Məhkəmə qərarları › İş №2(066)-984/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-984/2024

03.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-984/2024 03.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, ərizəçi və Ərizəçi1 qəyyumu Ərizəçi2 və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 «mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair» ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasınada baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 «mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair» ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, valideyinləri, X1ndan və anası X2 miras qalmış Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinində reyestr nömrəsi **********32, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 03 avqust 2023-cü il olan çıxarışında qeyd edilən 0,9489 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinində reyestr nömrəsi **********33, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 03 avqust 2023-cü il olan çıxarışında qeyd edilən 0,99 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-223C nömrəli (KOD:********) şəhadətnamədə qeyd edilən, Göygöl rayonu Şəhriyar kəndində yerləşən 0,11 hektar həyəyanı torpaq sahəsindəki və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-223A nömrəli (KOD:********) şəhadətnamədə qeyd edilən, Göygöl rayonu Şəhriyar kəndində yerləşən 0,14 hektar həyəyanı torpaq sahəsindəki paylarını miras əmlak kimi qəbul edilməsi faktının müəyyən olunması, həmin miras əmlakı mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi2 izahat verərək bildirdi ki, o, xx xxxxxxx 1968-ci ildə anadan olmuşdur. Ərizəçi1 onun qardaşı olmaqla xx xxxx 1971-ci ildə anadan olmuşdur və məhkəmə qətnaməsinə əsasə fəaliyyət qabliyyəti olmayan şəxs edilmiş və Göygöl rayon İcra hakimiyyəti Başçısının 18 mart 2023-cü il tarixli qırarı ilə o, Ərizəçi1 qəyyumu təyin edilmişdir. Onlar ailədə iki uşaq olmuşlar. X1 05 iyul 2019-cu il tarixdə, anası X9 22 fevral 2016-cı il tarixdə ölmüşlər. Onlar öldükdən sonra onların Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinində reyestr nömrəsi **********32, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 03 avqust 2023-cü il olan çıxarışında qeyd edilən 0,9489 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinində reyestr nömrəsi **********33, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 03 avqust 2023-cü il olan çıxarışında qeyd edilən 0,99 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-223C nömrəli (KOD:********) şəhadətnamədə qeyd edilən, Göygöl rayonu Şəhriyar kəndində yerləşən 0,11 hektar həyəyanı torpaq sahəsindəki və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-223A nömrəli (KOD:********) şəhadətnamədə qeyd edilən, Göygöl rayonu Şəhriyar kəndində yerləşən 0,14 hektar həyəyanı torpaq sahəsindəki payları miras qalmışdır. O və qardaşı Ərizəçi1 valideyinlərindən miras qalmış yuxarıda qeyd edilən torpaq sahələrindəki paylarını miras əmlak kimi qəbul etmişlər və idarə etmişlər. O miras qəbulu ilə bağlı notariat orqanlarına müraciət etmiş olsa da ona müddətin keçməsi ilə əlaqədar imtina verilmişdir. Odur ki, o, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş еdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi2 vəkili və nümayəndəsi Vəkil da Ərizəçi2 ilə eyni məzmunlu izahat verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Maraqlı şəxs Göygöl rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.6-cı maddəsinin tələbinə görə, mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X12 ifadəsində göstərdi ki, X11 ərizəçilərin atası və X9 isə anasıdır. X11 05 iyul 2019-cu il tarixdə və X9 22 fevral 2016-cı il tarixdə ölmüşlər. Onlar öldükdən sonra onlardan miras qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahələri və həyətyanı torpaq sahələri ərizəçilər tərəfindən miras əmlak kimi qəbul etmiş və idarə etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən, X8 və X5 da əsasın şahid X6 ifadəsinə uyğun ifadə verməklə onun göstərdiyi xususatları təsdiq etdilər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanıb hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamələrin surətindən məlum olur ki, Ərizəçi2 xx xxxxxxx 1968-ci ildə Ərizəçi1 xx xxxx 1971-ci ildə anadan olmuşdur. Onların atası kimi X11 anası kimi X9 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş 1 saylı Gəncə Regional “Asan Xitməti” Mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin arayışlarından məlum olur ki, X7 və X4 ailə tərkibi xx xxxxxxx 1968-ci il təvəllüdlü Ərizəçi2 və xx xxxx 1971-ci il təvəllüdlü Ərizəçi1 ibarət olmuşdur. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinində reyestr nömrəsi **********32, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 03 avqust 2023-cü il olan çıxarışından məlum olur ki, qeyd edilən 0,9489 hektar kənd təsərrüfatı təyinatlı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində X7 və X4 payları vardır. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinində reyestr nömrəsi **********33, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 03 avqust 2023-cü il olan çıxarışından məlum olur ki, qeyd edilən 0,99 hektar kənd təsərrüfatı təyinatlı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində X7 və X4 payları vardır. Mülki işə əlavə edilmiş“Torpağın mülkiyyətə verilməsinə dair” JN-223C nömrəli (KOD:********) şəhadətnamədən məlum olur ki, Göygöl rayonu Şəhriyar kəndində yerləşən 0,11 hektar həyəyanı torpaq sahəsində X7 və X4 payları vardır. Mülki işə əlavə edilmiş“Torpağın mülkiyyətə verilməsinə dair” JN-223A nömrəli (KOD:********) şəhadətnamədən məlum olur ki, Göygöl rayonu Şəhriyar kəndində yerləşən 0,14 hektar həyəyanı torpaq sahəsində X7 və X4 payları vardır. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”-nin surətindən görünür ki, X11 05 iyul 2019-cu il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”-nin surətindən görünür ki, X9 22 fevral 2016-cı il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası təmamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbni üzrlü sayarsa, uzada bilər.Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən edir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq qardaşı qızı ərizəçi X10 onun birinci növbəli vərəsəsi kimi галмышдыр. Azərbaycan Respublikası MM-in 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması ilə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Beləliklə, məhkəmə hesab edir ki, Göygöl rayonu Şəhriyar kəndində yerləşən 0,11 hektar və 014 hektar həyəyanı torpaq sahəsində, 0,9489 hektar kənd təsərrüfatı təyinatlı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində və 0,9489 hektar kənd təsərrüfatı təyinatlı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindəki X7 və X4 paylarını onun oğilları ərizəçilər tərəfindən miras əmlak kimi qəbul və idarə edilmişdir. Ona görə də həmin faktı müəyyən edilməli, onların həmin əmlaka vərəsəlik hüquqları tanınmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-cı maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi1 və Ərizəçi2 «mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair» ərizəsi təmin edilsin. Mərhum X1ndan və anası X2 miras qalmış Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinində reyestr nömrəsi **********32, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 03 avqust 2023-cü il olan çıxarışında qeyd edilən 0,9489 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinində reyestr nömrəsi **********33, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 03 avqust 2023-cü il olan çıxarışında qeyd edilən 0,99 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 223C nömrəli (KOD:********) şəhadətnamədə qeyd edilən, Göygöl rayonu Şəhriyar kəndində yerləşən 0,11 hektar həyəyanı torpaq sahəsindəki və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-223A nömrəli (KOD:********) şəhadətnamədə qeyd edilən, Göygöl rayonu Şəhriyar kəndində yerləşən 0,14 hektar həyəyanı torpaq sahəsindəki paylarını onların vərəsələri Ərizəçi1 və Ərizəçi2 qızı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Həmin torpaq sahələrinə Ərizəçi1 və Ərizəçi2 vərəsəlik hüquqları tanınsın. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar