Məhkəmə qərarları › İş №2(067)-1027/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1027/2024

16.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1027/2024 16.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə Nəzrəmməd oğlunun iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının və vərəsiliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi mirasın qəbul edilməsi faktının və vərəsiliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair ərizə ilə Xaçmaz rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında Ərizəçi nümayəndəsi Nümayəndə Nəzrəmməd oğlu məhkəməyə vəsatət təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə əriçənin nümayəndəsinin vəsatətini nəzərdən keçirib hesab edir ki, ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi nümayəndəsi Nümayəndə Nəzrəmməd oğlunun vəsatəti təmin edilsin. Ərizəçi mirasın qəbul edilməsi faktının və vərəsiliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar