Məhkəmə qərarları › İş №2(066)-905/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-905/2024

27.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-905/2024 27.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair» ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasınada baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair» ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, X7ndan və X4ndan miras qalmış “Torpağın mülkiyyətə verilməsinə dair” JN-099F nömrəli (KOD:********) şəhadətnamədə qeyd edilən, Göygöl rayonu Bəhrəmbağı kəndində yerləşən 0,07 hektar həyəyanı torpaq sahəsini və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinində RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********03, qeydiyyat nömrəsi 4018606, qeydiyyat tarixi 19 dekabr 2014-cü il olan çıxarışında qeyd edilən Göygöl rayonu Bəhrəmbağı kəndində yerləşən 0,54 hektar kənd təsərrüfatı təyinatlı torpaqları koteqoriyasına aid olan torpaq sahəsindəki paylarını miras əmlak kimi qəbul edilməsi faktının müəyyən olunması, həmin miras əmlakı mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, o, 15 avqust 1979-cu ildə anadan olmuşdur. O, daimi olaraq X7 və X4 ilə birlikdə, onlara məxsus olan Göygöl rayonu Bəhrəmbağı kəndində yerləşən evlərində yaşamışdır. Onların mülkiyyətində “Torpağın mülkiyyətə verilməsinə dair” JN-099F nömrəli (KOD:********) şəhadətnamədə qeyd edilən, Göygöl rayonu Bəhrəmbağı kəndində yerləşən 0,07 hektar həyəyanı torpaq sahəsini və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinində RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********03, qeydiyyat nömrəsi 4018606, qeydiyyat tarixi 19 dekabr 2014-cü il olan çıxarışında qeyd edilən Göygöl rayonu Bəhrəmbağı kəndində yerləşən 0,54 hektar kənd təsərrüfatı təyinatlı torpaqları koteqoriyasına aid olan torpaq sahəsi olmuşdur. X7 18 sentyabr 2011-ci il tarixdə və X4 isə 14 noyabr 2017-ci il tarixdə ölmüşdür. X4 24 aprel 2012-ci il tarixli, reyestr nömrəsi 2V-100 olan Vəsiyyətnamə əsasında yuxarıda qeyd edilən 0,07 hektar həyəyanı torpaq sahəsini və 0,54 hektar kənd təsərrüfatı təyinatlı torpaqları koteqoriyasına aid olan torpaq sahəsini ona vəsiyyət etmişdir. X7 və X4 öldükdən sonra onlardan miras qalmış həmin torpaq sahələrini o miras əmlak kimi qəbul etmiş və idarə etmişdir. O miras qəbulu ilə bağlı notariat orqanlarına müraciət etmiş olsa da ona müddətin keçməsi ilə əlaqədar imtina verilmişdir. Odur ki, o, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını хащиш еdir. Maraqlı şəxs Göygöl rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.6-cı maddəsinin tələbinə görə, mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X13 ifadəsində göstərdi ki, X21 və X11 onun valideyinləri olmuşdur. Ərizəçi həmişə onun valideyinləri ilə birlikdə yaşamış, onlara baxmışdır. X1 və X11 öldükdən sonra onlardan miras qalmış 0,07 hektar həyəyanı torpaq sahəsini və 0,54 hektar kənd təsərrüfatı təyinatlı torpaqları koteqoriyasına aid olan torpaq sahəsini Ərizəçi miras əmlak kimi qəbul etmiş və idarə etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən, X14 və X6 övladları X15 və X18 da əsasın şahid X8 ifadəsinə uyğun ifadə verməklə onun göstərdiyi xususatları təsdiq etdilər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanıb hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 15 avqust 1979-cu ildə anadan olmuşdur. Mülki işə əlavə edilmiş 1 saylı Gəncə Regional “Asan Xitməti” Mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin arayışlarından məlum olur ki, X21 və X6 ailə tərkibi X13, X15, X2 Vaqif Musa oğlu, bayramova Pərvanə Musa qızı və X18 olmuşdur. Mülki işə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-099F nömrəli (KOD:********) şəhadətnamədən məlum olur ki, X14 və X6 mülkiyyətində Göygöl rayonu Bəhrəmbağı kəndində yerləşən 0,07 hektar həyəyanı torpaq sahəsi vardır. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinində RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********03, qeydiyyat nömrəsi 4018606, qeydiyyat tarixi 19 dekabr 2014-cü il olan çıxarışında məlum olur ki, X14 və X6 ümumi birgə mülkiyyətində Göygöl rayonu Bəhrəmbağı kəndində yerləşən 0,54 hektar kənd təsərrüfatı təyinatlı torpaqları koteqoriyasına aid olan torpaq sahəsi vardır. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”-nin surətindən görünür ki, X21 18 sentyabr 2011-ci il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”-nin surətindən görünür ki, X11 14 noyabr 2017-ci il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş 24 aprel 2012-ci il tarixli, reyestr nömrəsi 2V-100 olan Vəsiyyətnamədən görünür ki, X3 rayonu Bəhrəmbağı kəndində yerləşən, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-099A nömrəli (KOD:********) şəhadətnamədə qeyd edilən 0,12 hektar həyəyanı torpaq sahəsindən və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinində RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********03, qeydiyyat nömrəsi 4018606, qeydiyyat tarixi 19 dekabr 2014-cü il olan çıxarışında qeyd edilən 0,54 hektar kənd təsərrüfatı təyinatlı torpaqları koteqoriyasına aid olan torpaq sahəsindən ona düşən payını Ərizəçi vəsiyyət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası təmamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbni üzrlü sayarsa, uzada bilər.Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən edir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq qardaşı qızı Ərizəçi onun birinci növbəli vərəsəsi kimi галмышдыр. Azərbaycan Respublikası MM-in 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması ilə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Beləliklə, məhkəmə hesab edir ki, ünvan 1 ünvanında 0,03 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 68,6 kvadrat metr, yaşayış sahəsi 44 kvadrat metr olan, 2 otaqlı fərdi yaşayış evi Ərizəçi tərəfindən qəbul edilmə faktı müəyyən edilməli, onun həmin əmlaka mülkiyyət hüquqları tanınmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-cı maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi «mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair» ərizəsi təmin edilsin. Mərhum X7ndan və X4ndan miras qalmış “Torpağın mülkiyyətə verilməsinə dair” JN-099F nömrəli (KOD:********) şəhadətnamədə qeyd edilən, Göygöl rayonu Bəhrəmbağı kəndində yerləşən 0,07 hektar həyəyanı torpaq sahəsini və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinində RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********03, qeydiyyat nömrəsi 4018606, qeydiyyat tarixi 19 dekabr 2014-cü il olan çıxarışında qeyd edilən Göygöl rayonu Bəhrəmbağı kəndində yerləşən 0,54 hektar kənd təsərrüfatı təyinatlı torpaqları koteqoriyasına aid olan torpaq sahəsindəki paylarını onun vərəsəsi Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Həmin torpaq sahələrinə Ərizəçi vərəsəlik hüquqları tanınsın. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar