Məhkəmə qərarları › İş №2(066)-975/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-975/2025

14.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-975/2025 14.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, iddiaçı Ərizəçi nümayəndəsi Nümayəndə1 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti "X3" X8inin nümayəndəsi qismində Nümayəndə2 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs "Göygöl Rayon Mərkəzi Xəstəxanası" X8, Göygöl Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "X3" X8i, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti) “əmlakın sahibsiz hesab edilməsi və maraqlı şəxs "Göygöl Rayon Mərkəzi Xəstəxanası" X8, Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin mülkiyyətə verilməsi” tələbinə dair xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:

1. Kəlbəcər-Göygöl avtomobil yolunun Göygöl rayonu Aşıqlı kəndi kəndində yerləşən “Anadolu market”in qarşısından keçən hissədə sürücü X2 idarə etdiyi özünə məxsus “Ford” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanmış, yük yerinə baxış keçirilmiş, həmin avtomobilin yük yerində işğaldan azad olunmuş ərazilərdən qeyriqanuni yolla götürülmüş bir ədəd diş texniki avadanlığı və alətləri, bir ədəd samovar, bir ədəd ot biçən avadanlığı və bir top elektrik naqili aşkar edilmişdir. Həmin əşyalar Göygöl rayon Polis Şöbəsinin maddi sübut otağına təhvil verilmişdir. Araşdırma zamanı əməldə cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd olunması haqqında 05 dekabr 2023-cü il tarixli qərar qəbul edilmişdir. Göygöl Mərkəzi Rayon Xəstəxanası PH 22 may 2025-ci il tarixli məktubla Ərizəçina müraciət edərək, yuxanda qeyd olunan stamotoloji otaq üçün bir ədəd diş texniki avadanlığı və alətlərinin sahibsiz hesab edilməsi və xəstəxananın mülkiyyətinə verilməsi üçün məhkəməyə müraciət olunması xahiş etmişdir. Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 iyun 2025-ci il tarixli məktubla Ərizəçina müraciət edərək, yuxanda qeyd olunan 1 ədəd somavar, 1 ədəd otbiçən avadanlıq və 1 top elektrik naqilinin sahibsiz hesab edilməsi və idarənin mülkiyyətinə verilməsi üçün məhkəməyə müraciət olunması xahiş etmişdir.

Məhkəmədə icraat:

2. Ərizəçi “əmlakın sahibsiz hesab edilməsi və mülkiyyətə verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Göygöl rayon polis şöbəsində aparılmış müvafiq araşdırmalar zamanı saxlanılması üçün rayon polis şöbəsinin maddi sübut otağına təhvil verilmiş bir ədəd diş texniki avadanlığı və alətləri, bir ədəd samovar, bir ədəd ot biçən avadanlığı və bir top elektrik naqilinin sahibsiz hesab edilməsi, üzərində dövlət mülkiyyəti hüququnun tanınması və bir ədəd diş texniki avadanlığı və alətlərin “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X8in, bir ədəd samovar, bir ədəd ot biçən avadanlığı və bir top elektrik naqilinin isə “Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin” mülkiyyətinə verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, Göygöl rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Rasim Əliyev raportla məruzə edərək, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində PPXB-nin manqa komandiri, polis baş serjantı Əfdər Zərgərli ilə Göygöl rayon inzibati ərazisində xidmətdə olan zaman daxil olmuş məlumat əsasında Kəlbəcər- Göygöl avtomobil yolunun Göygöl rayon Aşıqlı kəndində yerləşən “Anadolu market”in qarşısından keçən hissəsində sürücü xx.xx.1989-cu il təvəllüdlü, Kəlbəcər rayonu Kəndyeri kəndində qeydiyyatda olmaqla, Goranboy rayonu Xanqərvənd kəndində yaşayan X2 idarə etdiyi özünə məxsus “Ford" markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılmasını, yük yerinə baxış keçirilməsini, həmin avtomobilin yük yerində işğaldan azad olunmuş ərazilərdən qeyri-qanuni yolla götürülmüş bir ədəd diş texniki avadanlığı və alətləri, bir ədəd samovar, bir ədəd ot biçən avadanlığı və bir top elektrik naqilinin aşkar edilməsini bildirmiş və müvafiq məlumat əsasında Göygöl rayon polis şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılmışdır.Araşdırma müddətində X2 idarə etdiyi “X9” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirilərək, fotoşəkillər çəkilərək protokol tərtib edilmiş və ilkin digər zəruri hərəkətlər icra edilmişdir. Toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin tərkib əlamətləri yarandığı üçün toplanmış material araşdırmanın davam etdirilməsi məqsədi ilə aidiyyəti üzrə Göygöl RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir.Araşdırma zamanı X5 bildirmişdir ki, fərdi əməklə və təsərrüfatla məşğul olaraq dolanır. Kəlbəcər rayonunda arıçılıq təsərrüfatı olduğu üçün Kəlbəcər rayonuna gedib gəlmişdir. Bundan əlavə həmin ərazidə fəaliyyət göstərən podratçı şirkətlərdən bir ilə işləmək üçün danışıqlar etdiyindən həmin şirkət ona Kəlbəcər rayonuna giriş üçün portala icazə vermişdir. Həmin şirkətlər ona ya avtomobil verməli, ya da o öz avtomobili ilə oraya getməli olmuşdur. Bu səbəbdən də AD 914505 nömrəli qeydiyyat şəhatnaməsi ilə özünə məxsus “X9” markalı, **-FU-*** nömrə nişanlı avtomobilinin də portala icazəsi olmuşdur. Həmin avtomobili BC kateqoriyalı 111761 nömrəli sürücülük vəsiqəsi ilə idarə etmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Daşkəsən RPŞ-də işləyən Ümid adlı polis əməkdaşı ona zəng edərək hazırda xidmətdə olduğu Kəlbəcər rayonunda əşyalarının olmasını onu daşımaq üçün gələ bilib bilməyəcəyini soruşduqda gedə biləcəyini demiş, Ümid həmin yükü Kəlbəcər rayonundan Gəncə şəhərinə gətirməyi ilə bağlı 500 manat pul verəcəyini dedikdə onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə özünə məxsus “Ford Transit" markalı, **-FU-*** nömrə nişanlı avtomobil ilə Göygöl rayonundan Kəlbəcər rayon istiqamətində tək hərəkət etmiş, həmin günü “Ömər” aşırımında güclü qar olduğundan oradan keçə bilməyərək geri qayıdaraq Göygöl rayonundan çıxaraq Suqovuşan postu deyilən yerə yaxınlaşmışdır. Kəlbəcər rayonuna çatdıqda rayonun Vəng kəndində köhnə xəstəxana olan yerə yaxınlaşdıqda həmin xəstəxanada olan diş texniki avadanlığını və alətlərini avtomobilə yükləmişlər. Oradan çıxdıqdan sonra isə köhnə bir evin zirzəmisindən bir ədəd ot biçən, samovar, bir top elektrik və təmir alətləri yüklənmişdir. Yükləndikdən sonra həmin yerdən çıxmışdır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində isə həmin yerdən hərəkətini davam etdirib Göygöl rayon istiqamətinə gəlmiş, postları keçsə də Göygöl rayonu Aşıqlı kəndindən keçdikdən sonra Post patrul xidmətinin əməkdaşları saxlamaq istədikdə hərəkətini dayandırmışdır. Polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etdikdən sonra avtomobili ilə birlikdə Göygöl RPŞ-yə gətirmişlər. Onun iştirakı ilə avtomobilin içərisində olan yüklərə baxış keçirildikdə işğaldan azad olunmuş ərazidən gətirdiyi əşyaları müəyyən etmişlər. Aşkar olunmuş əşyalarla bağlı protokol tərtib edilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, X5 xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Kəlbəcər rayonu Vəng kəndində bir ədəd diş texniki avadanlığı və alətləri, bir ədəd ot biçən, samovar, bir top elektrik və təmir alətlərini avtomobilinə yükləmiş və əşyaları Gəncə şəhərinə gətirdiyi zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin əşyalar Göygöl rayon Polis Şöbəsinin maddi sübut otağına təhvil verilmişdir.Araşdırma zamanı əməldə cinayət tərkibi müəyyən edilmədiyindən Göygöl rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Araz Alməmmədli tərəfindən cinayət işinin başlanmasının rədd olunması haqqında 05 dekabr 2023-cü il tarixli qərar qəbul edilmişdir.Göygöl Mərkəzi Rayon Xəstəxanası PH 22 may 2025-ci il tarixli məktubla Ərizəçina müraciət edərək, yuxanda qeyd olunan stamotoloji otaq üçün bir ədəd diş texniki avadanlığı və alətlərinin sahibsiz hesab edilməsi və xəstəxananın mülkiyyətinə verilməsi üçün məhkəməyə müraciət olunması xahiş etmişdir.Göygöl Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 iyun 2025-ci il tarixli məktubla Ərizəçina müraciət edərək, yuxanda qeyd olunan 1 ədəd somavar, 1 ədəd otbiçən avadanlıq və 1 top elektrik naqilinin sahibsiz hesab edilməsi və idarənin mülkiyyətinə verilməsi üçün məhkəməyə müraciət olunması xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi, iddianın təmin olunmasını, daşınar əşyaların sahibsiz hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti "X3" X8inin nümayəndəsi qismində Nümayəndə2 izahat verərək bildirdi ki, bu iş məhkəməyə verilməmişdən əvvəl hərrac keçirilməli idi. Dəyəri 5 mindən yuxarı məbləğdə olan daşınar əmlak və ya daşınmaz əmlak silinmə kimi Əmlak Məsələri Dövlət xidmətinin balansına keçir və yararlı vəziyyətdədirsə hərraca çıxarılır. Daşınar əmlak da olsa, daşınmaz əmlak da olsa dövlətin adına keçirsə əvvəlcə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunur və onların balansına keçir. Ərizənin təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Konstitusiyası:

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

7. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.5. Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. 181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur.

8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 5.2. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş hallarda şəxsin valideynlik hüquqlarından məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması üçün, dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.4. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında; 306.3. Dövlət idarə və təşkilatlarının və ya təsisçiləri dövlət və ya dövlət idarələri, yaxud təşkilatları olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu halda dövlət mənafeyinin müdafiəsi üçün prokuror aşağıdakı işlər üzrə ərizə verə bilər: 306.3.2. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlər üzrə.

9. Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamənin təsdiq edilməsi haqqında 18 aprel 2002-ci il tarixli, 69 nömrəli AR NK Qərarı:

2. Məhkəmənin qərarınadək, bu qərarla təsdiq edilmiş Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla aidiyyəti nazirlik, komitə və təşkilatlar tərəfindən hazırlanmış və təsdiq edilmiş təlimata əsasən həyata keçirilir.

3. Bu qərarla təsdiq edilmiş Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlakın satışı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X3 vasitəsi ilə, bütün növ qiymətli kağızların satışı isə fond birjası vasitəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir.

10. Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin: 1.1. Bu Əsasnamə “Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 612 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa şərtlər müəyyənləşdirilməyən hallarda aşağıdakılara şamil edilir: 1.1.1. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlaka; 1.1.2. qanunvericiliyə uyğun olaraq sahibsiz hesab edilən əmlaka; 1.1.3. vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlaka; 1.1.4. dövlətin maliyyə orqanlarına təhvil verilən dəfinələrə. 1.2. Bu Əsasnamə ilə müəyyən edilən uçot, qiymətləndirilmə, saxlanılma, istifadə və satış qaydaları aşağıdakılara şamil edilmir: 1.2.1. dəmir yolu, su, hava, avtomobil və digər nəqliyyatda sənədsiz daşınan, tələb edilməmiş baqaj yüklərinə; 1.2.2. rabitə orqanlarından tələb edilməmiş baratlara, bağlamalara, məktublara (zərflərə) və pul göndərişlərinə, həmçinin digər poçt göndərişlərinə; 1.2.3. haqqında mövcud qanunvericiliklə digər uçot, qiymətləndirmə, saxlama, istifadə, satılma və dövlət mülkiyyətinə keçirmə qaydaları müəyyən edilmiş əmlaka (mallara); 1.2.4. Xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarına əsasən dövlət nəfinə verilən əmlaka; 3.1.5. bu Əsasnamənin 3.1.1 - 3.1.4-1-ci bəndlərində əhatə olunmayan əmlakın satışı mülki qanunvericiliklə müəyyən olunmuş qaydada hərraclar vasitəsilə həyata keçirilir; 3.1.5-2. Bu Əsasnamənin 3.1.5-ci yarımbəndi ilə müəyyən edilmiş qaydada satılmayan əmlaklar üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq dövlət orqanlarına onların əvəzsiz verilməsi barədə müraciət olunur. Dövlət orqanlarının tələbatına əsasən, həmin əmlaklar onlara əvəzsiz olaraq təhvil verilir. Həmin əmlakların dövlət orqanları tərəfindən əvəzsiz olaraq əldə edilməsi üzrə tələb olmadığı hallarda bu əmlaklar emal ilə məşğul olan hüquqi şəxslərə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə satılır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti malların təkrar emalından əldə edilmiş gəliri dövlət büdcəsinə köçürməlidir. Əmlaklar təkrar emal üçün qəbul edilmədiyi hallarda onların aztəminatlı ailələrə, o cümlədən qaçqınlara və məcburi köçkünlərə əvəzsiz verilməsini həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciət edilir. Bu təşkilatların təqdim etdiyi tələbata əsasən əmlaklar onlara əvəzsiz olaraq təhvil verilir. Əmlakların aztəminatlı ailələrə, o cümlədən qaçqınlara və məcburi köçkünlərə verilməsinə dair tələbat olmadığı hallarda onlar bu Əsasnamənin 3.1.5-3-cü yarımbəndində nəzərdə tutulmuş komissiya tərəfindən aktlaşdırılaraq məhv edilir və ya utilizasiya üçün utilizasiya təşkilatına təhvil verilir.

Məhkəmənin mövqeyi və gəldiyi nəticə:

11. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir.

12. İşin müəyyən edilən halıdır ki, X2 idarə etdiyi AD 914505 nömrəli qeydiyyat şəhatnaməsi ilə ona məxsus “X9" markalı, 99- FU-871 nömrə nişanlı avtomobil işğaldan azad edilmiş Kəlbəcər rayonundan gələrkən Göygöl rayonu Aşıqlı kəndində polis əməkdaşları tərəfindən saxlanmış, bir ədəd diş texniki avadanlığı və alətləri, bir ədəd samovar, bir ədəd ot biçən avadanlığı və bir top elektrik naqili aşkar edilmişdir. Bundan sonra müvafiq araşdırma aparılmış “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 05 dekabr 2023-cü il tarixli qərara əsasən X2 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İşğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisindən götürülmüş bir ədəd diş texniki avadanlığı və alətləri, bir ədəd samovar, bir ədəd ot biçən avadanlığı və bir top elektrik naqili polis şöbəsində maddi sübut kimi saxlanılır.

13. X5 tərəfindən Göygöl rayon Polis şöbəsinə verilən izahatda göstərilir ki, Evlidir, 12 və 14 yaşlarında 2 övladı var. Fərdi əməklə və təsərrüfatla məşğul olaraq dolanır. Kəlbəcər rayonundan arıçılıq təsərrüfatları olduğu üçün Kəlbəcər rayonuna gediş gəlişi olmuşdur. Bundan əlavə həmin ərazidə fəaliyyət göstərən podratçı şirkətlərdən bir ilə işləmək üçün danışıqlar etdiyindən həmin şirkət ona Kəlbəcər rayonuna giriş üçün portala icazə vermişdir. Həmin şirkətlər ona ya avtomobil verməli, ya da o, öz avtomobili ilə oraya getməli idi. Bu səbəbdən də AD 914505 nömrəli qeydiyyat şəhatnaməsi ilə ona məxsus “X9" markalı, 99- FU-871 nömrə nişanlı avtomobilinin də portala icazəsi olmuşdur. Həmin avtomobili BC kateqoriyalı 111761 nömrəli sürücülük vəsiqəsi ilə idarə edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Daşkəsən RPŞ-də işləyən Ümid adlı polis əməkdaşı ona zəng edərək hazırda xidmətdə olduğu Kəlbəcər rayonunda əşyalarının olmasını onu daşımaq üçün gələ-bilib bilməyəcəyini soruşduqda gedə biləcəyini dedim. Ümid həmin yükü Kəlbəcər rayonundan Gəncə şəhərinə gətirməyimlə bağlı 500 manat pul verəcəyini dedikdə onunla razılaşdım. xx.xx.2023-cü il tarixdə özümə məxsus "Ford Transit" markalı, **-FU-*** nömrə nişanlı avtomobil ilə Göygöl rayonundan Kəlbəcər rayon istiqamətində tək hərəkət etdim. Lakin həmin günü “ömər” aşırımında güclü qar olduğundan oradan keçə bilməyərək geri qayıtdım. Göygöl rayonundan çıxaraq Suqovuşan postu deyilən yerə yaxınlaşdım. Həmin günü məndən əlavə də Kəlbəcər rayonuna gedə bilməyən şəxslər həmin postdan keçdikləri üçün posta narahatçılıq yaratmadan məni buraxdılar. Mən 10.11 2023-cü il tarixdə saat 23 radələrində Kəlbəcər rayonuna çatdıqda məni rayonun Vəng kəndində Ümid adlı polis əməkdaşı qarşıladı. Onunla birlikdə əşyaların olduğu köhnə xəstəxana olan yerə yaxınlaşdıqda isə əlavə iki nəfər də polis əməkdaşı onun yanına gəldi. Onlar köməkləşib həmin xəstəxanada olan diş texniki avadanlığını və alətlərini avtomobilə yüklədilər. Oradan çıxdıqdan sonra isə köhnə bir evin zirzəmisindən bir ədəd ot biçən, samovar, bir top elektrik və təmir alətləri yüklədilər. Yükləndikdən sonra həmin yerdən çıxdım. Ümid mənə Gəncə şəhərinə çatacağım zaman gedəcəyim ünvanı mənə deyəcəklərini bildirdi. Mən ünvan 2əntəqəsindən keçdikdən sonra yol narhat olduğundan orada yatıb qaldım. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində isə həmin yardən hərəkətini davam etdirib Göygöl rayon istiqamətində gəlib, postları keçsə də Göygöl rayonu Aşıqlı kəndindən keçdikdən sonra Post patrul xidmətinin əməkdaşları onu saxlamaq istəsələr də hərəkətini davam etdirib oradan uzaqlaşmaq istəyib. Lakin biraz getdikdən sonra hərəkətini dayandırıb. Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu avtomobililə birlikdə Göygöl RPŞ-yə gətiriblər. Onun iştirakı ilə avtomobilin içərisində olan yüklərə baxış keçirildikdə işğaldan azad olunmuş ərazidən gətirdiyi əşyaları müəyyən ediblər. Aşkar olunmuş əşyalarla bağlı protokol tərtib edilərək ona ucadan oxunduqda o, həmin protokolu imzalayıb.

14. Məhkəmə sorğusu əsasənda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilən 5 avqust 2025-ci il tarixli 3-21-3/2-12547/2025 saylı məktubda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin tələblərinə uyğun olaraq sahibsiz qalmış əmlaklar dövlət mülkiyyətinə keçdikdən sonra əmlakların istifadəsi, satışı və verilməsi qeyd olunan əsasnaməyə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən həyata keçirildiyindən tələbin sahibsiz daşınar əmlakların dövlət orqanlarının mülkiyyətinə verilməsi" barədə hissədə azaldılmasını, yalnız “tələbdə göstərilən, daşınar əşyaların sahibsiz hesab edilməsi və üzərində dövlət mülkiyyət hüququnun tanınması" şəklində saxlanılmasını məqsədəmüvafıq hesab edirik.Nəzərə alınmalıdır ki, qanunvericiliyə əsasən dövlət idarə və təşkilatları müstəqil olaraq mülkiyyət hüququnun subyekti ola bilməz. Bu səbəbdən bildiririk ki, iddia predmeti olan daşınar əşyalar üzərində dövlətin mülkiyyət hüququ tanındıqdan və məhkəmə qərarı icraya yönəldildikdən sonra, yuxarıda qeyd olunan əsasnamə ilə müəyyən olunmuş qaydada həmin əmlaklar barədə müvafiq tədbirlər görülə bilər.Qeyd edilənləri nəzərə alaraq, iddia tələbi “daşınar əşyaların sahibsiz hesab edilməsi və dövlət mülkiyyətinə verilməsi'' kimi dəyişdirilməklə iddianın təmin edilməsinə etiraz etmirlər. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X3” X8in maraqlı şəxs qismində mülki işə cəlb edilməsini xahiş etmişdirlər.

15. Məhkəmə qeyd edir ki, hazırki halda ilkin araşdırılmalı hal sahibsiz hesab olunması tələb olunan daşınar əşya üzərində mülkiyyət hüququnun mövcud olubolmamasıdır.

16. Hazırki halda sahibsiz hesab edilməsi irəli sürülən predmetlərin- bir ədəd diş texniki avadanlığı və alətləri, bir ədəd samovar, bir ədəd ot biçən avadanlığı və bir top elektrik naqili məhz işğaldan azad edilmiş Azərbaycan Respublikası ərazisi olan Kəlbəcər rayonunda əldə edilməsi və əmlaka dair sahibliyi həyata keçirən subyektin olmaması işin mübahisəsiz halıdır.

17. Nəzərə alınmalı haldır ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli, 1170 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılmışdır.

18. Belə ki, qeyd edilən ərazidən əmlakın, eləcə də daşınar əşyanın hər hansı qurum və ya orqanın balansına və ya istifadəsinə verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazi üçün xüsusi nümayəndəliyinin rəyi nəzərə alınmalı idi.

19. Habelə, müvafiq qaydada inventarlaşdırılmış əmlakın balansa verilməsinə dair bu barədə Əlaqələndirmə Qərargahına məlumat verilməlidir.

20. Hazırki halda istər sahibsiz hesab edilməsi irəli sürülən daşınar əşyaların tapıldığı ərazi-Kəlbəcər rayonun xüsusi idarəetmə statusu, istərsə də “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin tələblərinə uyğun olaraq Ərizəçi tərəfindən əmlakın sahibsiz hesab edilməsi və üzərində dövlət mülkiyyəti hüququnun tanınması və bir ədəd diş texniki avadanlığı və alətlərin “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X8in, bir ədəd samovar, bir ədəd ot biçən avadanlığı və bir top elektrik naqilinin isə “Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin” mülkiyyətinə verilməsinə dair məhkəməyə qədər prosedur qaydaya uyğun icraat aparılmamamışdır.

21. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: Ərizəçi “Göygöl rayon polis şöbəsində aparılmış müvafiq araşdırmalar zamanı saxlanılması üçün rayon polis şöbəsinin maddi sübut otağına təhvil verilmiş bir ədəd diş texniki avadanlığı və alətləri, bir ədəd samovar, bir ədəd ot biçən avadanlığı və bir top elektrik naqilinin sahibsiz hesab edilməsi, üzərində dövlət mülkiyyəti hüququnun tanınması və bir ədəd diş texniki avadanlığı və alətlərin “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X8in, bir ədəd samovar, bir ədəd ot biçən avadanlığı və bir top elektrik naqilinin isə “Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin” mülkiyyətinə verilməsi” dair ərizəsi təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar