Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-866/2024 10.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, iddiaçı X9 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı X9 cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı X12 cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” məhkəmədə barədə iddia qaldıraraq ünvan 1 (yeni qaydalarla ünvan 4anında yerləşən, 0,06 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin satılması barədə cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə onun arasında 09 mart 2004-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı X9 vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edib göstərdi ki, nümayəndəsi olduğu X12 ilə cavabdeh X7 arasında bağlanmış 09 mart 2004-cü il tarixli müqaviləyə əsasən, iddiaçı X12 cavabdeh X6 məxsus olan ünvan 1 (yeni qaydalarla ünvan 4anında yerləşən, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-710A (KOD:********) nömrəli şəhadətnamədə qeyd edilən, 0,06 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən, inventar nömrəsi 387, qeydiyyat nömrəsi 10/305 olan “Texniki Pasportda” qeyd edilən fərdi yaşayış evini 2300 (iki min üç yüz) ABŞ dollarına almışdır. Cavabdeh X7 ona qeyd edilən daşınmaz əmlaklarını satılması, bağışlanması və ya başqa yolla özgənişləşdirilməsinə dair 3 illik müddətə etibarnamə də vermişdir. Həmçinin cavabdeh X5 həmin vaxtı yetkinlik yaşına çatmış ailə üzvüləri də qeyd edilən daşınmaz əmlakların iddiaçı X1 etirazlarının omamasına dair 09 mart 2004-cü il tarixli, notariat qaydada təsdiqlənmiş ərzilərdə təqdim etmişlər. 09 mart 2004-cü il tarixdən qeyd edilən daşınmaz əmlaklar onun istifadəsindədirlər. İddiaçı X12 qeyd edilən fərdi yaşayış evinin kommunal xərclərini ödəməklə, orada təmir bərpa işləri də aparmışdır. Maddi vəziyyəti ilə əlaqədar qeyd edilən daşınmaz əmlakları öz adına sənədləşdirə bilməmişdir. Cavabdeh X7 06 oktyabr 2019-cu il tarixdə qeyd edilən fərdi yaşayış evi ilə əlaqədar ona yenidən, 10 illik müddətə etibarnamə vermişdir. Ancaq həmin evin yerləşdiyi torpaq sahəsi ümumi, birgə mülkiyyətdə olmasına görə həmin evi iidiaçı öz adına sənədləşdirə bilməmişdir. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəməyə teleqrama ilə müraciət edərək, üzürlü səbəbdən məhkəmə iclasına gəlməmələrini, mülki işə onıarın iştirakları olmadan baxılmasını, iddia tələbini tamamilə qəbul etmələrini, ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir Məhkəmə ddiaçı X9 vəkili və nümayəndəsi Vəkil izahatını dinləyib iş materiallaını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X12 10 aprel 1954-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş inventar nömrəsi 387, qeydiyyat nömrəsi 10/305 olan, iyul 2003-cü il tarixli “Texniki Pasportdan” məlum olur ki, X6 məxsus ünvan 1 ünvanında 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 122,5 kvadrat metr, yaşayış sahəsi 49,8 kvadrat metr və köməkçi sahəsi 35,7 kvadrat metr olan fərdi yaşayış evi vardır. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********25-10301, qeydiyyat nömrəsi **********7 və qeydiyyat tarixi 14 mart 2024-ci il olan Çıxarışdan məlum olur ki, X5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətlərində olan ünvan 1 (yeni qaydalarla ünvan 4anında yerləşən, 0,06 hektar həyətyanı torpaq sahəsinin üzərində X5 tam mülkiyyətində ümumi sahəsi 84,5 kvadrat metr, yaşayış sahəsi 49,8 kvadrat metr və köməkçi sahəsi 35,7 kvadrat metr olan 3 otaqlı fərdi yaşayış evi vardır. Mülki işə əlavə edilmiş X7 ilə X12 arasında bağlanmış 09 mart 2004-cü il tarixli alqısatqı müqaviləsindən məlum olur ki, X2 (indiki ünvan 2 ünvanında yerləşən, yaşayış evini 2300 (iki min üç yüz) ABŞ dollarına X3. Mülki işə əlavə edilmiş notarial qaydada təsdiqlənmiş, 09 mart 2004-cü il tarixli ərizədən məlum olur ki, Cavabdeh2 əri X6 məxsus olan Xanlar (indiki ünvan 2 ünvanında yerləşən, yaşayış evinin satılmasına etiraz etmir. Mülki işə əlavə edilmiş notarial qaydada təsdiqlənmiş, 09 mart 2004-cü il tarixli ərizədən məlum olur ki, Cavabdeh3 atası X6 məxsus olan Xanlar (indiki ünvan 2 ünvanında yerləşən, yaşayış evinin satılmasına etiraz etmir. Mülki işə əlavə edilmiş Göygöl rayon İcra Hakimiyyəti başçısının Hacıməlik qəsəbə inzibati ərazi dairəs üzrə nümayəndəsinin 29 aprel 2024-cü il tarixli arayışından məlum olur ki, X12 2004-cü il tarixdən Göygöl rayon Hacıməlik qəsəbəsində X6 məxsus olan evdə yaşayır. X7 2004-cü il tarixdən həmin evdə yaşamır. Mülki işə əlavə edilmiş 09 mart 2004-cü il tarixli, reyestr nömrəsi 7E-6-3503 olan etibarnamədən məlum oluyr ki, X2 rayonu Hacıməlik qəsəbəsi, 2-ci məhəllə, ev 05 ünvanda yerləşən evinin satılması, bağışlanması və ya başqa yolla özgənişləşdirilməsinə dair X10 etibar etmişdir. Etibarnamənin müddəti 3 ildir. Mülki işə əlavə edilmiş 06 oktyabr 2019-cu il tarixli, reyestr nömrəsi 7E-22717 olan etibarnamədən məlum oluyr ki, X2 rayonu Hacıməlik qəsəbəsi, 2-ci məhəllə, ev 05 ünvanda yerləşən evinin satılması, bağışlanması və ya başqa yolla özgənişləşdirilməsinə dair X10 etibar etmişdir. Etibarnamənin müddəti 10 ildir. Beləliklə məhkəmə iclasında aydın oldu ki, X7 mülkiyyətlərində olan Xanlar rayonu (indiki ünvan 3 ünvanda yerləşən (yeni qaydalarla ünvan 4anında yerləşən, 0,06 hektar həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini 09 mart 2004-cü il tarixdə 2300 (iki min üç yüz) ABŞ dollarına iddiaçı X4. Bu hal cavabdehlər tərəfindən də məhkəmə iclasında bir daha da təsdiq edildi. Həmin vaxtdan da qeyd edilən daşınmaz əmlaklar sonuncunun istifadəsindədir. Məhkəmə yuxarıda şərh edilən sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakılara görə iddianın əsaslı olması nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində göstərilir ki, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır (MPM-in 191.3-cü maddəsi). Azərbaycan Respublikasının MPM-in 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdikləri sübutlar əsasında baxır və yalnız onlardan istifadə edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi göstərdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Müqavilə bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının MM-nin 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdilənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb olunmur. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi işin faktiki hallarına və mövcud maddi və prosessual hüquq normalarına uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun İ. K. Rəcəbovun şikayəti üzrə xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməlidir; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı X9 cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” iddiası təmin edilsin. İddiaçı X12 ilə cavabdeh X7 arasında, Xanlar rayonu (indiki ünvan 3 ünvanında yerləşən (yeni qaydalarla ünvan 5vanında yerləşən) 0,06 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin alqı-satqısına dair olan 09 mart 2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. ünvan 1 ünvanında yerləşən (yeni qaydalarla ünvan 5vanında yerləşən) 0,06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi X9 adına rəsmıləşdirilsin. Bu qətnamə hüquqların qeydiyyata alınması üçün əsas hesab edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(066)-866/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-866/2024
10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver