Məhkəmə qərarları › İş №2(067)-1002/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1002/2022

17.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1002/2022 17.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə mərhum X1 və X2 məxsus olan Xaçmaz rayonu, Qusarçay İƏV-nin Qıraqlı kəndində yerləşən fərdi yaşayış evinə, həyətyanı torpaq sahəsinə və onların mülkiyyətinə verilmiş JN-0024, 30213068 kodu olan torpağın mülkiyyətə verilməsinə dair sentyabr 1999-cu il tarixli torpaq aktında göstərilən 1,0 ha torpağın 0,65 ha torpaq sahəsinə münasibətdə vəsiyyətnamə əsasında Ərizəçi mirası qəbul etməsi faktının və mirasın açılması yerinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Ərizəçi nümayəndəsi Nümayəndə bildirmişdir ki, Ərizəçi onun oğludur. O, Türkiyə Respublikasında yaşayır və orada notariat kontorunda məhkəmədə hüquqlarını təmsil etmək üçün ona etibarnamə vermişdir. Həmin etibarnamədən əlavə oğlunu təmsil etmək üçün etibarnaməsi yoxdur. Ərizəni oğlu Ərizəçi Türkiyə Respublikasının müvafiq notariusunda adına verdiyi qeyd olunan etibarnamə əsasında imzalamışdır. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə maraqlı tərəf Xaçmaz rayon 1 saylı Notariat Ofisinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Xaçmaz rayon 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsi mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizədən müəyyən olunur ki, iş materiallarına əlavə olunmuş etibarnamədə Nümayəndə Ərizəçi Azərbaycan Respublikasında məhkəmələrdə təmsil etmək hüququ verilməmişdir, bu səbəbdən ərizə onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən iddia ərizəsi baxılamış saxlanılmalı, ərizəçiyə izah olunmalıdır ki, göstərilən nöqsanları ardan qaldırıldıqdan sonra ərizə ilə məhkəməyə müraciət etmək hüququ var. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah olunsun ki, göstərilən nöqsanları ardan qaldırıldıqdan sonra ərizə ilə məhkəməyə müraciət etmək hüququ var. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar