Məhkəmə qərarları › İş №2(066)-824/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-824/2023

20.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-824/2023 20.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh, maraqlı şəxslər Göygöl rayon notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı vərəsə tanınma, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasa mülkiyyət hüququnun verilməsi tələbinə dair mülki işə 20 iyul 2023-cü il tarixdə Göygöl rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh və maraqlı şəxslər Göygöl rayon notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq onun 06 iyul 1983-cü ildə vəfat etmiş X3nun və 09 mart 2017-ci ildə vəfat etmiş həyat yoldaşı X14 vərəsəsi hesab edilməsi, mərhum X3nun ölümündən sonra ondan miras qalan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 09 mart 2017-ci ildə vəfat etmiş həyat yoldaşı X28 tərəfindən qəbul edilməsi və X14 vəfatından sonra onlardan miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini onun qəbul etməsi faktının müəyyən edilməsi və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərdi ki, 09 dekabr 1987-ci ildə mərhum X28 ilə rəsmi nigaha daxil olmaqla ailə qurmuşlar. Rəsmi nigahlarından xx.xx.1994-cü il təvəllüdlü Xanım və xx.xx.1997-ci il təvəllüdlü Rəna adlı iki uşaqları var. Ailə qurarkən o, mərhum X3nun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evə gəlin köçmüş, uşaqları həmin evdə doğulub böyümüşdür. Hal-hazırda da həmin evdə yaşayır. X3 1983-cü ildə vəfat etmişdir. Bundan sonra Xanlar rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli 01 saylı qərarı ilə həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi X1nın mülkiyyətinə verilmiş və onun adına Torpağın Mülkiyyətə verilməsinə dair JN-2009F KOD 50801004 saylı Şəhadətnamə işlənmişdir. X1 xx.xx.2010cu il tarixdə vəfat etmişdir. Beləliklə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi X3ndan və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi X1ndan miras qalmışdır. Onların ölümündən əvvəl və eləcədə sonra mübahisəli evdə həyat yoldaşı X28 , o və iki uşağı yaşamaqla mirası faktiki olaraq qəbul etmişlər. Mirası qəbul etmələrinə baxmayaraq həyat yoldaşı Niyaz Məmmədov vərəsəlik şəhadətnaməsi almamış və 09 mart 2017-ci il tarixdə vəfat etmişdir. Mərhum qaynatası ilə qaynansının birgə nigahlarından Cavabdeh, X33, X28 və X22 adlı 4 uşaqları olmuş, onlardan X33 23 avqust 1991-ci ildə, X28 09 mart 2017ci ildə, X22 isə 15 oktyabr 2021-ci il tarixdə vəfat etmişlər. Həyat yoldaşı Niyaz Məmmədov valideyinlərinin ölümündən sonra onlardan qalmış mirası faktiki olaraq qəbul edib istifadə etməsinə baxmayaraq notariusa müracəit edib vərəsəliyi qəbul edərək mirası özünün adına sənədləşdirməmişdir. Həyat yoldaşının vəfatından sonra qaynatası Cavad Məmmədovdan və qaynanası Xanım Məmmədovadan miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini və evin yerləşdiyi 0,06 ha torpaq sahəsini miras əmlak kimi yalnız o, qəbul etmiş və hal-hazırdada onun istifadəsindədir. Göygöl rayon məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(066)- 1036/2022 nömrəli qətnaməsinə əsasən qaynanası Xanım Məmmədovadan miras qalmış 0,06 ha torpaq sahəsini adına rəsmiləşdirmiş,lakin fərdi yaşayış evi istifadəsində olmasına baxmayaraq, qanun üzrə vərəsəlik hüququnu tanıtdırmaqla vərəsəlik haqqında şəhadətnamə əldə edə bilməmişdir. Belə ki, cavabdeh baldızı Cavabdeh miras qalmış evin onun adına keçməsinə razı olmadığından vərəsəlik işlərini qaydasına salıb miras əmlakı adına rəsmiləşdirə bilmir. Bu səbəbdəndə məhkəmədə həmin idianı qaldırmaq məcburiyyətində qalmışdır. Onun 06 iyul 1983-cü ildə vəfat etmiş X3nun və 09 mart 2017ci ildə vəfat etmiş həyat yoldaşı X14 vərəsəsi hesab edilməsi, mərhum X3nun ölümündən sonra ondan miras qalan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 09 mart 2017-ci ildə vəfat etmiş həyat yoldaşı X28 tərəfindən qəbul edilməsi və X14 vəfatından sonra onlardan miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini onun qəbul etməsi faktının müəyyən edilməsi və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, mərhumlar X35 onun atası, X23 anası və X28 isə onun qardaşıdır. İddiaçı 1987-ci ildə onun mərhum qardaşı Niyaz Məmmədovla ailə qurub ünvan 1 ünvanda yerləşən mərhum atası Cavad Məmmədovun mülkiyyətində olan evə gəlin köçüb, onun valideyinləri ilə birlikdə yaşamış və hal-hazırdada həmin evdə yaşayır. Onların iki uşağı var. O, valideyinlərindən qalan miras əmlakı faktiki qəbul etməmişdir. Ailə qurduqdan sonra yəni 1986-cı il tarixdə əri X15 evinə gəlin köçmüş və orada indiyənə kimi onunla birgə yaşayır. Mərhum valideyinlərindən miras qalmış ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaki miras əmlak kimi qardaşı Niyaz Məmmədov faktiki olaraq qəbul etmiş və qardaşı Niyazın vafatından sonra isə onun həyat yoldaşı X24 mirası qəbul etmış hal-hazırdada oinun istifadəsindədir.İddianın təmin olunmasına etirazı yoxdur. Maraqlı şəxslər Göygöl rayon notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Məhkəmə işə maraqlı şəxs Göygöl rayon notariat ofisinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X8 məhkəmə iclasında izahat verərək göstərdi ki, Göygöl şəhəri Nizami küçəsində yaşayır. İddiaçı ilə qonşudur. İddiaçı 1987-ci ildə mərhum Niyaz Məmmədovla ailə qurub ünvan 1 ünvanda yerləşən mərhum qaytanası Cavad Məmmədovun mülkiyyətində olan evə gəlin köçüb, hal-hazırdada həmin evdə yaşayır. İddiaçı X31 oğlu və həyat yoldaşı X28 vəfat etdikdən sonra onlardan miras qalmış fərdi yaşayış evini miras əmlak kimi faktiki olaraq qəbul etmiş və hal-hazırdada onun istifadəsindədir.X11 və X14 digər vərəsələri mirası qəbul etməmişlər. X9 və X19 məhkəmə iclasında izahat verərək göstərdilər ki, Göygöl şəhəri Nizami küçəsində yaşayırlar. İddiaçı ilə qonşudurlar. İddiaçı 1987-ci ildə mərhum Niyaz Məmmədovla ailə qurub ünvan 1 ünvanda yerləşən mərhum qaytanası Cavad Məmmədovun mülkiyyətində olan evə gəlin köçüb, hal-hazırdada həmin evdə yaşayır. İddiaçı X3, qaynanası X23 və həyat yoldaşı X28 vəfat etdikdən sonra onlardan miras qalmış fərdi yaşayış evini miras əmlak kimi faktiki olaraq qəbul etmiş və hal-hazırdada onun istifadəsindədir.X4, X12 və X14 digər vərəsələri mirası qəbul etməmişlər. Məhkəmə tərəflərin və şahidlərin izahatını və dinləyib, iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, şahidlərin izahatlarından və mülk iş materiallarından müəyyən olunur ki, X2 Xanım Heydar qızının və X21 övladı olmaqla vərəsədir. Həmcinin mərhumların vəfatından sonra X18 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsini və evi miras əmlak kimi X28 qəbul etmişdir. Həmcinin İddiaçı mərhum X28 ilə 1987-ci ilin dekabr 09 nigaha daxil olmuş hec bir zaman nigahları pozulmamışdır. Ona görədə İddiaçı X14 birinci dərəcəli vərəsəsidir. Belə olan halda ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi (X18 və X6 qalmış) miras əmlak kimi İddiaçı mülkiyyətinə verilməlidir. İşə əlavə edilmiş nigah şəhadətnaməsinin surətindən görünür ki, X35 ilə X16 nigahları xx.xx.1947-ci il tarixdə qeydə alınmışdır.Nigah bağlandıqdan sonra qadına Məməmdova soyadı verilmişdir. İşə əlavə edilmiş doğum şəhadətnaməsinin surətindən görünür ki, 22 noyabr 1954-cü ildə Kirovabad şəhərində anadan olmuş X14 atası X35 anası isə X13r. İşə əlavə edilmiş nigah şəhadətnaməsinin surətindən görünür ki, X28 ilə X7 nigahları xx.xx.1987-cı il tarixdə Xanlar rayon VVADQ şöbəsində 105 nömrə ilə qeydə alınmışdır.Nigah bağlandıqdan sonra qadına Məməmdova soyadı verilmişdir. İşə əlavə edilmiş ölüm şəhadətnamələrinin surətindən görünür ki, iddiaçının qaynanası X35 06 iyul 1983-cü ildə, qaynı X33 23 avqust 1991-ci ildə, qaynanası X20 03 oktyabr 2010-cu ildə və qaynı X22 15 oktyabr 2021-ci ildə vəfat etmişlər. İşdə olan Göygöl MKTİB-nin xx.xx.2023-cü il tarixli 1342 saylı arayışında İddiaçı ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşaması göstərilmişdir. İşə əlavə edilmiş qətnamənin surətindən görünür ki, Göygöl rayon məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(066)-1036/2022 nömrəli qətnaməsi ilə mərhum X28 06 iyul 1983-cü ildə vəfat etmiş X21, 03 oktyabr 2010-cu ildə vəfat etmiş X10 vərəsəsi hesab edilmiş, mərhumlardan miras qalan ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin və fərdi yaşayış evinin X28 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, İddiaçı mərhum X14 vərəsəsi hesab edilmiş, İddiaçı mərhumlar X28 06 iyul 1983-cü ildə vəfat etmiş X21, 03 oktyabr 2010-cu ildə vəfat etmiş X10 vərəsəsi hesab edilmış,X5 miras qalmış ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin İddiaçı qəbul etməsi faktı müəyyən edilmiş, ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi (JN-2009F saylı, KOD 50801004 saylı şəhadətnamə ilə müəyyən edilmiş 0.06 ha torpaq sahəsi) İddiaçı mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat №-li çıxarışdan və fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi bütövlüklə İddiaçı və 105.5 kv.m fərdi yaşayış evi isə bütövlüklə X21 adına Daşınmaz əmakın dövlət reyesrində 60 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı bütün diqətəlayiq hallara aydınlıq gətirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı X3nun ölməsi ilə miras açılmışdır. X32 miras qalmış əmlak ünvan 1 ünvanda yerləşən yaşayış evindən ibarətdir.Cavad Məmmədovun ölümündən sonra mirası arvadı Xanım Məmmədova və oğlu Niyaz Məmmədov faktiki olaraq qəbul etsələrdə adlarına sənədləşdirməmişlər. Xanım Məmmədovanın vəfatından sonra ünvan 2 ünvanda yerləşən miras mülkü və torpaq sahəsini oğlu Niyaz Məmmədov faktiki olaraq qəbul etmiş lakin adına sənədləşdirməmişdir. Niyaz Məmmədovun ölümündən sonra isə həyat yoldaşı ilddiaçı İddiaçı mirası qəbul edib istifadə etməsinə baxmayaraq vərəsələr arasında mübahisə olduğundan vərəsəlik şəhadətnaməsi ala bilməmiş və həmin iddia ilə məhkəməyə müraciət etimək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 114-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə—ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin Məcəllənin 1243.2-ci maddəsi nə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual-Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 06 iyul 1983-cü ildə vəfat etmiş X3nun və 09 mart 2017-ci ildə vəfat etmiş həyat yoldaşı X14 vərəsəsi hesab edilməli, X21 ölümündən sonra ondan miras qalan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 09 mart 2017-ci ildə vəfat etmiş X28 tərəfindən qəbul edilməsi və X14 vəfatından sonra onlardan miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini İddiaçı qəbul etməsi faktı müəyyən edilməli və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı 06 iyul 1983-cü ildə vəfat etmiş X3nun və 09 mart 2017-ci ildə vəfat etmiş həyat yoldaşı X14 vərəsəsi hesab edilsin; X21 ölümündən sonra ondan miras qalan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 09 mart 2017-ci ildə vəfat etmiş X28 tərəfindən qəbul edilməsi və X14 vəfatından sonra onlardan miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini İddiaçı qəbul etməsi faktı müəyyən edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilsin. Bu qətnamə hüquqların qeydiyyata alınması üçün əsas hesab edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar