Məhkəmə qərarları › İş №2(066)-836/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-836/2023

04.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-836/2023 04.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Мəhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və Ərizəçi iştirakı ilə Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair mülki işə 04 oktyabr 2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X4 miras qalmış Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0.069 ha torpaq sahəsindən ibarət mirasın özü tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tərəfindən məhkəməyə işin halları üzrə ifadə vermələri üçün şahidlərin dəvət edilməsi barədə vəsatət təqdim edilmişdir. Həmin vəsatətdə göstərmişdir ki, həyat yoldaşından miras qalmış torpaq sahəsindən ibarət miras əmlakı onun qəbul etməsi faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi üçün şahid ifadələrinə ehtiyac var. Odur ki, xüsusatlara dair işin hallarının təsdiqini tapması məqsədilə ifadə vermələri üçün X23 və X3 məhkəmə baxışına dəvət edilib ifadələrinin alınmasını xahiş etmişdir. Maraqlı şəxs 1 saylı Gəncə Regional Maraqlı şəxsndə notariat ofisi tərəfindən 24 may 2023-cü il tarixdə məhkəməyə məktub təqdim edilmişdir. Həmin məktubda Göygöl Rayon Məhkəməsində 31 may 2023-cü il tarixdə saat 09:50-də baxılacaq 2(066)- 836/2023 nömrəli mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin rəhmətlik həyat yoldaşı X16 xx.xx.2019-cu il tarixdə rəhmətə gedib. Həyat yoldaşından Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,069 ha sahəsindən ibarət torpaq sahəsi miras qalmışdır. O, həyat yoldaşının qanun üzrə vərəsəsidir. Mirası yalnız o, qəbul etmişdir. Digər vərəsələr mirası qəbul etməyiblər. Həyat yoldaşı rəhmətə gedəndən sonra bu miras əmlakını yalnız o, özü qəbul etmiş, faktiki olaraq bu miras əmlakın idarəçiliyini həyata keçirmiş və sahiblik etmişdir. Bu gün də həmin torpaq sahəsi onun sahibliyində və idarəçiliyindədir. Bu barədə digər vərəsələrlə aralarında heç bir mübahisə yoxdur. Bu faktı bütün qonşular və qohumlar da bilir və təsdiq edirlər. Lakin məsələ burasındadır ki, mirasın onun tərəfindən qəbul edilməsi faktını notarius qəbul etmir. Ona görə də miras mülkün sənədləşdirilməsi mümkün olmur. Notariat ofisinin müvafiq məktubu ərizəyə əlavə edilir. Ərizəçi məhkəməyə verdiyi izahatında ərizəni müdafiə edərək göstərdi ki, mərhum həyat yoldaşı X4 Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0,069 ha torpaq sahəsi miras qalmışdır. Ərindən sonra onun yeganə vərəsəsi özü və uşaqları qalmışdır. Lakin uşaqlardan Samirə və Sahilə adlı uşaqlar notariat kontorunda ərizə verərək miras əmlakdan onlara çatası paydan imtina etmişlər. Vərəsələrdən oğlu Sərxan Məhərrəmov isə uzun müddətdir ki, Rusiya Federasiyasına çıxıb getmişdir. Getdiyi vaxtdan da geri qayıtmamış və onlarla heç vaxt əlaqə saxlamamışdır. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 izahatında ərizəçinin onun eltisi olmasını, Göygöl rayonunun Üçtəpə kəndində yerləşən miras qalmış torpaq sahəsini həyat yoldaşı Sakit Məhərrəmovun vəfatından sonra Ərizəçi qəbul etməsini və miras əmlakı həmin vaxtdan özünün idarə etməsini öz ifadəsi ilə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 miras qalmış əmlakı Ərizəçi qəbul etməsini və onun qızlarının ailə quraraq köçməsini təsdiq etdi. Məhkəmə iş üzrə ərizəçinin və şahidlərin izahatını dinləyib və iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Göygöl rayonu Üçtəpə kəndində olan 0,069 ha torpaq sahəsi X8 adına daşınmaz əmlakın dövlət reyestrində 230 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan 13 oktyabr 1992-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X16 ilə X12 nikahları 13 oktyabr 1992ci ildə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Məhərrəmov, arvada Məhərrəmova soyadları verilmişdir. İş materiallarında olan Gəncə Maraqlı şəxs Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 053608 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 08 noyabr 2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 153969 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 06 avqust 2005-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 21 may 2009-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 281513 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 26 noyabr 1993-cü il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən эюрцнцр ки, 01 avqust 1995-ci ildə anadan olmuş X5 atası X16, anası isə Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən эюрцнцр ки, 10 oktyabr 1996-cı ildə anadan olmuş X6 atası X16, anası isə Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən эюрцнцр ки, 13 iyul 1998-ci ildə anadan olmuş X9 atası X16, anası isə Ərizəçidır. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1972-ci ildə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 02 oktyabr 2023-cü il tarixdə verilmiş 2985 saylı arayışdan görünür ki, X16 xx.xx.2019-cu il tarixdə ölmüş və ölən günədək ünvan 1 ünvanında yaşamışdır. Mərhumun atası-X19 (xx.xx.2005ci ildə vəfat edib), anası-X18 (xx.xx.2009-cu ildə vəfat edib), arvadı-Ərizəçi (xx.xx.1972-ci il təvəllüdlü), qızı-X13 (xx.xx.1993-cü ildə vəfat edib), qızı-X23 (xx.xx.1995-ci il təvəllüdlü), qızı X24 (xx.xx.1996-cı il təvəllüdlü) və oğlu-X20 (xx.xx.1998-ci il təvəllüdlü) adlı ailə üzvləri olmuşdur. İş materiallarında olan Göygöl rayonu Üçtəpə Bələdiyyəsi tərəfindən 14 avqust 2023-cü il tarixli 82 nömrəli Ərizəçi verilmiş arayışdan görünür ki,həqiqətən Göygöl rayon Üçtəpə kəndində yerləşən 0.069 ha torpaq sahəsini (Daşınmaz əmlakın reyestr nömrəsi **********82) 2017-ci ildən 2019-cu ilədək mərhum həyat yoldaşı X16 ilə bilrikdə istifadə ediblər. Həmin torpaq sahəsi X8 vəfatından sonra, yəni 2019-cu ildən bugünədək Ərizəçi istifadəsindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional ASAN Xidməti Mərkəzində notariat ofisinin 10 may 2023-cü il tarixli Ərizəçi ünvanlanmış məktubdan görünür ki, müraciətə cavab olaraq bildirilmişdir ki, mirasın qəbul müddətini keçirdiyindən mirasın qəbuluna yol verilmir. Ona görə də mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. İşdə olan Göygöl rayon Notariat ofisinə ünvanlanmış və təsdiq edilmiş X14 və X15 ərizələrindən görünür ki, atalarının ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mərhuma məxsus olan bütün miras əmlakdan özlərinə çatası miras payı qanunla müəyyən edilmiş müddət ərzində bilərəkdən qəbul etməmişlər və indidə etmirlər. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmirlər. Məhkəmə hazırki iddia tələbi ilə bağlı bütün diqqətəlayiq hallara aydınlıq gətirərək qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarış əsasında Göygöl rayonu Üçtəpə kəndində olan 0,069 ha torpaq sahəsi X8 adına daşınmaz əmlakın dövlət reyestrində 230 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. Ərizəçinın mərhum əri X28 08 noyabr 2019-cu il tarixdə vəfat etmiş, onun vəfatından sonra ərizəçi və onun 3 uşağı vərəsə qalmışdır. X2 və X24 miras açılandan sonra nə qanunla müəyyən edilmiş müddətdə mərhum S.Məhərrəmovdan qalan mirasın qəbulu ilə bağlı notariusa müraciət etməmişlər nə də ki, miras əmlakdan istifadə etməmişlər. Vərəsələrdən ərizəçinin oğlu Sərxan Məhərrəmov uzun müddətdir ki, Rusiya Federasiyasına çıxıb getmiş, həmin vaxtdan geri qayıtmamış və ərizəçi ilə heç vaxt əlaqə saxlamamışdır. Ərizəçi mülkiyyət hüququnun əmələ gəldiyi andan mərhum həyat yoldaşı S.Məhərrəmovdan miras qalmış Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0.069 ha torpaq sahəsinə sahiblik edir. Ərizəçinin övladları S.Həsənova və S.Yaqubovanın notariat ofisinə yazdığı ərizələrdən də aydın olur ki, onlar mərhum ataları X10 məxsus olan bütün miras qalmış əmlakdan onlara çatası payı bilərəkdən qəbul etməmişlər və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmirlər. Odur ki, Ərizəçi mərhum əri X4 miras qalmış torpağa dair mirası qəbul etməsi faktının müəyyən edilməsinə görə məhkəməmyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağırılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar yaranan münasibətlər vərəsəlik münasibətləridir. Mirasın açılması (vərəsəlik hüquq münasibətinin yaranması) iki məsələ - mirasın açıldığı vaxt və mirasın açıldığı yerlə bağlıdır. Mirasın açıldığı vaxt vərəsələrin dairəsinin, vərəsələrin fəaliyyət qabiliyyətinin, miras əmlakın tərkibinin (həcminin), məcburi payın müəyyənləşdirilməsi, iddia müddətinin axımının keçməsi və bu kimi bir çox məsələlərin həlli üçün zəruridir. Bundan əlavə, mirası qəbul etmək və ondan imtina etmək üçün nəzərdə tutulan müddət mirasın açıldığı vaxtdan asılı olaraq müəyyən edilir. Həmçinin miras açıldığı vaxtdan qəbul edilmiş miras vərəsəyə məxsus hesab olunur, yəni vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin müəyyənləşdirilməsi də mirasın açıldığı vaxta bağlıdır (Mülki Məcəllənin 1322-ci maddəsi). Mülki qanunvericilik mirasın açıldığı yerin tənzimlənməsinə xüsusi diqqət yetirmişdir. Mülki Məcəllənin 1147-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159.1-ci maddəsində isə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrin dairəsi müəyyən edilmişdir. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq ola bilərlər (Mülki Məcəllənin 1134.2-ci maddəsi). Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Qarşılıqlı razılıq əsasında mirasın bölgüsü ümumi qayda olmaqla vərəsələr arasında birgə sazişə uyğun notariat və ya məhkəmənin iştirakı olmadan miras əmlakın bölüşdürülməsidir. Miras əmlakın bölgüsü barədə vərəsələr arasında mübahisə olmadığı təqdirdə qarşılıqlı razılaşma əsasında miras bölgüsü həyata keçirilir. Mirasın vərəsələr arasında miras qoyan tərəfindən bölüşdürülməsi də mümkündür. Bu halda miras hələ miras qoyanın sağlığında qoyulmuş vəsiyyətnamə üzrə vərəsələr arasında bölüşdürülür. Belə ki, Mülki Məcəllənin 1275‐ci maddəsinə əsasən, miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər. Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyrimümkün olsun. Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Beləliklə məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, X9 vərəsə kimi miras əmlakda payı açıq saxlanılmalı və X1 miras qalmış Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0.069 ha torpaq sahəsindən ibarət miras əmlakın ¾ hissəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və ərizə qalan hissədə təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. X1 miras qalmış Göygöl rayonu Üçtəpə kəndində yerləşən 0.069 ha torpaq sahəsindən ibarət mirasın ¾ hissəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar