Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-832/2023 05.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi Ərizəçi iştirakı ilə Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinə Göygöl şəhərində 05 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə müraciət edərək xx.xx.1950-ci ildə Kirovabad (indiki Gəncə) şəhərində anadan olmasının qeyd edilməsi faktının müəyyən edilməsini və doğum haqqında şəhadətnamənin ata qrafasında X8 və ana qrafasında isə X2 adlarının göstərilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəsini müdafiə edib göstərdi ki, X1 ilə anası X2 rəsmi nigahlarından xx xxxxxx 1950-ci ildə Kirovabad (indiki Gəncə) şəhərində anadan olmuşdur. Onun doğum şahadətnaməsi Kirovabad (indiki Gəncə) şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmişdir. Doğum şəhadətnaməsi 2023-cü ilin mart ayının 20-nə kimi özündə olmuşdur. 20 mart 2023-cü il tarixdə novruz bayramı zamanı yaşadığı evin çöl hissəsində kəndin uşaqları tonqal yandırarkən azyaşlı nəticəsi evdə olan qəzet parçaları ilə birlirdə onun doğum şəhadətnaməsini də tonqala atmış və doğum şəhadətnaməsi tonqalda tatamilə yanmışdır. Doğum şəhadətnaməsini təkrar almaq üçün Gəncə şəhər Qeydiyyat şöbəsinə müraciət etsə də doğum akt qeydinin aşkar olunmadığı bildirilmişdir. X1 17 dekabr 1997-ci ildə, anası X10 isə 29 may 2004-cü ildə vəfat etmişlər. Onun doğum şəhadətnaməsi olmadığından sənədləşmə işlərini qaydasına sala bilmir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.1950-ci ildə Kirovabad (indiki Gəncə) şəhərində anadan olmasının qeyd edilməsi faktının müəyyən edilməsini və doğum haqqında şəhadətnamənin ata qrafasında X8 və ana qrafasında isə X2 adlarının göstərilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs məhkəməyə xx.xx.2023-cü il tarixli 3-16-5/8-xx-xx/2023 nömrəli məktub göndərərək işə onların iştirakı olmadan baxılıb ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Şahid qismində dindirilmiş X3 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Ərizəçi onun həyat yoldaşıdır. Həyat yoldaşı Ərizəçi xx xxxxxx 1950-ci ildə X1 ilə anası X2 rəsmi nigahlarından Kirovabad (indiki Gəncə) şəhərində anadan olmuşdur. Onun doğum şəhadətnaməsi Kirovabad (indiki Gəncə) şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmişdir. Şahid qismində dindirilmiş X4 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Ərizəçi onun atasıdır. Atası Ərizəçi xx xxxxxx 1950-ci ildə X1 ilə anası X2 rəsmi nigahlarından Kirovabad (indiki Gəncə) şəhərində anadan olmuşdur. Onun doğum şəhadətnaməsi Kirovabad (indiki Gəncə) şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmişdir. Şahid qismində dindirilmiş X5 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Ərizəçi onun qohumudur . Ərizəçi xx xxxxxx 1950-ci ildə X1 ilə anası X2 rəsmi nigahlarından Kirovabad (indiki Gəncə) şəhərində anadan olmuşdur. Onun doğum şəhadətnaməsi Kirovabad (indiki Gəncə) şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmişdir. Mülki işə əlavə edilmiş AZE seriyalı, ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1950-ci ildə Gəncə şəhərində anadan olmuş, Göygöl rayonu Quşqara kəndində qeydiyyatdadır. İşdə olan 004968 nömrəli 24 oktyabr 1997-ci il tarixli vəsiqənin surətindən görünür ki, X12 müharibə veteranıdır. İşdə olan V-JQ seriyalı 272199 nömrəli və AZ –İ seriyalı 082748 nəmrəli ölüm şəhadətnamələrinin surətindən görünür ki, X13 17 dekabr 1997-ci il tarixdə və X11 29 may 2004-cü il tarixdə vəfat etmişlər. İşdə olan İ-İE seriyalı 759135 nömrəli doğum şəhadətnaməsinin surətindən görünür ki, X17 19 avqust 1958-ci ildə Kirovabad şəhərində anadan olmuşdur. X1, anası isə X6r. İşdə olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3- 16-5/8-70-Q-1863/2023 nömrəli arayışda göstərilmişdir ki, 28.121950-ci ildə Gəncə şəhərində anadan olmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən X9 ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-680/2023 saylı məktubda Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydinin bərpa edilməsi üçün lazım olan sənədləri təqdim edə bilmədiyinə görə qanunvericiliyə uyğun olaraq yaşadığı ərazi üzrə doğum haqqında akt qeydinin bərpası üçüm məhkəməyə müraciət edə bilməsi izah edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında müəyyən olur ki, Ərizəçi xx xxxxxx 1950-ci ildə Kirovabad şəhərində anadan olmuşdur. Onun X1, anası isə X7r. Ərizəçi doğum qeydi Kirovabad (Gəncə) şəhər Qeydiyyat şöbəsində aparılmışdır. Məhkəmə hesab edir ki, Ərizəçi xx xxxxxx 1950-ci ildə Kirovabad şəhərində anadan olması, atasının X13, anasınin X10 olması faktı müəyyən edilməli, Ərizəçi xx xxxxxx 1950ci ildə Kirovabad şəhərində anadan olması barədə doğum akt qeydi bərpa edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 230, 233, 237 və 311-ci maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1950-ci ildə Kirovabad (Gəncə) şəhərində anadan olması, atasının X13, anasının X10 olması faktı müəyyən edilsin. Ərizəçi xx xxxxxx 1950-ci ildə Kirovabad (Gəncə) şəhərində anadan olması barədə doğum akt qeydi bərpa edilsin. Qətnamənin surəti icra olunması üçün Maraqlı şəxsnə göndərilsin. Qətnamənin surəti təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-832/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-832/2023
05.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver