Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-917/2024 30.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Hüseynov Nicat Mübariz oğlunun katibliyi, İddiaçı Müqabil oğlunun Cavabdeh iştirakları ilə, İddiaçı Müqabil oğlunun Cavabdeh qarşı “müvafiq kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılması tələbinə dair” iddiası barədə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: İddiaçı Müqabil oğlu Cavabdeh qarşı “müvafiq kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair” iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh, onun arvadı X2, uşaqları X5 və X3 mülkiyyətində olan ünvan 1 ünvanda 0,06 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən, fərdi yaşayış evindən 5000 (beş min) manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Müqabil oğlu iddia tələbini müdafiə etməklə məhkəmə iclasında göstərdi ki, ünvan 1 ünvanda 0,06 hektar həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən, fərdi yaşayış evi onun mülkiyyətindədir. Bu barədə Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********08-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 29 sentyabr 2023-cü il olan Çıxarışda tərtib edilmişdir. Cavabdeh onun əmisi olmaqla onun mülkiyyətində olan ünvan 1 ünvanda 0,06 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən, fərdi yaşayış evində yaşayır. Bununla da ona və ailəsinə mülkiyyətində olan fərdi yaşayış evində yaşamağa imkan vermirlər. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, ünvan 1 ünvanda 0,06 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən, fərdi yaşayış evi onun atasının və iddiaçıçın babasının mülkiyyətində olmuşdur. O və ailəsi həmin evdə yaşamaqla onların həmin evdə istifadə hüquqları vardır. İddiaçı Müqabil oğlunun atası onu və ailəsinin həmin evdən çıxarılmaları üçün məhkəmədə iddia qaldırmış olsa da məhkəmə qətnaməsi ilə iddiası təmin edilməmişdir. İddiaçı Müqabil oğlunun təklif etdiyi 5000 (beş min) manat kompensasiya isə çox azdır. Belə ki, Göygöl şəhərində evlərin aylıq kirayə haqqı 400-500 manat arası dəyişir. Onun və 4 nəfərdən ibarət ailəsinin başqa yerdə yaşamağa imkanl yoxdur. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Müqabil oğlu xx xxxxxxxx 2001-ci il tarixdə, Cavabdeh 20 aprel 1979-cu il tarixdə anadan olmuşur. Mülki işə əlavə edilmiş Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********08-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 29 sentyabr 2023-cü il olan Çıxarışda görünür ki, H.Aslanov küçəsi 91 saylı ünvanda 0,06 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 79,4 kvadrat metr olan fərdi yaşayış evi İddiaçı Müqabil oğlunun xüsusi mülkiyyətinə verilmişdir. Mülki işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli, 2(104)-3719/2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdehlər Cavabdeh və X4 qarşı ünvan 1 ünvanda 0,06 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən, fərdi yaşayış evindən çıxarılmaları tələbi üzrə Göygöl Rayon Məhkəməsinin 21 avqust 2017-ci il tarixli, 2(066)-1850/2017 saylı qətnaməsindən iddiaçı X1 verdiyi şikayət təmin edilməmiş cavabdehlər Cavabdeh və X4 qarşı ünvan 1 ünvanda 0,06 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən, fərdi yaşayış evindən çıxarılmamışlar. Məhkəmə hesab edir ki, mənzilə və ya fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi, məzildən çıxarılma barədə mübahisələrə hüquqi qiymət verilərkən başlıca olaraq aşağıdakı əsas üç meyar tədqiq edilməlidir: 1) mübahisə obyektinin (yaşayış sahəsinin) hüquqi statusu; 2) İddiaçı Müqabil oğlu cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, onların yaşayış sahəsindən çıxarılması tələbində haqlıdırmı; 3) cavabdehlərin mübahisə predmeti olan yaşayış sahəsində istifadə hüququ vardırmı, hazırda qoyulmuş tələblə cavabdehlər həmin evdən çıxarıla bilərmi; Məhkəmə yuxarıda göstərilən hallar üzrə gəlinəcək nəticənin anlaşılan olmasının təmin edilməsindən ötrü hesab edir ki, birinci hal üzrə ayrıca hüquqi dəyərləndirmə aparmalı, ikinci və üçüncü hallar bir-biri ilə əlaqəli olduğundan bu hallar üzrə isə iddiaçı və cavabdehin işin halları barədə izahatları, tərəflərin təqdim etdikləri sübutlar birlikdə əlaqəli şəkildə tədqiq edilərək hüquqi dəyərləndirmə aparılmalı və vahid yekun hüquqi nəticəyə gəlinməlidir. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 saylı qərarının 5-ci bəndində qeyd edilir ki, “Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir.” Birinci hal (mübahisə obyektinin (yaşayış sahəsinin) hüquqi statusu) üzrə: Məhkəmə iclası zamanı müəyyən edildi ki, mübahisə predmeti olan fərdi yaşayış evi Huquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyest nömrəsi **********08-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 29 sentyabr 2023-cü il olan Çıxarışa əsasən İddiaçı Müqabil oğlunun mülkiyyətindədir. İkinci və üçüncü hallar (İddiaçı Müqabil oğlu cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və onun evdən çıxarılması tələbində haqlıdırmı;) üzrə; Məhkəmə iddiaçının cavabdehə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri və əsaslı hesab edir. Beləliklə, tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı Müqabil oğlunun əmisi olmaqla onun mübahisəli evdən istifadə hüququ vardır. Onun və arvadını məhkəmə qətnaməsi ilə həmin evdən çıxarılması mümkün olmamışdır. Cavabdeh həmin evdə yaşayan zaman evin mülkiyyətçisi olmadığına görə iddiaçı ilə onların fərdi yaşayış evindən istifadəsinə dair hər hansı bir müqavilə bağlamamışdır. Həmçinin kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam barədə tələbi evin mülkiyyətçisi İddiaçı Müqabil oğlu vermişdir. Hazırda iddiaçı cavabdehin 5000 (beş min) manat kompensasiya müqabilində evdən istifadə hüququna xitam verilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi barədə iddianın təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı olan ilk hal, iddiaçının həmin tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmamasının müəyyənləşdirilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyündən bəhs edir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehlərə qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Ancaq məhkəmə hesab edir ki, cavabdehlərə təklif edilən kompensasiyanın məbləği az hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən Göygöl şəhərində fərdi yaşayış evlərinin aylıq kirayə haqqlna dair hər hansı bir subut təqdim edilməmişdir. Məhkəmədə həmçinin o da aydın oldu ki, iddiaçı tərəfindən Cavabdeh ailə üzvüləri cavabdeh qismində mülki işə cəlb edilməməsinə baxmayaraq onun ailə üzvülərindən onun arvadı X2, uşaqları X5 və X3 qeyd edilən fərdi yaşayış evindən çıxarılmaları tələb edilmişdir. Məhkəmə hesab edir ki, bu halda onların özlərini müdafiə etmək hüququndan məhrum olunmuş olurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi barədə iddianın təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı olan ilk hal, iddiaçının həmin tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmamasının müəyyənləşdirilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyündən bəhs edir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə İddiaçı Müqabil oğlu Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlı deyildir. Belə olan halda, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsinə) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı şəkildə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı şəkildə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə, istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə hesab edir ki, İddiaçı Müqabil oğlunun Cavabdeh mübahisəli evdəki istifadə hüququna xitam verilməsi üçün təklif edilən 5000 (beş min) manat məbləğdə kompensasiya ağlabatan olmamaqla, onun mənafeyinə uyğun deyildirş. Hazırki iş üzrə yuxarıda qeyd olunan hallar təklif edilən kompensasiya məbləğinin yetərli olmaması qənaətinə gəlməyə əsas verir. Cavabdeh yaşayış sahəsindən istifadə etmək hüququna 5000 (beş min) manat pul verməklə, onun istifadə hüququna xitam verilməsi elə bir əvəzləşdirmədir ki, Cavabdeh və onun ailə üzvüləri İddiaçı Müqabil oğlunun verdiyi kompensasiya hesabına əvvəlki fərdi yaşayış evinə xas olmuş şəraitə oxşar mənzildə müəyyən müddət ərzində yaşaya bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə qət etdi: İddiaçı Müqabil oğlunun Cavabdeh qarşı “müvafiq kompensasiya verilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılması tələbinə dair” iddiası əsassız olmasına görə rədd olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(066)-917/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-917/2024
30.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver