Məhkəmə qərarları › İş №2(066)-978/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-978/2023

21.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-978/2023 21.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi və doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsi, Göygöl şəhərində 21 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı iddia qaldıraraq Ərizəçi xx xxxxxx 1969-cu ildə Ermənistan Respublikasının, Vardenis rayonunun Zod kəndində anadan olmağı, atasının X7 və anasının X4 olmasının müəyyən edilməsi və bu barədə doğum akt qeydinin bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəsini müdafiə edib göstərdi ki, o xx xxxxxx 1969-cu ildə Ermənistan Respublikasının, Vardenis rayonunun Zod kəndində anadan olmuş və onun doğum şahadətnaməsi Ermənistan Respublikası Vardenis rayonunun Zod kənd soveti tərəfindən verilmişdir. Göygöl rayonu Yeni Zod kəndinə gəlib orada məskunlaşdıqdan sonra özünə aid doğum haqqında şəhadətnaməni itirmişdir . Ermənistan Respublikasının, Vardenis rayonunun Zod kənd soveti tərəfindən ona doğum haqqında şəhdətnamə verilərkən texniki səhv olaraq soyadı Mamedov əvəzinə Məmmədov, atasının adı isə Mamed olduğu halda Məmməd kimi qeyd olunmuşdur. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi xx xxxxxx 1969-cu ildə Ermənistan Respublikasının Vardenis rayonunun Zod kəndində anadan olmağı, atasının X7 və anasının X4 olması müəyyən edilməsi və bu barədə doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs məhkəməyə xx.xx.2023-cü il tarixli 3-16-5/8-xx-xx/2023 nömrəli məktub göndərərək işə onların iştirakı olmadan baxılıb ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Şahid qismində dindirilmiş X6 və X8 məhkəmə iclasında ifadə verərək Ərizəçi X7 ilə X1 rəsmi nigahlarından xx xxxxxx 1969-cu ildə Ermənistan Respublikası Vardenis rayonunun Zod kəndində anadan olması və onun doğum şahadətnaməsinin Ermənistan Respublikası Vardenis rayonunun Zod kənd soveti tərəfindən verilməsi və atasının adının Mamed, soyadınən Mamedov olması faktını təsdiq etdilər. Mülki işə əlavə edilmiş AA******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki ərizəçinin kimliyində onun ad və soyadı Ərizəçi kimi qeyd olunub. İşdə olan Ərizəçi bacısı X2 798939 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki soyadı Mamedova ata adı Mamed kimi qeyd olunub. İşdə olan Ərizəçi qardaşı X3 ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki soyadı Mamedov ata adı Mamed kimi qeyd olunub. İşdə olan Ərizəçi qardaşı X5 387186 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki soyadı Mamedov ata adı Mamed kimi qeyd olunub. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən 19 may 2023-cü il tarixli 3-16-5/8-421/2023 nömrəli məktubuna əsasən doğum faktının müəyyən edilməsi və doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etmək töfsiyyə olunur. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında müəyyən olur ki, Ərizəçi xx xxxxxx 1969-cu ildə Ermənistan Respublikasının Vardenis rayonunun Zod kəndində anadan olmuş və onun doğum şahadətnaməsi Ermənistan Respublikası Vardenis rayonunun Zod kənd soveti tərəfindən verilmişdir. Göygöl rayonu Yeni Zod kəndinə gəlib orada məskunlaşdıqdan sonra özünə aid doğum haqqında şəhadətnaməni itirmişdir . Ermənistan Respublikasının, Vardenis rayonunun Zod kənd soveti tərəfindən ona doğum haqqında şəhdətnamə verilərkən texniki səhv olaraq soyadı Mamedov əvəzinə Məmmədov, atasının adı isə Mamed olduğu halda Məmməd kimi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, Ərizəçi xx xxxxxx 1969-cu ildə Ermənistan Respublikasının, Vardenis rayonunun Zod kəndində anadan olmağı, atasının X7 və anasının X4 olması faktı müəyyən edilməli, Ərizəçi xx xxxxxx 1969-cu ildə Ermənistan Respublikası Vardenis rayonunun Zod kəndində anadan olması barədə doğum akt qeydi bərpa edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 230, 233, 237 və 311-ci maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1969-cu ildə Ermənistan Respublikasının Vardenis rayonunun Zod kəndində anadan olması, atasının X7 və anasının X4 olması faktı müəyyən edilsin, Ərizəçi xx xxxxxx 1969-cu ildə Ermənistan Respublikası Vardenis rayonunun Zod kəndində anadan olması barədə doğum akt qeydi bərpa edilsin. Qətnamənin surəti icra olunması üçün Maraqlı şəxsnə göndərilsin. Qətnamənin surəti təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ AZ 2500; Göygöl şəhəri, S.Vurğun küçəsi, 45A; Tel: (02220) 5-23-84; Faks: (02220) 5-39-92 İş № 2(066)-978/2023 21 sentyabr 2023-cü il Ərizəçi Göygöl rayonu Yeni Zod kəndi Maraqlı şəxs rəisi cənab Eldəniz Hacıyevə Göygöl şəhəri Heydər Əliyev prospekti 53 Məhkəmənin 21 sentyabr 2023-cü il tarixli 2(066)978/23 saylı qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar