Məhkəmə qərarları › İş №2(067)-1029/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1029/2023

27.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1029/2023 27.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,onunla X3 qohumluq münasibətlərini yəni X2 doğma dayısı olması hüquqi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı bildirmişdir ki,ərizəsini müdafiə edir. Dayısının adı Kuzmiçdir. Dövlət aktında yanlışlığa yol verilib, lakin bu barədə heç bir aidiyyatı orqana müraciət etməmişdir. İlk olaraq məhkəməyə müraciət etmişdir. İş üzrə maraqlı şəxs Xaçmaz Rayon 1 saylı Notariat Ofisinə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılsa da, nümayəndəsi, məhkəmə hazırlıq iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 150.1.ci maddəsinə əsasən iddia ərizəsinədövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmalıdır. Göründüyü kimi ərizəçi dayısı olduğu şəxsin mülkiyyətində əmlak olmasına dair heç bir sənədi məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, ərizəçinin hazırki ərizə ilə hüquqi marağının olmasıöz təsdiqini tapmadığından və ya bu barədə müvafiq sənəd məhkəməyə təqdim etmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. MPM-nin 260-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar