfat edərkən onların dəfn xərcini də özü çəkmişdir. O, valideyinlərindən miras qalmış fərdi yaşayış evini və torpaq sahəsini qəbul edib istifadə etməsinə baxmayaraq digər vərəsələr olan cavabdehlər razılıq vermədiklərindən adına rəsmiləşdirə bilmir. Beləliklə onların aralarında narazılıq yarandığına görə məhkəmədə həmin iddianı qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, X25 və anası X22 rayonunun Topalhəsənli kəndində yerləşən 0,34 ha torpaq sahəsinə dair onların adına JN-0059, KOD 50800038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib edilmişdir. Bu miras üzrə də payın müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Göstərilənlərə əsasən məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məqsədəuyğun hesab etdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, miras əmlakı o qəbul etmiş və ondan başqa miras əmlakını qəbul edən vərəsə olmayıb. Hazırda miras qalmış həmin mülkdə özü yaşayır. Onlar bir bacı dörd qardaş olmuşlar. Ataları və anaları rəhmətə getmişdir. Miras əmlak 34 sot, 17 sot və 4 sot torpaq sahəsindən ibarətdir. Hər üç miras əmlakı özü istifadə edir. Atası və anası rəhmətə gedəndən sonar miras əmlakdan ancaq özü istifadə etmiş və hazırda da mirası qəbul etmişdir. Digər bacı-qardaşları notarial qaydada ərizə verərək mirası qəbul etmədiklərini bildirmişlər. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək göstərdi ki, miras əmlakdan imtina və miras əmlakla bağlı hər hansı tələbinin olmaması ilə bağlı notarial qaydada verdiyi ərizəni təsdiq edir. Miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsinə razıdır. İddia tələbinin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iclasında cavabdeh X4 iddianı qəbul edərək göstərdi ki, miras əmlakdan imtina və miras əmlakla bağlı hər hansı tələbi olmaması ilə bağlı notarial qaydada verdiyi ərizəni təsdiq edir. Həmçinin miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsinə razıdır. Odur ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul edərək göstərdi ki, miras əmlakla bağlı hər hansı tələbinin olmaması ilə bağlı notarial qaydada verdiyi ərizəni o da təsdiq edir. Miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsinə və iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, məhkəmə iclasında müəyyən olunan halları və mülki işdə olan sübutları tədqiq edib məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X18 ilə X11 nikahları xx.xx.1959-cu il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra ərə Həmzəyev, arvada Həmzəyeva soyadı verilmişdir. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh3 xx xxxxxx 1963-cü ildə Göygöl rayonunda anadan olmuşdur. X3, anası X14r. xx.xx.1966-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 09 avqust 1966-cı ildə anadan olmuşdur. X3, anası X14r. xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxx 1970-ci ildə anadan olmuşdur. X3, anası X14r. xx.xx.1961-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx xxxxxx 1961-ci ildə anadan olmuşdur. X3, anası X14r. xx.xx.2017-ci il tarixli, AZ-İ 849244 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2006-cı il tarixdə ölmüşdür. xx.xx.2022-ci il tarixli, AZ-İİ 240278 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Göygöl rayon Notariat ofisinin 11 oktyabr 2024-cü il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, İddiaçı Göygöl rayon notariat ofisinə daxil olmuş ərizəsinə və ona əlavə olunmuş digər sənədlərə təkrar olaraq baxılmışdır. Onun mərhum X3nun və mərhum anası X9 vəfat etdiyinə, Göygöl rayonu, Topalhəsənli kəndində adlarına miras əmlak qaldığına görə həmin miras əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini istəyir. Bununla əlaqədar olaraq təkrar izah olunur ki, qardaşı Cavabdeh3 və onun Göygöl rayon notariat ofisinə ünvanladığı 20 dekabr 2023-cü il tarixli ərizələrinə əsasən vərəsələr arasında həmin miras əmlaklara dair mübahisə mövcüd olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət etmələri onlara tövsiyə olunur. Göygöl rayon Dövlət Arxivinin 28 avqust 2023-cü il tarixli arxiv arayışından görünür ki, Göygöl (Xanlar) rayon İcra Hakimiyyəti Başçısının Topalhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid 04 nömrəli təsərrüfatbaşına kitabın 373 nömrəli şəxsi hesab vərəqində X6 adına 1961-ci ildə tikilmiş ümumi sahəsi 56 kvm olan ev və 0.21 ha torpaq sahəsi qeydə alınmışdır. Göygöl rayon İcra Hakimiyyəti Başçısının Topalhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 07 dekabr 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı mərhum anası X19 xx.xx.2022-ci il tarixdə ölmüşdür və ölən günədək Göygöl rayonu Topalhəsənli kəndində qeydiyyatda olub və yaşamışdır. Öləndən sonra xx.xx.1958-ci il təvəllüdlü oğlu Cavabdeh1, xx.xx.1961-ci il təvəllüdlü oğlu Cavabdeh2, xx.xx.1966-cı il təvəllüdlü oğlu İddiaçı, xx.xx.1963-cü il təvəllüdlü oğlu Cavabdeh3 və xx.xx.1970-ci il təvəllüdlü qızı Cavabdeh4 adlı ailə üzvləri qalmışdır. 1 saylı Gəncə “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 05/09İS/187392-23 nömrəli arayışdan görünür ki, xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. X18 xx.xx.1930-cu ildə Göygöl rayonunun Topalhəsənli kəndində anadan olmuş, arvadı xx.xx.1935-ci il təvəllüdlü X19 (vəfat edib xx.xx.2022), xx.xx.1958-ci il təvəllüdlü oğlu Cavabdeh1, xx.xx.1961-ci il təvəllüdlü oğlu Cavabdeh2, xx.xx.1966-cı il təvəllüdlü oğlu İddiaçı, xx.xx.1963-cü il təvəllüdlü oğlu Cavabdeh3 və xx.xx.1970-ci il təvəllüdlü qızı Cavabdeh4dır. 1 saylı Gəncə “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 05/09İS/188276-23 nömrəli arayışdan görünür ki, xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. X19 xx.xx.1935-ci ildə Göygöl rayonunun Topalhəsənli kəndində anadan olmuş, əri xx.xx.1930-cu il təvəllüdlü X18, xx.xx.1958-ci il təvəllüdlü oğlu Cavabdeh1, xx.xx.1961-ci il təvəllüdlü oğlu Cavabdeh2, xx.xx.1966-cı il təvəllüdlü oğlu İddiaçı, xx.xx.1963-cü il təvəllüdlü oğlu Cavabdeh3 və xx.xx.1970-ci il təvəllüdlü qızı Cavabdeh4dır. JN-091F, KOD 50800038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə X8 və X12 mülkiyyətinə 0.17 ha həyətyanı torpaq sahəsi verilmişdir. JN-091A, KOD 50800038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə X8 və X12 mülkiyyətinə 0.04 ha həyətyanı torpaq sahəsi verilmişdir. JN-0059, KOD 50800038 saylı “Torpağın mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə X8 mülkiyyətinə 0.34 ha həyətyanı torpaq sahəsi verilmişdir. Göygöl Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 2(066)-934/2024 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 091A, KOD 50800038 nömrəli və JN-091F, KOD 50800038 nömrəli şəhadətnamələrin X13 və X15 məxsus olması faktının təsdiq edilməsi qət edilmişdir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, onlar İddiaçı iddiası qəbul edirlər. Torpaqdan və evdən heç bir pay istəmirlər. Odur ki, torpaq və evin qardaşları Raufun adına sənədləşdirilməsinə etiraz etmirlər. 19 iyun 1988-ci il tarixli texniki pasportun və sxemanın surətindən görünür ki, Göygöl rayonunun Topalhəsənli kəndində yerləşən 5 otaqlı mülk X6 mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 13 dekabr 2024-cü il tarixli 3-21-3-33/2-14159/2024 saylı məhkəməyə ünvanlanmış məktubundan görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-091A, KOD 50800038 nömrəli və JN-091F, KOD 50800038 nömrəli şəhadətnamələrin qüvvədə olub-olmamasına dair məlumat verməklə həmin şəhadətnamələrin təsdiq edilmiş surətlərinin göndərilməsi və xx.xx.2022-ci ildə vəfat etmiş X6 və xx.xx.2006-cı ildə vəfat etmiş X9 adlarına hər hansı bir əmlakın olub-olmaması barədə məktuba baxılmışdır. Bildirilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına istinadən Xanlar rayon Aqrar İslahat Komissiyasının tel:03.11.1997xx.xx.1997-ci il tarixli, 16 saylı qərarı ilə Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsinə dair X8 və X12 adlarına "Torpağın mülkiyyətə verilməsinə dair" JN-091F, KOD 50800038 nömrəli şəhadətnamə işlənmişdir. Həmin şəhadətnamə əsasında Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən fərdi yaşayış evinə dair X6 və X9 adlarına tel:28.11.2024xx.xx.2024-cü il tarixli, **********66-10301 reyestr nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında Dövlət reyestrindən arayış verilmişdir. Xanlar rayon Aqrar İslahat Komissiyasının tel:03.11.1997xx.xx.1997-ci il tarixli, 16 saylı qərarı ilə Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinə dair X8 və X12 adlarına "Torpağın mülkiyyətə verilməsinə dair" JN-091A, KOD 50800038 nömrəli şəhadətnamə işlənmişdir. İddiaçı 3 saylı Gəncə Ərazi İdarəsinə həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə tel:16.11.2024xx.xx.2024-cü il tarixli, tel:1524031645********** qeydiyyat nömrəli elektron ərizəsi əsasında müvafiq çıxarışın verilməsi tel:02.01.2025xx.xx.2025-ci il tarixə nəzərdə tutulmuşdur. Xanlar rayon Aqrar İslahat Komissiyasının tel:03.11.1997xx.xx.1997ci il tarixli, 16 saylı qərarı ilə Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən 0,34 ha torpaq sahəsinə dair X8 və X12 adlarına "Torpağa mülkiyyət hüququna dair" JN-0059, KOD 50800038 nömrəli Dövlət aktı işlənmişdir. Sorğuda qeyd olunan X8 və X12 adlarına olan "Torpağın mülkiyyətə verilməsinə dair" JN-091A, KOD 50800038 nömrəli və JN-091F, KOD 50800038 nömrəli şəhadətnamənin və "Torpağa mülkiyyət hüququna dair JN-0059, KOD 50800038 nömrəli Dövlət aktının ləğv edilməsi barədə 3 saylı Gəncə Ərazi İdarəsinə məlumat daxil olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 26 dekabr 2024-cü il tarixli 3-21-3-33/2-14762/2024 saylı məhkəməyə ünvanlanmış məktubundan görünür ki, JN-091A, KOD 50800038 nömrəli və JN-091F, KOD 50800038 nömrəli şəhadətnamələrin qüvvədə olub-olmamasına dair məlumat verməklə həmin şəhadətnamələrin təsdiq edilmiş surətlərinin göndərilməsi və xx.xx.2022ci ildə vəfat etmiş X6 və xx.xx.2006-cı ildə vəfat etmiş X9 adlarına hər hansı bir əmlakın olub-olmaması barədə məktuba baxılmışdır. 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən, X6 və 02 iyul 2006-cı ildə vəfat etmiş X9 adlarına aşkar edilmiş daşınmaz əmlaklar barəsində məlumatlar aşağıdakı kimidir:

1. Xanlar rayon Aqrar İslahat Komissiyasının tel:03.11.1997xx.xx.1997-ci il tarixli, 16 nömrəli qərarına əsasən Xanlar rayon Topalhəsənli kəndində yerləşən 0.04 ha torpaq sahəsinə dair X8 və X12 adına JN-091 A, KOD 50800038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Göygöl Rayon Məhkəməsinin tel:21.08.2024xx.xx.2024-cü il tarixli, 2(066)-934/2024 nömrəli (hakim: Mübariz Məmmədov) qətnaməsinə əsasən ərizəçi İddiaçı "sənədin şəxsə məxsus olması faktına dair ərizəsi təmin edilmiş, "Torpağın mülkiyyətə verilməsinə dair" JN-091 A (KOD tel:50800038********) nömrəli və JN-091 F (KOD tel:50800038********) nömrəli şəhadətnamələrin X13 və X15 məxsus olması faktının təsdiq edilməsi qət edilmişdir. Göygöl Rayon Məhkəməsinin tel:06.09.2024xx.xx.2024-cü il tarixli, 2(066)- 934/2024 nömrəli (hakim: Mübariz Məmmədov) "yanlışlığın düzəldilməsi barədə qərardadına əsasən Göygöl Rayon Məhkəməsinin tel:21.08.2024xx.xx.2024-cü il tarixli, 2(066)-934/2024 nömrəli qətnaməsində buraxılmış yanlışlıqların düzəldilməsi, qeyd olunan qətnamənin giriş hissəsinin 1-ci vərəqinin 2-ci abzasında "İddiaçı qızı" sözləri, "İddiaçı" sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Qeyd olunan şəhadətnamə və məhkəmə qərarı nəzərə alınaraq Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən 0.04 ha torpaq sahəsinə dair ümumi birgə mülkiyyət olmaqla X6 və X16 adına tel:23.12.2024xx.xx.2024-cü il tarixli, tel:1524031645********** qeydiyyat nömrəli, **********45 reyestr nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayış verilmişdir.

2. Xanlar rayon Aqrar İslahat Komissiyasının tel:03.11.1997xx.xx.1997-ci il tarixli, 16 nömrəli qərarına əsasən Xanlar rayon Topalhəsənli kəndində yerləşən 0.17 ha torpaq sahəsinə dair X8 və X12 adına JN-091 F. KOD 50800038 saylı Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə tərtib edilmişdir. Yuxarıda qeyd olunan məhkəmə qərarı, X6 adına tərtib edilmiş tel:19.06.1988xx.xx.1988-ci il tarixli texniki pasport və JN-091 F, KOD 50800038 saylı "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə nəzərə alınaraq Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən fərdi yaşayış evinə dair ümumi birgə mülkiyyət olmaqla X6 və X9 adına tel:28.11.2024xx.xx.2024-cü il tarixli, tel:1524031638********** qeydiyyat nömrəli, **********66-10301 reyestr nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayış verilmişdir.

3. Xanlar rayon Agrar İslahat Komissiyasının tel:03.11.1997xx.xx.1997-ci il tarixli, 16 nömrəli qərarına əsasən Xanlar rayon Topalhəsənli kəndində yerləşən 0.34 ha torpaq sahəsinə dair X8 və X12 adına JN-0059, KOD 50800038 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Məlumat üçün bildirilmişdir ki, "Torpağa mülkiyyət hüququna dair" JN-0059, KOD 50800038 nömrəli X31 Aktlarının qeydiyyat kitabında, Adlı siyahı məlumatlarında (DBF) və Kompleks Yerquruluşu planında (DWG) öz əksini tapmışdır. xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışın surətindən görünür ki, Göygöl rayonu Topalhəsənli kəndində 0.1605 ha torpaq sahəsində yerləşən 94.6 kv.m yaşayış məntəqələrinin torpaqları təyinatlı fərdi yaşayış evi X6 və X9 mülkiyyətinə verilmişdir. xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışın surətindən görünür ki, Göygöl rayonu Topalhəsənli kəndində 0.04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi X6 və X9 mülkiyyətinə verilmişdir. xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışın surətindən görünür ki, Göygöl rayonu Topalhəsənli kəndində 0.04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi X6 və X9 mülkiyyətinə verilmişdir. Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 notariat ofisində təsdiq edilmiş ərizələrindən görünür ki, onlar X1 və anaları X9 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onlara məxsus olan bütün miras əmlakdan onlara çatası miras paylarını (və ya məcburi miras paylarını) qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmişlər, indi də etmirlər və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmirlər. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1963-cü ildə doğulmuşdur. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1961-ci ildə doğulmuşdur. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1958-ci ildə doğulmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh4 xx.xx.1970-ci ildə doğulmuşdur. Beləliklə məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, miras qoyan X18 və X9 birgə nikahlarından İddiaçı, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 adlı 5 uşaqları olmuşdur. X1 02 iyul 2006-cı il tarixdə, anaları X19 isə 25 may 2022-ci il tarixdə vəfat etmişdir. Yuxarıda qeyd edilən sənədlərlə təsdiq olunur ki, hazırkı mülki iş üzrə mübahisəli miras əmlaklar Torpağın Mülkiyyətə Verilməsinə dair JN-091A, Kod 50800038 nömrəli Şəhadətnamə ilə daşınmaz əmlakın reyster nömrəsi **********45 olan, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2024 olan Göygöl (Xanlar) rayonu Topalhəsənli kəndində yerləşən 0.04 ha torpaq sahəsi; Torpağın Mülkiyyətə Verilməsinə dair JN-091F, Kod 50800038 nömrəli Şəhadətnamə ilə Göygöl (Xanlar) rayonu Topalhəsənli kəndində yerləşən 0.17 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın reyster nömrəsi **********66-10301 olan, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2024 olan, 94.6 kv.m ibarət fərdi yaşayış evi və Torpağa Mülkiyyət Hüququna dair JN-0059, Kod 50800038 nömrəli Dövlət Aktı ilə Göygöl (Xanlar) rayonu Topalhəsənli kəndində yerləşən 0.34 ha torpaq sahəsi X5 və X7 miras qalmışdır. Hazırki iş üzrə İddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 X6 və X9 1-ci növbə vərəsələridirlər. Birinci növbə vərəsələr cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 X6 və X19 notariat ofisində təsdiq edilmiş ərizələrində, onlar X1 və anaları X9 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onlara məxsus olan bütün miras əmlakdan onlara çatası miras paylarını (və ya məcburi miras paylarını) qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmişlər, indi də etmirlər və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmədikləri bildirmişlər, həmçinin məhkəmə iclasında ərizələri müdafiə edərək iddia tələbini qəbul etdiklərini bildirmişlər. Bununla da müəyyən edilir ki, valideyinlərinin vafatından sonra onlardan miras qalmış əmlakları vərəsələrdən yalnız İddiaçı qəbul edib istifadə etmişdir. O, valideyinlərindən miras qalmış fərdi yaşayış evini və torpaq sahələrini qəbul edib istifadə etməsinə baxmayaraq digər vərəsələr olan cavabdehlər razılıq vermədiklərindən həmin miras əmlakları öz adına rəsmiləşdirə bilməmişdir. Sonradan cavabdehlər notariat ofisində X1 və anaları X9 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onlara məxsus olan bütün miras əmlakdan onlara çatası miras paylarını (və ya məcburi miras paylarını) qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etmədiklərinə və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəməmələrinə dair ərizə vermişlər. Həmçinin məhkəmə iclasında vərəsə olan cavabdehlər göstərmişdir ki, miras əmlakdan imtina və miras əmlakla bağlı hər hansı tələbləri olmaması ilə bağlı notarial qaydada verdiyi ərizələri təsdiq edərək miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsinə razıdırlar. Məhkəmə hesab edir ki, mülki iş üzrə İddiaçı X3nun və anası X9 vərəsəsi olması nəzərə alınmaqla hazırki iddia tələbini qaldırmaqda subyektiv hüquqa malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1.-ci madəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1262-ci maddəsinin tələbinə görə əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmçinin həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273- 1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı hazırki mülki iş məhkəmənin icraatında olduğu müddətdə qəbul edildiyindən qeyd olunan iddia tələbləri üzrə mübahisələrə tətbiq edilməlidir. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarı ilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1253-cü maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd olunanlara əsasən məhkəmə yekun olaraq nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Göyüşova (Həmzəyeva) Nazilə Cəbrayıl qızına qarşı vərəsə tanınma, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras üzrə payın müəyyən edilməsinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməli, X2 və X7 miras qalmış Torpağın Mülkiyyətə Verilməsinə dair JN-091A, Kod 50800038 nömrəli Şəhadətnamə ilə daşınmaz əmlakın reyster nömrəsi **********45 olan, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2024 olan Göygöl (Xanlar) rayonu Topalhəsənli kəndində yerləşən 0.04 ha torpaq sahəsi; Torpağın Mülkiyyətə Verilməsinə dair JN-091F, Kod 50800038 nömrəli Şəhadətnamə ilə Göygöl (Xanlar) rayonu Topalhəsənli kəndində yerləşən 0.17 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın reyster nömrəsi **********66-10301 olan, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2024 olan, 94.6 kv.m ibarət fərdi yaşayış evi; Torpağa Mülkiyyət Hüququna dair JN-0059, Kod 50800038 nömrəli Dövlət Aktı ilə Göygöl (Xanlar) rayonu Topalhəsənli kəndində yerləşən 0.34 ha torpaq sahəsindən ibarət miras əmlakların birinci növbə vərəsə İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməklə, miras əmlaklar üzərində İddiaçı tam həcmdə payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. X2 və X7 miras qalmış Torpağın Mülkiyyətə Verilməsinə dair JN-091A, Kod 50800038 nömrəli Şəhadətnamə ilə daşınmaz əmlakın reyster nömrəsi **********45 olan, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2024 olan Göygöl (Xanlar) rayonu Topalhəsənli kəndində yerləşən 0.04 ha torpaq sahəsi; Torpağın Mülkiyyətə Verilməsinə dair JN-091F, Kod 50800038 nömrəli Şəhadətnamə ilə Göygöl (Xanlar) rayonu Topalhəsənli kəndində yerləşən 0.17 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın reyster nömrəsi **********66-10301 olan, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2024 olan, 94.6 kv.m ibarət fərdi yaşayış evi; Torpağa Mülkiyyət Hüququna dair JN-0059, Kod 50800038 nömrəli Dövlət Aktı ilə Göygöl (Xanlar) rayonu Topalhəsənli kəndində yerləşən 0.34 ha torpaq sahəsindən ibarət miras əmlakların birinci növbə vərəsə İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməklə, miras əmlaklar üzərində İddiaçı tam həcmdə payı müəyyən edilsin. Məhkəmə xərci ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar