Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-918/2023 02.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə, İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və onların vəkili X4 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı miras mülkə vərəsəlik hüququnun tanınması tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı miras mülkə vərəsəlik hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə 02 avqust 2023-cü il tarixdə, Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı miras mülkə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edib, X2 miras qalmış Göygöl rayonu, Toğana kəndində yerləşən 0,0635 ha torpaq sahəsinə, mərhum Cavabdeh5 Ədil qızından və X6 miras qalmış Göygöl rayonu, Toğana kəndində yerləşən 0,03 ha torpaq sahəsinə İddiaçı bütövlükdə payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İlkin İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, X17 ilə X12 xx.xx.1960-cı ildə nikaha daxil olaraq evlənmişlər. Onların birgə nikahından xx.xx.1961-ci il təvəllüdlü X18, xx.xx.1963-cü il təvəllüdlü X19, xx.xx.1965-ci il təvəllüdlü X13 və xx.xx.1968-ci il təvəllüdlü X20 anadan olmuşlar. Göygöl rayonu, Toğana kəndində yerləşən 0,0635 ha torpaq sahəsi X9 adına qeydə alınmışdır. Bu barədə xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış vardır. Bundan başqa Göygöl rayonu, Toğana kəndində yerləşən 0,03 ha torpaq sahəsi Cavabdeh5 Ədil qızı və X10 adına qeydə alınmışdır. Bu barədə xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış vardır. X17 xx.xx.1999-cu ildə, X18 xx.xx.2005-ci ildə, Cavabdeh5 Ədil qızı xx.xx.2010-cu ildə, X19 xx.xx.2013-cü ildə vəfat etmişlər. X23 doğuşdan qüsurlu olmuşdur, heç bir zaman evlənməmişdir və övladı olmamışdır. X17 vəfat etdikdən sonra ondan qalan miras əmlakı oğlu X18 qəbul etmişdir. İddiaçı vəfat etdikdən sonra isə miras əmlakdan ona çatası payı onun ailə üzvləri olan arvadı Cavabdeh3, övladları İddiaçı, Cavabdeh4 və Cavabdeh5 qəbul etmişlər. Cavabdeh5 Ədil qızı vəfat etdikdən sonra ondan qalan miras əmlakı birinci növbə vərəsə kimi İddiaçı qəbul etmişdir. X19 vəfat etdikdən sonra isə ondan qalan miras əmlakı ikinci növbə vərəsə kimi İddiaçı qəbul etmişdir. Digər cavabdehlər X13 və X20 valideynlərinin sağlığında ailə quraraq ər evlərinə köçmüşlər və miras əmlakı nə faktiki, nə də ki, notariat qaydasında ərizə verməklə qəbul etməmişlər. İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı miras mülkə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edib, X1 miras qalmış Göygöl rayonu, Toğana kəndində yerləşən fərdi yaşayış evinin və 0,0635 ha torpaq sahəsinin və anaları Cavabdeh5 Ədil qızı və bacıları X6 miras qalmış Göygöl rayonu, Toğana kəndində yerləşən 0,03 ha torpaq sahəsinin tərəflərindən qəbul edilməsi və onların miras əmlaklara vərəsəlik hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçılar iddialarını onunla əsaslandırmışdır ki, ataları X17 ilə anaları X7 birgə nikahlarından dörd uşaqları X18 xx.xx.2005-ci ildə vəfat edib), X19 (xx.xx.2010-cu ildə vəfat edib), X13 və X20 anadan olmuşlar. Miras qoyanların birinci növbə vərəsələri onlardır. X1 Göygöl rayonu, Toğana kəndində yerləşən fərdi yaşayış evi və 0,0635 ha torpaq sahəsi, anaları Cavabdeh5 Ədil qızı və bacıları X6 Göygöl rayonu, Toğana kəndində yerləşən 0,03 ha torpaq sahəsi miras qalmışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verib iddiasının təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini məhkəmədən xahiş etdilər. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verib ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş edərək izahatında bildirdi ki, cavabdehlər Zöhrə və Qənirə 1989-cu ildə evlənərək ər evinə köçmüşlər. X33 ölən vaxtı miras mülkdə iddiaçının atası, anası, bacısı, qardaşı, özü və digər bibisi Sədət yaşamışlar. 2005-ci ildə Kinyaz, 2010-cu ildə Gülgəz, 2013-cü ildə isə Sədət vəfat etmişdir. Sədət ailə qurmamış və onun ölümündən sonra birinci növbə vərəsəsi qalmamışdır. Miras qoyanlar vəfat edəndən sonra miras əmlakı İddiaçı qəbul edərək idarə etmişdir və bu gün də miras əmlaklar onun istifadəsindədir. Cavabdehlər miras əmlakı nə faktiki, nə də ki, notariat qaydasında qəbul etməmişlər. İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia tələbini qəbul etməyərək rədd edilməsini, qarşılıqlı iddialarının isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edərək izahatında bildirdi ki, ata və anasının sağlığında yəni 1988-ci ildə ailə quraraq valideynlərinin evindən ayrılıb ər evinə yəni Göygöl rayon Sarısu kəndinə köçmüşdür və Göygöl rayonu Sarısu kəndində qeydiyyatda olmaqla orada yaşayır. Mərhum atasına məxsus evdə mərhum qardaşı X11 ailə üzvləri yaşamış hal-hazırdada onlar yaşayır. O, mərhumların ölümündən qabaq və sonra sözü gedən (miras əmlak) atasına məxsus olmuş evdə yaşamamış və sözü gedən anasına və bacısına məxsus torpaq sahələrindən istifadə etməmişdir. Atasının, anasının və bacısının ölümündən sonra miras əmlakın qəbul edilməsi yəni mirasın acılması ilə bağlı notariusa müraciət (ərizə verməmişdir) etməmişdir. İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddia tələbini qəbul etməyərək rədd edilməsini, qarşılıqlı iddialarının isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edərək izahatında bildirdi ki, ata və anasının sağlığında 1989-cu ildə ailə quraraq valideynlərinin evindən ayrılıb ər evinə yəni Göygöl rayon Aşıqlı kəndinə köçmüşdür və Göygöl rayonu Aşıqlı kəndində qeydiyyatda olmaqla orada yaşayır. Mərhum atasına məxsus evdə mərhum qardaşı X11 ailə üzvləri yaşamış hal-hazırdada onlar yaşayır. O, mərhumların ölümündən qabaq və sonra sözü gedən (miras əmlak) atasına məxsus olmuş evdə yaşamamış və sözü gedən anasına və bacısına məxsus torpaq sahələrindən istifadə etməmişdir. Atasının, anasının və bacısının ölümündən sonra miras əmlakın qəbul edilməsi yəni mirasın acılması ilə bağlı notariusa müraciət (ərizə verməmişdir) etməmişdir. İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıların vəkili X14 ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdehlərin vəsatəti əsasında şahid qismində ifadə verən X8 ifadəsində bildirmişdir ki, Qənirə və Zöhrə Əliyevalar hələ atalarının sağlığında evlənmişlər və ər evinə köçmüşlər və başqa kəndlərdə yaşamışlar. Cavabdehlər həm atalarının, həm analarının, həm də bacılarının yas yerlərində iştirak etmişlər. Ər evlərində sonra cavabdehlər bir daha miras mülkdə yaşamamışlar. Hətta mərhum Cavabdeh4aya da son dövrlərdə cavabdehlər baxmışlar. İş üzrə cavabdehlərin vəsatəti əsasında şahid qismində ifadə verən X3 Nadir Ağaməmməd oğlu ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə tərəflərin izahatları dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməli qaerşılıqlı iddia isə təmin edilməmədir. Belə ki, tərəflərin və şahidlərin ifadələri və mülki iş materiallarına əlavə edilmiş sənədlərdən X2 miras qalmış Göygöl rayonu, Toğana kəndində yerləşən 0,0635 ha torpaq sahəsi, mərhum Cavabdeh5 Ədil qızından və X6 miras qalmış Göygöl rayonu, Toğana kəndində yerləşən 0,03 ha torpaq sahəsi vərəsə İddiaçı Knyaz oğlu tərəfindən faktiki qəbul etməsi sübuta yetmişdir. Ancaq qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 tərəfindən həmin miras əmlakları faktiki və notarial qaydada qəbul etməkləri sübuta yetməmişdir. iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xİdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********5 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Göygöl rayonu Toğana kəndində yerləşən 0.03 ha torpaq sahəsi Cavabdeh5 Ədil qızı və X10 birgə paylı mülkiyyətindədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xİdməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Göygöl rayonu Toğana kəndində yerləşən 0.0635 ha torpaq sahəsi X9 mülkiyyətindədir. İş materiallarında olan Göygöl Rayon Qeydiyyat Şöbəsinin verdiyi arayışdan görünür ki, X17 ilə X12 xx.xx.1960-cı ildə nikaha daxil olmuşlar və nikah Göygöl rayon Toğana kənd İcra nümayəndəliyində qeydə alınmışdır. İş materiallarında olan Göygöl Rayon Qeydiyyat Şöbəsinin verdiyi arayışdan görünür ki, X18 xx.xx.1961-ci il tarixdə anadan olmuş və xx.xx.2005-ci ildə vəfat etmişdir. İş materiallarında olan Göygöl Rayon Qeydiyyat Şöbəsinin verdiyi arayışdan görünür ki, X23 xx.xx.1964-cü il tarixdə anadan olmuş və xx.xx.2013-cü ildə vəfat etmişdir. İş materiallarında olan Göygöl Rayon Qeydiyyat Şöbəsinin verdiyi arayışdan görünür ki, X21 xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Doğum haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan Göygöl Rayon Qeydiyyat Şöbəsinin verdiyi arayışdan görünür ki, Cavabdeh5 Ədil qızı xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Toğanalı kənd İƏDÜ nümayəndəliyinin verdiyi arayışdan görünür ki, X23 vəfat etdikdən sonra onun ailə üzvü kimi bacıları Qənirə və Zöhrə qalmışdır və mərhumdan qalan torpaq sahəsindən və atasından qalan torpaq sahəsindən İddiaçı istifadə etməklə torpaq sahəsində olan fərdi yaşayış evində yaşayır. Məhkəmə hesab edir ki, miras qoyan X17 xx.xx.1999-cu il tarixdə vəfat etdiyindən və mübahisəli vərəsəlik hüquq münasibətləri həmin vaxt yarandığından 1964-cü ildə qəbul edilmiş, 01 mart 1965-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəalarının tətbiq olunmalıdır. 01 mart 1965-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527-ci maddəsinin 1-ci hissəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılması vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 530-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə görə, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 556-cı maddəsinin 3-cü hissəsinə əsasən, vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina, vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Mirasın bölünməsi zamanı həll olunmalı məsələlərdən birincisi mirasın kütləsinin düzgün müəyyən olunmasıdırsa, ikinci növbədə həm qanun üzrə vərəsələrin, həm də vəsiyyət üzrə vərəsənin miras əmlakı qəbul edib-etməməsi araşdırılmalıdır. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. X9 qanun üzrə birinci növbə vərəsələri Cavabdeh5, Kinyaz Əliyev, Sədət Əliyeva, Cavabdeh2 (Əliyeva) və Cavabdeh1 (Əliyeva) olmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından müəyyən edilir ki, həmin şəxslərdən Cavabdeh5, Kinyaz Əliyev və Sədət Əliyeva X33in sağlığında onunla birlikdə yaşamışlar, aonun vəfatından sonra da miras qalmış daşınmaz əmlakın faktiki idarə edilməsini həyata keçirərək ona yiyələnmişlər. Digər vərəsələrdən Cavabdeh2 (Əliyeva) və Cavabdeh1 (Əliyeva) hələ atalarının sağlığında həmin evi tərk edib getmiş, atalarından hər hansı miras qəbul etməmiş, atalarının ölümündən sonra da evdə pay iddia etməmiş, nə notarial qaydada ərizə vermək yolu ilə, nə də miras əmlakı idarə edərək ona faktiki yiyələnməklə mirası qəbul etməmişlər. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, mərhum X9 mirasını onun vərəsələrindən yalnız Cavabdeh5, Kinyaz Əliyev və Sədət Əliyeva mirası idarə etməyə başlamaq və mirasa yiyələnmək yolu ilə qəbul etmişlər. Məhkəmə Cavabdeh5 Ədil qızı və X6 qalan miras əlaklarla bağlı qeyd edir ki, Cavabdeh5 xx.xx.2010-cu ildə Cavabdeh4a xx.xx.2013-cü il tarixdə vəfat etdiyindən onlardan qalan miras əmlakla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə görə, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə görə ikinci növbədə—ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İşin faktiki hallarından göründüyü kimi, X18 xx.xx.2005-ci ildə vəfat etdikdən sonra onun ailə üzvləri eyni zamanda anası Cavabdeh5 və bacısı Cavabdeh4a miras mülkdə yaşamaqda davam etmişlər. Miras qoyan Cavabdeh5 vəfat etdikdən sonra miras mülkdə İddiaçı və digər vərəsə Cavabdeh4a yaşamışlar. Miras qoyan Cavabdeh4a vəfat etdikdən sonra isə miras əmlakı ikinci növbə vərəsə kimi İddiaçı qəbul edərək idarə etmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, mərhum Cavabdeh5 və Sədət Əliyevanın mirasını İddiaçı idarə etməyə başlamaq və mirasa yiyələnmək yolu ilə qəbul etmişdir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar mərhum İ.Əliyev, Cavabdeh5 və Cavabdeh4adan qalan mirası qəbul etməklərini məhkəmə araşdırması zamanı sübut etmədiklərinə görə iddiaları təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia təmin edilsin. X2 miras qalmış Göygöl rayonu, Toğana kəndində yerləşən 0,0635 ha torpaq sahəsinə, mərhum Cavabdeh5 Ədil qızından və X6 miras qalmış Göygöl rayonu, Toğana kəndində yerləşən 0,03 ha torpaq sahəsinə İddiaçı bütövlükdə payı müəyyən edilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-918/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-918/2023
02.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver