Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1003/2021 23.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakları ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1979-cu ildə Xaçmaz şəhərində anadan olmuş X1nun ölmüş elan edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, valideynləri olan atası X5 ilə anası X4 2000-ci ilin ortalarında faktiki nikaha daxil olmuş və aralarında rəsmi nikah xx.xx.2001-ci ildə bağlanmışdır. Həmin nikahdan xx.xx.2001-ci il tarixdə o doğulmuşdur. Xaçmaz rayon məhkəməsinin 2-685/2006 saylı xx xxxxxx 2006-cı il tarixli qətnaməsinə əsasən o, anası X2 himayəsində saxlanılmışdır. Həmin vaxtdan o, anası ilə birlikdə babası Nümayəndə evində yaşamışdır. X1 ilə heç bir münasibətləri olmamışdır. Baxmayaraq ki, atasından anasının xeyrinə onun saxlanılması üçün aliment kəsilmişdir, o, bir dəfə də olsa aliment ödəməmiş qaçıb gizlənmişdir. Hal-hazırda onun 19 yaşı tamam olur və o, “Odlar Yurdu” Unuversitetinə ödənişli qaydada qəbul olunmuşdur. Təhsil hüququna görə güzəştlər tətbiq edilən şəxslər sırasına valideynləri vəfat etmiş və yaxud itkin düşmüş hesab edilən şəxslər də aiddirlər. Onun atası 2012-ci ildən ümumiyyətlə Xaçmaz şəhərində əvvəllər yaşadığı ünvanda yaşamır, onun hal-hazırda sağ olub-olmaması və sağdırsa harada yaşaması barədə heç bir məlumat yoxdur. Bu hal Xaçmaz şəhər İƏD-nin xx.xx.2020-ci il tarixli 4126 saylı arayışı ilə təsdiq olunur. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizədə yazılanları müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə nümayəndənin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 ilə X4 xx.xx.2001-ci ildə nikah bağlamışlar. Nikahdan sonra arvad Təhməzova soyadını qəbul etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahından xx.xx.2001-ci il tarixdə Ərizəçi doğulmuşdur. İş materiallarında olan Xaçmaz şəhər İƏD nümayəndəsinin xx.xx.2020-ci il tarixli 4126 saylı arayışından müəyyən olunur ki, X6 2012-ci ildən hal-hazıra kimi Xaçmaz şəhəri, 20 Yanvar küçəsi 20 saylı evdə yaşamır. Onun harada yaşadığı barədə məlumat yoxdur. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanlıdığı xx.xx.2020-ci il tarixli 506 saylı məktubundan görünür ki, X6 barəsində xx.xx.1979-xx.xx.2020-ci illər üzrə Maraqlı şəxs üzrə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X3 barəsində Maraqlı şəxsndə göstərilən illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş VVADQ qaydasının 8.5-ci maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan “Elektron məhkəmə İnformasiya Sistemindən” əldə olunmuş çıxarışdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X6 xx.xx.2012-ci il tarixdə şəxsiyyət vəsiqəsi almışdır. Həmin dövrdə X3 31 yaşı var idi. Azərbaycan Respublikası “Vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 4cü maddəsinin Qeyd hissəsinə əsasən 2018-ci il sentyabrın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır. Göründüyü kimi, X3 xx.xx.2014-cü ildə 35 yaşı tamam olmuşdur və həmin gündən etibarən onun şəxsiyyət vəsiqəsi etibarsız hesab olunmuş və bu tarixdən sonra X6 yeni şəxsiyyət vəsiqəsi almamışdır. İş materiallarında olan Xaçmaz RPİ tərəfindən Xaçmaz rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Xaçmaz rayon məhkəməsini tərəfindən verilmiş 2(067)-325 saylı xx.xx.2011-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu xx.xx.1979-cu il təvəllüdlü X6 barəsində “Axtarış elan olunması haqqında” qərar icra olunması üçün xx.xx.2014-cü il tarixdə 32925 nömrəli axtarış işi açılmışdır. Yoxlama zamanı borclu xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxaraq Rusiya Federasiyasının Novomoskovski şəhərinə getmiş və barəsində xx.xx.2017-ci il tarixdə Dövlətlər arası axtarış elan olunmuşdur. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, X3 ölmüş elan edilməsi faktı sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 313-cü maddəsinə görə, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə görə şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə hesab edir ki, X6 barəsində doqquz il ərzində məlumat olmadığından onun ölmüş elan edilməsi hüquqi əhəmiyyətli olduğundan bu məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx xxxxxxxx 1979-cu ildə Xaçmaz şəhərində anadan olmuş X6 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X3 ölüm günü sayılsın. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1003/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1003/2021
23.04.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver