Məhkəmə qərarları › İş №2(066)-838/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-838/2023

14.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-838/2023 14.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi Ərizəçi iştirakı ilə Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinə Göygöl şəhərində 14 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə müraciət edərək 19 avqust 1964-cü ildə Ermənistanın Vedi rayonu Yenicə kəndində doğumunun qeydə alınması, doğum şəhadətnaməsinin valideyinlər qrafasında atasının X10, anasının isə X2 yazılması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı Ərizəçi məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, doğum şəhadətnaməsində soyadı Əsgərova olmuşdur. Ərizəsində yalnız nukaha daxil olduqdan sonra götürdüyü Nəsibova soyadı göstərilmişdir. Odur ki, tələbini dəqiqləşdirərərək onun yəni Əsgərova (Nəsibova) Maral Əmrah qızının 19 avqust 1964-cü ildə Ermənistanın Vedi rayonu Yenicə kəndində doğumunun qeydə alınması, doğum şəhadətnaməsinin valideyinlər qrsafasında atasının X10, anasının isə X2 yazılması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Qeyd olunanlara görə məhkəmə Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizəsini məqsədəuyğun hesab etdi. Ərizəçi Nəsibova (Əsgərova) Maral Əmrah qızı məhkəmədə ərizəsini müdafiə edib göstərdi ki, atası X10 ilə anası X1 rəsmi nigahlarından 19 avqust 1964-cü ildə Ermənistanın Vedi rayonu Yenicə kəndində anadan olmuş və onun doğum şahadətnaməsi Ermənistanın Vedi rayonu Yenicə kənd soveti tərəfindən verilmişdir. Məlum hadisələrlə əlaqədar Ermənistan Respublikasını tərk edərkən doğum şəhadətnaməsi Ermənistanın Vedi rayonu Yenicə kəndində yaşadığı evdə qalmışdır. Onun qızlıq soyadı Əsgərova olmuş 19 noyabr 1982-ci il tarixdə X4 ilə nikaha daxil olarkən ərinin soyadını yəni Əsgərova soyadını götürmüşdür. Hazırda anası X2 evini ona bağışlamaq istəyir və bunun üçün onun doğum şəhadətnaməsi tələb olunur. Onun doğum qeydi Ermənistan Respublikası Vedi rayonu Yenicə kənd sovetində aparıldığından doğum şəhadətnaməsini əldə etməsi imkan xaricindədir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 19 avqust 1964-cü ildə Ermənistanın Vedi rayonu Yenicə kəndində dogumunun qeydə alınması, atasının X10, anasının isə X2 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs məhkəməyə xx.xx.2023-cü il tarixli 3-16-5/8-xx-xx/2023 nömrəli məktub göndərərək işə onların iştirakı olmadan baxılıb ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Şahid qismində dindirilmiş X2 məhkəmə iclasında ifadə verərək göstərdi ki ərizəçi Nəsibova (Əsgərova) Maral Əmrah qızı onun doğma qızıdır. Qızı Maral onunla X5 birgə nigahlarından 19 avqust 1964-cü ildə Ermənistanın Vedi rayonu Yenicə kəndində anadan olmuşdur. Maralın doğum şəhadətnaməsini Ermənistanın Vedi rayonu Yenicə kənd sovetindən almışlar. Məlum hadisələrlə əlaqədar Yenicə kəndində yerləşən evlərini tərk edərkən doğum şəhadətnaməsi orada qalmışdır.Hazırda o evini qızına bağışlamaq istəyir və bunun üçün qızının doğum şəhadətnaməsi tələb olunur. Şahid qismində dindirilmiş X6 məhkəmə iclasında ifadə verərək həmkəndlisi olan ərizəçi Nəsibova (Əsgərova) Maral Əmrah qızının X10 ilə X1 birgə nigahlarından 19 avqust 1964-cü ildə Ermənistanın Vedi rayonu Yenicə kəndində anadan olması və onun doğum şəhadətnaməsinin Ermənistan Respublikası Vedi rayonunun Yenicə kənd soveti tərəfindən verilməsi faktını təsdiq etdi. İşdə olan Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X4 ilə X7 nikahları 19 noyabr 1982-ci il tarixdə Göygöl rayon Mollacəlilli kənd İcra Nümayəndəliyində 37 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Nəsibov, arvada Nəsibova soyadı verilmişdir. İşdə olan Aİ seriyalı 517705 nömrəli orta təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, 1964-cü il təvəllüdlü X11 1981-ci ildə Xanlar rayonu Yeni Əlibayramlı kənd orta məktəbini bitirmişdir. Mülki işə əlavə edilmiş AZE seriyalı, ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə Ermənistan Respublikası Vedi rayonunda anadan olmuş, Göygöl rayonu Mollacəlilli kəndində qeydiyyatdadır. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16- 5/8-368/2023 saylı məktubda itmiş qeydlərin bərpası qeydiyyat orqanı tərəfindən mümkün olmadığından vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının məhkəmə qaydasında müəyyən edildiyi göstərilmiş və məhkməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında müəyyən olur ki, ərizəçi Nəsibova (Əsgərova) Maral Əmrah qızının 19 avqust 1964-cü ildə Ermənistan Respublikası Vedi rayonunun Yenicə kəndində anadan olmuşdur.Onun atası X10 anası isə İsgəndərova Gülnaz qızıdır. Nəsibova (Əsgərova) Maral Əmrah qızının doğum qeydi Ermənistan Respublikası Vedi rayonunun Yenicə kənd sovetində aparılmışdır. Məhkəmə hesab edir ki, ərizəçi Nəsibova (Əsgərova) Maral Əmrah qızının 19 avqust 1964-cü ildə Ermənistan Respublikası Vedi rayonunun Yenicə Zod kəndində doğumunun qeydə alınması, Doğum şəhadətnaməsinin valideyinlər qrafasında atasının X10, anasının X2 yazılması faktı müəyyən edilsin. Nəsibova (Əsgərova) Maral Əmrah qızının 19 avqust 1964-cü ildə Ermənistan Respublikası Vedi rayonunun Yenicə kəndində doğumunun qeydə alınması, doğum şəhadətnaməsinin valideyinlər qrafasında atasının X10, anasının X3 yazılması faktı müəyyən edilməli və Ərizəçi 19 avqust 1964-cü ildə Ermənistan Respublikası Vedi rayonunun Yenicə kəndində anadan olması barədə doğum akt qeydi bərpa edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 230, 233, 237 və 311-ci maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Nəsibova (Əsgərova) Maral Əmrah qızının 19 avqust 1964-cü ildə Ermənistan Respublikası Vedi rayonunun Yenicə kəndində doğumunun qeydə alınması, doğum şəhadətnaməsinin valideyinlər qrafasında atasının X10, anasının X3 yazılması faktı müəyyən edilsin. Nəsibova (Əsgərova) Maral Əmrah qızının 19 avqust 1964-cü ildə Ermənistan Respublikası Vedi rayonunun Yenicə kəndində anadan olması barədə doğum akt qeydi bərpa edilsin. Qətnamənin surəti icra olunması üçün Maraqlı şəxsnə göndərilsin. Qətnamənin surəti təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar