Məhkəmə qərarları › İş №2(066)-988/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-988/2025

25.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-988/2025 25.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Hüseynzadə Leyla Vəliyyəddin qızı, İddiaçı Cavabdeh qarşı «birinci növbədə qanun üzrə vərəsə tanınma» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmə binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı «birinci növbədə qanun üzrə vərəsə tanınma» tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı xx.xx.1980-ci ildə vəfat etmiş atası X2 və xx.xx.2007-ci ildə vəfat etmiş anası X1 birinci növbə vərəsəsi hesab edib Göygöl şəhəri, A.Şadlınski (keçmiş Kamo küçəsi) 59 ünvanda yerləşən ümumi sahəsi 95 kv.m yaşayış sahəsi 67 kv.m olan 3 otaqlı fərdi yaşayış evə mirasın faktiki qəbuluna dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində “birinci növbə qanun üzrə vərəsə kimi tanınma” olaraq qeyd edilsə də iddia ərizəsinin “xahiş etdi” hissəsində “İddiaçı xx.xx.1980-ci ildə vəfat etmiş atası X2 və xx.xx.2007-ci ildə vəfat etmiş anası X1 birinci növbə vərəsəsi hesab edib Göygöl şəhəri, A.Şadlınski (keçmiş Kamo küçəsi) 59 ünvanda yerləşən ümumi sahəsi 95 kv.m yaşayış sahəsi 67 kv.m olan 3 otaqlı fərdi yaşayış evə mirasın faktiki qəbuluna dair” qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər tərəfdən cavabdeh kimi qeyd edilən “Cavabdeh” iddia tələbi üzrə hansı hissədə cavabdeh kimi olması müəyyən edilməmişdir. İddia ərizəsinin məzmununda isə Göygöl rayon notariat kontoruna müraciət edildiyi qeyd edilsə də iddia ərizəsində üçüncü şəxs qismində 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisi qeyd edilmiş, hər iki notariat kontorundan hər hansı birinə dair müraciətə dair sübut təqdim edilməmişdir. İddiaçının ərizə üzrə “hansı cavabdehdən hansı tələb üzrə” hüquqi marağının təmin edilə biləcəyi qeyri-müəyyən olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələblərinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməsi vacib amillərdir. Həmin Məcəllənin 152.1.1–ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149–cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1–ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4–cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah olunmalıdır ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263–264 və 268–269–cu maddələrini rəhbər tutaraq, qərara aldı : İddiaçı Cavabdeh qarşı «birinci növbədə qanun üzrə vərəsə tanınma» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə İş № 2(066)-988/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL 25 iyun 2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Hüseynzadə Leyla Vəliyyəddin qızı tərəfindən məhkəmənin inzibati binasında iş üzrə tərəflərin iştirakı olmadan İddiaçı Cavabdeh qarşı «birinci növbədə qanun üzrə vərəsə tanınma» tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxılır. Prosessual hərəkət saat 11:50-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq ərizənin icraata qəbul edilmədən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 12:00-da başa çatdırdım. Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar