Məhkəmə qərarları › İş №2(067)-1000/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1000/2021

06.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1000/2021 06.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nin X4 İstismar İdarəsinə qarşı torpaq sahəsinin tamlığının bərpa edilməsi və qaz xəttinin yerinin dəyişdirilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İB X4 İstismar İdarəsi tərəfindən Xaçmaz rayonu İstisu qəsəbəsi ünvanda yerləşən mülkiyyət hüququ ilə ona məxsus 0.06 ha torpaq sahəsindən çəkilmiş qaz xəttinin yerinin cavabdehin öz hesabına dəyişdirilib, torpaq sahəsindən kənara çıxarılması və həmin torpaq sahəsinin tamlığının bərpa edilməsi, həmçinin tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, İstisu qəsəbəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüquqi ilə ona məxsusdur. Həmin torpaq sahəsini o, 2006-cı il də Müqtədir bələdiyyəsi ilə aralarında bağlanmış alqısatqısına dair aktı əsasında əldə etmişdir. Göstərilən torpaq sahəsi üzərində hüquqların DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Qeydiyyat tarixi xx.xx.2009, qeydiyyat N-si **********, Registir N-si **********69, MH Seriyalı, ******* N-li çıxarışla və həmin idarədən verilmiş xx xxxxxx 2020-ci il tarixli AA N-li 579259 saylı torpaq sahəsinin Planı və ölçüsü sənədi ilə təsdiq olunur. Maddi imkansızlıqdan o, həmin torpaq sahəsini hasara ala bilməmişdir və orada hər hansı tikinti işi aparmamışdır. 2020-ci ilin payız aylarında ona məlum olmuşdur ki, Cavabdeh İB X4 İstismar idarəsi torpaq sahəsinin yerləşdiyi ərazidə qaz xəttini çəkmişdir. Əraziyə baxış keçirəndə məlum olmuşdur ki, cavabdeh idarənin çəkmiş olduğu qaz xətti onun mülkiyyətində olan torpaq sahəsinin içərisindən aparılmışdır. Bundan sonra o, rəsmi ərizə ilə cavabdeh idarəyə müracət edərək torpaq sahəsindən keçən qaz xəttini yerinin dəyişdirilməsini və bu yolla torpaq sahəsinin tamlığının bərpa olmasını xahiş etmişdir. Onun ərizəsi həmin İdarənin Rəisi cənab Hüseyn Şirinovun imzası ilə xx xxxxxx 2021-ci il tarixli məktubla cavab verilmişdir ki, qeyd olnan ünvanda qaz xətlərinin 2018-ci il tarixdə Cavabdeh İB-nın Layihə Konstruktor Bürosu tərəfindən hazırlanmış №3-54-16 XQT saylı layihə smeta sənədlərinə əsasən, yerli icra orqanları ilə razılaşdırılaraq podratçı təşkilat tərəfindən çəkilmişdir. Qeyd olunanaları nəzərə alaraq layihə-smeta sənədləri əsasında çəkilmiş qaz xəttinin dəyişdirilməsi vətəndaşın öz vəsaiti hesabına podratçı təşkilat tərəfindən yerinə yetirilməlidir. xx.xx.2021ci il tarixdə Xaçmaz rayon İstisu qəsəbə Bələdiyyəsinin sədri və digər şəxslərin iştirakı ilə əraziyə baxış keşirilmiş və müəyyən edilmişdir ki, 2018-ci il tarixdə Cavabdeh İB Xaçmaz XRQİİ tərəfindən həmin ərazi qazlaşdırılmış, qazlaşdırılma aparılarkən mülkiyyətçi İddiaçı məxsus torpaq sahəsinə 3,5 metr müdaxilə olunaraq 076 diametli boru vasitəsilə qaz xətti çəkilmişdir. Tikinti üçün ayrılmış həyətyanı sahəyə giriş məhdudlaşdırılmışdır. Bu barədə rəsmi akt tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və Bələdiyyə möhürü ilə möhürlənmişdir. Həmçinin ərazini əks etdirən fotoşəkillər çəkilmişdir. Beləliklə cavabdeh idarənin ərazidə qaz xəttinin yerinin düzgün müəyyən edilməməsi nəticəsində mülkiyyətində olan Xaçmaz rayon İstisu qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin bir hissəsi qaz xətti çəkilməklə onun istifadəsindən çıxarılmışdır, yəni qaz xətti onun torpaq sahəsinə 3,5 metr müdaxilə edilərək 3,5 x20 metr =70 kvm torpaq sahəsi istifadəsindən çıxmaqla qalan əraziyədə giriş məhdudlaşdırılmışdır. Ona görə də o, qeyd olunanlarla əlaqədar məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, əlavə olaraq göstərmişdir ki, qaz xəttinin çıxarılması üçün ondan 3800 manatlıq smeta tələb olunur. Onu da göstərmişdir ki, onun iddiası ilə bağlı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Məhkəmə iclasında dindirilən Cavabdeh İB-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, təkcə iddiaçı üçün yox, bütün kəndə qaz xətti çəkilmişdir. Qaz xəttinin çəkilişi üçün İcra Hakimiyyəti Prezident Administrasiyasına məktub göndərir, Nazirlər Kabineti tərəfindən təsdiq olunandan sonra büdcədən Cavabdeh İB-nə pul ayrılır, podratçı təşkilatla müqavilə bağlanılır və podratçı təşkilat tərəfindən bütün aidiyyəti qurumların razılığı ilə qaz xəttinin çəkilişi həyata keçirilir. Cavabdeh İB qaz xətlərinin çəkilişi ilə məşğul olmur, bu işləri podratçı təşkilat həyata keçirir. Podratçı təşkilat qaz xətlərinin çəkilişini həyata keçirib Cavabdeh İB-nə təhvil verir. Ona görə də hesab edir ki, iddiaçının tələbi üzrə Cavabdeh İB cavabdehlik daşımır. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH Seriyalı, ******* saylı çıxarışından müəyyən olunur ki, Xaçmaz rayonu, İstisu qəsəbəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüquqi ilə İddiaçı məxsusdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, layihə-smeta sənədləri əsasında çəkilmiş qaz xəttinin dəyişdirilməsi vətəndaşın öz vəsaiti hesabına podratçı təşkilat tərəfindən yerinə yetirilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, Xaçmaz rayon İstisu qəsəbə Bələdiyyəsinin sədri və digər şəxslərin iştirakı ilə Xaçmaz rayonu, İstisu qəsəbəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə baxış keşirilmiş və müəyyən edilmişdir ki, 2018-ci il tarixdə Cavabdeh İB Xaçmaz XRQİİ tərəfindən həmin ərazi qazlaşdırılmış, qazlaşdırılma aparılarkən mülkiyyətçi İddiaçı məxsus torpaq sahəsinə 3,5 metr müdaxilə olunaraq 0.76 diametrli boru vasitəsilə qaz xətti çəkilmişdir. Tikinti üçün ayrılmış həyətyanı sahəyə giriş məhdudlaşdırılmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 1ci bəndinə əsasən qaz nəqli xidmətlərinin təşkili, qaz paylayıcı şəbəkələrinin tikintisi və yeraltı qaz anbarlarının yaradılması, onların istismarı, yenidən qurulması energetika müqavilələri olmadan həyata keçirilə bilməz. Belə müqavilələr podratçı ilə müvafiq icra hakimiyyəti orqanı arasında bağlanılır. Müqavilələr nəzarət orqanı tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Həmin Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən podratçılar qaz nəqli xidmətlərini (qurğularını) elə qurmalı, istismar etməli və işçi vəziyyətdə saxlamalıdırlar ki, qazın nəql edilməsi energetika müqaviləsinə, mövcud normativ hüquqi aktlara müvafiq təmin edilsin. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə yerləşən istənilən qaz kəmərini (xəttini) və qurğusunu yoxlamaq, verilən və istifadə olunan qazın miqdarını təyin etmək və ya qaz nəqli və təchizatı tələb olunmayan halda qaz qurğularını açmaq məqsədilə podratçının müvəkkil edilmiş əməkdaşları və qaz ekspertləri xüsusi mülkiyyətdə olan sahəyə daxil olmaq hüququna malikdirlər. Podratçı və qaz ekspertləri həmin fəaliyyəti ilə mülkiyyətçiyə vurulan ziyanı ödəməlidir. Qanunvericiliyin istinad edilən normalarının məzmunundan göründüyü kimi qaz xətlərinin çəkilişi podratçı təşkilat tərəfindən həyata keçirilir və cavabdeh «Cavabdeh” İB qaz xətlərinin çəkilişi üçün məsuliyyət daşımır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb iddiaya cavab verməli olmayan subyektə yönəldiyi üçün iddia tələbi təmin edilməməlidir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh İB-nin X4 İstismar İdarəsinə qarşı torpaq sahəsinin tamlığının bərpa edilməsi və qaz xəttinin yerinin dəyişdirilməsi tələbi təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar