Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-961/2024 24.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Hüseynov Nicat Mübariz oğlunun katibliyi, iddiaçı Ərizəçi, cavabdeh Maraqlı şəxs3 iştirakları ilə, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs2 1 saylı Gəncə Regional «ASAN Xitməti» Mərkəzinin Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, tələbinə dair» mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasınada baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs3, Ərizəçi, Maraqlı şəxs2 1 saylı Gəncə Regional «ASAN Xitməti» Mərkəzinin Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, tələbinə dair» iddia ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, mərhum X2ndan miras qalmış Göygöl rayonu, Fizuli qəsəbəsi 2 nömrəli binanın 1 nömrəli mənzilini onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı Ərizəçi izahat verərək bildirdi ki, o, xx xxxxxx 1963-cü ildə Göygöl rayonu, Fizuli qəsəbəsində anadan olmuşdur və hal hazırda da orada yaşayır. Onun X2 02 aprel 2014-cü il tarixdə ölmüşdür. Onun ölümündən sonra onun mülkiyyətində olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********52-05101-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 23 fevral 2009-cu il olan Çıxarışda qeyd edilən Göygöl rayonu, Fizuli qəsəbəsi 2 nömrəli binanın 1 nömrəli mənzil miras qalmışdır. Həmin mənzili o, mərhum X2nun vərəsəsi kimi faktiki qəbuı etmiş və idarə edir. Belə ki, o, ailə üzvüləri ilə birlikdə həmin mənzildə yaşayır. Mərhum atasından miras qalmış qeyd edilən mənzili öz adına rəsmiləşdirilməsinə digər ailə üzvlərinin heç bir etirazı yoxdur. Odur ki, o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Maraqlı şəxs3 iddia tələbini qəbul etməklə göstərdi ki, iddiacı Ərizəçi onun qardaşıdır. X2 02 aprel 2014-cü il tarixdə ölmüşdür. Onun ölümündən sonra onun mülkiyyətində olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********52-05101-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 23 fevral 2009-cu il olan Çıxarışda qeyd edilən Göygöl rayonu, Fizuli qəsəbəsi 2 nömrəli binanın 1 nömrəli mənzil miras qalmışdır. Həmin mənzili iddiacı Ərizəçi mərhum X2nun vərəsəsi kimi faktiki qəbuı etmiş və idarə edir. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X7 ifadə verərək bildirdi ki, o, iddiaçı Ərizəçi qonsudur. İddiaçı Ərizəçi ailə üzvüləri ilə birlikdə valideyinləri ilə birlikdə yaşamışdır. Onun X2 02 aprel 2014-cü il tarixdə öldükdən sonra ona məxsus olan Göygöl rayonu, Fizuli qəsəbəsi 2 nömrəli binanın 1 nömrəli mənzili iddiacı Ərizəçi faktiki qəbuı etmiş və idarə edir. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X5 da əsasən X7 ilə eyni məzmunlu ifadə verdi. Mülki iş üzrə cavabdeh Maraqlı şəxs4, Maraqlı şəxs2 və 1 saylı Gəncə Regional «ASAN Xitməti» Mərkəzinin Notariat Ofisinə iməhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.5c- və 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını şahidin ifadəsini dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və “Doğum haqqında şəhadətnamələrin” surətindən məlum olur ki, Ərizəçi xx xxxxxx 1963-cü ildə, Maraqlı şəxs3 xx xxxxxx 1955-ci ildə, Maraqlı şəxs4 xx xxxx 1958-ci ildə, Maraqlı şəxs2 xx xxxx 1934-cü ildə anadan olmuşlar. Mülki işə əlavə edilmiş 1 saylı Gəncə Regional «ASAN Xitməti» Mərkəzinin Qeydiyyat şöbəsinin 03 iyul 2024-cü il tarixli arayışından məlum olur ki, X6 02 aprel 2014cü il tarixdə öldükdən sonra onun ailə üzvüləri Ərizəçi xx xxxxxx 1963-cü ildə, Maraqlı şəxs3 xx xxxxxx 1955-ci ildə, Maraqlı şəxs4 xx xxxx 1958-ci ildə, Maraqlı şəxs2 xx xxxx 1934-cü ildə anadan olmuşlar. 01 oktyabr 1960-cı il təvəllüdlü X8 26 fevral 2023-cü il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş Göygöl rayon Qeydiyyat şöbəsinin arayışından və “Ölüm haqqında şəhadətnamələrin” surətindən məlum olur ki, X6 02 aprel 2014-cü il tarixdə, X8 26 fevral 2023-cü il tarixdə və X9 05 iyul 1957-ci ildə ölmüşdür. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********52-05101-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 23 fevral 2009-cu il olan Çıxarışdan məlum olur ki, Göygöl rayonu, Fizuli qəsəbəsi 2 nömrəli binanın 1 nömrəli mənzil X4 mülkiyyətinə verilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin beşinci hissəsinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası MM-in 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası MM-in 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası MM-in 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası MM-in 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə — ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası MM-in 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası MM-in 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Ərizəçi miras qalmış torpaq sahələrini qanun üzrə vərəsə kimi faktiki olaraq qəbul etmiş və mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Ona görə də, hazırki mülki iş üzrə miras əmlakı qəbul edən bir vərəsə - iddiaçı Ərizəçi vardır. Məhkəmənin iş üzrə bu nəticəyə gəlməsi işin faktiki halları, vərəsənin mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirməsi, vərəsə Ərizəçi miras əmlakdan faktiki olaraq istifadə etməsi onun mirası qəbul etməsi kimi qiymətləndirilməlidir. Belə ki, vərəsənin konkret hərəkətləri və rəftarı mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, iddiaçı Ərizəçi vərəsə kimi mirası qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, vərəsənin mirası qəbul etməsi faktı tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs2 1 saylı Gəncə Regional «ASAN Xitməti» Mərkəzinin Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, tələbinə dair» iddiası təmin edilsin. X1 miras qalmış, Azərbaycan Respublikası DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********52-05101-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 23 fevral 2009-cu il olan Çıxarışda qeyd edilən, Göygöl rayonu, Fizuli qəsəbəsi 2 nömrəli binanın 1 nömrəli mənzilin iddiaçı Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(066)-961/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-961/2024
24.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver