Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-856/2023 07.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi Ərizəçi iştirakı ilə Doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsinə Göygöl şəhərində 07 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə müraciət edərək 14 mart 1971-ci il tarixdə Ermənistan SSR-nin Vardenis rayonunun Zod kəndində anadan olmuş mərhum oğlu X5 doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizəçi məhkəməyə tələmin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 13 sentyabr 1997-ci il tarixdə vəfat etmiş oğlu X5 14 mart 1971-ci il tarixdə Ermənistan SSRnin Vardenis rayonunun Zod kəndində anadan olması, atasının xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6, anasının isə onun yəni Ərizəçi olması faktının müəyyən edilməsi və X5 14 mart 1971-ci il tarixdə Ermənistan SSR-nin Vardenis rayonunun Zod kəndində anadan olması barədə doğum akt qeydinin bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edib göstərdi ki, mərhum həyat yoldaşı X10 ilə rəsmi nigahlarından 14 mart 1971-ci il tarixdə Ermənistan CCR-nin Vardenis rayonunun Zod kəndində oğlu X11 anadan olmuşdur. Oğlunun doğum qeydi Ermənistan CCR-nin Vardenis rayonunun Zod kənd sovetində aparılmışdır. Məlum hadisələrlə əlaqədar olaraq Ermənistan Respublikası Vardenis rayonunun Zod kəndini tərk edib Azərbaycan Respublikasına gələrkən oğlu Namiqin doğum şəhadətnaməsi yaşadıqları evdə qalmışdır. Namiq 13 sentyabr 1997-ci ildə vəfat etmişdir. Göygöl (Xanlar) rayon Aqrar İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarına əsasən mərhum oğlu X5 mülkiyyətinə 0.06 ha torpaq sahəsi verilmişdir. Namiqin vəfatından sonra ondan miras qalmış əmklakı fartiki olaraq qəbul edib istifadə etməsinə baxmayaraq doğum şəhadətnaməsi olmadığından adına rəsmiləşdirə bilmir. Oğlunun doğum qeydi Ermənistanda aparıldığından onun doğum şəhadətnaməsini təkrar olaraq əldə eməsi imkan xaricində olduğundan hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, 13 sentyabr 1997-ci il tarixdə vəfat etmiş oğlu X5 14 mart 1971-ci il tarixdə Ermənistan SSR-nin Vardenis rayonunun Zod kəndində anadan olması, atasının xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6, anasının isə onun yəni Ərizəçi olması faktının müəyyən edilməsi və X5 14 mart 1971-ci il tarixdə Ermənistan SSR-nin Vardenis rayonunun Zod kəndində anadan olması barədə doğum akt qeydinin bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli 3-16-5/8-xx-xx/2023 nömrəli və 1 X14 “ASAN xidmət” mərkəzində notariat ofisi xx.xx.2023-cü il tarixli məktub göndərərək işə onların iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilmiş X9 məhkəmə iclasında ifadə verərək göstərdil ki, Ərizəçi onun bacısıdır. Bacısı Ərizəçi ilə X6 rəsmi nikahlarından 14 mart 1971-ci il tarixdə Ermənistan SSR-nin Vardenis rayonunun Zod kəndində oğlu X11 anadan olmuşdur. Namiq Ermənistandan gəldikdən sonra Göygöl şəhərində yaşamış və 13 sentyabr 1997-ci il tarixdə vəfat etmişdir. Onun doğum şəhadətnaməsi olmuş lakin Ermənistandan gələrkən yaşadığı evdə qalmışdır. Şahid qismində dindirilmiş X7 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Ərizəçi və onun mərhum oğlu X11 ilə qonşudur. Mərhum X1 Flora Məhəmməd qızı ilə X6 rəsmi nikahlarından 14 mart 1971-ci il tarixdə Ermənistan SSR-nin Vardenis rayonunun Zod kəndində anadan olmuşdur. Namiq Ermənistandan gəldikdən sonra Göygöl şəhərində yaşamış və 13 sentyabr 1997-ci il tarixdə vəfat etmişdir. Onun doğum şəhadətnaməsi olmuş lakin Ermənistandan gələrkən yaşadığı evdə qalmışdır. İşdə olan İ-ZJ seriyalı 172514 nömrəli nigah şəhadətnaməsindən görünür ki, X10 ilə X3 nigahları xx.xx.1964-cü ildə Ermənistan SSR Basarkeçər rayonu Zod kənd sovetində 56 nömrə ilə qeydə alınmışdır.Nikah bağlandıqdan sonra kişiyə Əliyev, qadına Əliyeva soyadı verilmişdir. İşə əlavə edilmiş AZ-İİ seriyalı 015653 nömrəli ölüm şəhadətnaməsindən görünür ki, X11 13 sentyabr 1997-ci il tarixdə vəfat etmişdir İşə əlavə edilmiş AZ-İİ seriyalı 062907 nömrəli ölüm şəhadətnaməsindən görünür ki, X10 02 iyun 2020-ci il tarixdə vəfat etmişdir. Mülki işə əlavə edilmiş AZE seriyalı 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1948-ci ildə Ermənistanın, Vardenis rayonunda anadan olmuş və ünvan 1 ünvanda qeydiyyatdadır. İşə əlavə edilmiş ünvan 2əndəsinin xx.xx.2021-ci il tarixli arayışında ünvan 3 ünvanda yerləşən evin X4 məxsus olduğu və həmin evdə heç kimin qeydiyyatda olmadığı göstərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında müəyyən olur ki, Ərizəçi 13 sentyabr 1997-ci il tarixdə vəfat etmiş oğlu X5 14 mart 1971-ci il tarixdə Ermənistan SSR-nin Vardenis rayonunun Zod kəndində anadan olmuşdur.Atası xx.xx.2020-ci il tarixdə vəfat etmiş X10 anası isə Ərizəçidır. X5 doğum qeydi 14 mart 1971-ci il tarixdə Ermənistan SSR-nin Vardenis rayonunun Zod kənd sovetində aparılmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 230, 233, 237 və 311-ci maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi 13 sentyabr 1997-ci il tarixdə vəfat etmiş oğlu X5 14 mart 1971-ci il tarixdə Ermənistan SSR-nin Vardenis rayonunun Zod kəndində anadan olması, atasının xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6, anasının Ərizəçi olması faktı müəyyən edilsin. X5 14 mart 1971-ci il tarixdə Ermənistan SSR-nin Vardenis rayonunun Zod kəndində anadan olması barədə doğum akt qeydi bərpa edilsin. Qətnamənin surəti icra olunması üçün Maraqlı şəxs1nə göndərilsin. Qətnamənin surəti təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-856/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-856/2023
07.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver