Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1022/2021 03.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüququna dair Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsinə baxaraq, müəyyən etdi İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına olan 3.97 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının və torpağa mülkiyyət hüququna dair JN-00xx xxx 30222058 nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Çax-Çaxlı kəndi ərazisində yerləşən 3.97 ha torpaq sahəsi Azərbaycan Respublikasında torpaq islahatı aparılarkən qanuni əsaslarla əmlak payçıları kimi iddiaçıların mülkiyyətinə verilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin torpaq sahəsini 1998-ci ildən istifadə edirlər. Lakin Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 5 saylı X3suz yollarla öz adına həmin torpaq sahəsinə verilmiş mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Belə ki, Cavabdeh2 qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə dair Qusar Rayon Məhkəməsinin saxta qətnaməsi ilə DƏDRX 5 saylı X14 müraciət etmiş və orada çalışan məsul şəxslər həmin saxta qətnamə əsasında ona mülkiyyət hüququna dair çıxarış təqdim etmişdirlər. İddiaçılar Qusar Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək sözügedən qətnamənin məhkəmənin qeydiyyatında olub-olmaması barədə maraqlanmış, məhkəmə isə bu məsələ üzrə hər hansı mülki işin qeydiyyata alınmadığını bildirmişdir. Göründüyü kimi Qusar Rayon Məhkəməsinin adından məhkəmənin xəbəri və məlumatı olmadan qanunsuz yolla saxta qətnamə çıxarılmışdır. Həmin qətnamə məhkəmə qeydiyyatından keçməmişdir və qətnamə özü-özlüyündə saxta sənəddir. Buna görə də həmin qətnamə əsasında verilmiş mülkiyyət hüququna dair çıxarış da hüquqi sənəd kimi hesab edilə bilməz. Belə ki, çıxarışın əsasını təşkil edən qətnamə saxta sənəddir. Saxta sənəd əsasında verilmiş çıxarış da hüquqi nəticələrə səbəb ola bilməz. Cavabdeh2 məsələ ilə bağlı digər məhkəmə iclaslarında həmin torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında aldığını bildirmişdir. Halbuki, Cavabdeh2 ilə iddiaçılar arasında hər-hansı alqı-satqı razılaşması və müqaviləsi baş tutmamış və həmin torpaq sahəsinə görə hər hansı məbləğdə pul alınmamışdır. Eyni zamanda torpağın satılması barədə hər hansı sənədləşmə olmamış və biz heç bir sənədə imza çəkilməmişdir. Sözügedən məsələ ilə bağlı müvafiq məhkəmə qətnamələri mövcuddur. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-940/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər X9, Babayev Qüdrət Mövlan oğlu, X5 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı daşınmaz əmlaka dair verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair ilk iddiası təmin edilməmiş, X6 Cavabdeh2 qarşı dövlət aktının ləğv edilməsinə dair qarşılıqlı və müstəqil tələblər irəli sürən üçüncü şəxslər İddiaçı2, X7, İddiaçı1, X8 və X2 Cavabdeh2 qarşı dövlət aktlarının ləğv edilməsi tələbinə dair iddiaları təmin edilərək, Cavabdeh2 adma verilmiş JN 183 nömrəli 30222058 kodlu, JN 185 nömrəli 30222058 kodlu, JN 187 nömrəli 30222058 kodlu, JN 189 nömrəli 30222058 kodlu, JN 190 nömrələri 30222058 kodlu Dövlət aktlarının ləğv edilməsi, müstəqil tələb irəli sürən X1 iddiasının təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddia və müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddialarının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-324/2019 saylı, 6.09.2019-cu il tarixli qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-940/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi qismən ləğv edilərək ilk iddianın qismən təmin edilməsi, X9 və Babayev Qüdrət Mövlan oğlunun adına JN 187 seriyalı, 30222058 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktında 187A nömrə ilə göstərilən 1.139 ha torpaq sahəsinə verilmiş xx xxxxxx 2017-ci il tarixli, **********4 reyestr nömrəli çıxarışın ləğv edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh2 qızma Xaçmaz rayonunun Çax- Çaxlı kəndi ərazisində yerləşən 2.57 ha torpaq sahəsinə dair verilmiş JN 189 nömrəli, 30222058 kodlu Dövlət aktının ləğv edilməsi barədə qətnamənin ləğv edilməsi, mübahisələndirilən dövlət aktının 0.569 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxslər İddiaçı2, X7, İddiaçı1, X8 və İddiaçı1 Cavabdeh2 qarşı olan iddialarının qismən təmin edilməsi, Cavabdeh2 adına olan Xaçmaz rayonunun Çax- Çaxlı kəndi ərazisində yerləşən 1.57 ha torpaq sahəsinə verilmiş JN 183, 30222058 kodlu, 3.81 ha torpaq sahəsinə verilmiş JN 187, 30222058 kodlu, 3.30 ha torpaq sahəsinə verilmiş JN 190, 30222058 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktlarının ləğv edilməsi, X1 Cavabdeh2 qızma qarşı dövlət aktlarının ləğv edilməsi tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Xaçmaz rayon İcra və Probasiya şöbəsi Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-324/2019 saylı, 6.09.2019-cu il tarixli qətnaməsinin icra edilməsi üçün DƏDRX 5 saylı X14 müraciət etmişdir. DƏDRX 5 saylı X18 öz cavab məktubunda qeyd etmişdir ki, icra vərəqəsində qeyd olunan JN 183 30222058 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 1.57 ha torpaq sahəsinə, 3.81 ha torpaq sahəsinə verilmiş JN 187 30222058 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında 187 nömrə ilə göstərilən 2.672 ha hissəsinə, JN 190 30222058 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 3.30 ha torpaq sahələrinə Cavabdeh2 adına dövlət reyestrindən çıxarışlar verilmişdir. Buna görə də bu aktları ləğv etmədiyini bildirmişdir. Halbuki yuxarıda qeyd edildiyi kimi bu aktlar saxta məhkəmə qətnaməsi ilə əldə edilmiş aktlardır və buna görə də etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən Cavabdeh2 adına 3.97 ha torpaq sahəsinə verilmiş JN-00xx xxx 30222058 nömrəli torpaq mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəmədən DƏDRX-nin 5 saylı X18 tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Reyestrindən Çıxarışın etibarsız hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 №-li “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Qərarın 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməsi araşdırılmalıdır. Həmin Qərarın 3.1-ci və 3.2-ci bəndlərində görə: 3.1 xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Azərbaycan Respublikası “İnzibati İcraat haqqında” Qanunun 2.0.1-ci maddəsində inzibati orqan anlayışının açıqlamasından görürük ki, inzibati orqan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Plenumun Qərarının 5.1-ci maddəsində qeyd olunur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Sözügedən Plenumun Qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Beləliklə də, iddia ərizəsindən də göründüyü kimi, iddiaçının iddia tələbi daşınmaz əmlakın dövlət reyestrdəki qeydiyyatın etibarsızlığı ilə bağlıdır. İddiaçı ilə cavabdeh inzibati orqan arasında xüsusi hüququn əsasını təşkil edən münasibətlər aşkar edilmir, onların arasında ümumi(publik) münasibətlər mövcuddur. İddiaçı iddia edir ki, reyestrdəki qeydiyyatın aparılması inzibati orqanın qanunsuz hərəkəti nəticəsində baş verib, yəni iddianın hüquqi təbiətində inzibati-hüquqi tələb vardır. Belə olan halda, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüququna dair Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalı və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə dövlət rüsumu geri qaytarılır. İş materiallarında göründüyü kimi, iddiaçılar İddiaçı1 və İddiaçı2 20 manat dövlət rüsumu ödəmişdir. Qanunvericiliyin tələbinə əsasən dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114,261-262, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara alıdı: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüququna dair Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənləri nəzərə almaqla iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçının ödədiyi 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 izah olunur ki, iddia ərizəsində göstərilən tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1022/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1022/2021
03.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver