Məhkəmə qərarları › İş №2(066)-833/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-833/2024

19.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-833/2024 19.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi və ərizəçi X4 iştirakı ilə, Ərizəçi X4 «Doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X8 «Doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə» ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün xx xxxxxx 1964-cü il tarixdə Ermənistan Respublikasının (keçmiş Ermənistan Sovet Sosialist Respublikasının) Vardanes rayonun Zod kəndində anadan olması barədə doğum faktının müəyyən olmasına, atasının X5, anası X1 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Ərizəçi X8 məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, o, xx xxxxxx 1964-cü il tarixdə Ermənistan Respublikasının (keçmiş Ermənistan Sovet Sosialist Respublikasının) Vardanes rayonun Zod kəndində anadan olmuşdur. Onun X2, anası X1 olmuşdur. X2 01 iyul 2009-cu ildə, anası X1 28 yanvar 2013-cü ildə ölmüşlər. Onun adına müvafiq “Doğum haqqında şəhadətnamə” də verilmişdir. Ancaq məlum hadisələr ilə əlaqədar olaraq 1988-ci ildə Ermənistan Respublikasından (keçmiş Ermənistan Sovet Sosialist Respublikasından) qovulan vaxtı ona məxsus olan “Doğum haqqında şəhadətnamə” orada qalmışdır. Onun doğum qeydi Ermənistan Respublikasında (keçmiş Ermənistan Sovet Sosialist Respublikasında) aparılmasına görə yeni doğum haqqında şəhadətnamə ala bilməmişdir. Bu səbəbdəndə məhkəməyə müraciət etmişdir. Ona görə də, onun doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, o, özü də Ermənistan Respublikasının (keçmiş Ermənistan Sovet Sosialist Respublikasının) Vardanes rayonun Zod kəndində anadan olmuşdur. Ərizəçi X8 qonşusudur. Ərizəçi X8 xx xxxxxx 1964-cü il tarixdə Ermənistan Respublikasının (keçmiş Ermənistan Sovet Sosialist Respublikasının) Vardanes rayonun Zod kəndində anadan olmaqla onun X2, anası X1 olmuşdur. X2 01 iyul 2009-cu ildə, anası X1 28 yanvar 2013-cü ildə ölmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilən X7 da şahid X6 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx xxxxxx 1964-cü il tarixdə Ermənistan Respublikasının (keçmiş Ermənistan Sovet Sosialist Respublikasının) Vardanes rayonunda anadan olmuşdur və Göygöl rayonu Zurnabad kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş PB 037131 nömrəli Diplomun surətindən görünür ki, X8 1982-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnistituna qəbul olunmuş və 1898-cu ildə oranı kənd təsərrüfatında mühasibat uçotu ixtisası üzrə kursu tamamilə bitirmişdir. Mülki işə əlavə edilmiş AZ-İ 354841 nömrəli “Ölüm haqqında şəhadətnamənin” surətindən məlum olur ki, X5 01 iyul 2009-cu il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş AZ-İ 589662 nömrəli “Ölüm haqqında şəhadətnamənin” surətindən məlum olur ki, X1 28 yanvar 2013-cü il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, ərizəçi Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, ərizəçi X8 xx xxxxxx 1964-cü il tarixdə Ermənistan Respublikasının (keçmiş Ermənistan Sovet Sosialist Respublikasının) Vardanes rayonun Zod kəndində anadan omuşdur, onun X2 və anası X1 olmuşdur. Ərizəçi X4 doğum haqqında şəhadətnaməsini isə itirmişdir. Onun doğum qeydi Ermənistan SSRdə aparılmasına görə yeni doğum haqqında şəhadətnamə ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Sadalanan qanunvericilik aktı normalarını hazırki mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 xx xxxxxx 1964-cü il tarixdə Ermənistan Respublikasının (keçmiş Ermənistan Sovet Sosialist Respublikasının) Vardanes rayonun Zod kəndində anadan olması, atasının X5, anası X1 olması müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 xx xxxxxx 1964-cü il tarixdə Ermənistan Respublikasının (keçmiş Ermənistan Sovet Sosialist Respublikasının) Vardanes rayonun Zod kəndində olması, soyadının «İsayev», atasının adının «X5», anasının adının «X1» olması müəyyən edilsin. X4 doğum tarixi xx xxxxxx 1964-cü il, doğum yeri Ermənistan Respublikasının (keçmiş Ermənistan Sovet Sosialist Respublikasının) Vardanes rayonun Zod kəndində qeyd edilməklə, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar